Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-750/2025 04.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27.09.*969-cu il təvəllüdlü X3 28.**.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 29 sentyabr *969-cu il tarixdə Bakı şəhərində anadan olmuş məhrum X6 28 noyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum onun həyat yoldaşıdır və vəfat etdiyi günədək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X*3 küçəsi 86A ünvanda yaşamışdır. X* vəfat etdiyi günədək artıq * aydır ayaqlarında ağrının olduğunu, lakin çoxda kritik olmadığını və ağrıya dözdüyünü söyləyirdi. Vəfat etdiyi gün səhər **:00-*2:00 arası vəziyyətinin yaxşı olmadığını görüb, dərhal *03 “X** xətt-inə zəng etmişdir. Təcili yardım həkimi xəstəni müayinə etmiş və vəziyyətinin kretik olduğunu artıq son ürəy döyüntülərinin olduğunu bildirib heç bir şey edə bilməyəcəyini söyləyərək, onun burda heç bir işi qalmadığını, özündən sonra yeni Təcili Yardımı göndərəcəyini bildirmişdir. Bundan sonra ikinci təcili yardım saat 20:00-2*:00 radələrində gəlmişdir. Yeni gəlmiş təcili yardım həkimi mərhumu müayinə etmiş və artıq öldüyünü bildirdi. Bununla bağlı təcili yardım həkimi Rəsulov.F arayış vermiş və “Təcili və X4 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsin”-nin ölümün ilkin səbəbi hissəsində “Həkimə qədər ölüm” faktını qeyd etmişdir. Həkimin tibbi ölüm haqqmda şəhadətnamənin verilməsi üçün ərazi aidiyyəti üzrə müraciət edilmiş Azərbaycan Respublikası TƏBİB X*4 “Bakı Baş Səhiyyə Mərkəzi” X*4 45 Nömrəli Şəhər Poliklinikası 29 noyabr 2024-cü il tarixli, *8-*-*-*00/2-36*/2024 saylı cavab məktubunda “ölümdən səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə” ölüm haqqında şəhadətnamənin verilməsinə imtina edilmişdir. Buna görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 29 noyabr 2024-cü il tarixli cavab məktubunda ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alma bilər qeyd edilərək, ölüm haqqında şəhadətnamə verməkdən imtina etilmişdir. Ölənin həyat yoldaşı olaraq, vərəsəliyin rəsmiləşdirmək üçün mərhumun ölüm şəhadətnaməsinin əldə edilməsinin vacibliyi bəllidir. Bunun üçündə mərhumun ölümü barədə həkimin arayışı tələb olunur. Bu səbəbdən də mərhumun ölüm haqqmda şəhadətnaməsinin əldə edilməsi mümkün olmamışdır. Ona görə də ölüm faktinin müəyyən edilməsi məcburiliyi yaranmışdır. Proses iştirakçılarının izahatı Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində X8 ifadəsində göstərmişdir ki, Şirvani Əliyev 28.**.2024cü ildə Şüvəlan qəsəbəsində yerləşən öz evində vəfat etmiş və Qala qəsəbəsində yerləşən qəbirstanlığında dəfn edilmişdir. Onun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmədə şahid qismində X2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşuluqda yaşayırlar. Ərizəçinin əri Şirvani Əliyev xəstə olduğu üçün öz evində vəfat etmişdir. Ancaq onun hansı qəbirstanlıqda dəfn olunmasını bilmir. Mərhumun yas mərasimlərində iştirak etmişdir. Ərizəyə etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -AZE seriyalı, 04*44677 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*978-ci il tarixdə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev *2 ünvanında qeydiyyatdadır. -AA48*9459 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 27.09.*969-cu il tarixdə anadan olmuşdur. -AZ-İ seriyalı, 092738 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi nikahları Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində xx.xx.2004-cü ildə, 283 nömrəli nikah akt qeydi üzrə qeydə alınmışdır. -Təcili və X4 Stansiyasının (BŞT və TTTYS) *0 saylı bölməsi həkimi tərəfindən verilmiş 28.**.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 həkiməqədər ölümü baş vermişdir. -Maraqlı şəxs Ərizəçi ünvanlanmış 29.**.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin əri X3 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X*2 “Bakı Baş Səhiyyə Mərkəzi” X*2 45 nömrəli Şəhər Poliknikasının 29.**.2024-cü il tarixli məktubundan görünür ki, mərhum 27.09.*969-cu il təvəllüdlü, X6 28.**.2024-cü il tarixində evdə ölmüşdür. Ölümə qədər xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmişdir. Ölümdən sonra Təcili Yardım həkimi tərəfindən Həkimə qədər ölüm qeydiyyata alınmışdır. Ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən Ölüm haqqında şəhadətnamənin №AZS-*06 verilməsinə imtina edilmişdir və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*8.*. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə *93. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası Bənd 8.5. ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bənd 8.2. ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarı Bənd 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, Ərizəçi əri X9 27.09.*969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 27.09.*969-cu il təvəllüdlü X9 28.**.2024-cü il tarixində evdə ölmüş, lakin ölümə qədər xəstəliklə əlaqədar poliklinikaya müraciət edilməməsi və ölümdən sonra Təcili Yardım həkimi tərəfindən həkimə qədər ölüm qeydiyyata alınmadığından, ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etrpək mümkün olmadığına görə poliklinika tərəfindən ölüm haqqında şəhadətnamənin №AZS-*06 verilməsinə imtina edilmişdir. Göründüyü kimi, ərizəçi ərinin ölüm faktının müəyyən edilməsini xahiş edir. Hazırda baxılan mülki iş üzrə hüquq haqqında mübahisənin olmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum əri X3 28.**.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 27.09.*969-cu il təvəllüdlü X3 28.**.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-750/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-750/2025
04.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver