Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-811/2025 11.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X3 06.*2.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, 04.03.*978-ci il təvəllüdlü qardaşı X7 06.*2.2024-cü il tarixində ürək xəstəliyindən, evdə vəfat etmişdir. Həkim gələnə qədər qardaşı artıq vəfat etmişdi. O, Mərdəkan qəbirstanlığında dəfn edilmişdir. Hal-hazırda qardaşının ölüm haqqında şəhadətnaməsi sənədləşmə işləri aparmaq üçün lazımdır. Onun ölüm haqqında şəhadətnaməsini almaq üçün qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olması bildirilib.Ərizənin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X* göstərdi ki, X3 xəstəliyi haqqında şəhadətnaməsi olmadığına görə ölüm haqqında sənədin verilməsi mümkün olmamışdır. Bu səbəbdən məhkəməyə müraraciət etməsi tövsiyə olunmuşdur. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının *85-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Şahid qismində dindirilmiş X4 məhkəmə iclasında göstərdi ki, Sevda onun qonşusudur.Sevdanın 2 qardaşı var, Ramil və İbad. İbad təxminən dekabr ayında, Şağan qəsəbəsində, evində vəfat etmişdir.Mərdəkan qəbirstanlığında dəfn etmişdir. Yas mərasimində iştirak etmişdir. Şahid qismində dindirilmiş X2 məhkəmə iclasında göstərdi ki, Sevda onun qonşusudur. İbad onun qardaşı olub. İbad 2024-cü ilin dekabr ayında vəfat etmişdir.Mərdəkan qəbirstanlığında dəfn etmişdir. Yas mərasimində iştirak etmişdir. İş materiallarında olan 06.*2.2024-cü il tarixli Təcili və təxirəsalınmaz tibbi yardım stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X7 ünvan 1 ünvanında, həkim gələnə qədər vəfat etmişdir. İş materiallarında olan X5 məxsus qəbir daşının fotoşəkilindən görünür ki, o, 06.*2.2024-cü il tarixində vəfat etmişdir. İş materiallarında olan 3-*6-5/8-*5-2800/2024 nömrəli *3.*2.2024-cü il tarixli Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmamasına görə ölüm faktını qeydə almaq mümkün olmamışdır.Bu halda aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə müəyyən olundu ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu səbəbdənn Məhkəmə hesab edir ki, X3 ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 06.*2.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-811/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-811/2025
11.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver