Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1015/2022 11.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.12.1935-ci ildə Bakı şəhərində anadan olmuş X4 08.08.2018-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 25.12.1935-ci ildə anadan olmuş nənəsi X4 08.08.2018-ci ildə dünyasını dəymişdir. Təcili yardım briqadası da onun ölümünü təsdiq edərək ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib etmişdir. Mərhum 08.08.2018-ci ildə dəfn olunmuşdur. X1 isə 05.11.2012-ci ildə vəfat etmişdir. Mərhum nənəsinin atasından başqa övladı olmamışdır və onun yeganə vərəsəsidir. Bütün dəfn mərasimini özü təşkil etmişdir. Bu yaxınlarda nənəsi X2 ölümünün qeydiyyata alınması barədə Yasamal Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, imtina məktubunda ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının qeydiyyat şöbəsinin imkanları xaricində olduğu bildirilmişdir. Bakı şəhəri 3 nömrəli şəhər poliklinikasına rəsmi qaydada müraciət edərək onun ölümü haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmiş, 04.01,2022-ci il tarixli məktubla bildirilmişdir ki, 08.08.2018-ci il tarixində vəfat etmiş 25.12.1935-ci il təvəllüdlü X2 qohumları 3 nömrəli poliklinikaya gec müraciət etməsi səbəbindən ölüm haqqında tibbi şəhadətnamənin poliklinika tərəfindən verilməsi mümkün deyil. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə verərək onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilərək, Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilib ərizəçiyə ünvanlanmış 24.12.2021-ci il tarixli, 05/76-5409/11 saylı imtina məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ərizəçinin nənəsi X2 ölümünün qeydiyyata alınması mümkün olmamışdır. Bakı şəhəri 3 nömrəli şəhər poliklinikasının 04.01,2022-ci il tarixli məktubundan görünür ki, 25.12.1935-ci il təvəllüdlü X4 08.08.2018-ci ildə Yasamal rayonu, B.Məcidov küç, ev.63 ünvanında vəfat etmişdir. Mərhumun qohumları ölüm haqqında tibbi şəhadətnamə almaq üçün çox gec müraciət ediblər. Mərhumun hansı xəstəlikdən rəhmətə getməsi barədə məlumat olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkünsüzdür. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, Ərizəçi X2 nəvəsidir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Təcili və X3 Stansiyası tərəfindən verilmiş “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, X4 08.08.2018-ci il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Abşeron rayon Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş 03.03.2022-ci il tarixli 17 saylı arayışdan görünür ki, X4 08.08.2018-ci il tarixdə Abşeron rayon Məmmədli kənd qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, X2 08.08.2018-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25.12.1935-ci ildə Bakı şəhərində anadan olmuş X2 08.08.2018-ci il tarixində Bakı şəhəridə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1015/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1015/2022
11.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver