Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-3863/2025 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “Avro-X5 “xxxx” ASC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi, hesablanması və ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Iddiaçı İddiaçı vəkili və nümayəndəsi vəkil1 və nümayəndəsi nümayəndə1, Cavabdeh “Avro-X5 “xxxx” ASC-nin nümayəndəsi nümayəndə3 Şəmsəddin oğlunun iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh “Avro-X5 “xxxx” ASC-yə qarşı “əmək haqqı, ezamiyyə xərcləri, son haqq-hesab və zərərin əvəzinin ödənilməsi “ tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı cavabdeh Avro-X5 “xxxx” Açıq Səhmdar Cəmiyyətində “layihə rəhbəri” vəzifəsində işləmiş, tərəflər arasında əmək münasibəti ##.##.2021-ci il tarixli ***** nömrəli əmək müqaviləsinə əsasən yaranmışdır. Əmək müqaviləsində işçinin əmək 1326 manat göstərilmişdir.
2. “xxxx” ASC-nin ##.##.2023-cü il tarixli ** nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir.
3. “xxxx” ASC tərəfindən verilən ##.##.2023-cü il tarixli ***/** saylı arayışa əsasən iddiaçıya noyabr 2021-ci il üçün 1874,68 manat, dekabr 2021-ci il üçün 5000,69 manat, yanvar 2022-ci il üçün 5000,75 manat, fevral 2022-ci il üçün 5000,13 manat, mart 2022-ci il üçün 2834,56 manat, aprel 2022-ci il üçün 4423,55 manat, may 2022-ci il üçün 5000,75 manat, iyun 2022-ci il üçün 5000,13 manat, iyul 2022-ci il üçün 5000,13 manat, avqust 2022ci il üçün 1852,50 manat və aprel 2023-cü il üçün 4111,85 manat olmaqla, cəmi 45099,72 manat əmək ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı İddiaçı cavabdeh “Avro-X5 “xxxx” ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 12.500 manat ödənilməyən əmək haqqı, 13.000 manat maddi ziyan, Özbəkistan Respublikasında ezamiyyədə olduğu ## ###### 2021-ci ildən ## #### 2022-ci ilə qədər olan dövr üçün 31.552 manat, # ##### 2022- ci ildən # ###### 2022-ci ilədək olan dövr üçün isə 35.360 manat olmaqla, ümumilikdə 66.912 manat ezamiyyə xərcinin, 2500 manat tam ödənilməmiş son haqq-hesabın cəmi 94912 manat, 50 manat mediasiya xərcinin və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117 manatın, ümumilikdə 95.079 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh "xxxx" ASC-də ##.##.2021-ci il tarixdə işə qəbul olunmuşdur. Lakin iddiaçı ilə rəsmi əmək müqaviləsi bağlanılmadan əmək müqaviləsi elektron formada sistemə daxil edilmişdir. Sonradan iddiaçıya bəlli olmuşdur ki, müqavilədə əmək haqqının məbləği razılaşdırılmış formada göstərilməmişdir. Belə ki, cavabdehlə razılaşdırılmış əmək haqqı 5000 manat məbləğində olsa da, elektron əmək müqaviləsində qeyd edilən əmək haqqının məbləği 1326 manat olmuşdur. Iddiaçı hər ay əmək haqqı kimi 5000 manat məbləğində pul aldığı üçün heç nədən şübhələnməmişdir. Iddiaçının 5000 manat məbləğində əmək haqqı almasını hesabdan çıxarışlar da təsdiq edir. 2022-ci ilin avqust ayında iddiaçı əmək qabiliyyətini müvəqqəti olaraq itirdiyi üçün həm evdə, həm də xəstəxanada müalicə almışdır. Xəstəlik vərəqəsini (əmək qabiliyətini itirmək vərəqəsini) cavabdeh şirkətə təqdim etdikdən sonra əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə aldığı əmək haqqının kəskin şəkildə az olması iddiaçının diqqətini cəlb etmişdir. Məhz buna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək qərarına gəlmişdir. Müraciəti zamanı Nazirlikdə iddiaçıya əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətin qanuni olaraq hesablanması qaydası izah olunmuş və bildirilmişdir ki, hesablama onun faktiki olaraq aldığı 5000 manat əmək haqqı ilə deyil, elektron formada tərtib olunmuş əmək müqaviləsində göstərilən 1326 manat əmək haqqı ilə aparılmışdır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləğinin hesablanması zamanı əmək qabiliyyətini müvəqqəti itirməmişdən əvvəl aldığı əmək haqlarının cəmi ilə faktiki olaraq hesablanmış rəqəmlər arasında ikiqat fərq yaranmışdır. Iddiaçı bu barədə cavabdehə ## #### 2023-cü il tarixdə elektron məktub yolu ilə yazılı xəbərdarlıq edərək hesablama qaydasındakı fərqi izah etmişdir. Dəfələrlə əmək müqaviləsi üçün müraciət etsə də, cavabdeh "əmək müqaviləsi artıq elektron formada imzalanır, kağız israfı olduğu üçün ehtiyac yoxdur" - deyərək cavab vermişlər. Məbləğin faktiki əmək haqqının məbləğindən olduqca az yazıldığını "xxxx" ASC-nin audit şöbəsinin, insan resursları şöbəsinin rəhbərlərinə dəfələrlə izah etdikdən sonra hüquqşünas iddiaçını şirkətə dəvət etmiş və problemin nədən qaynaqlandığını başa düşdüklərini və həll edəcəklərini bildirmişdir. Lakin sonda heç bir tədbir görülməmiş və yenə də ödəniş edilməmişdir. Iddiaçı sağaldıqdan sonrakı müddətdə cavabdeh "gözləyin, xəbər edəcəyik" deyərək onu gözlətmiş, nə əmək haqqını, nə də ki, dəymiş ziyanı iddiaçıya ödəməmişlər. Iddiaçı mediasiyaya müraciət etsə də, onlar mediasiya prosesində də iştirak etməmişlər. Bu barədə ## #### 2023-cii il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6ynar xəttinə zəng edərək şikayət etmişdir. Bundan əlavə, iddiaçı müxtəlif tarixlərdə Özbəkistan Respublikasında ezamiyyətdə olmuşdur. Lakin iddiaçıya verilməli olan ezamiyyə ödənişləri düzgün hesablanmamışdır. Iddiaçı ilə cavabdeh arasında ##.##.2021-ci ildə bağlanmış əmək müqaviləsinə ##.##.2023-cü il tarixdə öz istəyi ilə əmək müqaviləsinin müddəti qurtardığına görə Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Lakin hələ də iddiaçıya dəyən maddi ziyanın əvəzi ödənilməmişdir. Ümumilikdə, cavabdeh şirkət tərəfindən ona 25000 manat məbləğində maddi ziyan vurulmuşdu.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunmuş, cavabdehdən iddiaçının Özbəkistan Respublikasında ezamiyyətdə olduğu dövr üçün ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan müddət üçün 6080 ABŞ dolları, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan müddət üçün 1760 ABŞ dolları və ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan müddət üçün 11200 ABŞ dolları olmaqla, cəmi 19040 ABŞ dolları məbləğində pulun ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən ödənilmiş mediasiya xərcinə görə 50 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 117 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Gülnar Babazadə).
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı cavabdehdən iddia ərizəsində 12.500 manat ödənilməyən əmək haqqının, 13.000 manat maddi ziyanın və 2500 manat tam ödənilməmiş son haqq-hesabın ödənilməsini tələb etsə də, iddiaçının əmək haqqı tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən 1326 manat təşkil etmiş və müəyyən edilən əmək haqqı iddiaçıya işlədiyi müddətdə hər ay ödənilmişdir. Belə ki, iddiaçı həmin hissələrdə iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında əmək haqqı əslində 5000 manat olaraq razılaşdırılmış və o qaydada da ödənilmişdir. Lakin əmək müqaviləsinin elektron bildirişindən görünür ki, əmək haqqı 1326 manat təşkil edir. Müxtəlif aylarda isə müxtəlif məbləğlərdə mükafat qismində ödənişlər edilmişdir. Odur ki, iddia tələbi həmin hissələrdə əsassız olmaqla təmin edilməməlidir. Ezamiyyə xərci ilə bağlı iddia tələb üzrə birinci instansiya məhkəməsi iddiaçını xarici paspotundakı məlumatlara əsasən müəyyən etmişdir ki, iddiaçı işlədiyi müddətdə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək və ##.##.2022-ci il tarixdən ##.##.2022ci il tarixədək Özbəkistan Respublikasında ezamiyyətdə olmuş və həmin ezamiyyətdə olduğu dövr üçün iddiaçıya ezamiyyə xərci ödənilməmişdir. Belə ki, ezamiyyə xərcinin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, iş üzrə mühasibatlıq ekpertizası təyin edilsə də, işəgötürən tərəfindən ekspert vəsatətində göstərilən lazımi sənədlər təqdim edilmədiyindən, ekspert tərəfindən iş üzrə ekspertiza keçirilməsindən dəfələrlə imtina edilmişdir. Birinci instansiya məhkəməsi ezamiyyə xərci ilə ilə bağlı iddia üzrə belə nəticəyə gəlmişdir ki, cavabdehdən iddiaçının Özbəkistan Respublikasında ezamiyyətdə olduğu dövr üçün - “Ezamiyyə xərclərinin normaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli Qərarının * nömrəli Əlavəyə əsasən Özbəkistan Respublikasına ezamiyyə xərclərinin 1 günlük norması 140-180 ABŞ dolları təşkil etdiyindən müvafiq orta məbləğ - 160 ABŞ dolları müəyyən edilməklə, ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan müddət üçün – 38 gün x 160 ABŞ dolları = 6080 ABŞ dolları, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan müddət üçün - 11 gün x 160ABŞ dolları = 1760 ABŞ dolları və ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan müddət üçün – 70 gün x 160 ABŞ dolları = 11200 ABŞ dolları olmaqla, cəmi 19040 ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq iddiaçıya ödənilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 3 (5-ci hissə), 42 (2-ci hissə), 43 (1ci hissə), 45 (1-ci hissə), 45 (2-ci hissə), 181, 296-cı (4-cü hissə) maddələri və “Ezamiyyə xərclərinin normaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli Qərarına (* nömrəli Əlavə) istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinə iddiaçının xəbəri və məlumatı olmadan, onunla şifahi razılaşdırılmış və təklif olunmuş məbləğ yazılmayıb. Müqaviləni, şərtlərini gizlətməkdən ötrü gizilin şəkildə digər sənədlərlə birlikdə iddiaçıya imzalatdırmışlar. Çünki əmək müqaviləsindən göründüyü kimi sonradan qələmlə doldurulmuş hissələr iddiaçıya məxsus deyil. Digər tərəfdən, əmək müqaviləsində əmək haqqı 5.000 manat deyildisə, nəyə görə iddiaçıya hər ay 5000 manat əmək haqqı ödənilirdi? Məhkəmə müəyyən edib ki, iddiaçıya 40987,87 manat əmək haqqı ödənilmişdir. Göründüyü kimi həmin aylar ərzində iddiaçının faktiki qazancının cəmi 40987,87 manat məbləğində olmuşdur. Bir iş gününə düşən orta gündəlik qazancı tapmaq üçün həmin məbləği noyabr-avqust ayları arasındakı iş günlərinin sayına bölərək həmin ayların arasında 261 rəsmi iş günü vardır. 40987,87 məbləğini həmin günlərin sayına böldükdə 157,04 edir. Iddiaçıya ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə və ##.##.2024-cü il tarixdədn ##.##.2022-ci il tarixə verilməli olan müavinət məbləğini tapmaq üçün həmin tarixlər arasındakı iş günlərin sayını 157,04 rəqəminə vurulsa, 18.08.202-ci il tarixdən ##.##.2022-ci il tarixədək 6595,68 manat və ##.##.2022-ci il tarixdən ##.##.2022ci il tarixədək 6595,68 manat olmaqla, cəmi 13191,36 manat məbləğində pul iddiaçıya ödənilməli idi. Iddiaçıya isə 18.08.202-ci il tarixdən ##.##.2022-ci il tarixədək 2245,10 manat və ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 4423,97 manat olmaqla, cəmi 6669,07 manat ödənilmişdir. Həmçinin ##.##.2021-ci ildə bağlanmış əmək müqaviləsinə ##.##.2023-cü il tarixdə əmək müqaviləsinin müddəti qurtardığına görə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verildikdən sonra iddiaçıya cavabdeh tərəfindən son haqq hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) da düzgün ödənilməmişdir. Cavabdeh şirkət tərəfindən iddiaçıya 12.500 manat məbləğində son haqqhesab ödənilməlidir. Bundan əlavə, “xxxx”ASC-də işlədiyi dövrdə iddiaçı müxtəlif tarixlərdə Özbəkistan Respublikasının Daşkənd və Buxara şəhərlərində ezamiyyədə olmuşdur. Belə ki, ezamiyyətdə olduğu müddət ## ###### 2021-ci ildən ## #### 2022-ci ilə qədər və 0# ##### 2022-ci ildən 0# ###### 2022-ci ilədək olan dövrləri əhatə edir. Lakin məhkəmə tərəfində iddiaçının ezamiyyətdə olduğu ## ###### 2021-ci il tarixindən ## ###### 2022-ci il tarixədək, ## #### 2022-ci il tarixdən ## #### 2022-ci il tarixədək, 0# ##### 2022-ci il tarixdən ## ##### 2022-ci il tarixədək və ## #### 2022-cü il tarixdən 08 avqust2022-ci il tarixədək müddətlər nəzərə alınıb hesablanmamış, məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, bu müddətlərin hamsını iddiaçı Özbəkistanın Daşkənd şəhərində olmuş, Buxara ve Angren şəhərlərinə gedib-qayıtmışdır. Həmin şəhərlərdə şirkətin bazaları olduğuna görə iddiaçı oraya gedib gəlmişdir. Beləliklə göstərilən tarixlərdə ki, məbləğlər 180 ABŞ dolları ilə hesablanmalı idi, çünki şirkətin bütün hüquqi və digər işləri Daşkənddə idi. Ekspertizanın və icranın məcburi tələbləri ilə sonradan məhkəməyə göndərilmiş ezamiyyət, məzuniyyət və digər əmrlər sonradan tərtib olunmuş, səhvdir və heç bir hüquqi əhəmiyyəti olmayan sənədlədir. Belə ki, əgər ezamiyyəə mrləri tərtib olunmuşdusa, o zaman ezamiyyədə olduğunu təsdiqləyən hər iki tərəfin möhürləri və imzaları olan ezamiyyə sənədi də mövcud olmalı idi. Məhkəmə tərəfindən dəfələrlə eksertizanın aparılmasından ötrü sənədlər tələb olunsa da, cavabdeh tərəf məhkəməyə sənəd təqdim etməmiş bu səbəbədən də ekspertizanın keçirilməsi mümkün olmamışdır. Təqdim etdiyi sənədlər isə natamam və habelə düzgün məlumatları əks etdirmədiyinə görə ekspertizanın keçirilməsi də mümkün olmamışdır. Məhkəmə 1 ildən çox davam etmişdir. Yəni cavabdeh süni şəkildə məhkəmə mübahisəsinun uzadılmasına nail olmuşdur.
11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ezamiyyə xərci barədə qeyd edilməlidir ki, məhkəmə cavabdehə “X3” MMC tərəfindən göndərilən ##.##.2021-ci il tarixli məktubu nəzərə almamış, iş üzrə hesablamanı ekspert qismində öz üzərinə götürərək mühüm əhəmiuyyətli halları aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Mübahisənin əsas məsələsi elə əmək haqqının müqavilədə qeyd edilib-edilməməsi və ezamiyyə xərclərinin düzgün ödənməməsinə dair iddia təşkil edir. Məhkəmə iclasları zamanı iddiaçı heç bir müqaviləyə qol çəkmədiyini qeyd edərək təqdim edilən müqaviləni ilk öncə qəbul etməsə də, sonradan sənədlərin arasında qol çəkildiyinin mümkün ola biləcəyini qeyd edərək təhrifə yol vermişdir. Eyni zamanda iddia həcminin artırılmasından sonra cavabdeh tərəfindən dəvət məktubu da sübut kimi təqdim edilmişdir ki, iddiaçının xərcləri qalan maddələr üzrə cavabdeh tərəfindən ödənilmişdir. Ekspertiza təyin edilməsinə dair iki qərardad qəbul edilsə də, həmin qərardadlar mütəxəssisin ayrılmaması səbəbindən icra edilməyərək geri qaytarılmışdır. Eyni zamanda iddiaçının bank hesabında onun ezamiyyət xərci olaraq ödənilmiş pullara dair sənədlər ekspertiza keçirilməsindən və sənədlərin istənilməsindən imtina edildiyi üçün mümkün olmamışdır. Bundan cavabdeh tərəfindən də ekspertiza keçirilməsinə dair vəsatət verilsə də, məhkəmə tərəfindən nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti rədd, iddiaçının apellyasiya şikayəti təmin olunmuş, Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuş, əmək haqqı kimi 12.500 manat, maddi zərərin əvəzi kimi 13.000 manat, ezamiyyə xərci kimi 66.912 manat, son haqq-hesab kimi 2.500 manat, cəmi 94.912 manat pulun, həmçinin mediasiya xərci kimi 50 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 117 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 188 manat, cəmi məhkəmə xərclərinin əvəzi kimi 355 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunmuşdur. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Ikram Şirinov, Elşən Kazımov)
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya isntansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1416/2025 tarixli, ##.##.2025-ci il tarixli qərarı ilə cavabdeh “Avro-X5 xxxx” ASC-nin kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi qərara alınmışdır.
17. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Apellyasiya instansiyası məhkəməsi əmək müqaviləsində əmək haqqının məbləği 1326 manat göstərilməsinə baxmayaraq, bank hesabından çıxarışlara əsasən cavabdehin iddiaçıya ödədiyi aylıq əmək haqqı məbləğinin 5000 manatdan çox olmasına istinadən hesab edib ki, iddiaçının əmək haqqının məbləği 5000 manat olub, cavabdeh tərəfindən iddiaçıya 5000 manat əmək haqqı ödənilməsi faktı ağlabatan mühakimə əsasında belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh əmək haqqının məbləğinin 5000 manat olması barədə iradəsini ifadə edib, çünki ödəniş bir hərəkət olaraq iradənin ifadəsi sayılır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əhəmiyyət vermədən bank hesabından çıxarışlara əsasən iddiaçının aylıq əmək haqqının 5000 manat olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Məhkəməyə təqdim edilmiş əmrlərdən (İ cild, iş v.201-210) görünür ki, cavabdeh iddiaçıya 2021-ci ilin ## ######ından başlayaraq 2022-ci ilin avqust ayı da daxil olmaqla hər ay (10 ay ərzində) müxtəlif məbləğlərdə (4321 manat, 4258 manat,1610 manat, 3823 manat və s.) mükafat vermişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin əmrlərə qiymət vermədən, iddiaçıya ödənilən mükafatları nəzərə almadan yalnız bank hesabından çıxarışlara əsasən cavabdehin iddiaçıya ödədiyi aylıq əmək haqqının məbləğinin 5000 manatdan çox olmasını əsas götürməklə, eləcə də tərəflərin iradə ifadələrini təfsir etməklə iddiaçının aylıq əmək haqqının 5000 manat olması nəticəsinə gəlməsi bu baxımdan, səhv olmuşdur. Bank çıxarışlarında ödənilən ümumi məbləğin 5000 manat göstərilməsi heç də həmin məbləğin əmək müaviləsində göstərilmiş aylıq əmək haqqı (vəzifə maaşı) olması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq qeyd edilən mükafat məbləğləri də nəzərə alındığı halda, iddiaçının aylıq əmək haqqının 5000 manat olması iddiaçının aylıq vəzifə maaşı anlamına gəlməyə də bilər. Apellyasiya instansiyası məhkəməsinin Əmək Məcəlləsinin 173-cü maddəsinin 2-ci hissəsinə istinad etməsi də hazırki işin halları baxımından iddiaçının əmək müqaviləsi üzrə əmək haqqının 5000 manat olması barədə nəticəyə gəlməyə əsas vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin normaya istinadən göstərib ki, işçilərin haqqhesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) göstərilməli olan məlumatlardan biri də hesablanmış əmək haqqının ümumi məbləğidir və bank hesabından çıxarışlarda 5.000 manatın qarşısında yazılı şəkildə “əmək haqqı” qeyd edilib. Əvvəla, əmək haqqının ümumi məbləği dedikdə, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə həmin məbləğə hansı ödənclərin daxil olması yuxarıda qeyd edildi. Ikincisi, istinad edilən Əmək Məcəlləsinin 173-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan işçilərin haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) bank çıxarışı sayılmır. Işçilərin haqq-hesab sənədləri mühasib tərəfindən imzalanan və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilən sənədlərdir ki, bunun da məqsədi odur ki, həmin sənədlər vasitəsilə işçi hesablanmış əmək haqqının ümumi məbləği, əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri, əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği, faktik ödənilən məbləğ və tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği barədə məlumatlı olsun. Buna görə də bank hesabından çıxarışlarda 5000 manatın qarşısında yazılı şəkildə “əmək haqqı” qeydinin olması da iddiaçının əmək müqaviləsi üzrə əmək haqqının 5000 manat olması anlamına gəlmir. Bundan başqa, iddiaçı ödənilməyən əmək haqqı kimi 12500 manat pulun cavabdehdən tutulmasının xahiş etsə də, bu məbləğin hansı aylar üzrə olmasını göstərməmiş, ümumi sözlərlə yetərlənmiş, apellyasiya instansiyası məhkəməsi də buna aydınlııq gətirməmişdir. Bu səbəbdən də 12500 manat pulun hansı aylar üzrə cavabdehdən tutulması müəyyən deyil. Iddianın 2-ci hissəsi olan 13000 manat maddi ziyan tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində (və tələbin həcminin artırılması barədə ərizədə) 13000 manat zərər tələb etsə də, bu zərərin nədə ifadə olunmasını, ona hansı zərər dəyməsini göstərməmiş, apellyasiya instansiyası məhkəməsi isə yalnız iddiaçının dəlillərinə əsasən aylıq əmək haqqının məbləği 5.000 manat olduğuna görə, iddiaçının daha az müavinət (6.669,07 manat) almaqla 13.000 manat məbləğində maddi zərər çəkməsini əsas götürürək həmin tələbi təmin etmiş və bu hissədə gəldiyi nəticəni də Mülki Məcəllənin 21-ci maddəsi ilə əsaslandırmışdır. Bundan başqa, iddiaçının hesab etdiyi kimi əmək müqaviləsi üzrə aylıq əmək haqqının 5000 manat olmasına baxmayaraq, onun daha az əmək haqqına uyğun müavinat (6.669,07 manat) alması ziyan kimi yox, onun aylıq əmək haqqına müvafiq olaraq alacağı pul vəsaiti kimi qiymətləndirilə bilərdi. Başqa sözlə, iddiaçının işəgötürəndən əmək müqaviləsinə əsasən ödənilməyən vəsait miqdarında alacağı məbləğ onun Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan zərəri kimi qiymətləndirilə bilməz. Zərər iddiaçının əmək müqaviləsi üzrə alacağı məbləğdən kənarda itirdiyi xərclərdə (real və (və ya) əldən çıxmış fayda) ifadə oluna bilər. Məsələn, həmin məbləğin vaxtında ödənilməməsinə görə faizlə borc alınması, pulun inflyasiyası və s. Buna görə də iddiaçının 13000 manat maddi ziyan tələbi qeyri-müəyyən olmuş, apellyasiya instansiyası məhkəməsi də buna aydınlıq gətirmədən həmin iddianı təmin etmiş, üstəlik, həmin tələbi hansı maddi hüquq normasına əsasən təmin etdiyini qətnamədə əsaslandırmamışdır. Prosessual qanunvercilik isə tələb edir ki, qətnamə çıxarıldıqda hakim... həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu... müəyyən edir. (MPM, 218.1) Iddia tələbinin 3-cü hissəsi olan 66912 manat ezamiyyə xərcləri ilə bağlı gəlinən nəticə də əsaslı deyil. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni ona görə əsaslı saymır ki, cavabdehin ##.##.2021-ci il və ##.##.2022-ci il tarixli əmrləri iddiaçının real olaraq hər dəfəsində 180 gün müddətinə Özbəkistan Respublikasına (Daşkənd şəhərinə) ezamiyyətə getməsi anlamına gəlmir. şdən görünür ki, iddiaçı ezamiyyətdə olmasının təsdiqi kimi özünün xarici pasportunu təqdim etmiş, birinci instansiya məhkəməsi də yuxarıda qeyd edildiyi kimi iddiaçının konkret hansı vaxtlarda ezamiyyətdə olmasını həmin pasportdakı sərhədburaxılış məntəqələrinin ştampına əsasən müəyyən etmişdir. Həmçinin iddiaçı Daşkənd və Buxara şəhərlərində ezamiyyətdə olmasını bildirmişdir. “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarının * nömrəli Əlavəsinə görə Özbəkista Respublikasına ezamiyyə xərcinin 1 günlük norması 140 ABŞ dolları, Daşkənd şəhərinə isə ezamiyyə xərcinin 1 günlük norması 180 ABŞ dollarıdır. Bu da o deməkdir ki, Daşkənd şəhəri istisna olmaqla, Özbəkistanın digər şəhərləri, o cümlədən Buxara şəhəri üzrə ezamiyyə xərcinin 1 günlük norması 140 ABŞ dolları, yalnız Daşkənd şəhəri üzrə ezamiyyə xərcinin 1 günlük norması 180 ABŞ dollarıdır. Yəni ezamiyyə xərcləri hesablanarkən ezamiyyət ünvanları nəzərə alınmalıdır və hər hansı orta rəqəm müəyyən edilə bilməz. (Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi bu tələb üzrə orta məbləğ müəyyən etməklə səhvə yol vermişdir). Işdə birinci instansiya məhkəməsinə təqdim edilən “X3” MMC-nin (hüquqi ünvanı Buxara şəhəri) cavabdehə ünvanlanan ## ###### 2021-ci il tarixli məktubu var (İ cild, iş v.195). Həmin məktubda “X3” MMC cavabdehə müraciət edərək göstərib ki, təklif etdiyiniz əməkdaşınız İddiaçı (iddiaçını) dəvət edərək bildirirlər ki, xərclər, o cümlədən əməkdaşın texnikanın dislokasiya yerlərində yaşayış xərcləri tərəflərindən təmin ediləcəkdir. Cavabdeh də iddiaçının ezamiyyə xərci tələbinə etiraz olaraq həmin məktuba istinad etmişdir. Bundan əlavə, iddiaçı ilə əmək müqaviləsinə ## ##### 2023-cü ildə xitam verilib. Iddiaçının ezamiyyə xərclərini tələb etdiyi dövrlər isə ##.##.2021-##.##.2022-ci və ##.##.2022- ##.##.2022-ci illəri əhatə edir. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə ## ##### 2023-cü ildə xitam verilsə də, iddiaçı həmin vaxtdan xeyli əvvələ təsadüf edən ezamiyyə xərclərini tələb edir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi (həmçinin birinci instansiya məhkəməsi) bununla bağlı, yəni bu müddət ərzində (əmək müqaviləsinə xitam verilənə qədər) ezamiyyə xərclərini nəyə görə istəməməsi barədə iddiaçının fikrini öyrənməmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi (arvadı) vagif@xxxx.com e-mail ünvanına (Vaqif adlı şəxsə yazdığı) məktubda (İ cild, iş v.89) iddiaçıya əmək haqqının az ödənilməsini bildirsə də, ezamiyyə xərci ilə bağlı hər hansı narazılıq bildirməmişdir. Buna görə də iddiaçının ezamiyyə xərcinin dəvət edən tərəfindən ödənilməsi barədə cavabdehin istinad etdiyi məktubla bağlı dəlilləri həm də bu baxımdan, yəni iddiaçının bir il ərzində ezamiyyə xərci ilə bağlı hər hansı iradının olmaması baxımından da qiymət verilməsini tələb edirdi. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçının konkret olaraq hansı vaxtlarda və hansı şəhərlərdə ezamiyyətdə olmasına, ezamiyyə pulu ilə bağlı işdən çıxana qədər nəyə görə cavabdehə müraciət etməməsinə aydınlıq gətirmədən, eləcə də iddiaçının özünün təqdim etdiyi xarici pasportdakı qeydlərə qiymət vermədən iddianı həmin hissədə ən maksimum günlər və ezamiyyə xərcləri normasında təmin etməklə səhv nəticəyə gəlmişdir. Halbuki həmin hissədə iddianın düzgün həlli üçün iddiaçının konkret hansı günlər və hansı şəhərlərdə ezamiyyətdə olması ən azı onun özünün sorğu-sual edilməsi və təqdim etdiyi sübutla müəyyən edilə bilərdi. Iddianın 4-cü hissəsi olan son haqq-hesab kimi 2.500 manat ödənilməsi barədə tələb üzrə gəlinən nəticə də əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi həmin tələbi təmin edərkən iddiaçının son haqq hesab kimi 2.500 manat tələb etməsinə, cavabdehin isə son haqq-hesabın məbləğini və onun tam həcmdə işçiyə ödənildiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməməsinə istinad etmişdir. Iddianın qeyd edilən əsasla təmin edilməsi də düzgün mövqe hesab edilə bilməz. Belə ki, əmək haqqı barədə bank çıxarışında ##.##.2023-cü il tarixdə iddiaçıya 4111,85 manat son haqq-hesab verilməsi barədə qeyd vardır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək haqqının 5000 manat olması barədə həmin bank çıxarışına istinad etsə də, elə həmin çıxarışdakı bu qeydə əhəmiyyət verməmiş, yalnız iddiaçının irəli sürüdüyü dəlillər və buna dair cavabdehin sübut təqdim etməməsinə əsasən iddianı 4-cü tələb üzrə də tam təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürənin işçiyə münasibətdə iqtisadi baxımdan daha güclü tərəf olması, analoji iddialarda sübutetmə vasitələrinin əsasən bir qayda olaraq işəgötürəndə olması və sübutetmə yükünün daha çox işəgötürənin üzərinə düşməsi nəzərə alınmalıdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iddiaçı İddiaçı vəkili və nümayəndəsi vəkil1 və nümayəndəsi nümayəndə1 öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
19. Məhkəmə iclasında cavabdeh “Avro-X5 “xxxx” ASC-nin nümayəndəsi nümayəndə3 Şəmsəddin oğlu öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
43 (2-ci hissə, “ə” bəndi). Əmək müqaviləsində əmək haqqı göstərilir. 74-cü maddənin qeyd hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əlillik müəyyən edilmədən orqanizmin funksiyaları qismən pozulmuş işçilərin əmək funksiyasını davam etdirməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 154.2-ci bəndinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 173.1-ci bəndinə əsasən işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqqhesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. 195-ci maddəsinin d) bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 196.1-ci maddəsinə əsasaən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin qərarı (hökmü, qətnaməsi) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. 197.1-ci maddəsinə əsasən işçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. Işəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir. 197.2-ci maddəsinə əsasən işçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. 197.3-cü maddəsinə əsasən vurulan ziyanın ödənilməsi barədə məsələnin məhkəmə qaydasında həll edilməsindən çəkinmək məqsədi ilə tərəflər qarşılıqlı razılıqla belə mübahisələrin həlli üçün başqa qaydalar müəyyən edə bilərlər. Lakin bu qaydalar işçinin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırkı apellyasiya şikayətlərində qətnamənin həm iddianın təmin edilən, həm də iddianın təmin edilməyən hissələrində ləğv olunması xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissələrində ləğv edilməli, həmin hissələrdə iddia tələbi qismən təmin edilməli, qətnamə iddia tələbinin ezamiyyə xərci hissəsində dəyişdirilməlidir.
26. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1416/2025 tarixli, ##.##.2025-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.
27. Hazırkı işin faktiki hallarına əsasən iddiaçının iddia tələbindən irəli gələn pul tələbi 4 hissədən ibarətdir:1) 12500 manat ödənilməyən əmək haqqı; 2) 13000 manat maddi ziyan; 3) 66912 manat ezamiyyə xərcləri (bu tələb də müxtəlif dövrləri əhatə edən iki hissədən ibarətdir); 4) 2500 manat tam ödənilməmiş son haqq-hesab.
28. Belə olan halda apellyasiya icraatı zamanı iddiaçının “xxxx” ASC-də çalışdığı müddət ərzində ona ödənilmiş əmək haqqının, ezamiyyə xərclərinin və istifadə edilməmiş məzuniyyət haqlarının və son-haqq hesab məbləğlərinin müəyyən edilməsi zəruri olduğundan göstərilən xüsusatların araşdırılması və müəyyən edilməsi isə xüsusi bilik tələb etməklə, ekspertizanın aparılması Azərbaycan Respublikasının Auditorlar Palatasının auiditorlarına həvalə edilmiş və buna uyğun aparılmış hesablamaların nəticələrinə dair tərtib edilmiş “Abak-X1” MMC-nin ##.##.2026-cı il tarixli rəyinə əsasən, İddiaçı “Avro-X5 xxxx” ASC-də işlədiyi müddət ərzində ona ödənilməli olan, lakin ödənilməmiş ümumi qalıq məbləğ əməkhaqqı üzrə ödənilməmiş qalıq məbləğlər: 12964.95 AZN, son haqq-hesab üzrə yaranmış fərqlər: 1881.82 AZN, məzuniyyət haqqı üzrə yaranmış fərqlər: 1189.16 AZN, xəstəlik vərəqəsinə əsasən 14 təqvim gününədək olan dövr üzrə qalıq müavinət məbləği (işəgötürənin vəsaiti hesabına): 3146.43 AZN, xəstəlik vərəqəsinə əsasən 14 təqvim günündən sonrakı dövr üzrə qalıq müavinət məbləği (Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməli): 12804.23 AZN, ezamiyyə xərcləri üzrə ödənilməli, lakin ödənilməmiş məbləğlər: 42160 AZN Bu məbləğlərin ümumi cəmi 74146.59 AZN təşkil etmiş, aparılmış hesablamalar və təhlil edilmiş sənədlər əsasmda müəyyən edilmişdir ki: “Avro-X5 xxxx” ASC tərəfindən ödənilməli olan ümumi qalıq məbləğ: 61342.36 AZN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməli olan ümumi qalıq məbləğ: 12804.23 AZN.
29. Məhkəmə kollegiyası ekspert rəyi ilə bağlı ilk növbədə qeyd edir ki, ekspert tədqiqatında istifadə edilən beynəlxalq audit standartlaına uyğun surətdə tərtib edilmişdir. Məhkəmə kollegiyası rəydə göstərilən qiymətləri şişirdilmiş hesab etmir, bu qiymətlərlə razılaşır.
30. Məhkəmə kollegiyası ilkin olaraq iddiaçıya ödənilən əmək haqqına münasibətdə qeyd edir ki, iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində aylıq əmək haqqının (vəzifə maaşının) miqdarı 1326 manat müəyyən edilsə də, bank hesabından çıxarışlara əsasən cavabdehin iddiaçıya ödədiyi aylıq əmək haqqının məbləği 5000 manatdan olması, yəni əmək haqqı qismində qeyd edilən məbləğlərdə aylıq ödənişlərin olduğu görünür (hər iki kart üzrə). Belə ki, təqdim edilmiş sənədlərə əsasən, qeyd olunan məbləğlər əmək haqqı ödənişi kimi həyata keçirilmiş, hər ay üzrə, aylar 2021-ci il dekabr ayı, 2022-ci il yanvar ayı, 2022-ci il fevral ayı üzrə ödəniş ayrıca aparılmaqla və işçinin iki bank hesabı üzrə köçürmələr birlikdə nəzərə alınmaqla yekun məbləğ müəyyən edilmişdir. Lakin cavabdeh şirkət Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq qeyd edilən mükafat məbləğləri də nəzərə alındığı halda, iddiaçının aylıq əmək haqqının 5000 manat olmasına istinad edirlər. Məhkəmə kollegiyası isə cavabdehin bu arqumenti ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş əmrlərdən (İ cild, iş v.201-210) görünür ki, cavabdeh iddiaçıya 2021-ci ilin ## ######ından başlayaraq 2022-ci ilin avqust ayı da daxil olmaqla hər ay (10 ay ərzində) müxtəlif məbləğlərdə (4321 manat, 4258 manat, 1610 manat, 3823 manat və s.) mükafat vermişdir. Işəgötürən tərəfindən işçiyə verilən mükafat isə əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə, işçinin maddi marağının artırılmasına yönəlmiş, əmək haqqı sistemində nəzərdə tutulan həvəsləndirici pul vəsaitidir. Bu, stimullaşdırıcı (müqaviləli) və ya sosial xarakterli (birdəfəlik hədiyyə) ola bilər, məqsədi motivasiyanı artırmaq və məhsuldarlığı yüksəltməkdir. Yəni işçiyə verilən mükafat hər ay olmaqla stabil məbləğdə, mütləq qaydada sonuncuya əmək haqqı adı altında verilməklə daimi xarakter daşıması inandırıcı hesab edilmir. Təqdim edilmiş əmrlərdə də işçiyə verilən mükafatların müxtəlif məbləğlərdə olması ilə iddiaçının kartına hər ay eyni məbləğdə pulun köçürülməsi (yəni 5000 manat), yəni 1326 manat əmək haqqından əlavə köçürülən qalıq hissənin mükafat kimi (təxmini 3500-3700 manat) qəbul edilməsini məhkəmə kollegiyası inandırıcı hesab etmir. Bundan əlavə məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iddiaçının 2 ay yarımlıq əmək haqqının ödənilmədiyini və aralarında barışıq olacağı təqdirdə, yəni iddianın digər hissəsindən iddiaçının imtina etməsi halında iddiaçıya 2 ay yarımın ödənişi kimi 12500 manat məbləğdə pulun təklif edilməsinə razılıq vermələrinin özü də iddiaçı İddiaçı aylıq əmək haqqısının 5000 manatdan hesablamaqla həmin təklif edilən məbləğdə olması cavabdehin etirazı kimi istinad etdiyi halların bir daha təkzib edilməsinə əsas verir.
31. Digər tərəfdən məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı əvvəl 28 may metrosu ərazisində aylıq 2.500 manata işləmiş, sonradan məhz əmək haqqı 5000 manat olduğuna görə hazırki iş yeri uzaq məsafədə olmasına baxmayaraq işləməyə razılıq vermişdir. Görünən odur ki, iddiaçı yüksək məbləğdə əmək haqqı aldığı iş yerindən, daha az əmək haqqı olan 1326 manatlıq işdə işləməyə razılıq verməsini məhkəmə kollegiyası ağlabatan hesab etmir. Belə ki, mükafat daimi olmamaqla əmək müqaviləsində də ona hər ay yüksək məbləğdə mükafat veriləcəyi göstərilə bilməz. Mükafatlar ayrıca əmrlə işə götürənin özünün iradəsi ilə mümkün olan ödəmədir. Belə olan halda qeyrimüəyyən bir ödənişin olmasının ehtimalı ilə iddiaçı ölkə xaricindən kənarda işləməsi üçün vahid qaydada əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğə gedib işləməsi kollegiya tərəfindən ağlabatan hesab edilməməklə iddiaçının bu barədə dəlillərini inandırıcı hesab edir. Beləliklə, kollegiya hesab edir ki, 5000 manatdan hesablanmaqla əmək haqqının iddiaçıya tam ödənildiyini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyinə görə, məhkəmə Əmək Məcəlləsinin 12 və 154-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, 12.500 manat əmək haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
32. Bundan əlavə kollegiya maddi zərərin əvəzi kimi 13.000 manat ödənilməsi barədə iddiaçının tələbini əsaslı hesab edir. Belə ki, əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı bir neçə dəfə əmək qabiliyyətini müvəqqəti itirib, bu barədə müvafiq sənədlər təqdim edib, buna görə ona cəmi 6.669,07 manat müavinət ödənilib (cild 1, iş v. 102). Müavinət hesablanarkən əmək müqaviləsində qeyd edilən əmək haqqı məbləği əsas götürülüb və hesablama Nazirlər Kabinetinin ##.##.1998-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığıorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun aparılıb. Lakin iddiaçının aylıq əmək haqqının məbləği 5.000 manat olduğuna görə, lakin işəgötürən təşkilat tərəfindən əmək haqqı kimi 1326 manat hesabından götürüldükdə iddiaçı hesab edir ki, daha az müavinət almaqla 13.000 manat məbləğində maddi zərərə uğrayıb. Qeyd edilən zərərin ödənilməsinə dair kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Hazırkı vəziyyətdə də İddiaçı işəgötürəndən əmək müqaviləsinə əsasən ödənilməyən vəsait miqdarında alacağı məbləğ Əmək Məcəllənin 195-ci maddəsində nəzərdə tutulan zərər kimi qiymətləndirilir. Həmin Məcəllənin 74-cü maddəsinin qeyd hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əlillik müəyyən edilmədən orqanizmin funksiyaları qismən pozulmuş işçilərin əmək funksiyasını davam etdirməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Eyni zamanda “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.5-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı subyektlər tərəfindən təyin edilir və ödənilir: 2.5.1. əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı fasiləsiz olaraq ardıcıl davam etdikdə, ilk 14 təqvim günü üçün müavinət sığortaedən tərəfindən onun vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına sığortaçı tərəfindən; 2.5.2. əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı fasilələrlə davam etdikdə, ilk 14 təqvim günü üçün müavinət hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına sığortaçı tərəfindən.
33. Belə olan halda əldə edilmiş ekspert rəyinə əsasən İddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi tarixdən (##.##.2023) əvvəlki son 12 (on iki) tam təqvim ayı üzrə ümumi gəliri 44480.73 AZN təşkil etmişdir. Müavinətin bir günlük məbləğinin müəyyən edilməsi üçün həmin məbləğ göstərilən dövr üzrə iş günlərinin sayına bölünmüşdür 44480.73 / 168 = 264.77 AZN (1 günlük müavinət məbləği). ##.#.2023-##.##.2023-cü il tarixləri üzrə ilkin 14 təqvim gününə düşən iş günlərinin sayı 10 gün təşkil etmişdir. Müavinətin ümumi məbləği: 264.77 x 10 = 2647.70 AZN İddiaçı sığorta stajı 12 ildən artıq olduğundan, qanunvericiliyə əsasən müavinət 100% həcmində ödənilməlidir. Buna görə də ödənilməli məbləğ 2647.70 AZN təşkil edir. ##.##.2023-cü il tarixli xəstəlik vərəqəsinə əsasən işçiyə faktiki olaraq 843.55 AZN ödənilmişdir. Beləliklə, düzgün hesablanmalı müavinət məbləği ilə faktiki ödənilmiş məbləğ arasındakı fərq: 2647.70- 843.55 = 1804.15 AZN. Aparılmış hesablamalara əsasən müəyyən olunur ki, ilkin 14 gün üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə şirkət tərəfindən müavinət düzgün hesablanmamış və İddiaçı 1804.15 AZN məbləğində ödəniş çatışmazlığı yaranmışdır. ##.##.2022-##.##.2022, ##.##.2022-##.##.2022, ##.##.2023-##.##.2023 dövrləri üzrə xəstəlik vərəqəsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməmiş müavinət məbləğləri isə ##.##.2022-##.##.2022 dövr üzrə - 2905.10 AZN, ##.##.2022-##.##.2022 dövr üzrə - 5334.85 AZN, ##.##.2023-##.##.2023 dövr üzrə - 4564.28 AZN. Hesablamalar və normativ tələblər nəzərə alınaraq müəyyən edilmişdir ki, İddiaçı xəstəlik vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ##.##.2022-##.##.2022, ##.##.2022-##.##.2022, ##.##.2023-15.04.202-cü il dövrlər üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməli olan müavinət tam həcmdə ödənilməmişdir. Aparılmış hesablamalara əsasən, qeyd edilən dövrlər üzrə ödənilməmiş müavinət məbləği ümumilikdə 12804.23 AZN təşkil edir. Hər iki məbləğ hesablandıqda iddiaçının iddia tələbində göstərilən məbləğdən artıq olduğunu nəzərə alaraq məhkəmə kollegiyası 13.000 manat məbləğində maddi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulmasını iddia tələbində qeyd edilən məbləğdə tutulmasını əsaslı hesab edir.
34. Məhkəmə kollegiyası iddia tələbinin üçüncü hissəsi olan 66912 manat ezamiyyə xərcləri ilə bağlı hissəsində gəlinən nəticə ilə qismən razılaşır. Belə ki, iddiaçı ezamiyyə xərclərini iki hissəyə bölərək, ##.##.2021-##.##.2022-ci il dövr üçün 31552 manat, ##.##.2022-##.##.2022-ci il dövr üçün 35360 manat olmaqla, 66912 manat pulu tulmasını xahiş etmişdir. Iddiaçının ərizəsində qeyd etdiyi ezamiyyət günləri 116 və 130 gün olmaqla, cəmi 246 gün təşkil etmişdir. Laikin apellyasiya icraatı zamanı əldə edilmiş mütəxəssis rəyinə əsasən iddiaçı İddiaçı “Avro-X5 xxxx” ASC-də işlədiyi müddətdə Özbəkistan Respublikasında ezamiyyətdə olmuşdur. Iddiaçı İddiaçı “Avro-X5 xxxx” ASCdə işlədiyi müddətdə Özbəkistan Respublikasında ezamiyyətdə olduğu dövrlər üzrə qanunla ödənilməli olan ezamiyyət xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ezamiyyə xərclərinin normaları haqqında qərarına əsasən əsasən, göstərilən dövr üçün Özbəkistan Respublikasının Daşkənd şəhəri üzrə gündəlik ezamiyyə norması 160 ABŞ dolları təşkil etmişdir. Belə olan halda ezamiyyət dövrləri üzrə düzgün hesablanmış müddətlər və məbləğləri nəzərə almaqla 38 x 160 USD = 6080 USD, 36 x 160 USD = 5760 USD, 11 x 160 USD = 1760 USD, 70 x 160 USD = 11200 USD, ümüumilikdə 6080 + 5760 + 1760 + 11200 = 24800 ABŞ dolları, Azərbaycan Respublikasında tətbiq olunan rəsmi məzənnə (1 ABŞ dolları =1.70 AZN) əsas götürülməklə manat ekvivalenti 24800 x 1.70 = 42160 manat təşkil edir.
35. Cavabdeh tərəf iddiaçının ezamiyyə xərci tələbinə etiraz olaraq iş materiallarında olan “X3” MMC-nin (hüquqi ünvanı Buxara şəhəri) cavabdehə ünvanlanan ## ###### 2021-ci il tarixli məktubuna istinad edir. Həmin məktubda “X3” MMC cavabdehə müraciət edərək göstərib ki, təklif etdiyiniz əməkdaşınız İddiaçı (iddiaçını) dəvət edərək bildirirlər ki, xərclər, o cümlədən əməkdaşın texnikanın dislokasiya yerlərində yaşayış xərcləri tərəflərindən təmin ediləcəkdir. Lakin işçinin ezamiyyə xərclərinin qeyd edilən məktuba əsasən ödənildiyini təsdiq edən hər hansı bir maliyyə arayışı cavabdeh şirkət tərəfindən nə birinci instansiya məhkəməsində, nədəki apellyasiya icraatı zamanı təqdim edilməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iddiaçının orada qalması üçün özlərinin yerlərinin olması, o cümlədən qidalanmasının da orada verilməsi qeyd etsə də, bu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
36. Halbuki cavabdeh tərəf etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə yükünü daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegıyasının ## ###### 2012-ci il tarixli, Q-01№-li qərarı ilə təsdiq edilmiş “X7”nın III bölməsinin 4-cü bəndinə görə (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir. Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində, işçini yalnız yemək xərci ilə təmin etdiyi hallarda isə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizi həcmində vəsait ödənilir. Dəvət edən tərəf işçiyə yaşayış yeri və yemək xərcini nağd pulla ödədiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasından az olarsa, həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəf işçini yeməklə təmin edərək yaşayış yeri üçün nağd pul verdiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizindən az olarsa, həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəf işçini yaşayış yeri ilə təmin edərək yemək üçün nağd pul verdiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizindən az olarsa həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir. Göründüyü kimi, “X7”nda ezamiyyə xərclərinin tam və ya qismən işəgötürən tərəfindən ödənilməsini istisna edən hallar müəyyən edilib. Buna baxmayaraq ##.##.2021-ci il və ##.##.2022-ci il tarixli ezamiyyə əmrlərində xərclərin işəgötürən tərəfindən ödənilməsini istisna edən qeyd öz əksini tapmamışdır. Halbuki qeyd edilən qaydaların İ bölməsinin 2-ci bəndinə əsasən təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Dəvət edən tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar əmrdə öz əksini tapmalıdır.
37. Məhkəmə kollegiyası eyni zamanda iş materiallarında olan iddiaçının etibarnamə üzrə nümayəndəsi (arvadı) vagif@xxxx.com e-mail ünvanına (Vaqif adlı şəxsə yazdığı) məktubda iddiaçıya əmək haqqının az ödənilməsini bildirsə də, ezamiyyə xərci ilə bağlı hər hansı narazılıq bildirməməsinə, eyni zamanda ezamiyyə pulu ilə bağlı işdən çıxana qədər nəyə görə cavabdehə müraciət etməməsinə aydınlıq gətirərək qeyd edir ki, iddiaçı tərəf məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həmin məsələ ilə bağlı o, şirkətdən Vaqif müəllimlə, Həmzət müəllimlə də əlaqə saxlamış, onlar ona məsələni həll edəcəklərini, məhkəməyə müraciət etməyə ehtiyac olmadığını bildirmişlər. Onların isə cavabdeh təşkilatla münasibətləri yaxşı olduğundan müəyyən müddət keçdikdən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bu baxımdan da həmin vaxt bu məsələni müraciətdə yazmamışlar.
38. Məhkəmə kollegiyası iddia tələbinin son haqq-hesab kimi 2.500 manatın ödənilməsinə dair hissəsini də qismən əsaslı hesab edir. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək haqqı barədə bank çıxarışında ##.##.2023-cü il tarixdə iddiaçıya 4111,85 manat son haqq-hesab verilməsi barədə qeyd vardır. Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Iddiaçı son haqq hesab kimi 2.500 manat tələb edir. Son haqq-hesab isə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verildiyi tarixədək işçinin işlədiyi günlərə görə hesablanmış əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya və qanunvericilikdə nəzərdə tutulmuş hallarda ödənilməli olan müavinətlərdən ibarət pul vəsaitidir. Istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanm hesablanması işçinin işdən azad olunduğu aydan əvvəlki son 12 ay ərzində əldə etdiyi gəlirlər nəzərə alınmaqla aparılır. Belə olan halda apellyasiya icraatı zamanı əldə edilmiş mütəxəssis rəyinə əsasən işçiyə ödənilməli xalis son haqq-hesab məbləği 5993.67 AZN təşkil etdiyindən və “Avro-X5 xxxx” ASC” tərəfindən son haqq-hesab qismində 4111.85 AZN ödənildiyindən İddiaçı 2023-cü ilin may ayı üzrə ödənilməli qalıq 1881.82 AZN təşkil etmişdir. Həmin məbləğdə də son haqq-hesab cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh “Avro-X5 “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2024cü il tarixli qətnaməsi qismən iddia tələbinin “12.500 manat ödənilməyən əmək haqqı, 13.000 manat maddi ziyan, 2500 manat tam ödənilməmiş son haqq-hesabın” tutulmasına dair rədd edilən hissələrində ləğv edilməklə həmin hissələrdə iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi iddaçı İddiaçı xeyrinə tutulan ezamiyyə xərci hissəsində dəyişdirilməlidir.
40. Bundan başqa, kollegiya iş üzrə audit rəyinin əldə olunmasına görə ekspertiza xərcinin 2000 manat müəyyən edilməklə, 1000 manatının iddiaçıdan, 1000 manatının isə cavabdehdən tutulmasını ağlabatan hesab edir. Belə ki, auditor audit xərcləri ilə bağlı məhkəməyə və tərəflərə əvvəlcədən məlumat verməmiş, rəy verildikdən sonra yüksək məbləğdə xidmət haqqı tələb etmişdir. Həmin məbləğin ödənilməsi vəzifəsinin əvvəlcədən buna razılıq verməyən tərəflərin üzərinə qoyulması onlar üçün maliyyə yükünə səbəb olur.
41. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 2000 manat məbləğində vəsaitin 1000 manatı iddiaçıdan, 1000 manatı isə cavabdehdən tutularaq “Abak-X1” MMC-nin hesabına köçürülməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qət etdi:
Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin, cavabdeh “Avro-X5 “xxxx” ASCnin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin “12.500 manat ödənilməyən əmək haqqı, 13.000 manat maddi ziyan, 2500 manat tam ödənilməmiş son haqq-hesabın” tutulmasına dair rədd edilən hissələrində ləğv edilsin, həmin hissələrdə iddia tələbi qismən təmin edilsin. Iddiaçı İddiaçı xeyrinə cavabdeh “Avro-X5 “xxxx” ASC-dən 12.500 manat ödənilməyən əmək haqqı, 13.000 manat maddi ziyan, son haqq-hesab kimi 1881 manat məbləğində pul tutulsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi iddaçı İddiaçı xeyrinə tutulan ezamiyyə xərci hissəsində dəyişdirilsin. Iddiaçı İddiaçı xeyrinə cavabdeh “Avro-X5 “xxxx” ASC-dən ezamiyyə xərci kimi 42160 manat məbləğində pul tutulsun. Mediasiya xərci kimi 50 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 117 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58,5 manat məbləğində pul cavabdeh “Avro-X5 “xxxx” ASC-dən iddiaçı İddiaçı xeyrinə tutulsun. Cavabdeh “Avro-X5 “xxxx” ASC tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Audit rəyinin əldə olunmasına görə 2000 manatın 1000 manatı iddiaçıdan, 1000 manatı isə cavabdeh “Avro-X5 “xxxx” ASC-dən tutularaq “Abak-X1” MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.