Məhkəmə qərarları › İş №2(004)-1165/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1165/2021

27.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1165/2021 27.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və eyni zamanda vəkili X7 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 50/52 saylı binanın 43 saylı mənzilin mülkiyyətçisi onun anası X9 olmuşdur. Anası, xx.xx.2020-ci il tarixdə yuxarıda adı çəkilən mənzildə (ev şəraitində) ürək çatışmazlığından vəfat etmiş, vəfatı ilə bağlı çağırışa gələn 3 saylı bölmənin təcili yardım briqadası qadın cinsli meyidin aşkar olunmasına dair 0693 saylı arayış vermişdir. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət edilmiş, lakin şöbə adı çəkilən sənədin verilməsindən imtina etmiş, səbəb kimi ölüm haqqında tibbi şəhadətnamənin olmamasını göstərmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Daha sonra ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə dair tərəfindən 16 saylı şəhər poliklinikasına müraciət edilmiş, lakin bu qurum da sənədi verməkdən imtina etmişdir. Anasının ölümü hazırki ərizəyə əlavə olunmuş bir sıra sənədlərlə təsdiq olunur. Anasının ölümündən sonra onun vərəsəsi kimi ondan miras qalmış mənzildə yaşayır. Faktiki olaraq mirası qəbul edərək idarə edir. Lakin ölüm haqqında şəhadətnamənin olmaması üzündən, miras qalmış mənzilə dair vərəsəlik hüquqlarını rəsmiləşdirə bilmir. Göstərilənlərə əsasən, anası X6 Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 50/52 saylı binanın 43 saylı mənzilində (ev şəraitində) xx.xx.2020-ci il tarixdə vəfat etməsi fatının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili X10 ərizəni müdafiə edərək bildirdi ki, X9 ərizəçinin anasıdır. Sonuncu son illərdə ürək xəstəliyindən əziyyət çəkirdi. Müxtəlif vaxtlarda müalicə alsa da, lakin səhhətində müsbət irəliləyişlər olmamışdır. X9 xx.xx.2020-ci il tarixdə səhər saatlarında özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 50/52 saylı binanın 43 saylı mənzilində (ev şəraitində) vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin və tibbi arayışın verilməsi üçün müvafiq qurumlara müraciət etsə də, həmin qurumlar tərəfindən onlara imtina cavabı verilmişdir. Hal-hazırda ərizəçiyə mərhum anasından miras qalan əmlakın adına keçirilməsi üçün ölüm haqqında şəhadətnamə tələb olunur. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, ərizəçi onun qardaşı nəvəsi, mərhum isə qardaşının qızıdır. X5 ürək xəstəliyindən əziyyət çəkirdi. Sonuncu dəfə may ayının 9-da onun yanına getmiş, həmin gün də ona təcili tibbi yardım çağırılmışdır. Onun ümumi vəziyyəti yaxşı idi. 15 may tarixində ərizəçi ona zəng edərək anasının rəhmətə getdiyini bildirmiş və o da, dərhal oraya getmişdir. O, həmin yerə getdikdə artıq X6 ölməsinin şahidi olmuşdur. Daha sonra mərhum Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn olunmuşdur. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində (Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 50/52 saylı evin 43 nömrəli mənzilində ev şəraitində) ölməsi faktını təsdiqləyir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, xx/xx-1218/15 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeyd alınması mümkün deyildir. İş materiallarında olan 16 saylı Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X9 16 saylı Şəhər Poliklinikasında qeydiyyatda olsa da, heç bir xəstəliyə görə poliklinikaya müraciət etmədiyindən və ölüm digər ərazidə baş verdiyindən sonuncu barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş 1144 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X1 yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Təcili yardım stansiyasının xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Səbail rayonu, Q.Abbasov – 50, mənzil 43 ünvanında X6 qadın cinsindən meyidi aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X9 həqiqətən də xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir və o, Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn olunmuşdur. Onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 43 saylı mənzildə ev şəraitində) ölməsi faktı müəyyən edilsin. X6 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar