Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-66/2020 18.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, döngə 7 ünvanında inşa edilmiş 0,2 hektar torpaq sahəsində yerləşən, uzunluğu 9 metr, eni 7 metr olan 3 otaqdan, mətbəxdən, 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq yeni yaşayış sahəsinin mətbəx və 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq hissəsində Cavabdeh2 tərəfindən inşa olunmuş tikilinin onun hesabına sökülməsi, mətbəx və 5 metr eni, 6 metr uzunu olan üstü örtülü yanları açıq hissədə açıq olan sanitar qovşaq Cavabdeh1 hesabına əvvəlki vəziyyətinə qaytarılması, həmin sahədən istifadə etməyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və maneə yaratmağı onlara qadağan edilməsi və Cavabdeh2 həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh1 arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan iki uşaq İddiaçı himayəsində saxlanmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, döngə 7 ünvanında inşa edilmiş, 0,2 ha torpaq sahəsində yerləşən, uzunluğu 9 metr, eni 7 metr olan 3 otaqdan, mətbəxdən 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq yeni yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvədə olan qətnamə ilə İddiaçı və iki əlil uşağının köçürüldüyü yaşayış sahəsinin mətbəxi, 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq hissəsi 2018-ci ilin dekabr ayında Cavabdeh1 tərəfindən sökülmüş və həmin mətbəxdən, hamam-tualetdən, 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq hissədən ibarət olan sahədə Cavabdeh2 tərəfindən tikili inşa edilmişdir. Həmin tikilinin inşa edilməsi nəticəsində iddiaçının və uşaqlarının köçürüldüyü yaşayış sahəsi yararsız vəziyyətə düşmüş, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı və uşaqları köçürüldüyü yaşayış sahəsinin mətbəsindən, hamam tualetindən, 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq sahəsindən məhrum olmuşdur. Sökülməsi tələb olunan tikililər onun köçürüldüyü sahədən istifadəsinə maneə olmaqla yanaşı, mənzilə təbii günəş işığının düşməsinin və təbii hava axımının qarşısını da alır. Bununla bağlı olaraq polisə müraciət edilmiş, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin baş təhqiqatçısı Anar İsayevin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhman küçəsi yeni sahədə qanunsuz tikinti işləri ilə məşğul olduğu üçün onun barəsində İXM-nin 395-ci maddəs ilə tədbir görülməsi qərara alınmışdır. Həmin qərarda tərəflərin verdikləri izahatlar ilə göstərilən hallar öz əksini tapmışdır. xx xxxx 2020-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, döngə 7 ünvanda İddiaçı istifadəsində olan 3 otaqdan, 1 mətbəxdən və evə giriş hissədə üstü örtülü, yanları açıq sahədən ibarət yaşayış evinin həyətyanı sahəsində mətbəx tikilisinin qarşısında inşa edilmiş uzunluğu 9,8 metr, eni 6,0 metr olan bir mərtəbəli tikili (ev) Cavabdeh2 tərəfindən sökülməsi, 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq hissə və sanitar qovşaq Cavabdeh1 hesabına əvvəlki vəziyyətinə qaytarılması, həmin sahədən istifadə etməyə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılması və maneə yaratmaq onlara qadağan edilməsi və Cavabdeh2 həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2xəbərdar olunmasına baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək ərizə və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)- 1276/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, döngə 7 ünvanında inşa edilmiş 0,2 ha torpaq sahəsində yerləşən, uzunluğu 9 metr, eni 7 metr olan 3 otaqdan, mətbəxdən, 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq yeni yaşayış sahəsinə köçürülməsi, 2 ədəd çarpayı, 1 ədəd xalça, 1 ədəd çilçıraq, yataq otağında 2 ədəd şifoner, 1 ədəd tumba, 2 ədəd tumboçka, 1 ədəd taxt, 1 ədəd xalça, 1 ədəd çilçıraq, qonaq otağında 1 ədəd divar mebel dəsti, 1 ədəd divan, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd jurnal masası, 1 ədəd çilçıraq, 2 ədəd xalça, 2 ədəd çay dəsti, 1 ədəd yemək dəsti, 2 dəst baqema xrustalı, 1 ədəd tozsoran, mətbəxdə 1 dəst 2,80 sm olan mətbəx mebeli, 1 ədəd künc divanı, 1 ədəd çilçıraq əşyalar, o cümlədən 1 ədəd sünbül sep, 1 ədəd sünbüllü qolbaq, 2 ədəd gül sırğa, 1 ədəd gül üzük, 1 ədəd nişan üzüyü əşyaların dəyərini təşkil edən 550 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5338/2012 saylı xx xxxxxxx 2012-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2012ci il tarixli 2(003)-1276/2012 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis-kapitanı X8 işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlmasının rədd edilməsi, Cavabdeh2 Xəzər rayonu, Mərdəkan qəsəbəsində Ə.Rəhman küçəsi yeni sahədə qanunsuz tikinti işləri ilə məşğul olduğu üçün onun barəsində AR İXMnin 395-ci madəsi ilə inzibati qaydada tədbirlərin görülməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********493 saylı ərizənin surətindən görünür ki, X6 ailə üzvləri X3, Cavabdeh2, X1, X2, X4 ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatsız yaşayışrlar. İş materiallarında olan ********* saylı qəbzdən aydın olur ki, iddiaçı hazırki iddia ilə əlaqədar 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16003 saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, döngə 7 ünvanında İddiaçı istifadəsində olan 3 otaqdan, 1 mətbəxdən və evə giriş hissədə üstü örtülü, yanları açıq sahədən ibarət yaşayış evinin həyətyanı sahəsində mətbəx tikilisinin qarşısında mövcud olmuş sanitar qovşağının söküldüyü, həmin sahədə uzunluğu 9,8 ment, eni 6,0 metr olan bir mərtəbəli tikili (ev) inşa edildiyi, eləcə də həyətə giriş hissədə sanitar qovşağı inşa edildiyi, həmçinin uzunluğu 9,8 ment, eni 6,0 metr olan bir mərtəbəli tikilinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetiin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na riayət olunmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, döngə 7 ünvanında inşa edilmiş 0,2 ha torpaq sahəsində yerləşən, uzunluğu 9 metr, eni 7 metr olan 3 otaqdan, mətbəxdən, 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq yeni yaşayış sahəsinə köçürülmüşdür. Cavabdeh2 Xəzər rayonu, Mərdəkan qəsəbəsində Ə.Rəhimov küçəsi, döngə 7 ünvanında uzunluğu 9,8 metr, eni 6,0 metr olan bir mərtəbəli tikili (ev) inşa etmişdir. Həmin tikili (ev) inşa edilən zaman İddiaçı istifadəsində olan 3 otaqdan, 1 mətbəxdən və evə giriş hissədə üstü örtülü, yanları açıq sahədən ibarət yaşayış evinin həyətyanı sahəsində mətbəx tikilisi və onun qarşısında mövcud olmuş sanitar qovşağı sökülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülki Məcəllənin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, “Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Broniovski Polşaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, istər mülkiyyətdən maneəsiz istifadəyə müdaxilə edərkən, istərsə də tədbir görməkdən imtina edilərkən cəmiyyətin ümumi maraqları tələbləri ilə fərdin təməl hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.” Məhkəmə araşdırması zamanı və həmçinin ekspert rəyindən müəyyən edildi ki, Cavabdeh2 Xəzər rayonu, Mərdəkan qəsəbəsində Ə.Rəhimov küçəsi, döngə 7 ünvanında uzunluğu 9,8 metr, eni 6,0 metr olan bir mərtəbəli tikili (ev) inşa etmişdir. Həmin tikili (ev) inşa edilən zaman İddiaçı istifadəsində olan 3 otaqdan, 1 mətbəxdən və evə giriş hissədə üstü örtülü, yanları açıq sahədən ibarət yaşayış evinin həyətyanı sahəsində mətbəx tikilisi və onun qarşısında mövcud olmuş sanitar qovşağı sökülmüşdür. Cavabdeh2 tərəfindən inşa edilmiş uzunluğu 9,8 metr, eni 6,0 metr olan bir mərtəbəli tikilinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetiin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na riayət olunmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, döngə 7 ünvanda İddiaçı istifadəsində olan 3 otaqdan, 1 mətbəxdən və evə giriş hissədə üstü örtülü, yanları açıq sahədən ibarət yaşayış evinin həyətyanı sahəsində mətbəx tikilisinin qarşısında inşa edilmiş uzunluğu 9,8 metr, eni 6,0 metr olan bir mərtəbəli tikili (ev) Cavabdeh2 tərəfindən sökülməli, 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq hissə və sanitar qovşaq Cavabdeh1 hesabına əvvəlki vəziyyətinə qaytarılmalı, həmin sahədən istifadə etməyə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalı və maneə yaratmaq onlara qadağan edilməli və Cavabdeh2 həmin sahədən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə iddia tələbi təmin edildiyindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, döngə 7 ünvanda İddiaçı istifadəsində olan 3 otaqdan, 1 mətbəxdən və evə giriş hissədə üstü örtülü, yanları açıq sahədən ibarət yaşayış evinin həyətyanı sahəsində mətbəx tikilisinin qarşısında inşa edilmiş uzunluğu 9,8 metr, evi 6,0 metr olan bir mərtəbəli tikili (ev) Cavabdeh2 tərəfindən sökülsün. 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq hissə və sanitar qovşaq Cavabdeh1 hesabına əvvəlki vəziyyətinə qaytarılsın. Həmin sahədən istifadə etməyə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılsın və maneə yaratmaq onlara qadağan edilsin Cavabdeh2 həmin sahədən çıxarılsın. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-66/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-66/2020
18.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver