Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1339/2025 10.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2007-ci il tarixdə vəfat etmiş X2 qardaşı oğlu olmağı faktının müəyyən edilməsi, miras qoyan X2 miras kütləsinə daxil olan, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.29 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.29 ha həyətyanı torpaq sahəsi bibisi, yəni X5nun bacısı X6 məxsusdur. Həmin torpaq sahəsinə dair X18nın adına KOD 30107018 saylı Torpağı mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. X18 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Həmin şəxs vəfat edənədək ailə həyatı qurmamış, subay olmuş, o cümlədən heç bir övladı olmamışdır. X5 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Bununla da, mərhum X18 vəfat edərkən və onun mirası açılan zaman onun atası artıq ölmüş olduğundan bibisindən miras qalmış əmlakı qəbul etməyə onun subyektiv vərəsəlik hüququ vardır. Lakin, mərhum X18nın doğumu haqqında akt qeydi aşkar olunmadığından o, həmin mirası öz adına rəsmiləşdirə bilmir. Belə ki, o, mirasın qəbul edilməsi və adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə müraciət etdikdə qphumluğu təsdiq edən sənədin olmaması səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirilərək bu barədə məktub verilmişdir. Mərhum X18nın doğumu haqqında akt qeydi aşkar olunmasa da, onun doğma bibisi olması yaşadıqları kənd üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışla təsdiq olunur. Bundan başqa, həmin faktı yaşaqları kənddə bütün qohumlar və tanışlar da təsdiq edə bilərlər. Onun xx.xx.2007-ci il tarixdə vəfat etmiş X2 doğma qardaşı oğlu olmağı faktı təqdim etdiyi sənədlərlə sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, onunla həmin şəxs arasında qohumluq münasibətləri məhkəmə tərəfindən müəyyən olunmalıdır. O, miras qoyan Məleykə Xanahmədovanm qardaşı oğlu olmaqla ikinci dərəcəli vərəsə kimi həmin şəxs vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlakları qəbul etmək hüququ vardır. Belə ki, onun mirası açılan zaman onun atası sağ deyildi. Miras qoyan Məleykə Xanahmədovanın miras əmlaklarını faktiki olaraq qəbul etməklə onlara yiyələnmişdir, hazırda ona məxsus torpaq sahəsi onun idarəçiliyindədir və torpaq sahəsindən istifadə edir. Mirasa dair hər hansı mübahisə mövcud deyil.Onun miras qoyan Məleykə Xanahmədovanm miras əmlaklarını, yəni Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.29 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul etməyi faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, o, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, işi ilə əlaqədar təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli 386796 saylı arayışdan görünür ki, X14 1924-cü ildə Qusar rayonu Gədəzeyxur kəndində anadan olmuşdur. X1, anası X8r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli 10/15 saylı arayışdan görünür ki, X3 doğum haqqında akt qeydi tapılmamışdır. Doğum aktı haqqında axtarış 1936-1945-ci illər üzrə aparılmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli 10/15 saylı arayışdan görünür ki, X3 nikah haqqında akt qeydi tapılmamışdır. Nikah haqqında axtarış 1950-1957-ci illər üzrə aparılmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli 219553 saylı arayışdan görünür ki, X11 xx.xx.2007-ci ildə Qusar rayonu Gedəzeyxur kəndində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli 420963 saylı arayışdan görünür ki, X14 xx.xx.1991-ci ildə Qusar rayonu Gedəzeyxur kəndində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli 268210 saylı arayışdan görünür ki, X4 xx.xx.1980-ci ildə Qusar rayonu Gedəzeyxur kəndində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli 010390 saylı arayışdan görünür ki, X10 xx.xx.1949-cu ildə Qusar rayonu Gedəzeyxur kəndində ölmüşdür. İşdə olan Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli 149 saylı arayışdan görünür ki, mərhum X13 mərhum X9 doğma bacısıdır və Ərizəçi doğma bibisidir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli 1523 saylı arayışdan görünür ki, X14 1924-cü ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuşdur. X1, anası X8r. İşdə olan JN-035F KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Qusar rayon AİK-in 02 may 2000-ci il tarixli 6/9 saylı qərarı ilə Qusar rayonu Gedəzeyxur kəndi ərazisindən 0.29 ha torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.1, 307.2.9-cu maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. `Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi xx.xx.2007-ci il tarixdə vəfat etmiş X2 qardaşı oğlu olması faktı təqdim edilmiş sənədlərlə sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən qohumluq münasibətləri məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasənmirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, Ərizəçi miras qoyan Məleykə Xanəhmədovanın bibisi olmaqla ikinci dərəcəli vərəsə kimi həmin şəxs vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlakları qəbul etmək hüququ vardır. Miras qoyan Məleykə Xanəhmədovanın Ərizəçi başqa digər vərəsələri isə həmin mirası 19 il keçməsinə baxmayaraq mirası qəbul etməmişlər. Eyni zamanda müəyyən edilmişdir ki, ərizəçi miras qoyanın miras əmlaklarını faktiki olaraq qəbul etməklə onlara yiyələnmiş və onları idarə edir. Mirasa dair hər hansı mübahisə mövcud deyil. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2007-ci il tarixdə vəfat etmiş X2 qardaşı oğlu olması faktı müəyyən edilsin. Miras qoyan X2 miras kütləsinə daxil olan, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.29 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-1339/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1339/2025
10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver