Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-640/2024 30.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçinin nümayəndəsi X* iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək valideynləri X2 və X5 ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamələrin verilməsi vəzifələrinin Bakı şəhər Maraqlı şəxs üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun atası X6 *944-cü ildə, anası X8 *979-cu ildə vəfat etdikdən sonra Buzovna qəbiristanlığında dəfn olunublar. O, valideynlərindən ona qalan mirasa vərəsəlik hüququnu həyata keçirmək istəyir, lakin onun valideynlərinin ölüm haqqında şəhadətnamələri yoxdur. O, atasının və anasının ölüm haqqında şəhadətnamələrini almaq üçün Bakı şəhəri Xəzər rayon VVAQ şöbəsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Xəzər rayon VVAQ şöbəsi onun valideynlərinin ölümün təsdiq edən şəhadətnaməni təqdim etməkdən imtina edərək ölüm barədə akt qeydinin tərtib edilməsinin qeyri-mümkün olması barədə məktub təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X4 ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmiş, bu faktın ona vərəsəlik hüququnu həyata keçirmək üçün lazım olduğunu bildirərək babası X2 06.06.*944-cü il tarixdə, nənəsi X5 *8.02.*979-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 92 nömrəli, *7 noyabr 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi atası X3 06.06.*944-cü ildə, anası Rəbibə Qədir qızı *8.02.*979-cu il tarixdə Xəzər rayonu (Əzizbəyov rayonu) Buzovna qəbiristanlığında dəfn olunmuşlar. Qəbirüstü abidələri vardır və aşağıdakı sözlər yazılıb: X6, 0*.0*.*889-06.06.*944; Rəbibə Qədir qızı, 0*.0*.*999-*8.02.*979) 2 ədəd fotoşəkillərdən görünür ki, X2 06.06.*944-cü il tarixdə, Rəbibə Qədir qızının *8.02.*979-cu il tarixdə vəfat etməsi onların qəbirlərinin baş daşı üzərində qeyd olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 3* may 2023-cü il tarixli, 3-48- DA/2-A-00996/2023 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsinin arxiv fondunda mühafizə edilən *932-ci ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu, Buzovna qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 23 avqust *932-ci ildə doğulan Ərizəçi təvəllüdlü qeyd olunur. Həmin şəxsin atası Atakişi (sənəddə olduğu kimi) Cəbrayıl Atakişi oğlu, anası Rəbibə Qədir (sənəddə olduğu kimi) qızıdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Quliyev (Atakişi) Cəbrayıl Atakişi oğlu ərizəçinin atası, (Quliyeva) Rəbibə Qədir qızı ərizəçinin anası olmuşdur. Quliyev (Atakişi) Cəbrayıl Atakişi oğlu 06.06.*944-cü il tarixdə, (Quliyeva) Rəbibə Qədir qızı *8.02.*979-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi atası Quliyev (Atakişi) Cəbrayıl Atakişi oğlu 06.06.*944-cü il tarixdə, anası (Quliyeva) Rəbibə Qədir qızının *8.02.*979-cu il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. Ərizəçi atası Quliyev (Atakişi) Cəbrayıl Atakişi oğlunun 06.06.*944-cü il tarixdə, anası (Quliyeva) Rəbibə Qədir qızının *8.02.*979-cu il tarixdə ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-640/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-640/2024
30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver