Məhkəmə qərarları › İş №2(003)-909/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-909/2022

06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-909/2022 06.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 5 saylı Bakı “Asan Xidmət” Qeydiyyat şöbəsi) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 23.11.2021-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X3 01.06.19*2-ci ildə Abşeron rayonu, Tıxlı kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olmuşdur, 23 noyabr 2021-ci il tarixdə faktiki yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, A.ünvan 3 ünvanında yaşadığı evdə uzun müddət çəkən xərçəng xəstəliyindən vəfat etmişdir. Təcili tibbi yardıma mərhum anasının adına çağırış edilmiş, lakin həkim gələnə qədər anası X3 vəfat etmişdir. Anasının ölümü onu mənəvi və psixolofi cəhətdən sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından, poliklinikadan ölümü təsdiq edən sənədi ala bilməmişdir, mərhum anasının adına ölüm haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı Asan Xidmət X2 müraciət etsə də, qeydiyyat şöbəsi imtina məktubunda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Anası Abşeron rayonu, Tıxlı kəndində yerləşən qəbirstanlıqda dəfn olunmuş və qəbir daşının fotoşəkillərindən də 01.06.19*2-ci il təvəllüdlü X1 23.11.2021-ci il tarixdə ölməsi təsdiq olunur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 5 saylı Bakı Maraqlı şəxst şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE nömrəli 1*172657 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X3 01.06.19*2-ci ildə Abşeron rayonu Tıxlı kəndində doğulmuşdur. İş materiallarında olan AZE nömrəli ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan *8033*6 nömrəli 19.01.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Ərizəçi ünvan 4 ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzində yerləşən Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 21.01.2021-ci il tarixli, 05Q/2527/76 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 ölümünün qeydiyyatı ilə əlaqədar qeydiyyat şöbəsinə həkim arayışı təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi məsələsi ilə ilə əlaqədar məhkəməyə müraciə etməsi məqsədi müvafiq hesab edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X* ifadəsində bildirdi ki, X3 onun nənəsidir. Anası, atası, qardaşı və nənəsi eyni evdə yaşamışlar. Nənəsi 23.11.2021-ci il tarixdə ölümüşdür. Mərhumə ölməmişdən əvvəl xərçəng xəstəliyindən əziyyət çəkirdi. Nənəsi vəfat edərkən o, da evdə olmuşdu. Nənəsi Xızı rayonu Tıxlı kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Xızı Rayon İcra Hakimiyyəti Başçısının Tıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 nömrəli, 16 mart 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X3 2*.112021-ci il tarixdə Xızı rayonu Tıxlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə X1 23.11.2021-ci il tarixdə ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1*5 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçinun anası X1 23.11.2021-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01.06.19*2-ci ildə, Abşeron rayonu, Tıxlı kəndində doğulmuş X1 23 noyabr 2021-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar