Məhkəmə qərarları › İş №2(003)-7/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-7/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-7/2021 06.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X6 və X5 iştirakı ilə İddiaçı X18 QSC «Bank Standard» KB-nın cavabdehlər Cavabdeh1, X8, X9, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X18 Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı cavabdehlər Cavabdeh1, X8, X9, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, QSC «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 160/00/390/15 saylı kredit müqaviləsi üzrə 35869.20 ABŞ dolları məbləğində əsas borc, 7015.81 ABŞ dolları məbləğində faiz borcu, 4195.86 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 47080.87 ABŞ dolları məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat, cəmi 61 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və X2 X18 QSC «Bank Standard» Kommersiya Bankının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 87500.00 ABŞ dolları məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ sahəsi 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsinə (bağ evi və ümumi birgə torpaq sahəsi) yönəldilməsi və bağ evinin açıq hərracdan satılması, bağ evinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh1, X9, X7, X8 və onlarla birlikdə yaşayan ailə üzvü Cavabdeh3 bağ evini ən geci bir ay ərzində tərk etmədikdə və bağ evindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X18 Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair verdiyi sonuncu ərizədə məhkəməyə müraciət edərək, QSC «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 160/00/390/15 saylı kredit müqaviləsi üzrə 35869.20 ABŞ dolları məbləğində əsas borc, 7015.81 ABŞ dolları məbləğində faiz borcu, 4195.86 ABŞ dolları məbləğində cərimə borcu, 2559.72 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 49640.59 ABŞ dolları məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat, cəmi 61 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və X2 X18 QSC «Bank Standard» Kommersiya Bankının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 87500.00 ABŞ dolları məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ sahəsi 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsinə (bağ evi və ümumi birgə torpaq sahəsi) yönəldilməsi və bağ evinin açıq hərracdan satılması, bağ evinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh1, X9, X7, X8 və onlarla birlikdə yaşayan ailə üzvü Cavabdeh3 bağ evini ən geci bir ay ərzində tərk etmədikdə və bağ evindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı (bundan sonra mətndə Bank) ilə Cavabdeh1 arasında xx xxxxx 2015-ci il tarixli 160/00/390/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 qızma illik 19 (on doqquz) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2, Cavabdeh1, X9, X7, X8 Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsini (bağ evi və ümumi birgə torpaq sahəsi) xx xxxxx 2015-ci il tarixli 160/00/390/15 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış; seriya RX № 0639825, 110 № reyestr kitabında, 11175 № vərəqdə, qeydiyyat nömrəsi **********,xx.xx.2015ci il). Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (bundan sonra mətndə Cavabdeh2) və X7 (bundan sonra R.l l.İsmayılova) xx.xx.2015- ci il tarixli 160/00/390/15 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 35869.20 ABŞ dolları məbləğində əsas borc, 7015.81 ABŞ dolları məbləğində faiz borcu, 4195.86 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 47080.87 ABŞ dolları məbləğində borcu qalmışdır. xx xxxxx 2015-ci il tarixli 160/00/390/15 saylı kredit müqaviləsinin 5.1.6-cı bəndinin tələbinə görə «Kreditor»un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş zərərin əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb elmək hüququ vardır. Həmin müqavilənin 5.4.5-ci bəndində isə göstərilir ki. alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək «Borc alan»ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh1 xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, cavabdeh borclu tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi Banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bundan başqa, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 160/00/390/15 saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. xx xxxxx 2015-ci il tarixli 160/00/390/15 saylı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 87500.00 (səksən yeddi min beş yüz) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Qanunvericiliklə belə məlum olur ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Bütün bunlardan əlavə, Bank ilə Cavabdeh2 və R.H.İsmayılova arasında bağlanmış xx.xx.2015-ci il tarixli 160/00/390/15 saylı zaminlik müqaviləsinə əsasən «Borc alan» kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə «Zamin» «Borc alan» ilə birlikdə «Kreditor» qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 4.3-cü bəndində göstərilir ki, «Zamin» şəxs «Kreditor» qarşısında «Borc alan»ın öhdəliklərinə görə tam həcmdə - borcun əsas məbləğinin qaytarılması, faizlərin və cərimənin ödənilməsi, borcun alınması üzrə məhkəmə xərclərinin əvəzinin ödənilməsi və «Borc alan»ın «Kreditor» qarşısında öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən «Kreditor»a dəymiş digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla məsuliyyət daşıyır. Eyni müqavilənin 8.1 -ci bəndinə əsasən zaminlik müqaviləsi «Borc alan»ın «Kreditor» qarşısındakı öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədədir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Məcəllədə və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən, QSC «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 160/00/390/15 saylı kredit müqaviləsi üzrə 35869.20 ABŞ dolları məbləğində əsas borc, 7015.81 ABŞ dolları məbləğində faiz borcu, 4195.86 ABŞ dolları məbləğində cərimə borcu, 2559.72 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 49640.59 ABŞ dolları məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat, cəmi 61 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və X2 X18 QSC «Bank Standard» Kommersiya Bankının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 87500.00 ABŞ dolları məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ sahəsi 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsinə (bağ evi və ümumi birgə torpaq sahəsi) yönəldilməsi və bağ evinin açıq hərracdan satılması, bağ evinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh1, X9, X7, X8 və onlarla birlikdə yaşayan ailə üzvü Cavabdeh3 bağ evini ən geci bir ay ərzində tərk etmədikdə və bağ evindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X10 digər nümayəndənin izahatındakı xüsusatları qeyd edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X7 xx xxx 2017-ci il tarixli məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, qızı Cavabdeh1 adına QSC “Bank Standart” KB-dən xx xxxxx 2015-ci il tarixli 160/00/390/15 saylı müqaviləyə əsasən illik 19 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit götürmüşlər. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə o və Cavabdeh2 və bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin mülkiyyətlərində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsi xx xxxxx 2015-ci il tarixli 160/00/390/15 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri üzrə 2015-ci ilin dekabr ayına kimi ödənişlər etmişlər. Lakin sonradan ölkədə baş verən maliyyə böhranı ilə əlaqədar ABŞ dollarının məzənnəsi milli valyutaya nisbətən kəskin qalxdığından, bank qarşısında öhdəliklərini vaxtında icra edə bilməmişlər və banka müraciət etmişlər ki, ya kredit müqaviləsi üzrə faizləri azaltsınlar, ya da manata çevirsinlər. Bütün bunlara baxmayaraq, bankla razılıq əldə edilməmişdir. Hesab edir ki, keçən müddət ərzində əsas kredit məbləğinə hesablanmış faiz və dəbbə pulu məbləği yüksəkdir. Onlar biznes üçün avtomobil almaq istəyib, kredit götürmüşlər. Faizlə birlikdə 8000 ABŞ dolları ödəniş etmişlər. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 xx xxx 2017-ci il tarixli məhkəmə iclasında digər cavabdehin izahatına uyğun izahat verərək, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər Cavabdeh1, X8, X9, Cavabdeh2, Cavabdeh3 və X7 məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, iddiaçı X18 QSC «Bank Standart» KB ilə Cavabdeh1 arasında xx xxxxx 2015-ci il tarixdə 160/00/390/15 №-li kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sonuncuya illik 19 % hesabı ilə 48 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı X18 QSC «Bank Standart» KB ilə Cavabdeh1 arasında xx xxxxx 2015-ci il tarixdə 160/00/390/15 №-li kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və iş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya olan əsas borcu 35869.20 ABŞ dolları, faiz borcu 7015.81 ABŞ dolları, 2559.72 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu və cərimə 4195.86 ABŞ dolları olmaqla, cəmi borc 49640.59 ABŞ dolları təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3. maddəsinin tələbinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 X18 QSC “Bank Standart” Kommersiya Bankı qarşısındakı öhdəliyi digər borclu olan Cavabdeh2 və X3 zaminliyi ilə təmin edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı X18 QSC “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh2 və X7 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 160/00/390/15 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və X1 Prosesində Olan QSC “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə borclunun öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2. maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Kredit müqaviləsinin 4.1. bəndindən görünür ki, bu müqavilə ilə öhdəliklərin icrasına təminatgirovla yüklü edilmiş əmlakdır. İş materiallarında olan, iddiaçı X18 QSC «Bank Standart» KB ilə Cavabdeh1, X8, X9, Cavabdeh2 və X7 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 160/00/390/15 saylı ipoteka müqaviləsindən və işdə olan sənədlərdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsi X18 QSC «Bank Standart» KB qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 87500 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli seriya RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, Cavabdeh1, X8, X9, Cavabdeh2 və X3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsinin X18 QSC «Bank Standart» KB qarşısında ipoteka ilə yüklü edilməsi rəsmi dövlət qeydiyyatına alınmışdır . İş materiallarına əlavə edilmiş bildirişdən, həmçinin işin digər materiallarından görünür ki, Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən iddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.3. maddəsinin tələb etdiyi qaydada tutmanın ipotekaya yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ərizə verilmiş və bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydə alınmışdır. İddiaçı X18 QSC «Bank Standart» KB ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 87500 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan məhkəmə tərəfindən qiymətləndirməni aparması həvalə edilmiş “xxxx” MMC tərəfindən tərtib edilən H/03-PLS №-li xx xxxxxx 2021-ci il tarixli rəydə, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsinin real bazar dəyərinin 230.000 manat, likvid dəyərinin 195.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə, əmlakın dəyərini müəyyən etmiş birliyin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, əmlakın dəyəri barədəki rəylə razılaşır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçı X18 QSC «Bank Standart» KB-yə ödənilməmiş 35869.20 ABŞ dolları əsas, 7015.81 ABŞ dolları faiz borcu, 2559.72 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra olunmaması 4195.86 ABŞ dolları məbləğində cərimənin hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə, işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tətbiq olunmuş cərimənin azaldılaraq 400 ABŞ dolları həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilməlidir. Eyni zamanda, iddia tələbindən görünür ki, cavabdehin əşyaları ilə birlikdə ipoteka predmeti olan əmlakdan çıxarılması xahiş olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qanunun tələbindən göründüyü kimi, ipoteka qoyan şəxsin yaşayış sahəsini tərk etməsi tutmanın ipoteka predmetinə yönəlməsi və ipoteka predmetinin satılması ilə şərtləndirilmişdir. Hazırki vəziyyətdə məhkəmə, cavabdehin əşyaları ilə birlikdə ipoteka predmeti olan əmlakdan çıxarılmasını işin hallarına uyğun saymır və hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 31 manat ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun və və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün rüsumun cəmi 30 manatı cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı X18 Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankınin xeyrinə 35869.20 ABŞ dolları məbləğində əsas borc, 7015.81 ABŞ dolları məbləğində faiz borcu, 400 ABŞ dolları məbləğində cərimə borcu, 2559.72 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 45844.73 ABŞ dolları məbləğində pulun, ödənilmiş dövlət rüsumuna və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsuma görə cəmi 30 manat dövlət rüsumu müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və X2 tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1, X8, X9, Cavabdeh2 və X3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak 195.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ümumilikdə 45844.73 ABŞ dolları məbləğində borc və rüsuma görə 30 manat məbləğində pul vəsaiti ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı X18 Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankınin xeyrinə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada 35869.20 ABŞ dolları məbləğində əsas borc, 7015.81 ABŞ dolları məbləğində faiz borcu, 400 ABŞ dolları məbləğində cərimə borcu, 2559.72 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının məzənnəsi ilə 45844.73 (qırx beş min səkkiz yüz qırx dörd dollar yetmiş üç sent) ABŞ dolları məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş rüsuma görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh1, X8, X9, Cavabdeh2 və X3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsinə yönəldilsin, həmin ev və torpaq sahəsi 195.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı X18 Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankına ümumilikdə 45844.73 (qırx beş min səkkiz yüz qırx dörd dollar yetmiş üç sent) ABŞ dolları məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş rüsuma görə 30 (otuz) manat məbləğində pul vəsaiti ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar