Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-810/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi 08.08.*969-cu il təvəllüdlü həyat yoldaşı X* xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, 08.08.*969-cu il təvəllüdlü həyat yoldaşı X* xx.xx.2023-cü il tarixində vəziyyətinin ağırlaşdığını görüb xəstəxanaya aparsa da, artıq gec olmuş və o, yolda vəfat etmişdir. Bundan sonra mərhum həyat yoldaşı İ.D.Yadigarovu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə keçəsi, döngə *, ev 43 ünvanında yerləşən evinə gətirmiş və X*0a (*03) zəng edərək ölüm faktı barədə məlumat vermişlər. Qeyd olunan ünvana gələn X*0 xidmətinin əməkdaşları tərəfindən Ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim olunmuşdur. Mərhum həyat yoldaşı İ.D.Yadigarov el adətilə Binə qəbiristanlığında dəfn edilmişdir. xx.xx.2023-cü il tarixində mərhum həyat yoldaşı İ.D.Yadigarovun ölümünün qeydiyyata alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq təqdim edilmiş, xx.xx.2023-cü il tarixli 3-*6-5/8-*5-Y-765/2023 №li məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, o, ərizəçi onun əmisi oğlunun arvadıdır. Əmisi oğlu ona zəng etmişdir ki, narahatdır, həmişə o zəng etdikdən sonra onu həkimə aparmışdır. Avtomobil əyləşdirdikdən sonra xırıldamağa başlamışdır. Onu həkimə çatdırdıqda sonra həkim vəfat etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, o, mərhumun qardaşıdır. Ərizəçi ona zəng eləyərək qardaşının vəziyyətinin yaxşı olmadığını bildirmişdir. O, da Nadimə zəng etmiş və birlikdə maşınla həkimə getmişlər. Onu həkimə çatdırdıqdan bir az sonra həkim vəfat etdiyini bildirmişdir. Onu Binə qəbiristanlığında dəfn etmişlər. Yas mərasimində iştirak etmişlər. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X3 08.08.*969-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhəri Maraqlı şəxs (Əzizbəyov rayon VVADQ) tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X4 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *9.*2.2006-cı il tarixdə *027 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Yadigarov, arvada Yadigarova soyadı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-*6-5/8-*5-Y-765/2023 №li məktubundan görünür ki, X* ölümünün qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 29 nömrəli şəhər xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli *79 saylı məktubdan görünür ki, mərhum 08.08.*969-cu il təvəllüdlü X3 29 saylı BŞX-da tibbi qeydiyyatda olmadığına görə ona ölüm haqqında şəhadətnamə /AZS-*06/ verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 08.08.*969-cu il təvəllüdlü X* xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 08.08.*969-cu il təvəllüdlü X* xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-810/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-810/2024
13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver