Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1066/2022 22.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi, tərcüməçi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə 12.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 10.12.1928-ci il təvəllüdlü X2 03.03.2011-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, X1 anasıdır. O, 03.03.2011-ci il tarixdə saat 00:10 radələrində yaşadığı Bakı şəhəri, Xaşa-Xuna qəsəbəsi, Bağ 286-Ə ünvanında öz əcəli ilə ölmüşdür. Bu barədə Bakı şəhəri Təcili və X6 Stansiyasına xəbər verilmiş və həmin tarixdə TTTYS həkimləri anasının meyitini müayinə etmiş və ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Daha sonra anası Natalya Aleksandrovnanı qohumlarının iştirakı ilə dəfn etmişlər. Qəbir daşı qoyulmuşdur. Həmin vaxtı bəzi səbəblərdən ölüm şəhadətnaməsinin alınması ilə bağlı müraciət etməmişdir. Sonradan ölüm şəhadətnaməsi almaq üçün Bakı şəhəri, Xəzər Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin şöbənin 05/15-1450 saylı, 21.12.2021-ci il tarixli cavab məktubu ilə şəxsin ölümünü təsdiq etmək üçün müvafiq həkim arayışının təqdim edilməli olduğu bildirilmişdir. Arayışın alınması ilə bağlı Xəzər Tibb mərkəzinə müraciət edilmiş, lakin ambulator kitabçadan çıxarışdan da görünür ki, arayışın verilməsi mümkün hesab edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hazırda həkim arayışını təqdim edə bilmədiyindən anasının ölüm faktının məhkəmə qaydasında təsdiq edilməsinə zərurət yaranmışdır. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, 08629307 nömrəli, 26.10.2010-cu il tarixli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 10.12.1928-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. İş materiallarında olan Təcili və X6 Stansiyası tərəfindən verilmiş 03.03.2011-ci il tarixli, 2/8993 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, Bakı şəhəri, Xaş-Xuna qəsəbəsi, 286 nömrəli bağa ünvanına X2 adına çağırış daxil olmuş, 1928-ci il təvəllüdlü X2 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Xəzər Tibb Mərkəzi tərəfindən verilmiş TQS 027 nömrəli ambulator kitabçadan çıxarışa əsasən 10.12.1928-ci il təvəllüdlü X2 adına tibbi arayışın verilməsi üçün on ildən artıq ərazi poliklinikasına müraciət edilmədiyinə görə ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər Xəzər rayon Qeydiyyat Şöbəsinin 21.12.2021-ci il tarixli, 05/15-1450 nömrəli məktubundan müəyyən olunur ki, X2 ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasından imtina edilərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, X3 aid məzar daşının üzərində 10.12.1928-ci ildə doğulduğu və 03.03.2011-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirir ki, ərizəçi onun qayınanasıdır. Mərhum X4 öləndə onu da çağırmışlar. O gələndə artıq ölmüşdü. Suala cavab olaraq bildirir ki, hadisə baş verəndə gecə vaxtı idi. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 10.12.1928-ci il təvəllüdlü X2 03.03.2011-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10.12.1928-ci il təvəllüdlü X2 03.03.2011-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə X2 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1066/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1066/2022
22.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver