Məhkəmə qərarları › İş №2(003)-73/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-73/2021

23.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-73/2021 23.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı tikintinin sökülməsi və materialların geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında öz vəsaitinə inşa etdiyi mağazanı sökülüb tikintidə istifadə etdiyi materialları və mağazaya qoyduğu avadanlıqları: Mişar daşı 580 manat məbləğində, Armatur d-12 188 metr - 206 manat, Sancaq 20/15 235 ədəd - 47 manat, Dam - 3000 manat, Çornavoy üçün taxta 300 kub.m – 300 manat Çornavoy üçün tol -20 manat, 05.01.2019 Qapılar 2ədəd - 450 manat, 07.01.2019 Pəncərə, Fortuçka-360 manat, 17.04.2019 qapı-pəncərə-570manat, Elektrikmalları 300 manat, Beton üçün setlca 20 ədəd - 90 manat, Metlax 541cv.m -756 manat, Lambir 65kv.m- 273 manat, Lambir üçün profil,U,şurup,əqrəb - 250 manat, Lambir üçün künc 1 ük 90 m - 90manat, Lambir üçün spot 20 ədəd - 140 manat, Vitrin üçün metal İcons. - 265 manat, Vitrin üçün profil - 465 manat, Xaladelnik vitrin - 650 manat, Kassa - 360 manat, Kondisioner 500- manat, Marojna xaladelnik (150+120)- 270 manat, Qapının öz sahəsi -340 manat, Şüşə vitrin - 100manat, Reklam - 120 manat, Market reklamı - 70 manat, Seyf qapı - 200 manat, Vitrin şkaf - 140 manat, çörək şkafı - 100 manat, tərəzi – 40 manat, Vedrələr 3 ədəd - 45 manat, Polka meyvə üçün – 100 manat, cəmi 11197 manat məbləğində ona qaytarılması; ərzaq malların alınması üçün Cavabdeh verdiyi 7980 manat məbləğində pulu cavadehdən alınıb mənə qaytarılması; mağazanın tikintisində ustalara ödədiyi zəhmət haqqının əvəzi və həmçinin mağazanın tikintisində istifadə olunan materialların əvəzi cəmi 4681 manat məbləğində pulun Cavabdeh alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında öz vəsaitinə inşa etdiyi mağazanın təmir-tikintisinə çəkilən xərcin, ustalara verdiyi 4681 manat haqqın, mağazaya qoyduğu 11197 manat məbləğində avadanlıqların; ərzaq malların alınması üçün Cavabdeh verdiyi 7980 manat məbləğində pulun Cavabdeh alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qonşusudur. 2018-ci ilin yay aylarında Cavabdeh ona müraciət edərək dolanışığı çətin olduğunu bildirərək mağaza tikərək şərikli işlətmələrini təklif etmişdir. O, razılaşmış və cavabdehin həyətində ünvan 2 ünvanda şərikli işlətmək məqsədilə təxminən 44 kv. m ölçüdə mağaza tikərək içərisini ərzaq məhsulları ilə doldurmuşdur. Ümumilikdə tikiliyə və ərzaq məhsullarına 23958 manat pul xərcləmişdir. Mağazanın tikintisində və istifadəsi üçün aşağıda göstərdiyi materiallar sərf olunub: Mişar daşı 580 manat məbləğində, Armatur d-12 188 metr - 206 manat, Sancaq 20/15 235 ədəd - 47 manat, Dam - 3000 manat, Çornavoy üçün taxta 300 kub.m – 300 manat Çornavoy üçün tol -20 manat, 05.01.2019 Qapılar 2ədəd - 450 manat, 07.01.2019 Pəncərə, Fortuçka-360 manat, 17.04.2019 qapı-pəncərə-570manat, Elektrikmalları 300 manat, Beton üçün setlca 20 ədəd -90 manat, Metlax 541cv.m -756 manat, Lambir 65kv.m- 273 manat, Lambir üçün profil,U,şurup,əqrəb - 250 manat, Lambir üçün künc 1 ük 90 m - 90manat, Lambir üçün spot 20 ədəd - 140 manat, Vitrin üçün metal İcons. - 265 manat, Vitrin üçün profil - 465 manat, Xaladelnik vitrin - 650 manat, Kassa - 360 manat, Kondisioner 500- manat, Marojna xaladelnik (150+120)- 270 manat, Qapının öz sahəsi -340 manat, Şüşə vitrin - 100manat, Reklam - 120 manat, Market reklamı - 70 manat, Seyf qapı - 200 manat, Vitrin şkaf - 140 manat, çörək şkafı - 100 manat, tərəzi – 40 manat, Vedrələr 3 ədəd - 45 manat, Polka meyvə üçün – 100 manat. Mağazanın tikintisində aşağıda göstərdiyi məbləğdə ustalara zəhmət haqqı ödənilib: Daş işlərin görülməsi üçün -470 manat, Mala işi - 920 manat, Elektrik ustası – 150 manat, Mağazanın içi beton ustası - 150 manat, Metlax ustası - 400 manat, Lambir üçün usta - 250 manat, Vitrin ustası - 100 manat, Divarların şpaklevkası usta - 875 manat, Kondisionerin quraşdırılması - 50 manat, cəmi 3365 manat. Həmçinin, mağazanın tikintisində 8 kub.m şeben - 160 manat, 2 maşın qum -200 manat, 100 kisə sement - 600 manat, 40 kq mismar - 56 manat,metlax üçün mata 20 kisə - 140 manat, şpaklovka astar 6 kisə - 36 manat, şpaklovka üzlük 2 kisə -12 manat, emulsiya 25 qr 2 ədəd - 80 manat, binder 2 ədəd - 32 manat - cəmi 1316 manat məbləğində material istifadə olunub. Ərzaq malların alınması üçün Cavabdeh ilk dəfə 4620 manat və sonradan 1160, 800, 500, 400, 500, manat cəmi 7980 manat məbləğində pul verilmişdir. Cavabdeh mağazanın ona məxsus olduğunu bildirərək onu mağazaya yaxın buraxmır və şərikli işlətməli olduqları mağazadan ona bir manat da verməmişdir. Ona görə də öz vəsaitinə inşa etdiyi tikilini söküb tikintidə istifadə etdiyi materialları, mağazada olan avadanlıqları, mağazanın tikilisinə ustalara ödədiyi zəhmət haqqının əvəzini, ərzaq malların alınması üçün cavabdehə verdiyi pulları qeri tələb etməli olur. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qismən qəbul etmiş və bildirmişdir ki, ona məxsus torpaq sahəsində yerləşən mübahisəli tikintiyə iddiaçı tərəfindən vəsait sərf edilmişdir. Lakin həmin vəsait iddia tələbində qeyd edilən məbləğdə olmamışdır. O, iddiaçıya demişdir ki, ayda 500 manat versin, lakin aralarında razılıq olmamışdır. Ərzaq malları üçün iddiaçı ona 4000 manat pul vermişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh məxsus ünvan 1 ünvanında qarşılıqlı razılıqlarına əsasən mağaza inşa edərək oraya əşyalar yerləşdirmiş, ərzaq mallarının alınması üçün cavabdehə pul vəsaiti vermişdir. İddiaçı inşa etdiyi mağazanın təmir-tikintisinə çəkilən xərcin və ustaya verilən əmək haqqının, mağazaya yerləşdirdiyi avadanlıqların, həmçinin ərzaq malların alınması üçün Cavabdeh verdiyi pul vəsaitinin Cavabdeh alınıb ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli ünvanda öz hesabına avadanlıqlar yerləşdirməsi, həmçinin mağazanın tikintisi üçün ustaya əmək haqqı ödənilməsi barədə öz tələbini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbi həmin hissədə cavabdeh tərəfindən etiraf edilməmiş və işin məhkəmə iclasında araşdırılması zamanı qeyd olunan halları təsdiq edən hər hansı hal müəyyən olunmamışdır. Cavabdeh iddia tələbini qismən etiraf edərək, iddiaçının həqiqətən də ona məxsus ünvanda mağaza tikdiyini, ona ərzaqlar üçün pul vəsaiti verildiyini bildirmiş, lakin tələb olunan məbləğlərlə bağlı razılaşmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli 10/2604 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mübahisəli əmlakın tikilməsi və təmir edilməsi üçün çəkilən xərclərin ümumi dəyəri 13433.9 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərtib edilmiş ekspert rəyinə sübut növü kimi qiymət verərək qeyd edir ki, ünvan 1 ünvanında İddiaçı tərəfindən tikilmiş tikiliyə çəkilmiş xərclərin 13433.9 manat olması öz təsdiqini tapmışdır və həmin pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, ərzaq məhsullarına görə cavabdehə verilmiş pul vəsaitinə dair qeyd edir ki, iddiaçının həmin pul vəsaitinin məbləğinə dair hər hansı sübut təqdim etməməsi və cavabdehin ona 4000 manat pul verildiyini qəbul etməsini nəzərə alaraq, həmin ödənişin 4000 manat qəbul edilməsi işin hallarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 13433.9 manat və 4000 manat olmaqla, cəmi 17433.9 manat pul vəsaiti alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat Cavabdeh, 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17433.9 (on yeddi min dörd yüz otuz üç manat doxsan qəpik) manat pul vəsaiti, ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat Cavabdeh, 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar