Məhkəmə qərarları › İş №2(004)-1126/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1126/2024

09.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1126/2024 09.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi və müvafiq şəhadətmənin verilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulması” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi və müvafiq şəhadətmənin verilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulması”tələbinə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum arvadı X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi və bu barədə müvafiq şəhadətmənin verilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X6 və X8 ərizədə qeyd olunan xüsusatları təsdiq etməklə X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsini və həmin gün Füzuli rayonunda dəfn olunmasını məhkəməyə bildirmişlər. İş materiallarında olan Bakı şəhər Təcili və X5 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:36-da X2 meyiti aşkar edilmişdir. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti Başçısının Əhmədalılar kənd inzibati ərazi dairəsinin üzrə nümayəndəliyinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 rayonu Əhmədalılar kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına xx.xx.1958-ci il təvəllüdlü X2 dəfn yerinin şəkilləri əlavə olunmuşdur. İş materiallarına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs imtina məktubu əlavə edilmişdir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, qanunvericiliyin göstərilən tələbinə əsasən müvafiq şəhadətmənin verilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulması hissəsində iddia tələbi təmin edilə bilməz. Belə ki, müvafiq şəhadətnamənin verilməsi müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən aparılır. Lakin, məhkəmə qeyd edir ki, mülki prosessual icraat çərçivəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs publik (inzibati, hakimiyyət xarakterli) funksiyaları ilə bağlı sonuncunun üzərinə hər hansı öhdəlik qoyulması yolverilməzdir. Sözügedən orqan tələb üzrə cavabdeh qismində yox, maraqlı şəxs qismində qoyulmuşdur. Xüsusi icraat qaydasında maraqlı şəxsin üzərinə hər hansı vəzifə, öhdəlik qoyulması yolverilməzdir. Buna baxmayaraq məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə münasibətdə müvafiq şəhadətnamənin verilməsi üçün üçün hüquqi əsas kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalı, xx.xx.1958-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Məhkəmə qətnaməsi Maraqlı şəxsnə münasibətdə müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas kimi çıxış etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi və müvafiq şəhadətmənin verilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulması” tələbinə dair ərizəsi qismən təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə münasibətdə müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas kimi çıxış etsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elekton məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar