Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-781/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Maraqlı şəxs İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birlliyi” Publik Hüquqi şəxs 29 nömrəli birləşmiş Şəhər Xəstəxanasının nümayəndəsi X2 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 27.**.*970-ci il tarixdə Astara rayonu Hamuşam kəndində doğulmuş X3 *3.*2.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X7 27 noyabr *970-ci il tarixdə Astara rayonu Hamuşam kəndində anadan olmuşdur. Mərhum Y.Nüsrətova uzun müddət idi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydiyyatsız yaşamışdır. Mərhum anası Covid-*9 xəstəliyinə yoluxmuş və *3 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Hadisə yerinə Xəzər rayon X8 yardımı gəlmiş meyiti Sabunçu rayon Şöbəsinin Meyitxanasına aparmışdır. Meyit müvafiq tələblərə uyğun dezinfeksiya olunaraq bükülmüş və dəfn olunması üçün onlara təhvil verilmişdir. Bu barədə *4 dekabr 2020-ci il tarixli 272saylı arayış verilmişdir. Tərəflərindən mərhum anası Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən məzarlıqda dəfn edilmişdir. Bu barədə 0* fevral 202*-ci il tarixli 324-saylı arayış Binə Bələdiyyəsi tərəfindən verilmişdir. X* ölümünün qeydə alınması üçün, Müşayiət vərəqəsini, Sabunçu rayonu Meyitxana şöbəsinin *4 dekabr 2020-ci il tarixli arayışının və Binə Bələdiyyəsinin 0* fevral 202*-ci il tarixli arayışını aidiyyatı üzrə Maraqlı şəxs2nə təqdim etmişdir. Lakin Maraqlı şəxs2 tərəfindən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda qeydiyyatdan imtina etmişdir. Bu səbəbədən də X* ölümü barədə Şəhadətnamə alınması üçün ölüm faktının məhkəmə qaydasında müəyyən etmək məcburiyyətində qalmışlar. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birlliyi” Publik Hüquqi şəxs 29 nömrəli birləşmiş Şəhər Xəstəxanasının nümayəndəsi X6 izahatında ölmüş X3 29 nömrəli birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmadığına görə ərizəçiyə ölüm haqqında həkim arayışının verilməsindən imtina edildiyini bildirdi və ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun baldızının oğludur. Həmçinin qeyd etdi ki, o, qonşuluqda yaşayır. Ərizəçinin anası Yaqut Nüsrətova *0 gün xəstə olmuş, o, Koronavirusa yoluxmuşdur. *3.*2.2020-ci il tarixdə axşam saatlarında vəfat etmişdir. Binə qəbiristanlığında dəft edilmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X*0 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. X7 2020-ci ilin dekabr ayının *2-də Koronavirus xəstəliyinə yoluxduğundan vəfat etmişdir. Həmin vaxt o da orada olmuşdur. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2nə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs2 02.02.202*-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeydiyat şöbəsinə həkim arayışını təqdim etmədiyi üçün ərizə təmin edilməmiş və ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan müşayət vərəqəsindən görünür ki, 27.**.*970-ci il təvəllüdlü X5 görə *3.*2.2020-ci il tarixdə çağırış zamanı qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Binə bələdiyyəsi tərəfindən 0*.02.202*-ci il tarixdə verilmiş arayışdan görünür ki, X7 öləndən sonra Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən məzarlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi anası X4 *3.*2.2020-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə 27.**.*970-ci il tarixdə Astara rayonu Hamuşam kəndində doğulmuş X3 *3.*2.2020-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 27.**.*970-ci il tarixdə Astara rayonu Hamuşam kəndində doğulmuş X3 *3.*2.2020-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-781/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-781/2022
31.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver