Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2495/2025 16.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs4, 1 saylı Sumqayıt Regional Maraqlı şəxs7ndə notariat ofisi, Maraqlı şəxs3, Maraqlı şəxs2, Azərbaycan Respublikası Dövlət Arxivi və Xaçmaz rayon Arxiv İdarəsi olmaqla “qohumluq münasibətlərinin müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs4, 1 saylı Sumqayıt Regional Maraqlı şəxs7ndə notariat ofisi, Maraqlı şəxs3, Maraqlı şəxs2, Azərbaycan Respublikası Dövlət Arxivi və Xaçmaz rayon Arxiv İdarəsi olmaqla “qohumluq münasibətlərinin müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X4 ilə xx.xx.1981-ci il tarixdə vəfat etmiş X2 qohumluq münasibətləri, yəni X5 İbrahimovanın doğma oğlu olması faktının müəyyən edilməsi, miras qoyan X2 miras kütləsinə daxil olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.0615 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və həmin əmlakların vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxs4, 1 saylı Sumqayıt Regional Maraqlı şəxs7ndə notariat ofisi, Maraqlı şəxs3, Maraqlı şəxs2, Azərbaycan Respublikası Dövlət Arxivi və Xaçmaz rayon Arxiv İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı tərəf Maraqlı şəxs4, 1 saylı Sumqayıt Regional Maraqlı şəxs7ndə notariat ofisi, Maraqlı şəxs3, Maraqlı şəxs2, Azərbaycan Respublikası Dövlət Arxivi və Xaçmaz rayon Arxiv İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizəçi ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən ərizə təmin edilməlidir. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndində müəyyən olunur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ərizə geri qaytarıldığı üçün iş üzrə Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs4, 1 saylı Sumqayıt Regional Maraqlı şəxs7ndə notariat ofisi, Maraqlı şəxs3, Maraqlı şəxs2, Azərbaycan Respublikası Dövlət Arxivi və Xaçmaz rayon Arxiv İdarəsi olmaqla “qohumluq münasibətlərinin müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumu qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardadın “rüsumun qaytarılması hissədə” icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2495/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2495/2025
16.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver