Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-960/2023 09.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi oğlu, xx.xx.2017-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi xx.xx.2017-ci il təvəllüdlü oğlu X1 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, oğlu xx.xx.2017-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Belə ki, oğlu həmin tarixdə evdə olarkən günorta saatlarında, istirahət etmək üçün yatmış, lakin bir neçə saat keçməsinə baxmayaraq oyanmamışdır. Bu zaman həyat yoldaşı Elnurə uşağı yuxudan oyatmaq istəmiş, lakin hərəkətsiz olduğunu görmüşdür. Dərhal uşağı qucağına alaraq çölə çıxartmış və həkimə aparmışlar. Poliklinikada olan zaman oğlunun artıq vəfat etdiyini bildirmişlər. Bundan sonra oğlu Binə qəbirstanlığında dəfn edilmişdir. Uşağın ölümünün qeydə alınması və ölüm şəhadətnaməsinin alınması üçün 5 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət olunmuş, lakin arayışda ölüm səbəbi yazılmadığından ölüm şəhadətnaməsinin bu qaydada verilməsinin mümkün olmaması bildirilmişdir. Bu səbəbdən ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ona görə də oğlu xx.xx.2017-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, 5-6 ildir ki, Sahiblə eyni həyətdə yaşayırlar. Sahib onun əmisi oğludur. Ərizəçi oğlu, xx.xx.2017-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə anidən ölmüş və Binə qəbrstanlığında dəfn olunmuşdur. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; xx.xx.2017-ci il tarixli AZ İV № 030076 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X3 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Ərizəçi, anası X2r. 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli 101 nömrəli məktubundan görünür ki, Binə qəsəbəsi Hövsan südçülük sovxozu ünvanında yaşamış xx.xx.2017-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə saat 18:15 radələrində 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına ölmüş vəziyyətdə gətirilmiş və həkimə qədər ölüm faktı qeydə alınmışdır. Onun ölüm səbəbi naməlum olduğuna görə AZS 106 forma (ölüm haqqında tibbi şəhadətnamə) verilməsindən imtina edilmişdir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə məhkəmə-tibb müayinəsindən keçirilmiş və meyit dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. Meyit xarici müayinə olunmuş, lakin daxili müayinəsinə valideynləri qəti şəkildə etiraz etdilər. Meyitin xarici müayinəsi Xəzər rayon prokurorunun müstəntiqi tərəfindən protokollaşdırıldı. Xəzər rayonu Binə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 129 saylı arayışından müəyyən olunur ki, X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən məzarlıqda dəfn olunmuşdur. 29 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 ölümündə cinayət hadisəsi olmadığından toplanmış C-436/22 saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.2017-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-960/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-960/2023
09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver