Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1048/2024 08.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 03 iyul 1960-cı ildə Tovuz rayonu Qaraxanlı kəndində anadan olmuş X3 23 dekabr 2023-cü il tarixdə Xətai rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 03 iyul 1960-cı ildə Tovuz rayonu Qaraxanlı kəndində anadan olmuş X3 23 dekabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 03 iyul 1960-cı ildə Tovuz rayonu Qaraxanlı kəndində anadan olmuş X5 onun həyat yoldaşıdır. 23 dekabr 2023-cü tarixdə həyat yoldaşının Xətai rayonu “Şanlı Urfa” restoranında olduğu müddətdə vəziyyəti qəfil pisləşmiş, sonuncuya tibbi yardım göstərilməsi üçün təcili yardım çağırsalar da, təcili yardım həkimləri gələnədək həyat yoldaşı restoranda vəfat etmişdir. Həyat yoldaşını Tovuz rayonu Qaraxanlı kənd qəbristanlığında dəfn etmişlər. Lakin hüquqi savadları olmadığından onun ölümü barədə şəhadətnamə almaq üçün vaxtında lazımi sənədləri toplayıb müvafiq orqanlara təqdim etməmişlər. Maraqlı şəxsnə təqdim etmək üçün ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə ərazi adiyyatı üzrə Bakı şəhəri 19 saylı Şəhər Poliklinikasına tibbi şəhadətnamə istəyən zaman X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə verməkdən rəsmi qaydada imtina olundu. İmtinada ölüm səbəbinin küçədə (Xətai rayonu “ Şanlı Urfa” restoranında) baş verməsi səbəb gətirilərək tibbi şəhadiətnaməni tərtib etməyin qeyri-mümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Həyat yoldaşı X3 Xətai rayonu “Şanlı Urfa” restoranında qəfildən vəfat etməsi zamanı restoranda onun yanında olmuş dostu Seyfəddin Əsəd də bunu təsdiq edə bilər. Seyfəddin Əsəd özü həkimkardioloqdur. Həyat yoldaşı X6 ürək xəstəsi idi, ürək çatışmamazlığından əziyyət çəkirdi, 2 dəfə infarkt keçirmiş, iki dəfə ürəyinə stentlər yerləşdirilmişdi. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 03 iyul 1960-cı il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, mərhum həyat yoldaşı Xətai rayonu “Şanlı Urfa” restoranında olduğu müddətdə vəziyyəti qəfil pisləşmiş, yanında olan dostu həkim-kardioloq Seyfəddin Əsəd sonuncuya tibbi yardım göstərilməsi üçün təcili yardım çağırsa da, təcili yardım həkimləri gələnədək həyat yoldaşı restoranda vəfat etmişdir. Daha sonra, Seyfəddin Əsəd mərhumun əmisi oğluna telefonla məlumat vermiş, o isə ərizəçiyə bu barədə məlumat vermişdir. Ölümünün səhərisi günü mərhumu Tovuz rayonu Qaraxanlı rayonunda dəfn etmişlər. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İV-JQ 352163 seriya nömrəli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, xx.xx.1960-ci il təvəllüdlü X6 ilə xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi arasında xx.xx.1987-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan 19 saylı şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli rəsmi imtinasından görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 haqqında tibbi şəhadətnaməni tərtib edə bilməməklərinin səbəbi qəfləti ölüm və ölümün küçədə baş verməsi olmuşdur. İş materiallarında olan Təcili və X7 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Həzi Aslanov metrosunun yaxınlığındakı restorana təcili tibbi yardım çağırılmış, lakin həkiməqdər ölüm baş vermişdir. İş materiallarında olan Bonadea Hospitaldan verilmiş xx.xx.1960-cı il təvəllüdlü X4 aid olan xx.xx.2023-cü il tarixli Epikrizdən görünür ki, xəstədə EKQ-İ-İİ-AVL aparmalarında neqativ T dişi, V5-V6 aparmalarında dərin neqativ T dişi izlənmişdir. İş materiallarında olan Bonadea Hospitaldan verilmiş xx.xx.1960-cı il təvəllüdlü X4 aid olan xx.xx.2023-cü il tarixli X1 görünür ki, xəstənin ürəyinə stent taxılmışdır. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X3 xx.xx.1960-cı ildə doğulduğu, xx.xx.2023-cü ildə vəfat etdiyi qeyd edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X6 ərizəçinin həyat yoldaşı olmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun əri olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin ərinin ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ərinin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin əri xx.xx.1960-cı il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı ildə doğulmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1048/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1048/2024
08.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver