Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-653/2022 21.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi şəxslərin qohumluq əlaqələrinin təsdiq olunması barəsində ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum Əliyev Əskər (Əsgər) Nəcəfəli oğlunun dayısının nəvəsi olmasından ibarət qohumluq münasibəti və miras qalan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Əliyev küçəsi, döngə 2-də yerləşən 4 saylı evdən ibarət mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o mərhum Əliyev Əskər (Əsgər) Nəcəfəli oğlunun dayısının nəvəsidir və ondan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Əliyev küçəsi, döngə 2-də yerləşən 4 saylı evi miras kimi faktiki olaraq qəbul etmişdir. Lakin Dövlət arxivinə və müxtəlif qurumlara müraciət etsə də, qohumluq dərəcəsini təsdiq edən sənədləri almaq mümkün olmamışdır. Qohumluq sənədlərini təqdim edə bilmədiyi üçün vərəsəliklə bağlı müraciət etdiyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisindən vərəsəlik şəhadətnaməsi ala bilmir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi anası X13, anasının atası (babası) X6, babası Manaf Babayevin bacısı X2, sonuncunun övladı isə X7r. Eyni zamanda X14 ərizəçinin bibisi X4 əridir. Ərizəçi xx.xx.1942-ci ildə Bakı şəhərində doğulmuşdur. X14 və X4 övladı olmadığı üçün ərizəçini 1949-cu ildən öz övladları kimi himayələrinə götürərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Əliyev küçəsi, döngə 2-də yerləşən 4 saylı evdə birgə yaşamışlar. Ərizəçi hazırki vaxtadək həmin evdə yaşayır. X14 28.04.197*-ci ildə vəfat etmişdir. Ondan miras kimi Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi M.Əliyev küçəsi döngə 2 ev 4 qalmışdır. Daha sonra Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *3-cü maddəsinə əsasən dəqiqləşdirmə aparaq, Ərizəçi mərhum Əliyev Əskər (Əsgər) Nəcəfəli oğlunun dayısının nəvəsi, habelə arvadının qardaşı qızı olmasından ibarət qohumluq münasibətlərinin olması faktalrının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasna gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 07.02.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 29.12.197*-ci il tarixli İ JQ 302914 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 29.12.197*-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 07.07.19*8-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 1942-ci ildə doğulmuşdur. X1, anası X8r. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.09.201*-ci il tarixli 101* nömrəli arayışdan görünür ki, X* ilə X13 31.10.1940-cı ildə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Feyzullayeva soyadı verilmişdir. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.08.201*-ci il tarixli 936 nömrəli arayışdan gpörünür ki, X12 02.0*.1973-cü il tarixdə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 anasının bibisinin əridir. Əsgərin qardaşı, bacısı yoxdur. Ümumiyyətlə onun heç kimi yoxdur. Əsgər tək oğul olub. O yoldaşı Suğra ilə dayıqızı, bibioğlu olublar. Suğranın da heç kimi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abdulla-X10 anasının bibisinin əridir. Əsgər tək oğul olub, yoldaşı Suğra dayısı qızıdır. Əsgərin qardaşı, bacısı yoxdur. Mənim anam Əsgərin dayısı nəvəsi düşür. Anam Biləsuvar rayonuna bu evdən gəlin köçüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 mən qonşuyam, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Əliyev küçəsi, döngə 2-də yerləşən 4 saylı ev Əsgərin evidir, bizdə isə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Əliyev küçəsi, döngə 2-də yerləşən 6 saylı evdir. Əsgər Ərizəçi qohumudur. Əsgərin xəstəliklə bağlı uşaqları olmurdu. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə Ərizəçi Əliyev Əskər (Əsgər) Nəcəfəli oğlunun dayısı nəvəsi, habelə arvadı (X4) qardaşı qızının qohumluq əlaqələrinin olması faktı tam sübuta yetirildi. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum Əliyev Əskər (Əsgər) Nəcəfəli oğlunun dayısı nəvəsi, habelə arvadı (X4) qardaşı qızı olmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, Ərizəçi mərhum Əliyev Əskər (Əsgər) Nəcəfəli oğlunun dayısı nəvəsi, habelə arvadı (X4) qardaşı qızı olmasına dair qohumluq əlaqəsinin olması faktının hüquqi əhəmiyyəti olduğundan və ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə qeyd edilən qohumluq əlaqəsinin olması ərizəçi tərəfin izahatı ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə qeyd əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 29.12.197*-ci il tarixdə ölmüş Əliyev Əskər (Əsgər) Nəcəfəli oğlunun dayısı nəvəsi, habelə arvadı (X4) qardaşı qızı olması barədə qohumluq əlaqələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-653/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-653/2022
21.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver