Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-755/2025 19.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun, 13 oktyabr 1994-cü il tarixdə vəfat etmiş X7 ilə doğma bacılar olmağı faktının, habelə X2 miras qalmış əmlakın, yəni Qusar rayon X24 Rəyasət Heyətinin 07 aprel 1994-cü il tarixli 40/8 saylı qərarı ilə verilmiş 400 kv.metr torpaq sahəsinin onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun doğma bacısı X7 1918-ci ildə Qusar rayonu Düztahir kəndində anadan olmuş, 13 oktyabr 1994-ci il tarixdə Qusar şəhərində vəfat etmişdir. Onun ölümündən sonra vərəsələri olaraq o qalmışdır. O, bacısı X2 miras qalmış əmlakı, yəni Qusar rayon X24 Rəyasət Heyətinin 07 aprel 1994-cü il tarixli 40/8 saylı qərarı ilə verilmiş 400 kv.metr torpaq sahəsini faktiki qəbul edib idarə edir. Hal-hazırda isə həmin miras barəsində vərəsəlik hüququna dair şəhadətnamə almaq istəyir. Lakin, Qusar rayon Qeydiyyat şöbəsində bacısı X4 doğum haqqında akt qeydi tapılmadığı üçün onun 13 oktyabr 1994-cü il tarixdə vəfat etmiş X7 ilə doğma bacılar olmağını təsdiq etmək mümkün olmamışdır. O, bacısı X2 miras qalmış əmlaklar barəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Qusar rayon Notariat ofisinə müraciət etmişdir. Lakin Qusar rayon Notariat ofisi onun X7 ilə qohumluq münasibətlərimi təsdiq edən sənədlər olmadığı və mirasın faktiki qəbul edilməsi faktı müəyyən edilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də onun və X4 qohumluq münasibətləri məhkəmə qaydasında müəyyənləşdirilməli, onun 13 oktyabr 1994-cü il tarixdə vəfat etmiş X4 doğma bacısı olmağı faktı, habelə X2 miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyənləşdirilməlidir. Onun 13 oktyabr 1994-cü il tarixdə vəfat etmiş X4 doğma bacısı olmağı faktının, habelə X2 miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyənləşdirilməsi ona vərəsəlik hüquqlarını həyata keçirmək üçün zəruridir Onun 13 oktyabr 1994-cü il tarixdə vəfat etmiş X4 doğma bacısı olmağı, habelə X2 miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi müvafiq arayış və aktla təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, o, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, işi ilə əlaqədar təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon X33 Heyyətinin 40/8 saylı qərarının surətindən görünür ki, Qusar şəhəri Mirzə Vəliyev küçəsi 46 saylı evin sakini X5 fərdi yaşayış evinin tikintisi üçü 400 kv.metr sahəsi ayrılması qərara alınmışdır. İşdə olan 18 iyun 2025-ci il tarixli X12, X20, X23, X17 və X28 tərəfindən tərtib edilmiş aktdan görünür ki, həqiqətən də 03 oktyabr 1994-cü il tarixdə vəfat etmiş X1 Firuzə Mustafa qızının doğma bacısıdır. X7 və Ərizəçi hər ikisi Qusar şəhəri M.Vəliyev küçəsində üzbəüz evlərdə yaşamışlar. Ərizəçi və X4 hər ikisinin X8, anası isə X13 olmuşdur. X4 və Ərizəçi qızlıq soyadları Hacıyeva olmuş, ailə həyatı qurduqdan sonra isə hər ikisi ər soyadını qəbul etmişlər. İşdə olan Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 21 iyun 2025-ci il tarixli 5-63-10/2-A-10xx-xx-1075/2025 saylı arayışdan görünür ki, həqiqətən 03 oktyabr 1994-cü il tarixdə vəfat etmiş mərhum X1 Firuzə Mustafa qızının doğma bacısıdır. X7 və Ərizəçi hər ikisi Qusar şəhəri M.Vəliyev küçəsində üzbəüz evlərdə yaşamışlar. Ərizəçi və X4 hər ikisinin X8, anası isə X13 olmuşdur. X4 və Ərizəçi qızlıq soyadları Haciyeva olmuş, ailə həyatı qurduqdan sonra isə hpr ikisi ər soyadını qəbul etmişlər. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 21 may 2025-ci il tarixli 567 saylı arayışdan görünür ki, X9 barəsində “VVAQ” informasiya sistemində” və Qusar rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 07 may 2025-ci il tarixli 510 saylı arayışdan görünür ki, 03 oktyabr 1994-cü ildə ölmüşdür. Ölüm haqqında 05 oktyabr 1994-cü ildə 112 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 14 may 2025-ci il tarixli 538 saylı arayışdan görünür ki, X11 və X6 nikahları 06 yanvar 1935-ci il tarixdə 02 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Məmmədova” soyadını qəbul etmişdir. İşdə olan ИЖ 323743 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 17 sentyabr 1934-cü ildə anadan olmuşdur. X8, anası isə X10r. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.1, 307.2.9-cu maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. `Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi 13 oktyabr 1994-cü il tarixdə vəfat etmiş X4 bacısı olması faktı təqdim edilmiş sənədlərlə sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən qohumluq münasibətləri məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasənmirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. http://eqanun.az/alpidata/code/data/0/c_c_8.htm Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, Ərizəçi miras qoyan Gülsələm Məmmədovanın bacısı olmaqla birinci dərəcəli vərəsə kimi həmin şəxs vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlakları qəbul etmək hüququ vardır. Miras qoyan Gülsələm əmmədovanın Ərizəçi başqa digər vərəsələri isə mövcud deyildir. Eyni zamanda müəyyən edilmişdir ki, ərizəçi miras qoyanın miras əmlaklarını faktiki olaraq qəbul etməklə onlara yiyələnmiş və onları idarə edir. Mirasa dair hər hansı mübahisə mövcud deyil. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 13 oktyabr 1994-cü il tarixdə vəfat etmiş X4 bacısı olması faktı müəyyən edilsin. X2 miras kütləsinə daxil olan, Qusar rayon X24 Rəyasət Heyətinin 07 aprel 1994-cü il tarixli 40/8 saylı qərarı ilə verilmiş 400 kv.metr torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-755/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-755/2025
19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver