Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-316/2025 22.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehs, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏMX Gəncə- Daşkəsən regional şöbəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)- 4047/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 64 nömrəli əmri ilə İddiaçı 03 ay müdddətinə müvəqqəti olaraq məsləhətçi (məhkəmə iclas katibi) vəzifəsinə təyin edilmiş; xx.xx.2023- cü il tarixli, 15 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, zəruri sənədlərin surətlərini və müraciətdə qeyd edilən məsələ ilə bağlı (əmək kitabçasının İddiaçı vaxtında təqdim edilməməsinin səbəbi barədə) cavab məktubunu şöbəyə təqdim edilməsi məqsədilə, Cavabdehnə xx.xx.2023-cü il tarixli 3-17-5/2-31381/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-5/2-33211/2023-cü il tarixli məktublar ünvanlanmış, (022 265-02-53) telefon əlaqəsi yaradılmış, nəticədə məhkəmə tərəfindən şöbəyə xx.xx.2023-cü il tarixli N°- 22/2023-cü il tarixli məktubla İddiaçı öz xahi ilə xx.xx.2023-cü il tarixli işdən çıxma ərizənisinin surəti və xx.xx.2023-cü il tarixli 15 nömrəli, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin” a” bəndinə əsasən xitam verilməsi barədə əmrin surəti təqdim edilmiş, məktubda əmək kitabçasının gec verilməsinin səbəbi barədə heç bir məlumat qeyd edilməmişdir. X3 Alt Sistemindən əmək müqavilənizə Əmək Məcəlləsinin 68-ci maddəsinin” a” bəndinə əsasən xx.xx.2023-cü il tarixidən xitam verilməsi məlum olmuşdur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəssisə tərəfindən işçinin işdən çıxması ilə əlaqədar, Əmək kitabçasının işçiyə gec verilməsi ilə bağlı inzibati tənbeh növü nəzərdə tutulmamışdır. Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır.
3. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 2465 saylı 25 sentyabr 2023-cü il tarixli sorğuya əsasən bildirilmişdir ki, Cavabdehndə işə davamiyyət jurnalı olmadığından 2023-cü ilin may və an aylarına aid vərəqələrin verilməsi mümkün deyildir.
4. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh hakimi tərəfindən işlərə baxılması ilə əlaqədar qanunsuz hərəkətlərə yol verilməsi, əmək hüquqlarınızın pozulması və digər xüsusatiaria bağiı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və Ədliyyə Nazirliyindən Məhkəmə-Hüquq Şurasına daxil olmuş təkrar müraciətlərinə baxılmışdır. Bir daha bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bununla əlaqədar izah edirik ki, pozulmuş hüquqların bərpası iiə bağiı aidiyyəti məhkəməyə müraciət edilə bilər. Həmçinin, qeyd etdiyi işlərə baxılması ilə əlaqədar hakim tərəfindən qanunsuz hərəkətlərə yol verilməsinə dair müraciətində göstərilən xüsusatlara dair konkret təsdiqedici dəlillərini Məhkəmə-X4 təqdim edə, digər xüsusatlarla bağlı isə aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edə bilər.
5. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Beynəlxalq Bankı tərəfindən təqdim edilmiş əmək haqqı barədə hesabdan çıxarışa kollegiya tərəfindən baxış keçirilmiş və iş materiallarına əlavə edilmişdir.
6. Məhkəmə kollegiyasına təqdim edilmiş İddiaçı elektron poçtasından çıxarışa kollegiya tərəfindən baxış keçirilmiş və iş materiallarına əlavə edilmişdir.
7. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3-16-8/2-20734/2025 saylı, xx.xx.2025-ci il tarixdə imzalanmış, məktubundan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən, son haqq-hesab ödənilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2023-cü ilin may ayının 4-dən 2023-cü ilin iyul ayının 20-nə qədər hesablanmaqla ödənilməmiş əmək haqqını, son haqq-hesabını və ona dəymiş mənəvi ziyana görə 50000 manat pulun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, rəsmi olaraq 2021-ci ilin dekabr ayının 1-dən etibarən Cavabdehndə (X11un yanında) məhkəmə iclas katibi vəzifəsində 12 iyun 2023-cü il tarixə qədər işləmişdir. Üzərinə düşən vəzifələri qanunvericiliyə və əmək funksiyalarına uyğun olaraq, ona verilən hüquqları və üzərinə qoyulan vəzifələri vicdanla, var gücü ilə vətənin mənafeyi naminə həyata keçirmişdir. Dövlət qulluqçuları və müqavilə əsasında çalışan əməkdaşların işlərini çətinləşdirən, yaxud məhkəmənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmiş, lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görmüş və etik davranış qaydalarına əməl etmişdir. Bütün işlədiyi müddətdə üzərinə qoyulan iş vəzifələrini yerinə yetirmişdir. Onunla birlikdə çalışan iclas katibi Zaur Hüseynov işə laqeyd və biganə yanaşmışdır. Həmin iclas katibi ona qeyriprosessual hərəkətlər etməyini təklif etsə də, o, hər dəfə ona öz statusundan, təmsil etdikləri orqanın statusundan istifadə etməklə qeyri-prosessual hərəkətlər etməklərinin qanuna zidd olduğunu bildirmişdir. İcraatda olan cinayət işi daxil olan andan təyinatını edib, baxışa təyin qərarını hazırlayıb məhkəmə cildini açıb, icraatda olan işlərin 80-90%-ni öz üzərinə götürərək çalışmışdır. Buna baxmayaraq X11 onun işə ciddi və düzgün yanaşmağına görə 15-20 təqvim günündən bir Cavabdeh sədri Natiq Əliyevə müxtəlif bəhanələrlə ondan şikayət edir, X13 X11un xasiyyətinə bələd olduğundan onun barəsində olan şikayətini ciddi qəbul etməmişdir. X10 münasibətdə əsəbi, qərəzli, kobud və qəzəbli davrandığını bildirmişdir. O, 2022-ci ilin dekabr ayının 1-də əmək məzuniyyətinə çıxmışdır. Məzuniyyətdən 2023-cü ilin yanvar ayının 5-də işə çıxdıqda icraatda olan işlərə baxdıqda görmüşdür ki, işlərin heç birinin protokolu yazılmayıb və daxil olan sənədlər əlavə edilməyib. Bundan əlavə hətta tərəflərə bildirişlər tam və düzgün göndərilməyib. İcraatda olan cinayət işlərini qaydasına salmaq üçün, icraatda olan cinayət işlərinin çoxluğu və mürəkkəbliyini nəzərə alıb şənbə, bazar və bayram günləri işə gəlib işləmişdir. 2023-cü ilin mart ayında X11 işlərin tez bir zamanda qaydasına qoymağını tələb etsə də, Zaur Hüseynov işləmək istəmədiyini bildirmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində X11 işlərin tamamlanması barədə soruşduqda, o bildirmişdir ki, “Zaur Hüseynov işləmədiyinə görə icraatda olan 55 (təxminən) cinayət işi tam hazır deyil”. X11 2023-cü ilin aprel ayının əvvəlindən başlayaraq hər gün, hətta gün ərzində bir neçə dəfə Cavabdeh sədri Natiq Əliyevə onun işlərin öhdəsindən gələ bilmədiyi barədə şikayət etmişdir. O, iş şəraitinin dözülməz hala gəldiyini görüb ona qarşı olan haqsızlığa son qoymaq üçün 18 aprel 2023cü il tarixdə işdən azad olunmağı barədə Cavabdeh sədri Natiq Əliyevə ərizə ilə müraciət etmişdir. Natiq Əliyev ona “İşlərini yekunlaşdır baxacam” demişdir. 2023-cü ilin aprel ayının 12-nə qədər ona aidiyyəti olan cinayət işlərini nəzərdən keçirib tamamlamışdır. İsləri tamamladıqdan sonra Cavabdeh sədri cənab Natiq Əliyevə müraciət edərək onun tərəfindən işlərin tamamlandığını və işdən azad olunma ərizəsinə münasibət bildirməsini xahiş etmişdir. Cavabdeh sədri Natiq Əliyev ona “Sən narahat olma, mən sənə otaq ayırmışam, otaqda otur işdən azad olunanadək gözlə” demişdir. 2023-cü ilin iyun ayının 12-də Cavabdeh sədri Natiq Əliyev iclas zamanı onun işdən azad olduğunu bildirmişdir. O, işdən azad olunduğunu iclasda eşitdikdən sonra, Cavabdeh sədri Natiq Əliyevin qəbulunda olmuş və o, “Sən gedə bilərsən” dedikdən sonra Cavabdeh tərk etmişdir. O, Cavabdehndən dəfələrlə əmək kitabçasını və işdən çıxarılmağı barədə əmri istəsə də, ona etiraz olunmuşdur. Cavabdeh tərəfindən hüquqlarının pozulması və məhdudlaşdırılmağı ilə əlaqədar Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının rəhbəri cənab X6 müraciət etmişdir. Məhkəmə-Hüquq Şurasına müraciət etdikdən sonra ona məxsus əmək kitabçasını Cavabdehndən 20 iyul 2023-cü il tarixdə almışdır. 2 ay 17 gündən sonra əmək kitabçasının verilməsi, işçinin öz ərizəsi əsasında 57 gündən sonra işçiyə işdən azad olunmasını bildirmək şəxsin hüquqlarının kobud pozulmasıdır. İşdən azad olunmağı barədə 2023-cü ilin aprel ayının 18-də ərizə versə də, cənab Natiq Əliyev ərizəni imzalaması barədə ona heç bir məlumat verməmişdir. Onun 2023-cü ilin aprel ayının 18də işdən azad olunmağı barədə ərizəsinə 2023-cü ilin iyun ayının 12-də münasibət bildirmişdir. O, 20 iyul 2023-cü il tarixdə əmək kitabçanı Cavabdehndən təhvil alandan sonra görmüşdür ki, Cavabdeh sədri Natiq Əliyev onu 04 may 2023-cü il tarixdə, 15 nömrəli əmr ilə işdən azad etmişdir. Bu cür hüquq pozuntularına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Gəncə- Daşkəsən regional şöbəsinə ərizə ilə müraciət etdi, orada araşdırma aparılmışdır, lakin həmin şöbədən bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyi barədə hüququ olması barədə ona məktub ünvanlamışlar. Bu məsələ ilə bağlı məhkəməyə qədər X5 2 saylı Mediasiya təşkilatına müraciət etdim. Mediasiya sessiyaları xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixlərə təyin olundu, lakin Cavabdehnə mediasiya sessiyasının keçirilməsi, tarixi və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq mediasiya sessiyalarında Cavabdeh təmsil edəcək şəxs iştirak etməmişdir. Bundan əlavə onun xahişi ilə Gəncə şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Nüşabə Cəbrayılova Cavabdehnə işçilərin işə davamiyyət jurnalının 2023-cü ilin may-iyun ayları olan vərəqələrin təsdiq olunmuş surətini vəkil sorğusu göndərərək istəmişdir. Lakin sorğuya cavab olaraq işə davamiyyət jurnalının Cavabdehndə olmadığını bildirmişlər. Qeyd edir ki, o, Cavabdehnə 12 iyun 2023-cü il tarixə qədər işə gəlmiş, hər gəldiyi iş günü “İşçilərin davamiyyət jurnalı”-na işə gəlməyi barədə imza etmişdir. Cavabdehndən bu cür cavab verilməsinin sənədlərdə saxtalaşdırma hərəkətlərinin aparılması deməkdir. Beləliklə, Cavabdeh tərəfindən ona qarşı atılan hər addımda, deyilən söz və cümlədə hüquq pozuntusu aşkar edilir. Bundan əlavə, bu məsələ ilə bağlı Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 24 aprel 2024-cü il tarixli, 2-4/2-Q-1875/2-23-2994/2024 nömrəli məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməyi göstərilmişdir. İşəgötürənin qanunsuz hərəkətləri ona həm mənəvi zərər vurmuş, həm də mənəvi iztirabı onunla ifadə olunur ki, işdən çıxarıldıqdan sonra ona ödənilməmiş hesablaşmaya görə son dərəcədə sıxılır, buna görə də, özünü pis hiss edir, sinir stressi keçirmişdir. Bundan əlavə, qanuni hüquqlarını qorumaq üçün vasitələr tapmağa məcbur olmuşdur. Mənəvi ziyanla bağlı tələbləri qanuna əsaslanır.
10. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4047/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim X.Səfərli) İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs AR ƏƏSMN X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi sübuta yetirilə bilməmişdir.
12. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
13. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4047/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnаmənin ləğv еdilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4047/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini qanunsuz və əsassız hesab etmişdir. Belə ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, o, Cavabdehndə (X11un yanında) məhkəmə iclas katibi vəzifəsində 12 iyun 2023-cü il tarixə qədər işləmişdir. Üzərinə düşən vəzifələri qanunvericiliyə və əmək funksiyalarına uyğun olaraq, ona verilən hüquqları və üzərinə qoyulan vəzifələri vicdanla, var gücülə və vətənin mənafeyi naminə həyata keçirmişdir. Dövlət qulluqçuları və müqavilə əsasında çalışan əməkdaşların işlərini çətinləşdirən, yaxud məhkəmənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmişdir, lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görürdü və etik davranış qaydalarına əməl etmişdir. Bütün işlədiyi müddətdə öz bilik səviyyəsini artırmağa və tapşırılan işi yüksək keyfiyyətlə vaxtında yerinə yetirməyə çalışan məsuliyyətli, icraçı və intizamlı bir işçi kimi göstərmişdir. Məhkəmədə işləyən zaman daim nizam-intizamlı və gündəlik iş rejiminə riayət edən işçi olmuşdur. Bütün işlədiyi müddətdə üzərinə qoyulan iş vəzifələrini tez bir zamanda yerinə yetirən və qısa müddətdə böyük bir işin öhdəsindən gələ bilən vicdanlı bir işçi kimi göstərmişdir. Məhkəmənin bütün hakimləri və işçiləri ilə nəzakətlə ünsiyyət qurmuşdur. Çalışqan, dürüst və dəqiq olmuşdur. Sənədlərlə çox məsuliyyətlə işləmişdir. Onunla birlikdə çalışan iclas katibi Zaur Hüseynov işə laqeyd və biganə yanaşırdı. Həmin iclas katibi ona qeyri-prosessual hərəkətlər etməyi təklif edirdi. Lakin o hər dəfə ona öz statusundan, təmsil etdiyi orqanın statusundan istifadə etməklə qeyri-prosessual hərəkətlər etməməyi qanuna zidd olduğunu bildirmişdir. İcraatda olan cinayət işi daxil olan andan təyinatını edib, baxışa təyin qərarını hazırlayıb məhkəmə cildini açmışdır. İcraatda olan işlərin 80-90%-ni öz üzərinə götürərək çalışmışdır. Buna baxmayaraq, X11 onun işə ciddi və düzgün yanaşmamağına görə 15-20 təqvim günündən bir Cavabdeh sədri Natiq Əliyevə müxtəlif bəhanələrlə ondan şikayət etmişdir. X13 X11un xasiyyətinə bələd olduğundan onun barəsində olan şikayətini ciddi qəbul etməmişdir. X10 münasibətdə əsəbi, qərəzli, kobud və qəzəbli davranmışdır. Bu səbəbdən ki, yuxarıda qeyd etdiyi kimi, qanunsuz hərəkətlərə qoşulmadığıma, qeyri-prosessual hərəkətlər etməyinə göstəriş versə də belə imtina etdiyi üçün 2023-cü ilin mart ayında X11 işlərin tez bir zamanda qaydasına qoymağı tələb etmişdir, Zaur Hüseynov işləmək istəmədiyini bildirmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində X11 işlərin tamamlanması barədə soruşduqda o, demişdir ki, “Zaur Hüseynov işləmədiyinə görə icraatda olan 55 (təxminən) cinayət işi tam hazır deyil”. X11 2023-cü ilin aprel ayının əvvəlindən başlayaraq hər gün, hətta gün ərzində bir neçə dəfə Cavabdeh sədri Natiq Əliyevə onun işlərin öhdəsindən gələ bilmədiyi barədə şikayət etmişdir. O, X11a onun barəsində yalan məlumat söyləməsini bildirdikdə o, ona “Mən yaxşı bilirəm nə deyirəm!” cavabı vermişdir. Baxmayaraq ki, o, öz üzərinə düşən işiləri məsuliyyətlə vaxtında icra etmişdir, digər məhkəmə iclas katibi Zaur Hüseynov işləri vaxtında icra etməz, işləmək istəmirdi. X11 Zaur Hüseynovu irad bildirmişdir, ancaq ondan məhkəmə sədrinə şikayət etmişdir. Bu münasibətlər ondan irəli gəlmişdir ki, o, qeyri-prosessual işlərlə məşğul olmağa razı deyildir. Bu səbəbdən də, onu rəhbərlik qarşısında nüfuzdan salmaq, “tənbeh” etməklə özlərinin qanunsuz hərəkətlərinə dəstək verməyə razılaşdırmaq, əks halda “pis işçi” kimi kənarlaşdırmaq məqsədi daşımışdır. O, iş şəraitinin dözülməz hala gəldiyini görüb ona qarşı olan haqsızlığa son qoymaq üçün 18 aprel 2023-cü il tarixdə işdən azad olunmağı barədə Cavabdeh sədri Natiq Əliyevə ərizə ilə müraciət etmişdir. Natiq Əliyev ona “işlərini yekunlaşdır baxacam” demişdir. O da, 2023-cü ilin aprel ayının 12-nə qədər ona aidiyyəti olan cinayət işlərini nəzərdən keçirib tamamlamışdır. İşləri tamamladıqdan sonra Cavabdeh sədri cənab Natiq Əliyevə müraciət edərək, onun tərəfindən işlərin tamamlandığını və işdən azad olunma ərizəsinə münasibət bildirməsini xahiş etmişdir. Cavabdeh sədri Natiq Əliyev ona “Sən narahat olma, mən sənə otaq ayırmışam, otaqda otur işdən azad olunanadək gözlə” demişdir. 2023-cü ilin iyun ayının 12-də Cavabdeh sədri Natiq Əliyev iclas zamanı onun işdən azad olduğunu bildirmişdir. O, işdən azad olunduğunu iclasda eşitdikdən sonra, Cavabdeh sədri Natiq Əliyevin qəbulunda olmuş və o, “Sən gedə bilərsən” dedikdən sonra o, Cavabdeh tərk etmişdir. O, Cavabdehndən dəfələrlə əmək kitabçasını və işdən çıxarılmağı barədə əmri istəsə də, oradan ona etiraz olunmuş, etiraz barədə səbəb gətirilərək “Sən işləri təhvil verməmisən, X11un icraatında olan bütün işləri yekunlaşdırmalısan!” deyilmişdir. Cavab olaraq “Mənim tərəfimdən cinayət işlərinin hamısını yekunlaşdırılmışdır, yekunlaşmayan cinayət işləri digər məhkəmə iclas katibinə aiddir” demişdir, cavab olaraq ona “Bilmirik, sən işləri tamamlamalısan göstərişi verilib!”. O, Cavabdeh tərəfindən hüquqlarının pozulması və məhdudlaşdırılmağı ilə əlaqədar Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının rəhbəri cənab İnam Kərimova müraciət etmişdir. Məhkəmə-Hüquq Şurasına müraciət etdikdən sonra ona məxsus əmək kitabçasını Cavabdehndən 20 iyul2023-cü il tarixdə almışdır. 2 ay 17 gündən sonra əmək kitabçasının verilməsi, işçinin öz ərizəsi əsasında 56 gündən sonra işçiyə işdən azad olunmasını bildirmək şəxsin əmək hüquqlarının kobud pozulmasıdır. Hesab etmişdir ki, X11 qəsdən ona məxsus əmək kitabçasının verilməməsini icraatında olan cinayət işlərinin onun tərəfindən qaydasına salmaq üçün artıq işləməyini tapşırmışdır. Cavabdeh Dəftərxanasında dəftərxana müdiri Təhminə Məmmədovadan şəxsi işini istədikdə ona məxsus əmək kitabçasının Cavabdeh sədri cənab Natiq Əliyevdə olduğunu bildirmişdir. Onun hüquqlarını qəsdən 2 aydan cox məhdudlaşdırmışlar. İşdən azad olunmağı barədə 2023-cü ilin aprel ayının 18-də ərizə versə də, cənab Natiq Əliyev ərizəsini imzalaması barədə ona heç bir məlumat verməmişdir. Onun 2023-cü ilin aprel ayının 18-də işdən azad olunmağı barədə ərizəsinə 2023-cü ilin iyun ayının 12-də şifahi olaraq münasibət bildirmişdir. Mən 20 iyul 2023-cü il tarixdə əmək kitabçamı Gəncə Ağır CinayətlərMəhkəməsindən təhvil alandan sonra əmək kitabçama baxıb görmüşəmki, Cavabdeh sədri Natiq Əliyevməni 04 may 2023-cü iltarixdə 15 nömrəli əmr ilə işdən azad etmişdir. O, Cavabdehnə 12 iyun 2023-cü il tarixə qədər işə gəlmiş, hər gəldiyi iş günü “İşçilərin davamiyyət jurnalı”-na işə gəlməyi barədə imza etmişdir. Əmək hüquqlarının pozulması, onun xəbəri olmadan 17 gündən sonra işdən azad olunmağı barədə əmr verilsə də, 12 iyun 2023-cü il tarixədək qanunsuz işə cəlb edilmişdir. Bundan əlavə vəkil sorğusu ilə Cavabdehnə işçilərin işə davamiyyət jurnalının 2023-cü il may-iyun ayları olan vərəqlərin təsdiq olunmuş surətini “Vəkil sorğusu” göndərərək istəmişdir. Lakin sorğuya cavab olaraq işə davamiyyət jurnalının Cavabdehndə olmadığını bildirmişlər. Qeyd etmişdir ki, Cavabdehndən bu cür cavab verilməsinin sənədlərdə saxtalaşma hərəkətlərinin aparılması deməkdir. İşçilərin işə davamiyyət jurnalını əldə edə bilmədiyi üçün, yəni Cavabdeh tərəfindən “İşçilərin işə davamiyyət” jurnalı təqdim edilmədiyinə görə Gəncə Şəhər Məhkəməsinə vəsatətlə müraciət etmişdir ki, davamiyyət jurnalından onun 12 iyun 2023-cü il tarixədək qanunsuz işə cəlb edilməyi sübuta yetirilsin. Lakin, Gəncə Şəhər Məhkəməsinin hakimi Xədicə Səfərli vəsatətini təmin etməmişdir, Cavabdehndə “İşçilərin işə davamiyyət” jurnalının mövcud olmadığını bildirmişdir. Beləliklə, Gəncə Şəhər Məhkəməsinin hakimi Xədicə Səfərli müstəqil olmadığını, işə qərəzli yanaşmasını nümayiş etdirmişdir. Bundan əlavə, bu məsələ ilə bağlı Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 24 aprel 2024-cü il tarixli, 2-4/2-Q-1875/2-23-2994/2024 nömrəli məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməyi göstərilmişdir.
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahatlar vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, ona töhmət verilən zaman şahid kimi Nümayəndə1 olmuşdur. Mənəvi ziyan tələb etmişdir. Dadaş İmanovun qışqırması ona psixoloji təsir etmişdir. Hazırda əsəbdən onda allergiya xəstəlikləri yaranmışdır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin hakimi qərəzli olaraq onun təqdim etdiyi sübutları qəbul etməmişdir. İyunun 12-ə qədər işə çıxmış, ancaq əmək kitabçasını 20 iyulda ala bilmişdir.
17. Digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
18. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4047/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı Cavabdehndə 2 il 5 ay işləmiş, 43 gün isə istifadə olunmamış məzuniyyət günləri vardır. Nümayəndə1 məhkəmə kollegiyasına ərizə təqdim edərək, İddiaçı işdən azad olunduğu xx.xx.2023-cü il tarixədək istifadə etmədiyi məzuniyyət günlərinə görə son haqq-hesabın ödənilməsi hissəsində mülki iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir.
19. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən üçüncü şəxs X7 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinin nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, işçi ilə son haqq-hesab işə götürən tərəfindən edilməli idi. İş tapana qədər orta əmək haqqı saxlanılmalı idi. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
20. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
21. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
22. Maddə 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
23. Maddə 172.6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
24. Maddə 254. 1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
25. Maddə 290.2-ci İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.
26. Maddə 290.3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
27. Maddə 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
28. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinini dəyişdirə bilər.
34. Maddə 385.1.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
35. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4047/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin ödənilməmiş son haqq-hesabın ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə görə hazırkı vaxtadək əmək haqqının və son haqq-hesabın verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyini göstərmişdir. İddiaçı ilə xx.xx.2021-ci il tarixli, 64 nömrəli əmr ilə əmək müqaviləsi bağlanmış 04 may 2023-cü il tarixdə, 15 nömrəli əmr ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 18 aprel 2023-cü il tarixdə işdən azad olunmağı barədə Cavabdeh sədrinə ərizə ilə müraciət etməsini qeyd etmişdir. Cavabdeh sədrinin 2023-cü ilin iyun ayının 12-də onun işdən azad olduğunu bildirdiyini qeyd etmişdir. Lakin ona məxsus əmək kitabçasını ala bilmədiyini, ancaq 20 iyul 2023-cü il tarixdə 2 ay 17 gündən sonra əmək kitabçasını aldıqdan sonra 04 may 2023-cü il tarixdə, əmək müqaviləsinə xitam verildiyini bilmişdir. Halbuki o, 12 iyun 2023-cü il tarixədək işdə olmuşdur.
41. Kollegiya ilk növbədə qeyd edir ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri). Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
42. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. Birincisi, əmək haqqının verilməsi gecikdirilməli; ikincisi, bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Göründüyü kimi, normanın tətbiqində qeyri-müəyyənlik yaradan məsələ əmək haqqının gecikdirilməsinin fərdi əmək mübahisəsinə səbəb olduğu halda ödəncin verilib-verilməməsi ilə bağlıdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 16-cı hissəsində və 287-ci maddəsində fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığı kimi müəyyən edilmişdir. Əvvəla, Əmək Məcəlləsinin 288ci maddəsinin d) bəndinə görə, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisəsinin predmetinə daxildir. Qeyd edildiyi kimi, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir.
44. Kollegiya həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əmək haqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əmək haqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də, mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir. Halbuki, qanunverici Əmək Məcəlləsinin 178-ci maddəsinin 1ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğunu təsbit etmişdir. Nəzərə alınmalıdır ki, fərdi əmək mübahisəsi olduğu halda ödəncin verilməməsi işçilər arasında qeyri-bərabər vəziyyət yaradar.
45. Ona görə də, kollegiya hesab edir ki, işin hallarından görünür ki, tərəflər arasında mübahisə məhz cavabdehin iddiaçıya ödənilməmiş əmək haqqı və son haqqhesab və vurulmuş mənəvi zərərin ödənilməsi iddiası əsasında yaranmışdır. Həmçinin qeyd olunmalıdır ki, Məhkəmə kollegiyasiya apellyasiya şikayətinin 2023-cü ilin may ayının 4-dən 2023-cü ilin iyul ayının 20-nə qədər hesablanmaqla ödənilməmiş əmək haqqı tələbi hissəsш ilə bağlı qeyd edir ki, iddiaçı həmin tarixlərdə işlədiyini, lakin həmin dövr üçün əmək haqqının ödənilməməsini qeyd etsə də, həmin tarixlərdə işləməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
46. Bundan başqa, kollegiya qeyd edir ki, qanunvericiliyə görə, işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də, nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
47. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “mənəvi zərər” anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Hazırkı iş üzrə iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, əmək funksiyasını yerinə yetirməyə cəlb olunduğuna əsaslanmaqla həmin dövr üzrə əmək haqqının, son haqq-hesabın, habelə cavabdehin əməli nəticəsində ona vurulduğunu bildirdiyi mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. Lakin iddiaçı yuxarıda qeyd olunan halları təsdiq edən heç bir mötəbər sübut məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.
48. Lakin bunula bərabər məhkmə kollegiyası qeyd edir ki, iddiaçı 2023-cü ilin may ayının 4-də işdən çıxarılsa da, həmin tarixədək ona son haqq-hesab ödənilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya şikayəti həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
49. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4047/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, ödənilməmiş son haqq-hesabın ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçıya xx.xx.2023-cü il tarixədək ödənilməmiş son haqq-hesab hesablanaraq İddiaçı verilməlidir.
50. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-4047/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4047/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, yəni “son haqq-hesabın ödənilməsinin təmin edilməməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verildiyi günə, yəni xx.xx.2023-cü il tarixədək ödənilməmiş son haqq-hesab hesablanaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.