Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1083/2025 27.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi : Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Hil kəndində yaşamış və 30 iyul 1999-cu il tarixdə vəfat etmiş X3 onun doğma anası olması və onun ölümündən sonra miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun anası X2 rayonunun Hil kəndində yaşamış və 30 iyul 1999-cu il tarixdə vəfat etmişdir. O, 1937-ci ildə Qusar rayonunun Hil kəndində anadan olmuşdur. Lakin bu barədə Qusar rayon VVAQ şöbəsinin doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmadığından adına doğum haqqında şəhadətnamə verilməmişdir. X1 ölümündən sonra onun xüsusi mülkiyyətində olmuş Qusar rayonu, Hil kəndi ərazisində yerləşən JN-2066 KOD 30111018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə 0,53 ha torpaq sahəsi miras qalmışdır. X3 ölümündən sonra onun yeganə birinci dərəcəli vərəsəsi kimi qeyd olunan miras əmlakını mən idarə etməklə faktiki olaraq mirası qəbul etmişdir. O, X1 ölümündən sonra miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs 04 fevral 2025-ci il tarixli məktubu ilə mirası qəbul etmə müddətini ötürdüyünə və anası X4 ilə qohumluq münasibətlərini təsdiq edən sənədləri təqdim etmədiyinə görə ərizəsi təmin edilməmiş və bununla bağlı məhkəməyə müraciət etməyi bildirilmişdir. Yuxarıda qeyd etdiyi kimi, doğumu haqqında WAQ kitablarında müvafiq qeydiyyat aparılmadığına görə adına doğum haqqında şəhadətnamə verilməmiş və həmin səbəbdən də anasının həqiqətən X4 olması məhkəmə qaydasında müəyyən edilməlidir. Anasının həqiqətən X4 olması və onun ölümündən sonra miras əmlakın onun tərəfindən idarə olunması ərizəsinə əlavə etdiyi akt, arayışlar və digər sənədlərlə sübuta yetir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Ərizəçi etbarnamə üzrə nümayəndəsi Nümayəndə ərizədə göstərilənləri müdafiə edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, onun etbarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, işi ilə əlaqədar təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 29 noyabr 2024cü il tarixli arayışdan görünür ki, X4 30 iyul 1999-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 10 dekabr 2024cü il tarixli arayışdan görünür ki, Ərizəçi barəsində Qusar rayon qeydiyyat şöbəsində doğum haqqında qeyd aşkar olunmadı. İşdə olan JN-2066 KOD 30111018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayonu AİK-nın xx.xx.2000-ci il tarixli 6/6 saylı və məhkəmənin xx.xx.2006-cı il tarixli qərarı 2-43 a qətnaməsi ilə Qusar rayonu Hill kəndində yerləşən 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.1, 307.2.9-cu maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. `Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi Qusar rayonu Hil kəndində yaşamış və 30 iyul 1999-cu il tarixdə vəfat etmiş X4 onun doğma anası olması faktı təqdim edilmiş sənədlərlə sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən qohumluq münasibətləri məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146. miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1.mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1.mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1252. əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1255. qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, Ərizəçi, X3 vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlakları qəbul etmək hüququ vardır. Eyni zamanda müəyyən edilmişdir ki, ərizəçi miras qoyanın miras əmlaklarını faktiki olaraq qəbul etməklə onlara yiyələnmiş və onları idarə edir. Mirasa dair hər hansı mübahisə mövcud deyil. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi Qusar rayonu Hil kəndində yaşamış və 30 iyul 1999-cu il tarixdə vəfat etmiş X3 onun doğma anası olması və X3 ölümündən sonra miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-1083/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1083/2025
27.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver