Məhkəmə qərarları › İş №2(004)-119/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-119/2024

08.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-119/2024 08.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "X1" "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqı, ezamiyyə xərcləri, son haqq hesab və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X1" "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqı, ezamiyyə xərcləri, son haqq hesab və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "X1" "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 12500 manat ödənilməyən əmək haqqının və 13000 manat maddi ziyan, 50 manat mediasiya xərcinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117 manat olmaqla, cəmi 25667 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o cavabdeh "X1 "xxxx" ASC-də xx.xx.2021ci il tarixdə işə qəbul olunmuşdur. Lakin rəsmi əmək müqaviləsi bağlanılmadan əmək müqaviləsi elektron formada sistemə daxil edilmişdir. Sonradan isə ona bəlli olmuşdur ki, müqavilədə əmək haqqının məbləği razılaşdırılmış formada göstərilməmişdir. Belə ki, cavabdehlə razılaşdırılmış əmək haqqı 5000 manat məbləğində olsa da, elektron əmək müqaviləsində qeyd edilən əmək haqqının məbləği 1326 manat olmuşdur. O hər ay əmək haqqı kimi 5000 manat məbləğində pul aldığını üçün heçnədən şübhələnməmişdi. Əmək haqqı 5000 manat məbləğində almağını hesabdan çıxarışlar da təsdiq edir. 2022-ci ilin avqust ayında əmək qabiliyyətini müvəqqəti olaraq itirdiyi üçün həm evdə, həm də xəstəxanada müalicə aldı. Xəstəlik vərəqəsini (əmək qabiliyətini itirmək vərəqəsini) cavabdeh şirkətə təqdim etdikdən sonra əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə aldığı əmək haqqının kəskin şəkildə az olması onun diqqətini cəlb eldi. Məhz buna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial .Müdafiəsi Nazirliyinə müraciət etmək qərarına gəldi. Müraciəti zamanı Nazirlikdə ona əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətin qanuni olaraq hesablanması qaydası izah olundu və bildirildi ki, hesablama onun faktiki olaraq aldığı 5000 manat əmək haqqı ilə deyil, elektron formada tərtib olunmuş əmək müqaviləsində göstərilən 1326 manat əmək haqqı ilə aparılmışdır. Həmçinin o da bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnaməyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi, hamiləliyə və doğuşa görə məzuniyyətdən başqa, qalan bütün hallarda iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi (vaxtamu/d əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) mobləğindən artıq olmamaq şərtilə, faktiki qazanc nəzərə alınır və müavinotin aylıq məbləği iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi məbləğindən artıq ola bilməz. Beləliklə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləğinin hesablanması zamanı əmək qabiliyyətimi müvəqqəti itirməmişdən əvvəl aldığı əmək haqlarının cəmi ilə faktiki olaraq hesablanmış rəqəmlər arasında ikiqat fərq yaranmışdır. O bu barədə cavabdeh şirkətə 30 mart 2023-cü il tarixdə elektron məktub yolu ilə yazılı xəbərdarlıq edərək hesablama qaydasındakı fərqi izah etmişdir. Dəfələrlə əmək müqaviləsi üçün müraciət etsə də, onlar "əmək müqaviləsi artıq elektron formada imzalanır, kağız israfı olduğu üçün ehtiyac yoxdur" - deyərək cavab vermişlər. Məbləğin faktiki əmək haqqının məbləğindən olduqca az yazıldığı caxabdeh şirkətin audit şöbəsinin rəhbərinə, insan resursları şöbəsinin rəhbərinə dəfələrlə izah etdikdən sonra hüquqşünas onu şirkətə dəvət etmiş və problemin nədən qaynaqlandığını başa düşdüklərini və həll edəcəklərini bildirmişdir, lakin sonda heç bir tədbir görülməmiş və yenə də ödəniş edilməmişdir. Sağaldıqdan sonrakı müddətədə "gözləyin xəbər edəcəyik"deyərək onu gözlətmiş, nə əmək haqqını, nə də ki, dəymiş ziyanı ona ödəməmişlər. O mediasiyaya da müraciət etsə də, onlar mediasiya prosesində də iştirak etməmişdirlər. Bu barədə 11 iyul 2023-cii il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2ynar xəttinə zəng edərək şikayət etmişdir. Bundan əlavə, o müxtəlif tarixlərdə Özbəkistan Respublikasında ezamiyyətdə də olmuşdur. Lakin ona verilməli olan ezamiyyə ödənişləri də düzgün hesablanmamışdır. Onunla cavabdeh şirkət arasında xx.xx.2021-ci ildə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə öz istəyi ilə əmək müqaviləsinin müddəti qurtardığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Lakin hələ də ona dəyən maddi ziyanın əvəzi ödənilməmişdir. Ümumilikdə, cavabdeh şirkət tərəfindən ona 25000 manat məbləğində maddi ziyan vurulmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək “X1 "xxxx" ASC-dən 12.500 manat ödənilməyən əmək haqqının və 13.000 manat maddi ziyanın, Özbəkistan Respublikasında ezamiyyədə olduğu 23 noyabr 2021-ci ildən 18 mart 2022-ci ilə qədər olan dövr üçün 31.552 manat, 01 aprel 2022-ci ildən 08 avqust 2022-ci ilədək olan dövr üçün isə 35.360 manat olmaqla, ümumilikdə 66.912 manat ezamiyyə xərcinin və 2500 manat tam ödənilməmiş son haqqhesabın, 50 manat mediasiya xərcinin və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117 manat, cəmi 95.079 manat pulun cavabdeh “X1 "xxxx" ASCdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh "X1" "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdeh "X1" "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin çıxışını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "X1" "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 16248 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 1 il müddətinə layihə rəhbəri vəzifəsinə 1326 manat əmək haqqı olmaqla işə qəbul edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xxxxxxx000900 saylı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "X1" "xxxx" ASC-də layihə rəhbəri vəzifəsində çalışmışdır. "X1" "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli 805/23 saylı arayışdan görünür ki, İddiaçı noyabr 2021-ci il üçün 1874,68 manat, dekabr 2021-ci il üçün 5000,69 manat, yanvar 2022-ci il üçün 5000,75 manat, fevral 2022-ci il üçün 5000,13 manat, mart 2022-ci il üçün 2834,56 manat, aprel 2022-ci il üçün 4423,55 manat, may 2022-ci il üçün 5000,75 manat, iyun 2022-ci il üçün 5000,13 manat, iyul 2022-ci il üçün 5000,13 manat, avqust 2022-ci il üçün 1852,50 manat və aprel 2023-cü il üçün 4111,85 manat olmaqla, cəmi 45099,72 manat ödənilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx0009X0 saylı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, "X1" "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respbulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət haqqında məktubundan görünür ki, ”Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığortası üzrə müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi Dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətinin müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətlərin hesablanması və ödənilməsi haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Sığortaolunan İddiaçı aid əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri aşağıdakı kimidir: 18.08.202-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2245,10 manat və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 4423,97 manat olmaqla, cəmi 6669,07 manat. “X5” MMC tərəfindən "X1" "xxxx" ASC-yə göndərilən xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Buxara şəhəri və Anqren şəhəri ərazisində yerləşən tikinti işləri haqqında müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün daha əvvəl Özbəkistan ərazisinə gətirilən və mülkiyyət hüququ əsasında təsisçiyə məxsus olan tikinti texnikasının təhlükəsizliyinin təminatı üzrə işlərin təşkili üçün, eləcə də onun vaxtında çıxarılmasının təşkil edilməsi üçün bugünə qədər ixtisaslaşmış işçilərə ehtiyac var. Qeyd olunan tapşırıqların icra edilməsi üçün şirkətdə işləyən ixtisaslı əməkdaşların Özbəkistan Respublikasına dəvət olunması lazımdır. Təklif edilmiş İddiaçı dəvət edərək bildirilmişdir ki, xərclər o cümlədən əməkdaşın texnikanın dislokasiya yerlərində yaşayış xərcləri təmin olunacaq. "X1" "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 89-e saylı əmrinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən orta aylıq əmək haqqı saxlanmaq şərti ilə Özbəkistan Respublikasına Daşkənd şəhərinə istehsalat işləri ilə əlaqədar olaraq 180 gün müddətində ezam olunmuşdur. "X1" "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 26-e saylı əmrinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən orta aylıq əmək haqqı saxlanmaq şərti ilə Özbəkistan Respublikasına Daşkənd şəhərinə istehsalat işləri ilə əlaqədar olaraq 180 gün müddətində ezam olunmuşdur. "X1" "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 53-e saylı əmrinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi xx.xx.2021/22-ci iş ili üçün hissə ilə 10 təqvim günü məzuniyyət təqdim edilmişdir. "X1" "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 164 saylı əmrinə əsasən İddiaçı şirkətin Özbəkistan Respublikasında fəaliyyət göstərən törəmə cəmiyyətində icra edilən layihələrlə bağlı ona həvalə edilmiş funksiyalardan daha artıq işlərin görülməsinə, layihələrin icra edilməsi zamanı işlərin görülməsində fəal iştirakına görə 4321 manat miqdarında mükafatlandırılmışdır. "X1" "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 187 saylı əmrinə əsasən İddiaçı şirkətin Özbəkistan Respublikasında fəaliyyət göstərən törəmə cəmiyyətində icra edilən layihələrlə bağlı ona həvalə edilmiş funksiyalardan daha artıq işlərin görülməsinə, layihələrin icra edilməsi zamanı işlərin görülməsində fəal iştirakına görə 1610 manat miqdarında mükafatlandırılmışdır. "X1" "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 132 saylı əmrinə əsasən İddiaçı şirkətin Özbəkistan Respublikasında fəaliyyət göstərən törəmə cəmiyyətində icra edilən layihələrlə bağlı ona həvalə edilmiş funksiyalardan daha artıq işlərin görülməsinə, layihələrin icra edilməsi zamanı işlərin görülməsində fəal iştirakına görə 4321 manat miqdarında mükafatlandırılmışdır. "X1" "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 110 saylı əmrinə əsasən İddiaçı şirkətin Özbəkistan Respublikasında fəaliyyət göstərən törəmə cəmiyyətində icra edilən layihələrlə bağlı ona həvalə edilmiş funksiyalardan daha artıq işlərin görülməsinə, layihələrin icra edilməsi zamanı işlərin görülməsində fəal iştirakına görə 4326 manat miqdarında mükafatlandırılmışdır. "X1" "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 86 saylı əmrinə əsasən İddiaçı şirkətin Özbəkistan Respublikasında fəaliyyət göstərən törəmə cəmiyyətində icra edilən layihələrlə bağlı ona həvalə edilmiş funksiyalardan daha artıq işlərin görülməsinə, layihələrin icra edilməsi zamanı işlərin görülməsində fəal iştirakına görə 3823 manat miqdarında mükafatlandırılmışdır. "X1" "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 68 saylı əmrinə əsasən İddiaçı şirkətin Özbəkistan Respublikasında fəaliyyət göstərən törəmə cəmiyyətində icra edilən layihələrlə bağlı ona həvalə edilmiş funksiyalardan daha artıq işlərin görülməsinə, layihələrin icra edilməsi zamanı işlərin görülməsində fəal iştirakına görə 1426 manat miqdarında mükafatlandırılmışdır. "X1" "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 48 saylı əmrinə əsasən İddiaçı şirkətin Özbəkistan Respublikasında fəaliyyət göstərən törəmə cəmiyyətində icra edilən layihələrlə bağlı ona həvalə edilmiş funksiyalardan daha artıq işlərin görülməsinə, layihələrin icra edilməsi zamanı işlərin görülməsində fəal iştirakına görə 4321 manat miqdarında mükafatlandırılmışdır. "X1" "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 28 saylı əmrinə əsasən İddiaçı şirkətin Özbəkistan Respublikasında fəaliyyət göstərən törəmə cəmiyyətində icra edilən layihələrlə bağlı ona həvalə edilmiş funksiyalardan daha artıq işlərin görülməsinə, layihələrin icra edilməsi zamanı işlərin görülməsində fəal iştirakına görə 4326 manat miqdarında mükafatlandırılmışdır. "X1" "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 271 saylı əmrinə əsasən İddiaçı şirkətin Özbəkistan Respublikasında fəaliyyət göstərən törəmə cəmiyyətində icra edilən layihələrlə bağlı ona həvalə edilmiş funksiyalardan daha artıq işlərin görülməsinə, layihələrin icra edilməsi zamanı işlərin görülməsində fəal iştirakına görə 4258 manat miqdarında mükafatlandırılmışdır. "X1" "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 136 saylı əmrinə əsasən İddiaçı şirkətin Özbəkistan Respublikasında fəaliyyət göstərən törəmə cəmiyyətində icra edilən layihələrlə bağlı ona həvalə edilmiş funksiyalardan daha artıq işlərin görülməsinə, layihələrin icra edilməsi zamanı işlərin görülməsində fəal iştirakına görə 1605 manat miqdarında mükafatlandırılmışdır. İddiaçı məxsus xarici pasportun surətində olan sərhədkeçmə məlumatlarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixədək xx.xx.2022-ci il tarixədək Özbəkistan Respublikasında olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehdən iddia ərizəsində 12.500 manat ödənilməyən əmək haqqının, 13.000 manat maddi ziyanın və 2500 manat tam ödənilməmiş son haqq-hesabın ödənilməsini tələb etsə də, İddiaçı əmək haqqı tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən 1326 manat təşkil etmiş və müəyyən edilən əmək haqqı iddiaçıya işlədiyi müddətdə hər ay ödənilmişdir. Belə ki, iddiaçı həmin hissələrdə iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında əmək haqqı əslində 5000 manat olmaqla razılaşdırılmış və o qaydada da ödənilmişdir. Lakin əmək müqaviləsinin elektron bildirişindən də görünür ki, əmək haqqı 1326 manat təşkil edir. Müxtəlif aylarda müxtəlif məbləğlərdə mükafat qismində ödənişlər edilmişdir. Odur ki, iddia tələbi həmin hissələrdə əsassız olmaqla təmin edilməməlidir. Eyni zamanda məhkəmə bildirir ki, məhkəmə tərəfindən mühasibatlıq ekpertizası təyin edilsə də, işəgötürən tərəfindən ekspert vəsatətində göstərilən lazimi sənədlər təqdim edilmədiyindən, dəfələrlə ekspert tərəfindən iş üzrə ekspertiza keçirilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi-işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı, ünvanı və fərdi identifikasiya nömrəsi (FİN); b) işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, fərdi identifikasiya nömrəsi (FİN); c) əsas və ya əlavə iş yeri olması barədə qeydlə birlikdə işçinin iş yerinin ünvanı, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilər, bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən ixtiraçı və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri verən, ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla onlara digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir. “Ezamiyyə xərclərinin normaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli Qərarının 1 nömrəli Əlavəyə əsasən Özbəkistan Respublikasına ezamiyyə xərclərinin 1 günlük norması 140-180 ABŞ dolları təşkil edir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı işlədiyi müddətdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Özbəkistan Respublikasında ezamiyyətdə olmuş və həmin ezamiyyətdə olduğu dövr üçün iddiaçıya ezamiyyə xərci ödənilməmişdir. Belə ki, ezamiyyə xərcinin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdeh "X1" "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı Özbəkistan Respublikasında ezamiyyətdə olduğu dövr üçün - “Ezamiyyə xərclərinin normaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli Qərarının 1 nömrəli Əlavəyə əsasən Özbəkistan Respublikasına ezamiyyə xərclərinin 1 günlük norması 140-180 ABŞ dolları təşkil etdiyindən müvafiq orta məbləğ - 160 ABŞ dolları müəyyən edilməklə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün – 38 gün x 160 ABŞ dolları = 6080 ABŞ dolları, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün - 11 gün x 160ABŞ dolları = 1760 ABŞ dolları və xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan müddət üçün – 70 gün x 160 ABŞ dolları = 11200 ABŞ dolları olmaqla, cəmi 19040 (on doqquz min qırx) ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, Cavabdeh "X1" "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş mediasiya xərcinə görə 50 (əlli) manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 117 (bir yüz on yeddi) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "X1" "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı Özbəkistan Respublikasında ezamiyyətdə olduğu dövr üçün - xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün 6080 ABŞ dolları, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün 1760 ABŞ dolları və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün 11200 ABŞ dolları olmaqla, cəmi 19040 (on doqquz min qırx) ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq İddiaçı ödənilsin. Cavabdeh "X1" "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş mediasiya xərcinə görə 50 (əlli) manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 117 (bir yüz on yeddi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar