Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-784/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə İzzətalı oğlunun iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 0*.06.*934-cü il təvəllüdlü atası X* *5.08.*999-cu tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası 0* iyun *934-cü il təvəllüldü X5 *5.08.*999-cu il tarixdə tarixdə vəfat edib. Atası yaşlı insan idi. Heç bir xəstəliyi yox idi. Sadəcə yaşlılıqla bağlı vəfat edib. Anası da rəhmətə gedib. Hazırda valideynlərindən qalan evi adlarına keçirmək istəyirlər. Lakin qanunla müəyyən olunmuş müddəti ötürdüklərindən məhkəməyə müraciət etməli olmuşlar. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə İzzətalı oğlu ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində X7 ifadəsində göstərmişdir ki, mərhum onun atası idi. Atası avqust ayında rəhmətə gedib. Astma xəstəliyindən əziyyət çəkirdi. Səhər saat *0/** ərəfəsində evdə rəhmətə gedib. Qobustanda basdırılıb. Məhkəmədə şahid qismində X4 ifadəsində göstərmişdir ki, mərhum onun atası idi. *5.08.*999-cu il tarixdə rəhmətə gedib. Ağciyərində problem vari idi, nəfəs çatışmırdı. Rəhmətə gedəndə atasının yanında idi, belə ki, qonşuluqda yaşayır. Qaradağ rayonunda basdırılıb. Ərizəyə etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər - doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, 0*.06.*934-cü il təvəllüdlü X* atası X8, anası isə X9r. - doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.*977-ci il təvəllüdlü Ərizəçi atası X5, anası isə X6r. - doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.*972-ci il təvəllüdlü Nümayəndə İzzətalı oğlunun atası X5, anası isə X3r. - **.*2.2024-cü il tarixli arayışdan görünür ki, 0*.06.*934-cü il tarixdə Qobustan rayonu, Ərəbşalbaş kəndində anadan olmuş X* ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə **.*2.2024-cü ilədək daxil edilmiş bütün”vətəndaşlıq vəzıyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - Maraqlı şəxs Ərizəçi ünvanlanmış **.*2.2024-cü il tarixli məktubundan görünür ki, X* ölümünün qeydiyyata alınması barədə **.*2.2024-cü il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün deyil. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*8.*. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə *93. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası Bənd 8.5. ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bənd 8.2. ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, Ərizəçi 0*.06.*934-cü il təvəllüdlü atası X5 *5.08.*999-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Göründüyü kimi, ərizəçi müəyən sənədləri əldə etmək istəyir. Lakin anasının ölümü müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qaynatasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Hazırda baxılan mülki iş üzrə hüquq haqqında mübahisənin olmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum atası X* *5.08.*999-cu il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 0*.06.*934-cı il təvəllüdlü X2 *5.08.*999-cu il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-784/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-784/2025
07.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver