Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1141/2023 31.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/13- 2023-00012 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Ərizəçi (Birinci tərəf) ilə Maraqlı şəxs (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/13-2023-00012 nömrəli barışıq sazişindən görünür ki:
1. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli nikah müqaviləsinə xitam verilir.
2. Tərəflərin xx.xx.2021-ci il tarixdə nikahdan anadan olmuş övladı X2 anası Ərizəçi himayəsinə verilir.
3. Tərəflər arasında alimentin ödənilməsi barədə hər hansı mübahisənin olmaması müəyyən edilir.
4. Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə anadan olmuş övladı X2 ilə məhdudiyyət olmadan (D.Maraqlı şəxsanın təhsil, tərbiyə, idman, inkişaf kimi ağlabatan maraqları nəzərə alınmaqla) ünsiyyətdə olmaq hüququ müəyyən edilir. İş materiallarında olan Az-İV № 573382 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X1 atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə verdiyi izahatında ərizəni müdafiə etdiyini bildirmiş və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs məhkəməyə verdiyi izahatında ərizənin təmin edilməsi ilə razı olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdə keçirərək hesab edir ki, ərizə qismən təmin edilməli və Ərizəçi Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/13-2023-00012 nömrəli barışıq sazişi qismən, yəni, sazişdə yuxarıda qeyd olunan 1-ci bənd istisna olmaqla 2, 3 və 4-cü bəndlər üzrə təsdiq edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19—21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli nikah müqaviləsinə xitam verilməsinə xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi kimi baxılması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə tərəflərə izah edir ki, sözügedən sazişin 1-ci bəndində qeyd olunan nikaha xitam verilməsi tələbi üzrə tərəflər aralarında bağlanmış nikah münasibətlərinə qarşılıqlı razılıqları olduğu halda müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VVAQ qurumları) və ya məhkəmə qaydasında xitam verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə qismən təmin edilsin. Ərizə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli nikah müqaviləsinə xitam verilməsi hissəsində təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/13-2023-00012 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflərin xx.xx.2021-ci il tarixdə nikahdan anadan olmuş övladı X2 anası Ərizəçi himayəsinə verilsin.
2. Tərəflər arasında alimentin ödənilməsi barədə hər hansı mübahisənin olmaması müəyyən edilsin.
3. Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə anadan olmuş övladı X2 ilə məhdudiyyət olmadan (D.Maraqlı şəxsanın təhsil, tərbiyə, idman, inkişaf kimi ağlabatan maraqları nəzərə alınmaqla) ünsiyyətdə olmaq hüququ müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə