Məhkəmə qərarları › İş №2(004)-1189/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1189/2024

14.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1189/2024 14.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs qismində 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair birgə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı tərəf 3 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən olunması” barədə birgə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1950-ci il tarixdə anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə verilməsinin maraqlı şəxs 3 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X12 ilə mərhum anası X3 birgə nikahından X13, Ərizəçi1 və Ərizəçi2 adlı övladları anadan olmuşdur. 1981-ci ildə atası ilə anası rəsmi boşanmışlar. O gündən anaları ilə birlikdə yaşamışlar. Qeyd edirlər ki, X7 xx.xx.2023-cü il tarixdə 73 yaşında yaşlılıq səbəbindən yaşadığı evdə, yəni Bakı şəhərində vəfat etmişdir. Mərhum analarını Qusar rayonunun Yuxarı Zeyxur kəndində xx.xx.2023-cü il tarixdə kənd qəbiristanlığında dəfn edilmişdir. Bundan sonra ölüm haqqənda şəhadətnamənin verilməsi üçün müvafiq orqanlara müraciət etsələr də, imtina edilmiş və məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1950-ci il təvəllüdlü X5 Bakı şəhərində xx.xx.2023-cü il tarixdə ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin məzmunu ilə oxşar məzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişlər ki, ölüm haqqında şəhadətnamənin alınmasına əsas məqsəd odur ki, anaları ərizəçi Səadət xanıma məxsus evdə qeydiyyatdadır. Ev Sədaət xanıma məxsusdur. Mənzili satmaq istəyir, bunun üçün ölüm şəhadətnaməsini tələb edirlər. Maraqlı şəxs 3 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi 14 fevral 2024-cü il tarixdə ərizə ilə məhkəməyə mürcaiət edərək, iddia tələblərinə etiraz etmədiklərini və iş yükünün çoxluğu ilə əlaqədar işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxs 3 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını, şahidlərin ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid X13 ifadəsində bildirmişdir ki, ərizəçilər bacı və qardaşı, mərhum X10 isə anasıdır. Anası yüksək təzyiqdən əziyyət çəkirdi. Son vaxtlar vəziyyəti daha da pisləşmişdi. 04 dekabr 2023-cü il tarixdə Yasamal rayonunda bacısı ilə yaşadığı evdə vəfat etdi. Vəfat etdiyi gün təcili tibbi yardım çağırmışlar. Lakin həkim gələnədək anası X10 vəfat etmişdir. Qusar rayonunda dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X19 ifadəsində bildirmişdir ki, Ərizəçi1 yaxın rəfiqəsidir. Onun anası, mərhum X10 yüksək təzyiqdən əziyyət çəkirdi, eyni zamanda böyrəklərində problem var idi. Dəqiq tarix yadında deyil, 2023-cü ilin dekabrın əvvəlində rəhmətə getdi. Ona bu barədə Səadət xəbər vermiş, evə gələndə evdə təcili tibbi yardımın olduğunu görmüş, lakin mərhum artıq vəfat etmişdir. Qusar rayonunda dəfn edilmişdir. İş materiallarında olan Vİİ-JQ 480470 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 12 avqust 1979-cu il tarixdə anadan olmuşdur. X2, atası X11r. İş materiallarında olan AZ-T 262827 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 28 fevral 1973-cü il tarixdə anadan olmuşdur. X1, atası X11r. İş materiallarında olan 3 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli 3-16-5/8-101769 saylı arayışdan görünür ki, X10 01 sentyabr 1950-ci ildə Qusar rayonu, Yuxarı Zeyxur kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X24” “Bakı şəhər Baş Səhiyyə İdarəsi” “X24” 39 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli 326 saylı məktubundan görünür ki, X5 39 saylı BX PŞ-da müayinə və müalicə üçün müraciət etmədiyindən ölüm haqqında şəhadətnaməni vermək mümkün deyil. İş materiallarında olan AR Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-/15-4147/2023 nömrəli məktubundan müəyyən olunur ki, X5 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasından imtina edilərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi Təcili və X15 Stansiyasının 4 saylı bölməsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023cü il tarixdə saat 20.05 radələrində ünvan 1 ünvanına X4 adına çağırış daxil olmuş, çağırışı 4 saylı bölmənin həkimi Həsənquliyeva yerinə yetirmişdir. Qadın cinsli meyid (həkiməqədər ölüm) qeydə alınmışdır. İş materiallarında olan Qusar rayon Yuxarı Zeyxur kənd inzibati ərazi vahidliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 189 saylı arayışdan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və mərhum Qusar rayonu Yuxarı Zeyxur kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1950-ci il təvəllüdlü X5 04 dekabr 2023-cü il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçilər həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 birgə ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 anaları - xx.xx.1950-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar