Məhkəmə qərarları › İş №2(003)-901/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-901/2020

17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-901/2020 17.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X4 iştirakı ilə Ərizəçi Nəsrəddinovnanın hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi Nəsrəddinovna ərizə ilə məhkəməyə müraciət edərək,həyat yoldaşı xx xxxxxx 1960-cı iltəvəllüdlü X5 xx xxxx 2008-ci il tarixdə X1 Muxtar Respublikasının Maxaçkala şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Nəsrəddinovna ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X11 xx xxxx 2008-ci ildə X1 Muxtar Respublikasının Maxaçkala şəhərində qohumlarının toyuna getmişdir. Yoldaşı xx xxxx 1998-ci il tarixdə infarkt keçirmiş və həkimlərin müayinəsi altında olmuşdur. Həyat yoldaşına ürək xəstəliyi ilə əlaqədar həkim komissiyasının rəyinə əsasən 2-ci qrup əlillik statusu verilmişdir. xx xxxx 2008-ci ildə toyda olarkən həyat yoldaşının vəziyyəti pisləşmiş, təcili yardım çağırılmış, lakin həkim gələnə kimi vəfat etmişdir. X9 X6 verilmiş arayışa əsasən yoldaşının ölümünün səbəbi ağ ciyər arteriyasının tromboemboliyası olmuşdur. Həyat yoldaşının atası da vaxtı ilə Dağıstanda dəfn edildiyindən qohumları həyat yoldaşını da Maxaçkalada dəfn etmişlər. Meyitin məhkəmətibbi ekspertizası tərəfindən müayinəsi aparılmamışdır. Bundan əlavə, hər ikisi Azərbaycan Respublikasının vətəndaşlarıdır. Qeyd olunanlara əsasən, həyat yoldaşı xx xxxxxx 1960-cı il təvəllüdlü X5 xx xxxx 2008-ci il tarixdə X1 Muxtar Respublikasının Maxaçkala şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X10 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəməyə bildirmişdir ki, mərhum onun əmisi, ərizəçi onun əmisinin həyat yoldaşıdır. Əmisi Amədin ürək xəstəsi olmuşdur. Mərhum Xəzər rayonunda yaşamış, toya görə Dağıstana getmiş və 2008-ci ildə orada vəfat etmişdir. Bu səbəbdən də, mərhum Dağıstanda dəfn olunmuşdur. O eşidən kimi qardaşı ilə Dağıstana getmiş, dəfndə iştirak etmişdir. Əmisi Amədin evli olmuş, iki uşağı olmuşdur. X16 Əhədoviç məhkəməyə bildirmişdir ki, mərhum onun əmisi, ərizəçi onun əmisinin həyat yoldaşıdır. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Şahid X7 məhkəməyə bildirmişdir ki, ərizəçi onun qohumudur, belə ki, mərhum Amədin onun atasının əmisidir. O, digər şahidlərin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X2 arasında xx xxxx 1981-ci il tarixdə nikah bağlanmış, arvada Əhmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayonu 29 saylı X3 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X11 xx.xx.2008-ci il tarixdə Dağıstan Respublikasında ölmüşdür. Ölümün səbəbi məlum olmadığına görə ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş, rus dilindən tərcümə edilmiş X14 Yardım Stansiyasının xx.xx.2008-ci il tarixli çağırış kartının qoparılan talonundan görünür ki, xx.xx.2008-ci il tarixdə X13 adına çağırış olunmuş, təcili yardım gələnə qədər bioloji ölüm baş vermişdir. İş materiallarına X8 aid qəbir daşının fotoşəkili əlavə edilmişdir. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən ərizəçinin həyat yoldaşı, xx xxxxxx 1960-cı il təvəllüdlü X11 xx xxxx 2008-ci il tarixdə X1 Muxtar Respublikasının Maxaçkala şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan, Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/15-145 №-li məktubundan görünür ki, ərizəçinin həyat yoldaşı X5 ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 1960-cı il təvəllüdlü X5 xx xxxx 2008-ci il tarixdə X1 Muxtar Respublikasının Maxaçkala şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. xx xxxxxx 1960-cı iltəvəllüdlü X5 xx xxxx 2008-ci il tarixdə X1 Muxtar Respublikasının Maxaçkala şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar