Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-959/2023 16.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs* və Bakı şəhəri Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri Maraqlı şəxs* və Bakı şəhəri Maraqlı şəxs2) məhkəməyə ərizə ilə müraciət edərək *977-ci il təvəllüdlü həyat yoldaşı X2 **.0*.202*-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X8 ** yanvar 202*-cü il tarixdə ürək tutmasından sonra 46 yaşında Bakı şəhərində vəfat etmişdir. Həyat yoldaşı X8 02.09.*977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 2* yanvar 2005-ci il tarixdə onlar rəsmi nikaha daxil olmuşlar. Həyat yoldaşı dünyasını dəyişənə qədər onunla bir ünvanda yaşamışdır. Dəfn mərasimində qonşular və qohumlar iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxs*nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxs2nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X* bildirdi ki, ərizəçi onun bacısı qızıdır. Elnur Kəmalənin həyat yoldaşı olmuşdur. Elnur yaxşı insan idi. Günorta saatlarında bacısının böyük qızı Reyhan ona zəng edərək Elnurun rəhmətə getdiyini demişdir. O, Elnurun yas mərasimində iştirak etmişdir. Elnur Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, ərizəçi onun xalası qızıdır. Elnur yaxşı insan idi. Onun Elnurla münasibəti çox yaxşı olmuşdur. Elnur ** yanvar 202*cü ildə rəhmətə getmişdir. Elnurun rəhmətə getdiyini ona Reyhan demişdir. O, Elnurun dəfnində iştirak etmişdir. Elnur Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, ərizəçi onun bacısıdır. Elnur onun bacısının əri olmuşdur. Elnur **.0*.202*-cü il tarixdə ürək tutmasından rəhmətə getmişdir. Həmin vaxt qonşular orada olmuşlar. Bacısı ona zəng vurub Elnurun rəhmətə getdiyini söyləmişdir. O, Elnurun yaşadığı evə gedəndə Elnurun cənazəsi artıq yuyulmuşdu. Elnur təzyiq səbəbindən rəhmətə getmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: AZE seriyalı, **22*54* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 02.09.*977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. AZ-İ seriyalı, *44299 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X* Kəmalə Gülbala qızı ilə 2*.0*.2005-ci il tarixdə nikahlarını bağlamışlar. Həmin tarixdə bu barədə Bakı şəhərində yerləşən Səadət sarayında nikahın bağlanması haqqında akt qeydləri kitabında 228 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qəribova soyadı verilmişdir. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının 6 saylı bölməsinin 6/9 nömrəli, *7.0*.202*-cü il tarixli məktubundan görünür ki, **.0*.202*-cü il tarixdə, saat 09:*4-də ünvan 1 ünvanına X2 adına çağırış daxil olmuşdur. Çağırışı 6 saylı bölmənin həkimi yerinə yetirmiş, həmin xəstəyə qeyri stabil stenokardiya diaqnozu qoyularaq müvafiq ilkin tibbi yardım göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs2 *7.0*.202*-cü il tarixli məktubundan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X2 ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*5 Bakı Baş Səhiyyə X** Şəxsi *8 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş *9.0*.202*cü il tarixli qısa epikrizdən görünür ki, X2 heç bir tibbi sənədi olmadığı üçün ölüm haqqında arayış verilməmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 ərizəçinin əri olmuşdur. **.0*.202*-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin *07.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin *08-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin *08-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** oktyabr 200*-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum əri X2 **.0*.202*-cü il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ***-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 02.09.*977-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 **.0*.202*-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-959/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-959/2023
16.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver