Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-876/2023 14.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri Maraqlı şəxs) məhkəməyə ərizə ilə müraciət edərək 20.05.*963-cü il təvəllüdlü X2nun 3*.*2.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi mərhum həyat yoldaşı X5 20.05.*963-cü ildə Bakı şəhərində doğulmuşdur. X2 3*.*2.2022-ci il tarixdə evdə vəfat etmişdir. Dəfn mərasimdə qohum və qonşular iştirak etmişdir. Mərhum dünyasını dəyişənə gədər ailəsi ilə birgə yaşamışdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3 maddəsini rəhbər tutaraq, ərizəsini qəbul edib mahiyyəti üzrə baxılmasını və mərhum həyat yoldaşı X4 3*.*2.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirdi ki, mərhumun əmisidir. Mərhum xəstə olmuşdur. Müalicə üçün mərhumu bir neçə xəstəxanaya aparmışdır. Buna baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Mərhum şəkər xəstəliyindən əziyyət çəkirdi. Mərhumu müalicə etsələr də, nəticə əldə olunmamışdır. O, mərhumun evindən uzaqda yaşayır. Mərhum dünyasını dəyişəndən sonra mərhumun evinə getmişdir. Mərhum Binə qəbiristanlığında dəfn olunmuşdur. Mərhum onun dünyasını dəyişmiş böyük qardaşının oğludur. Məhkəmə iclasında şahid qismində dindirilən X** bildirdi ki, Esmira onun 30 illik qonşusudur. Muxtar Esmiranın həyat yoldaşı olmuşdur. Onun atası və Esmiranın qayınatası 30 ildən artıq müddətdə qonşu olmuşlar. Onlar bir ailə kimi olmuşlar. O, mərhum xəstə olarkən mərhuma baş çəkmişdir. Mərhumun ailə üzvləri mərhumu müalicə üçün bir neçə xəstəxanaya aparmışlar. Mərhum ona vəziyyətinin pis olduğunu söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*0 bildirdi ki, mərhumla qonşudur. 40 ildən çoxdur ki, mərhumla qonşu olduğu ərazidə yaşayır. Mərhum qış fəsli olan ayda dünyasını dəyişib. Onun əri mərhumun dünyasını dəyişməsindən iki gün əvvəl mərhuma baş çəkmişdir. Əri ona mərhumun artıq gəzə bilmədiyini və yaşamaq şansının olmadığını bildirmişdir. Mərhum dünyasını dəyişəndən sonra o və əri mərhumun evinə getmişlər. O, mərhumun yas mərasimində iştirak etmişdir. Mərhum axşam saatlarında vəfat etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X* Esmira Mirzağa qızı ilə 06.07.*990-cı il tarixdə nikahlarını bağlamışlar. Həmin tarixdə bu barədə Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 353 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsrafilova soyadı verilmişdir. İş materiallarında olan Təcili və X8 Stansiyası tərəfindən verilmiş 3*.*2.2022-ci il tarixli “Ölüm haqqında xəbərdarlıq” vərəsindən görünür ki, 3*.*2.2022-ci il tarixdə saat 0*:30-da Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi 52 çağırış olub və X4 həkimə qədər ölümü müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 05/*5-34 saylı **.0*.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin X2nun ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*9 Bakı Baş Səhiyyə X*7 Şəxsi 29 Nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış *9 saylı *0.0*.2023-cü il tarixli məktubdan görünür ki, 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının rəhbərliyi Binə qəsəbəsi, Vaqif küçəsi ünvanında yaşamış 20.05.*963-cü il təvəllüdlü X5 3*.*2.2022-ci il tarixdə ev şəraitində təcili yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat etmiş şəxsin ölüm səbəbi naməlum olduğuna görə AZS *06 forma (ölüm haqqında tibbi şəhadətnamə) verilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 ərizəçinin əri olmuşdur. 3*.*2.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum X2nun 3*.*2.2022-ci il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. Bakı şəhərində doğulmuş 20.05.*963-cü il təvəllüdlü X4 3*.*2.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-876/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-876/2023
14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver