Məhkəmə qərarları › İş №2(104)-1759/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1759/2025

10.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1759/2025 10.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və X1 ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-1400/2023 nömrəli qərardadından X5 və Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 04 fevral 1971-ci ildə vəfat etmiş X4 onun nənəsi (atasının anası) olması (qohumluq münasibətində olması) və mərhum nənəsi (atasının anası) X2 miras qalmış əmlakların (Tərtər Rayon Aqrar X9 İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-618A, KOD 61101004 saylı Şəhadətnamə əsasında ünvan 1 ünvanında verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 120 kv.metr olan 4 otaq və 1 mətbəxdən ibarət fərdi yaşayış evinə) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-1400/2023 nömrəli qətnaməsi ilə, ərizənin təmin edilməsi, 04 fevral 1971-ci ildə vəfat etmiş X4 ərizəçi xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi nənəsi (atasının anası) olması faktı müəyyən edilsin. Ərizəçi 04 fevral 1971-ci ildə vəfat etmiş X4 onun nənəsi (atasının anası) X2 miras qalmış əmlakların –Tərtər Rayon Aqrar X9 İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-618A, KOD 61101004 saylı Şəhadətnamə əsasında ünvan 1 ünvanında verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 120 kv.metr olan 4 otaq və 1 mətbəxdən ibarət fərdi yaşayış evinin qanun üzrə vərəsə kimi qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlarına toxunan şəxs qismində apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək buraxılmış apellyasiya şikayətinin verilmə müddətinin bərpasına barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-1400/2023 nömrəli qərardadı ilə, Tərtər Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2(061)-1400/2023 saylı qətnaməsindən maraqlarına toxunulan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 verdikləri apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatəti əsaslı hesab edilərək təmin edilməsi, apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)- 1372/2025 saylı qərardadı ilə, Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş, apellyasiya şikayətinin MPM-in 364.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla mümkünlüyünün yoxlanılması üçün iş Tərtər Rayon Məhkəməsinə qaytarılmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-1400/2023 nömrəli qərardadı (hakim Kamil Rzayev) ilə, Tərtər Rayon Məhkəməsinin 2(061)-1400/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan Maraqlı şəxs2 və Maraqlı şəxs3 şikayət verərək, qərardadın ləğv edilməsini və Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-1400/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-1400/2023 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətləri Mülki Prosessual Məcəllənin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, X5 tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər salınan zaman müəyyən edilir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş şikayətdə onu verən şəxslər kimi – X5 və Maraqlı şəxs2 qeyd edilmiş, lakin elektron tərtib edilmiş şikayət Maraqlı şəxs2 tərəfindən imzalanmamışdır. İş materiallarında isə Maraqlı şəxs2 adından X3 şikayəti imzalamaq səlahiyyətini nəzərdə tutan etibarnaməsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmamış, Maraqlı şəxs2 adından şikayəti imzalamaq səlahiyyətini nəzərdə tutan etibarnamə verilməmiş, birinci instansiya məhkəməsi isə şikayəti Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-1400/2023 nömrəli qərardadı ilə Maraqlı şəxs2 apellyasiya şikayəti geri qaytarılmış və həmin qərardaddan isə Maraqlı şəxs2 ilə eyni zamanda Maraqlı şəxs3 tərəfindən də şikayət verilmişdir. Birinci instansiyası məhkəməsi bu hala diqqət yetiməmiş və Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-1400/2023 nömrəli qərardadından şikayəti Maraqlı şəxs3 tərəfindən verilmiş kimi qiymətləndirərək şikayətə baxmış və şikayəti təmin etməməklə şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir ki, bunda da haqlı olmamışdır. Belə ki, məhkəmənin qəbul etdiyi məhkəmə aktlarından məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər şikayətlər vermək hüququna malikdirlər ki, birinci instansiyası məhkəməsi bu hala da qiymər verməlidir. Azərbaycan Respublikasının 363.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-1400/2023 nömrəli qərardadından X5 və Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət hüquqi qiymət verilməsi üçün mülki işlə birlikdə Tərtər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar