Məhkəmə qərarları › İş №2(004)-1164/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1164/2023

28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1164/2023 28.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X1 oğludur. X3 xx.xx.2022-ci il tarixdə qəfil ürək tutması səbəbilə vəfat etmişdir. Bir gün sonra, yəni 29 dekabr 2022-ci il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Ölümündən qabaq təcili tibbi yardıma zəng vurulmuş, lakin təcili yardım gələnə qədər artıq atası vəfat etmişdir. Bu səbəbdən dolayı təcili yardım xidməti “həkiməqədər ölüm” səbəbi ilə ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib etmiş və 39 nömrəli şəhər poliklinikası ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. Daha sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət edilsə də, həmin şöbə ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktını qeydə almamış və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə hazırlıq iclasında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə Maraqlı şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı, 16937328 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 10 avqust 1965-ci il tarixində Laçın rayonu, Minkənd kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X6” “Bakı şəhər Baş Səhiyyə İdarəsi” X6 39 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli, 288 saylı məktubundan görünür ki, X2 qəfləti ölüm təsdiqləndiyi üçün, bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4.5-ci bəndinə əsasən poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 05/76-104/15 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X1 ölüm haqqında tibbi şəhadətnaməsi təqdim olunmadığı üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmişdir. Azərbaycan Respublikasi Təcili və X4 Stansiyasının 4 saylı bölməsinin 0807 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanına X1 adına çağırış daxil olmuş, 06:00-da xəstənin yanına gəlmə vaxtı qeyd olunmuş, çağırışı 4 saylı bölmənin həkimi Hüseynova Sevda yerinə yetirmişdir. Kişi cinsli meyid aşkar olunmuş, ölümün ilkin səbəbi həkiməqədər ölüm olaraq göstərilmişdir. Azərbaycan Respublikası Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 01 nömrəli arayışdan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Ceyranbatan qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli, 21 nömrəli arayışından görünür ki, Ərizəçi həqiqətən Bakı şəhəri, Y.Yasamal-1 ünvanında yerləşən 13 saylı evin 66 nömrəli mənzilində Laçın rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1965-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 avqust 1965-ci il tarixində Laçın rayonu, Minkənd kəndində anadan olmuş X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar