Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-913/2025 31.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat Şöbəsinin maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı 27 oktyabr *980-cı il təvəllüdlü X4 *4 dekabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 onun qardaşıdır. Qardaşı 27.*0.*980-cı il tarixdə doğulmuş, *4.*2.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Təcili və X6 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X8 44 yaşında göstərilən tədbirlərə baxmayaraq ölüm baş vermişdir. Həkimin yanında ölüm qeyd olunsa da, lakin ölümə səbəb hər hansı bir diaqnoz olmadığından mənə müsbət arayış verə bilməmişlər. Bu səbəbdən ona qeydiyyat şöbəsindən və poliklinikadan imtina cavabı verilmişdir. Hal-hazırda qardaşının ölüm haqqında şəhadətnaməsi sənədləşdirmə üçün lazımdır. Bu barədə Maraqlı şəxsnə müraciət etsə də, lakin bununla bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Bundan sonra yazılı şəkildə 6 saylı Bakı Asan Xidmət Mərkəzinə müraciət edərək imtina cavabı almışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, o, mərhumun oğludur. X2 *4 dekabr 2024-cü il tarixdə yaşadığı evdə vəfat etmişdir. Mərhum Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, o, mərhumun həyat yoldaşıdır. X2 *4 dekabr 2024-cü il tarixdə yaşadığı evdə vəfat etmişdir. Mərhum Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid* izahatında bildirmişdir ki, o, ərizəçinin həyat yoldaşıdır. X2 *4 dekabr 2024-cü il tarixdə yaşadığı evdə vəfat etmişdir. Mərhum Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Vİİİ – ЖГ 290930 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9, anası X* X8 27 oktyabr *980-cı il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 07 fevral *98*-ci il tarixdə 630 saylı akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan İX- ЖГ 44**63 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9, anası X* Ərizəçi xx xxxx *983-cü il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında *5 noyabr *983-cü il tarixdə *073 saylı akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayonu Şüvəlan bələdiyyəsi tərəfindən verilmiş 255 saylı, 20.*2.2024-cü il tarixli arayışdan görünür ki, X8 *4.*2.2024-cü il tarixdə gecə saatlarında vəfat etmiş və *4.*2.2024-cü il tarixdə də Şüvəlan qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan *4.*2.2024-cü il tarixli “Təcili və X6 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, göstərilən tədbirlərə baxmayaraq X5 bioloji ölüm baş vermişdir. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” X*3 7 №-li şəhər poliklinikasının *7.*2.2024-cü il tarixli, *8-*-*-4*/2-A-36-xx-xx/2024 saylı arayışdan görünür ki, X8 poliklinikaya yalnız bir dəfə 03.*2.2024-cü il tarixdə müraciət etmişdir. Həkim-terapevt tərəfindən ona K76.9 “Qaraciyərin dəqiqləşdirilməmiş xəstəliyi” diaqnozu qoyulmuşdur. Bundan əlavə poliklinikaya hər hansı müraciət olmadığına və dispanser qeydiyyatında olmadığına görə ölüm haqqında tibbi şəhadətnamənin (Forma N*06) 7 nömrəli şəhər poliklinikası tərəfindən verilməsi mümkün olmamışdır. İş materiallarında olan 6 saylı Bakı “Asan Xidmət” X7 *7.*2.2024-cü il tarixli, 3-*6- 5/8-*5-*535/24 saylı məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında X4 ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkan xaricindədir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin qardaşı X8 *4 dekabr 2024-cü il il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin mərhumun ailə üzvləri qanunları lazımı qədər bilmədiyindən ölümü ilə bağlı sənədləşmə işləri aparılmamışdır. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin *93.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 27 oktyabr *980-cı il təvəllüdlü X4 *4 dekabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 307-3** və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 27 oktyabr *980-cı il təvəllüdlü X4 *4 dekabr 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-913/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-913/2025
31.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver