Məhkəmə qərarları › İş №2(003)-784/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-784/2022

01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-784/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, babası *93*-ci il təvəllüdlü X* 20.03.*990-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.*986-cı ildə anadan olmuş, hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə *, ev *9 ünvanında yaşayır. X2 *7.05.20*8-ci il tarixdə, atasının atası *93*-ci il təvəllüdlü X4 isə 20.03.*990-ci ildə vəfat etmişdir. Babası vəfat edərkən baş qarışıq olduğundan və qanunları bilmədiklərindən ölüm haqqında şəhadətnamə almamışlar. Babası qohum-əqrabanın iştirakı ilə Binədə dəfn olunmuşdur. Hazırda babasının ölüm haqqında şəhadətnaməsi sənədləşmə işləri üçün ona lazımdır. Ərizəyə baxılması zamanı Ərizəçi ərizəsini dəqiqləşdirərək babası *93*-ci il təvəllüdlü X* 23.03.*99*-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, X* qara ciyərində problemlər olmuş və bu səbəbdən ölmüşdür. Babası 23.03.*99*-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüşdür. Hazırda babasından qalmış miras əmlakla bağlı sənədləşdirmə işlərinin aparılması üçün babasının ölüm haqqında şəhadətnaməsi lazımdır. O, babasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmədə şahid qismində dindirilmiş X*0 ifadəsində bildirmişdir ki, mərhum Həsən Quliyev onun atasıdır. Atası, *99*-ci ilin “Novruz Bayramı” günlərində, yəni mart ayının 23də vəfat etmişdir. Atasının qara ciyərində problemlər olmuş və buna görə səhhətində problemlər yaramışdır. Özü atasının yaşadığı evin qonşuluğunda yaşayır və atası ölən gün onlarda olmuşdur. Atası, Nardaran qəsəbəsində dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, mərhum Həsən Quliyev onun dayısı olmuşdur. Onun qara ciyərində problem olmuşdur və o, xəstəlikdən *99*-ci ilin mart ayında novruz bayramı günlərində vəfat etmişdir. Nardaranda dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, mərhum Həsən Quliyev onun qonşusu olmuşdur. *99*-ci ilin mart ayında ölmüş və həmin vaxt orada olmuşdur. Nardaranda dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs **.*2.202*-ci il tarixli məktubundan görünür ki, Ərizəçi qeydiyyat şöbəsinə həkim arayışını təqdim etmədiyi üçün, ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan *5.07.*986-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, xx.xx.*986-cı ildə Bakı şəhərində doğulmuş, X2, anası isə X6r. İş materiallarında olan İ-ИЕ 0388*8 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8, *6.04.*956-cı ildə Bakı şəhərində doğulmuş, atası X4, anası isə Zeynəb Qeybulla qızıdır. İş materiallarında olan ИЕ 250246 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, *93*-ci il təvəllüdlü Bakı şəhərində doğulmuş X3 ilə *929-cu təvəllüdlü Bakı şəhərində doğulmuş Zeynəb Qeybulla qızı arasında *955-ci il tarixdə *47 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarında olan XV-ЖГ 600758 nömrəli Sovet Sosialist Respublikalar ittifaqı vətədaşı pasportunun surətindən görünür ki, X3 *93*-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan AZ-İ 940042 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçiövsət Həsən oğlu *7.05.20*8-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X9 (Məmməd Mirzə) oğlunun ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin babasl X9 (Məmməd Mirzə) oğlunun 23.03.*99*-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə *93*-ci il tarixdə Bakı şəhərində doğulmuş X9 (Məmməd Mirzə) oğlunun 23.03.*99*-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *93*-ci ildə Bakı şəhərində doğulmuş X9 (Məmməd Mirzə) oğlunun 23.03.*99*-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar