Məhkəmə qərarları › İş №2(104)-1372/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1372/2025

03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1372/2025 03.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2(061)-1400/2023 nömrəli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Tərtər rayon notariat ofisinə qarşı qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərtər Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2(061)-1400/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. Qətnamədən Maraqlı şəxs2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, hazırkı işə birinci instansiya məhkəməsi tərəfindən xüsusi icraat qaydasında baxılmışdır. İş üzrə tərəflər Ərizəçi, maraqlı şəxs isə Tərtər rayon notariat ofisi olmuşdur. Başqa sözlə, apellyator Maraqlı şəxs2 işdə iştirak edən şəxs olmamışdır. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin onun hüquq və mənafelərinə toxunduğuna əsaslaslanmaqla qətnamədən apellyasiya şikayəti vermişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin həqiqətən də apellyatorun hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsi araşdırılmamış və buna dair mavafiq qərardad qəbul edilməmişdir. Yəni işə baxan birinci instansiya məhkəməsi MPM-nin 364.2-ci maddəsinin tələblərini yerinə yetirmədən apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Şərh olunanlara istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin MPM-nin 364.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla mümkünlüyünün yoxlanılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 361, 363 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Tərtər Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2(061)-1400/2023 nömrəli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin MPM-nin 364.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla mümkünlüyünün yoxlanılması üçün iş Tərtər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar