Məhkəmə qərarları › İş №2(004)-1078/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1078/2021

18.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1078/2021 18.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, Ərizəçi Şamil oğlunun iştirakı ilə, Ərizəçi Yasamal Rayon Qeydiyyar Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” nə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edərək X3 xx xxxxxx 2019-cu il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Bakı Şəhəri Maraqlı şəxsnə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Hazırki məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi onun atasıdır, X6 xx.xx.2019-cu il tarixdə qəflətən vəfat etmişdir. Təcili tibbi yardım çağırılmasına baxmayaraq kömək etmək mümkün olmamışdır. Mərhumun dəfnində şəxsən iştirak edib və onun ölüm faktını təsdiq edir. Şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi onun atasıdır. X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun xırıltısının səslərini digər otaqdan eşidərək tibbi yardım çağırmışlar, lakin kömək göstərmək mümkün olmamışdır. Mərhum Goranboy rayonunda dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2019-cu il tarixli xx/xx-2334/15 nömrəli məktubundan görünür ki, Ərizəçi şöbəyə müraciət etmiş, ölüm faktı tibb müəssəsinin müvafiq sənədi ilə təsdiq edilmədiyindən şəhadətnamənin verilməsi mümkün olmamış və bundan imtina olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Təcili və X1 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixində X5 məxsus qadın cinsli meyid aşkar edilmişdir. İş materiallarında olan Vİ-ЖГ seriyalı 425136 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 1995-ci il tarixdə X8 ilə nikaha daxil olmuşdur. İş materiallarında olan “Məhkəmə Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ərizə ilə müraciət etmiş, X3 meyiti məhkəmə-tibbi ekspertiza müayinəsindən keçmədiyindən şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan 39 nömrəli şəhər poliklinikasının xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi 39 nömrəli şəhər poliklinikasına müraciət etmiş, X3 xəstəliyi ilə bağlı heç bir müraciət qeydə alınmadığından və ölümün baş vermə səbəbi məlum olmadığından şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, X6 barəsində ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə xx.xx.2019-cu ilədək yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi həyat yoldaşı xx xxxxxx 1970-ci il təvəllüdlü X3 xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Təcili X1 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxx 1970-ci il təvəllüdlü X6 xx xxxxxx 2019-cu il tarixdə dünyasını dəyişmiş, ərizəçi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə, “Məhkəmə Tibbi Ekspertiza və X4” və 39 nömrəli şəhər poliklinikasına müraciət etmiş, lakin onun müraciətlərinə cavab olaraq bildirilmişdir ki, ölüm faktı tibb müəssəsinin müvafiq sənədi ilə təsdiq edilmədiyindən, məhkəmə-tibbi ekspertiza müayinəsindən keçmədiyindən və ölümün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizəçi xx xxxxxx 1970-ci il təvəllüdlü X3 xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1970-ci il təvəllüdlü X3 xx xxxxxx 2019-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar