Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1416/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi, hesablanması və ödənilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqı, ezamiyyə xərcləri, son haqq-hesab və zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın xx.xx.2025-ci il tarixli 2(103)-729/2025 nömrəli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) cavabdeh X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətində (bundan sonra “cavabdeh” və ya “işəgötürən”, yaxud "xxxx" ASC) “layihə rəhbəri” vəzifəsində işləmiş, tərəflər arasında əmək münasibəti xx.xx.2021-ci il tarixli 16248 nömrəli əmək müqaviləsinə əsasən yaranmışdır. Əmək müqaviləsində işçinin əmək 1326 manat göstərilmişdir. 2. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 56 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtar ması) əsasən xitam verilmişdir. 3. "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli 805/23 saylı arayışa əsasən iddiaçıya noyabr 2021-ci il üçün 1874,68 manat, dekabr 2021-ci il üçün 5000,69 manat, yanvar 2022-ci il üçün 5000,75 manat, fevral 2022-ci il üçün 5000,13 manat, mart 2022-ci il üçün 2834,56 manat, aprel 2022-ci il üçün 4423,55 manat, may 2022-ci il üçün 5000,75 manat, iyun 2022-ci il üçün 5000,13 manat, iyul 2022-ci il üçün 5000,13 manat, avqust 2022-ci il üçün 1852,50 manat və aprel 2023-cü il üçün 4111,85 manat olmaqla, cəmi 45099,72 manat əmək ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi (iddia tələbinin həcminin artırılması barədə ərizə) ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1 2.500 manat ödənilməyən əmək haqqı, 13.000 manat maddi ziyan, Özbəkistan Respublikasında ezamiyyədə olduğu 23 noyabr 2021-ci ildən 18 mart 2022-ci ilə qədər olan dövr üçün 31.552 manat, 1 aprel 2022ci ildən 8 avqust 2022-ci ilədək olan dövr üçün isə 35.360 manat olmaqla, ümumilikdə 66.912 manat ezamiyyə xərcinin, 2500 manat tam ödənilməmiş son haqq-hesabın cəmi 94912 manat, 50 manat mediasiya xərcinin və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117 manatın, ümumilikdə 95.079 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh "xxxx" ASC-də xx.xx.2021-ci il tarixdə işə qəbul olunmuşdur. Lakin iddiaçı ilə rəsmi əmək müqaviləsi bağlanılmadan əmək müqaviləsi elektron formad a sistemə daxil edilmişdir. Sonradan iddiaçıya bəlli olmuşdur ki, müqavilədə əmək haqqının məbləği razılaşdırılmış formada göstərilməmişdir. Belə ki, cavabdehlə razılaşdırılmış əmək haqqı 5000 manat məbləğində olsa da, elektron əmək müqaviləsində qeyd edilən əmək haqqının məbləği 1326 manat olmuşdur. İddiaçı hər ay əmək haqqı kimi 5000 manat məbləğində pul aldığı üçün heç nədən şübhələnməmişdir. İddiaçının 5000 manat məbləğində əmək haqqı almasını hesabdan çıxarışlar da təsdiq edir. 2022-ci ilin avqust ayında iddiaçı əmək qabiliyyətini müvəqqəti olaraq itirdiyi üçün həm evdə, həm də xəstəxanada müalicə almışdır. Xəstəlik vərəqəsini (əmək qabiliyətini itirmək vərəqəsini) cavabdeh şirkətə təqdim etdikdən sonra əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə aldığı əmək haqqının kəskin şəkildə a z olması iddiaçının diqqətini cəlb etmişdir. Məhz buna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək qərarına gəlmişdir. Müraciəti zamanı Nazirlikdə iddiaçıya əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətin qanuni olaraq hesablanması qaydası izah olunmuş və bildirilmişdir ki, hesablama onun faktiki olaraq aldığı 5000 manat əmək haqqı ilə deyil, elektron formada tərtib olunmuş əmək müqaviləsində göstərilən 1326 manat əmək haqqı ilə aparılmışdır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləğinin hesablanması zamanı əmək qabiliyyətini müvəqqəti itirməmişdən əvvəl aldığı əmək haqlarının cəmi ilə faktiki olaraq hesablanmış rəqəmlər arasında ikiqat fərq yaranmışdır. İddiaçı bu barədə cavabdehə 30 mart 2023-cü il tarixdə elektron məktub yolu ilə yazılı xəbərdarlıq edərək hesablama qaydasındakı fərqi izah etmişdir. Dəfələrlə əmək müqaviləsi üçün müraciət etsə də, cavabdeh "əmək müqaviləsi artıq elektron formada imzalanır, kağız israfı olduğu üçün ehtiyac yoxdur" - deyərək cavab vermişlər. Məbləğin faktiki əmək haqqının məbləğindən olduqca az yazıldığını "xxxx" ASC-nin audit şöbəsinin, insan resursları şöbəsinin rəhbərlərinə dəfələrlə izah etdikdən sonra hüquqşünas iddiaçını şirkətə dəvət etmiş və problemin nədən qaynaqlandığını başa düşdüklərini və həll edəcəklərini bildirmişdir. Lakin sonda heç bir tədbir görülməmiş və yenə də ödəniş edilməmişdir. İddiaçı sağaldıqdan sonrakı müddətdə cavabdeh "gözləyin, xəbər edəcəyik" deyərək onu gözlətmiş, nə əmək haqqını, nə də ki, dəymiş ziyanı iddiaçıya ödəm əmişlər. İddiaçı mediasiyaya müraciət etsə də, onlar mediasiya prosesində də iştirak etməmişlər. Bu barədə 11 iyul 2023-cii il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 qaynar xəttinə zəng edərək şikayət etmişdir.
6. Bundan əlavə, iddiaçı müxtəlif tarixlərdə Özbəkistan Respublikasında ezamiyyətdə olmuşdur. Lakin iddiaçıya verilməli olan ezamiyyə ödənişləri düzgün hesablanmamışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci ildə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə öz istəyi ilə əmək müqaviləsinin müddəti qurtardığına görə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Lakin hələ də iddiaçıya dəyən maddi ziyanın əvəzi ödənilməmişdir. Ümumilikdə, cavabdeh şirkət tərəfindən ona 25000 manat məbləğində maddi ziyan vurulmuşdur.
7. Birinci instansiya məhkəməsi iş üzrə iki dəfə mühasibatlıq ekspertizası təyin etmiş, lakin ekspertiza üçün zəruri olan sənədlərin cavabdeh tərəfindən təqdim edilməməsi səbəbindən eksprtiuzanın aparılmasından imtina edilmişdir.
8. Yasamal Rayon Məhkəməsinin 2(004)-119/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunmuş, cavabdehdən iddiaçının Özbəkistan Respublikasında ezamiyyətdə olduğu dövr üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün 6080 ABŞ dolları, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün 1760 ABŞ dolları və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün 11200 ABŞ dolları olmaqla, cəmi 19040 ABŞ dolları məbləğində pulun ödənişin icra e diləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən ödənilmiş mediasiya xərcinə görə 50 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 117 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Gülnar Babazadə)
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehdən iddia ərizəsində 12.500 manat ödənilməyən əmək haqqının, 13.000 manat maddi ziyanın və 2500 manat tam ödənilməmiş son haqq-hesabın ödənilməsini tələb etsə də, iddiaçının əmək haqqı tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən 1326 manat təşkil etmiş və müəyyən edilən əmək haqqı iddiaçıya işlədiyi müddətdə hər ay ödənilmişdir. Belə ki, idd iaçı həmin hissələrdə iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında əmək haqqı əslində 5000 manat olaraq razılaşdırılmış və o qaydada da ödənilmişdir. Lakin əmək müqaviləsinin elektron bildirişindən görünür ki, əmək haqqı 1326 manat təşkil edir. Müxtəlif aylarda isə müxtəlif məbləğlərdə mükafat qismində ödənişlər edilmişdir. Odur ki, iddia tələbi həmin hissələrdə əsassız olmaqla təmin edilməməlidir.
10. Ezamiyyə xərci ilə bağlı iddia tələb üzrə birinci instansiya məhkəməsi iddiaçını xarici paspotundakı məlumatlara əsasən müəyyən etmişdir ki, iddiaçı işlədiyi müddətdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Özbəkistan Respublikasında ezamiyyətdə olmuş və həmin ezamiyyətdə olduğu dövr üçün iddiaçıya ezamiyyə xərci ödənilməmişdir. Belə ki, ezamiyyə xərcinin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
11. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, iş üzrə mühasibatlıq ekpertizası təyin edilsə də, işəgötürən tərəfindən ekspert vəsatətində göstərilən lazımi sənədlər təqdim edilmədiyindən, ekspert tərəfindən iş üzrə ekspertiza keçirilməsindən dəfələrlə imtina edilmişdir.
12. Birinci instansiya məhkəməsi ezamiyyə xərci ilə ilə bağlı iddia üzrə belə nəticəyə gəlmişdir ki, cavabdehdən iddiaçının Özbəkistan Respublikasında ezamiyyətdə olduğu dövr üçün - “Ezamiyyə xərclərinin normaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli Qərarının 1 nömrəli Əlavəyə əsasən Özbəkistan Respublikasına ezamiyyə xərclərinin 1 günlük norması 140-180 ABŞ dolları təşkil etdiyindən müvafiq orta məbləğ - 160 ABŞ dolları müəyyən edilməklə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün – 38 gün x 160 ABŞ dolları = 6080 ABŞ dolları, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün - 11 gün x 160ABŞ dolları = 1760 ABŞ dolları və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün – 70 gün x 160 ABŞ dolları = 11200 ABŞ dolları olmaqla, cəmi 19040 (on doqquz min qırx) ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq iddiaçıya ödənilməlidir
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsin in 3 (5-ci hissə), 42 (2-ci hissə), 43 (1-ci hissə), 45 (1-ci hissə), 45 (2-ci hissə), 181, 296-cı (4-cü hissə) maddələri və “Ezamiyyə xərclərinin normaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli Qərarına (1 nömrəli Əlavə) istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir.
15. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırlıb ki, əmək müqaviləsinə iddiaçının xəbəri və məlumatı olmadan, onunla şifahi razılaşdırılmış və təklif olunmuş məbləğ yazılmayıb. Müqaviləni, şərtlərini gizlətməkdən ötrü gizilin şəkildə digər sənədlərlə birlikdə iddiaç ıya imzalatdırmışlar. Çünki əmək müqaviləsindən göründüyü kimi sonradan qələmlə doldurulmuş hissələr iddiaçıya məxsus deyil. Digər tərəfdən, əmək müqaviləsində əmək haqqı 5.000 manat deyildisə, nəyə görə iddiaçıya hər ay 5000 manat əmək haqqı ödənilirdi? Məhkəmə müəyyən edib ki, iddiaçıya 40987,87 manat əmək haqqı ödənilmişdir. Göründüyü kimi həmin aylar ərzində iddiaçının faktiki qazancının cəmi 40987,87 manat məbləğində olmuşdur. Bir iş gününə düşən orta gündəlik qazancı tapmaq üçün həmin məbləği noyabr-avqust ayları arasındakı iş günlərinin sayına bölərək həmin ayların arasında 261 rəsmi iş günü vardır. 40987,87 məbləğini həmin günlərin sayına böldükdə 157,04 edir. İddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə və xx.xx.2024-cü il tarixdədn xx.xx.2022-ci il tarixə verilməli olan müavinət məbləğini tapmaq üçün həmin tarixlər arasındakı iş günlərin sayını 157,04 rəqəminə vurulsa, 18.08.202-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 6595,68 manat və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 6595,68 manat olmaqla, cəmi 13191,36 manat məbləğində pul iddiaçıya ödənilməli idi. İddiaçıya isə 18.08.202-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2245,10 manat və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 4423,97 manat olmaqla, cəmi 6669,07 manat ödənilmişdir. Həmçinin xx.xx.2021-ci ildə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddəti qurtardığına görə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verildikdən sonra iddiaçıya cavabdeh tərəfindən son haqq hesab (istifadə edilməmiş əmək məzun iyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) da düzgün ödənilməmişdir. Cavabdeh şirkət tərəfindən iddiaçıya 12.500 manat məbləğində son haqq-hesab ödənilməlidir. Bundan əlavə, "xxxx"ASC-də işlədiyi dövrdə iddiaçı müxtəlif tarixlərdə Özbəkistan Respublikasının Daşkənd və Buxara şəhərlərində ezamiyyədə olmuşdur. Belə ki, ezamiyyətdə olduğu müddət 23 noyabr 2021-ci ildən 18 mart 2022-ci ilə qədər və 01 aprel 2022-ci ildən 08 avqust 2022-ci ilədək olan dövrləri əhatə edir. Lakin məhkəmə tərəfində iddiaçının ezamiyyətdə olduğu 31 dekabr 2021-ci il tarixindən 21 fevral 2022-ci il tarixədək, 05 mart 2022-ci il tarixdən 18 mart 2022-ci il tarixədək, 01 aprel 2022-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək və 14 iyun 2022-cü il tarixdən 08 avqust2022-ci il tarixədək mü ddətlər nəzərə alınıb hesablanmamış, məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, bu müddətlərin hamsını iddiaçı Özbəkistanın Daşkənd şəhərində olmuş, Buxara ve Angren şəhərlərinə gedib-qayıtmışdır. Həmin şəhərlərdə şirkətin bazaları olduğuna görə iddiaçı oraya gedib gəlmişdir. Beləliklə göstərilən tarixlərdə ki, məbləğlər 180 ABŞ dolları ilə hesablanmalı idi, çünki şirkətin bütün hüquqi və digər işləri Daşkənddə idi. Ekspertizanın və icranın məcburi tələbləri ilə sonradan məhkəməyə göndərilmiş ezamiyyət, məzuniyyət və digər əmrlər sonradan tərtib olunmuş, səhvdir və heç bir hüquqi əhəmiyyəti olmayan sənədlədir. Belə ki, əgər ezamiyyəə mrləri tərtib olunmuşdusa, o zaman ezamiyyədə olduğunu təsdiqləyən hər iki tərəfin möhürləri və imzaları olan ezamiyyə sənədi də mövcud olma lı idi. Məhkəmə tərəfindən dəfələrlə eksertizanın aparılmasından ötrü sənədlər tələb olunsa da, cavabdeh tərəf məhkəməyə sənəd təqdim etməmiş bu səbəbədən də ekspertizanın keçirilməsi mümkün olmamışdır. Təqdim etdiyi sənədlər isə natamam və habelə düzgün məlumatları əks etdirmədiyinə görə ekspertizanın keçirilməsi də mümkün olmamışdır. Məhkəmə 1 ildən çox davam etmişdir. Yəni cavabdeh süni şəkildə məhkəmə mübahisəsinun uzadılmasına nail olmuşdur.
16. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv,sini və iddia rədd olunmasını xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandrımışdır ki, ezamiyyə xərci barədə qeyd edilməlidir ki, məhkəmə cavabdehə “X8” MMC tərəfindən göndərilən xx.xx.2021-ci il tarix li məktubu nəzərə almamış, iş üzrə hesablamanı ekspert qismində öz üzərinə götürərək mühüm əhəmiuyyətli halları aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Mübahisənin əsas məsələsi elə əmək haqqının müqavilədə qeyd edilib-edilməməsi və ezamiyyə xərclərinin düzgün ödənməməsinə dair iddia təşkil edir. Məhkəmə iclasları zamanı iddiaçı heç bir müqaviləyə qol çəkmədiyini qeyd edərək təqdim edilən müqaviləni ilk öncə qəbul etməsə də, sonradan sənədlərin arasında qol çəkildiyinin mümkün ola biləcəyini qeyd edərək təhrifə yol vermişdir. Eyni zamanda iddia həcminin artırılmasından sonra cavabdeh tərəfindən dəvət məktubu da sübut kimi təqdim edilmişdir ki, iddiaçının xərcləri qalan maddələr üzrə cavabdeh tərəfindən ödənilmişdir. Ekspertiza təyin edilməsinə dair iki qərardad qəbul edilsə də, həmin qəra rdadlar mütəxxəsisin ayrılmaması səbəbindən icra edilməyərək geri qaytırlmışdır. Eyni zamanda iddiaçının bank hesabında onun ezamiyyyət xərci olaraq ödənilmiş pullara dair sənədlər ekspertiza keçirilməsindən və sənədlərin istənilməsindən imtina edildiyi üçün mümkün olmamışdır. Bundan cavabdeh tərəfindən də ekspertiza keçirilməsinə dair vəsatət verilsə də, məhkəmə tərəfindən nəzərə alınmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-729/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti rədd, iddiaçının apellyasiya şikayəti təmin olunmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-119/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuş, əmək haqqı kimi 12.500 manat, maddi zərərin əvəzi kimi 13.000 manat, ezamiyyə xərci kimi 66.912 manat, son haqq-hesab kimi 2.500 manat, cəmi 94.912 manat pulun, həmçinin mediasiya xərci kimi 50 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 117 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 188 manat, cəmi məhkəmə xərclərinin əvəzi kimi 355 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunmuşdur. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov)
19. Apellyasiya instansiyası məhkəməsi sübutetmə yükü ilə bağlı qeyd etmişdir ki, işçi işəgötürənə qarşı əmək münasibətlərindən irəli gələn pul öhdəliyinin (əmək haqqının ödənilməsi, son haqq-hesabın ödənilməsi və s.) icrası barədə iddia qaldırdıqda, həmin öhdəliyin həcmini və icra olunduğunu sübut etmə yükü işəgötü rənin üzərinə düşür. Bunun iki səbəbi var. Birincisi, ümumi qaydaya görə, öhdəliyin icra olunduğunu borclu sübut etməlidir; ikincisi, işəgötürən təşkilati-sərəncamverici səlahiyyətlərə malik olduğuna görə ödənişlərin hesablanması və işçiyə verilməsinə dair mühasibat sənədləri işəgötürəndə olur. Belə ki, Əmək Məcəlləsinin 173-cü maddəsinin 1-ci hissəsinə görə, işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.
20. Sübutetmə vasitəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, belə mübahisələrin həllində mühasibat ekspertizasının rəyi mötəbər sübutetmə vasitəsi sayılır, çünki mübahisənin düzgün həlli üçün xüsusi bilik tələb edən suallara cavab verilməlidir.
21. Təyin edilmiş ekspertizalara münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə iki dəfə mühasibatlıq ekspertizası təyin olunub. Həmin ekspertizalar birinci instansiya məhkəməsinin qərardadları ilə təyin olunub, birinci qərardad xx.xx.2023-cü il ildə, ikinci qərardad xx.xx.2024-cü ildə qəbul olunub. Lakin ekspertizanın keçirilməsi mümkün olmayıb. Buna səbəb ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlərin cavabdeh tərəfindən ekspertə və ya məhkəməyə təqdim edilməməsi olub. Birinci dəfə ekspertiza təyin edildikdən sonra ekspert zəruri sənədlərin təqdim edilməsi barədə vəsatət verib və məhkəmə həmin sənədləri cavabdehdən tələb etsə də, cavabdeh zəruri sənədləri təqdim etməyib, nümayəndəsi məhkəməyə ərizə gön dərərək bildirib ki, üzrlü səbəbdən iclasda iştirak edə bilmir, növbəti iclasda sübutları məhkəməyə təqdim edəcək, buna baxmayaraq, heç bir sübut təqdim etməyib. Buna görə də məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə zəruri sübutların təqdim edilməsi cavadehdən tələb olunub və qərardadın əsasında icra sənədi verilib. Lakin zəruri sənədlər təqdim edilmədiyinə görə ekspert ekspertizanı aparmaqdan imtina edib
22. İkinci dəfə ekspertiza təyin edildikdən sonra ekspert X7 Xidmətindən mütəxəssis cəlb edilməsi barədə vəsatət verib və müvafiq mütəxəssis tədqiqata cəlb olunub. Bundan başqa, ekspert ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə vəsatət verib, lakin cavabdeh zəruri sənədləri təqdim etmədiyinə görə ekspert yenidən ekspertizanın aparılmasından imti na edib.
23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlərin cavabdeh tərəfindən məhkəməyə və ya ekspertə təqdim edilməməsi ekspertizanın keçirilməsinə mane olma sayılır. Belə davranışın hüquqi nəticəsi Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsində müəyyən olunub: bu halda barəsində ekspertiza təyin edilən fakt cavabdehin əleyhinə təsdiq olunmuş hesab oluna bilər. O cümlədən həmin Məcəllənin 106.2-ci maddəsinə görə, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
24. Odur ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 97.5 və 106.2-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, əmək münasibəti üzrə cavabdehin iddiaçının qarşısında iddia ərizəsində göstərilən məbləğdə borcunun olması təsdiq olunmuş sayılmalıdır.
25. Apellyasiya instansiyası məhkəməsi iddianın əmək haqqı kimi 12.500 manat ödənilməsi barədə tələbi əsaslı sayaraq göstərmişdir ki, bu tələb barədə mübahisəyə səbəb aylıq əmək haqqının məbləğinə münasibətdə tərəflərin arasındakı fikir ayrılığıdır. Cavabdeh əmək haqqının məbləğinin 1.326 manat, iddiaçı isə 5.000 manat olduğunu bildirir. Əmək müqaviləsində əmək haqqının məbləği 1.326 manat göstərilib. Lakin bank hesabından çıxarışlardan görünür ki, cavabdehin iddiaçıya ödədiyi aylıq əmək haqqının məbləği 5.000 manatdan çox olub. Bununla da müəyyən olunur ki, iddiaçının əmək haqqının məbləği 5.000 manat olub.
26. Apellyasiya instansiyası məhkə məsi diqqətə çatdırıb ki, əmək müqaviləsində əmək haqqının məbləği 1.326 manat göstərilsə də, müqavilə iradə ifadəsidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Cavabdeh tərəfindən iddiaçıya 5.000 manat əmək haqqı ödənilməsi faktı ağlabatan mühakimə əsasında belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh əmək haqqının məbləğinin 5.000 manat olması barədə iradəsini ifadə edib, çünki ödəniş bir hərəkət olaraq iradənin ifadəsi sayılır. Bundan başqa, işçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) göstərilməli olan məlumatlardan biri Əmək Məcəlləsinin 173-cü maddəsinin 2-ci hissəsində belə qeyd olunub: “hesablanmış əmək haqq ının ümumi məbləği”. Bank hesabından çıxarışlardan görünür ki, 5.000 manatın qarşısında yazılı şəkildə “əmək haqqı” qeyd olunub. Bu isə onu təsdiq edir ki, cavabdeh əmək haqqının məbləğinin 5.000 manat olması barədə iradəsini yazılı formada ifadə edib.
27. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, X6 tərəfindən xx.xx.1949-cu ildə Cenevrədə qəbul olunmuş “Əmək haqqının mühafizəsi haqqında” 95 nömrəli Konvensiyanın 6-cı maddəsinə görə, işəgötürənlərə işçilərin əmək haqlarından istifadə etmək azadlığını hər hansı şəkildə məhdudlaşdırmaq qadağandır. İşçinin faktiki aldığı əmək haqqının məbləğinin əmək müqaviləsində az göstərilməsi işçinin əmək haqqından istifadə etmək azadlığının məhdudlaşdırılması hesab olunur. Həmin Konvensiyanın qüvvəsi Azərbaycan Respublikası Milli Məclisinin xx. xx.1993-cü il tarixli 637 nömrəli qərarı ilə Azərbaycan Respubliaksının ərazisinə də şamil olunur.
28. Cavabdehin hər ay üçün 5.000 manatla hesablanmış əmək haqqının iddiaçıya tam ödənildiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməməsinə istinadən apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 12 və 154-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, 12.500 manat əmək haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
29. Apellyasiya instansiyası məhkəməsi 13.000 manat maddi zərər tələbini də əsaslı saymış və bunu onunla əsaslandırmışdır ki, əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı bir neçə dəfə əmək qabiliyyətini müvəqqəti itirib, bu barədə müvafiq sənədlər təqdim edib, buna görə ona cəmi 6.669,07 manat müavinət ödənilib. Müavinət hesablanarkən əmək müqavil əsində qeyd edilən əmək haqqı məbləği əsas götürülüb və hesablama Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığıorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun aparılıb. Lakin iddiaçının aylıq əmək haqqının məbləği 5.000 manat olduğuna görə, iddiaçı hesab edir ki, daha az müavinət almaqla 13.000 manat məbləğində maddi zərər çəkib. Cavabadeh isə bunu əksini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyinə görə, Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsasən maddi zərərin əvəzi kimi 13.000 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
30. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının Özbəkistan Respublikasında ezamiyyətdə olduğu müddət üçün ezamiyyə xərci kimi 66.912 manat ödənilməsi barədə tələb əsaslıdır. Belə ki, iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli əmri ilə orta aylıq əmək haqqı saxlanılması şərtilə Özbəkistan Respublikasının Daşkənd şəhərinə istehsalat işləri ilə əlaqədar 180 gün müddətinə ezam olunub. Daha sonra iddiaçı cavabehin xx.xx.2022-ci il tarixli əmri ilə orta aylıq əmək haqqı saxlanılması şərtilə Özbəkistan Respublikasının Daşkənd şəhərinə istehsalat işləri ilə əlqədar 180 gün müddətinə ezam olunub. 31. “Ezamiyyə xərclərinin normaları haqqında” AR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 14 nömrəli qərarının 1 nömrəli Əlavəsinə görə, Özbəkistanın Daşkənd şəhərinə ezamiyyə xərcinin 1 günlük norması 180 ABŞ dolları təşkil edir. İddia çının Daşkənd şəhərində ezamiyyətdə olduğu müddətin 1 günü 180 ABŞ dolları ilə hesablandıqda, əldə olunan məbləğ iddia ərizəsində ezamiyyə xərci kimi tələb olunan məbləğdən artıq olur. Cavabdeh ezamiyyə xərcinin iddiaçıya tam həcmdə ödənildiyini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyinə görə, Əmək Məcəlləsinin 181-ci maddəsinin və “Ezamiyyə xərclərinin normaları haqqında” AR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 14 nömrəli qərarının göstərişlərinə əsasəsən ezamiyyə xərci kimi 66.912 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, son haqq-hesab kimi 2.500 manat ödənilməsi barədə tələb də əsaslıdır. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. İddiaçı son haqq hesab kimi 2.500 manat tələb edir. Cavabdeh son haqq-hesabın məbləğini və onun tam həcmdə işçiyə ödənildiyini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyinə görə, həmin tələn təmin edilməli, son haqq-hesab kimi 2.500 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. O cümlədən məhkəmə Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsaslanaraq iddiaçının çəkdiyi məhkəmə xərclərinin əvəzi də cavabdehdən onun xeyrinə tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya isntansiyası m əhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ezam edilməsi ilə bağlı xərcləri üzərinə götürən cavabdehin təsisçisi olduğu “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin dəvət məktubunda xərclərin qarşılanmasının qeyd olunmasına və həmin xərclərin təmin edilməsinə baxmayaraq, məhkəmələr bunu nəzərə almamış, sadəcə günlük normaya istinad edərək və faktiki araşdırma aparmayaraq nəticəyə gəlmişlər. Qanunvericiliyə əsasən isə bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir. Bütün mehmanxana xərcləri, gündəlik yemək xərcləri, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər cavabd ehin təsisçisi olduğu və dəvət edən MMC tərəfdən təmin edilmişdir. Bu halda, iddiaçıya hər hansı ezamiyyə ödənişi ödəmələri mümkün deyildir. Bütün zəruri xərcləri təmin edildiyindən cavabdeh ezamiyyə qaydalarının tələbinə əsasən həmin ödəmələrdən azaddır. Bundan əlavə, məhkəmə işin faktiki hallarını araşdıran zaman aydın olmuşdur ki, iddiaçı orada olan texnikalarının hüquqi və faktiki vəziyyəti ilə əlaqədar yaranmış problemləri həll etmək məqsədilə ezam edilmiş, verilən mükfakat əmrlərinin məzmununda da bunlar qeyd edilmişdir. İşçinin aldığı əmək haqqının az qeyd edilməsi halı isə mümkün deyil. Çünki hazırda Əmək və Əhalinini Sosial Müdafiə Nazirliyinin və elektron hökümət sisteminin elektron resursları vasitəsilə iddiaçının onunla bağlı bağlanılmış əmək müqaviləsi ilə bağlı məlumatlara he ç bir maneə olmadan çıxışı vardır. Qeyd edilməlidir ki, məhkəmənin bank əməliyyatlarında yazılmış əmək haqqı sözünü bir mənalı qəbul etməsi digər sübutlarla öz təsdiqini tapmayan şəxsi mülahizəsidir. Eyni zamanda, məhkəmənin əmək haqqı sözünü götürərək istifadə etdiyi sənədlərdə əksini tapmışdır ki, 2023-cü ilin aprel ayında ona son haqq-hesab ödənilmişdir. Buna dair sənədlər iş materiallarında olmasına baxmayaraq, məhkəmə bunu sübut kimi qəbul etməmişdir. Bundan əlavə, hər iki instansiya məhkməəsi ekspertizanın aparılmasından imtina edilməsi barədə məktubunda qeyd edilən halları araşdırmamışdırlar. Belə ki, iş üzrə qaldırılmış iddianın mahiyyəti şəxsə ödənilmiş xəstəlik pullarının az hesablanması, o cümlədən son haqq-hesabın verilməməsi, əmək haqqının əvəzi olaraq ona pulun və ezamiyyə ha qqının ödənilməməsidir. Göründüyü kimi, iddia ərizəsində şəxsin artıq iş saatlarına cəlb edilməsi, onunla əmək müqaviləsinin dəyişdirilməsi, iş saatlarından artıq işə cəlb edilməsi halları olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. İddiaçı (Vəkil1) etirazda göstərlib ki, cavabdeh təşkilat məhkəməyə ilk gündən həqiqəti əks etdirməyən və sonradan özləri tərəfindən tərtib olunmuş sübutlar təqdim etmişlər. Həmin sübutlardan biri də 15 noyabr 2021-ci il tarixdə “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehin direktoru H.İsmiyevə ünvanlanmış 15 noyabr 2021-ci il tarixli 1/001/ nömrəli məktubdur. Həmin dəvət məktubu məhkəmənin əvvələrində mövcud olmamış, lakin sonrakı etaplarda çap edilərək məhkəməyə təqdim edilmişdi r. Xüsusilə vurğulanmalıdır ki, məktubda qeyd olunan xx.xx.2021-ci il tarixində İddiaçı "X8” MMC-də işləmirdi. Həmin dövrdə iddiaçı “XXXXX” şirkətində işləyirdi. Bu halı iş materiallarında olan əmək haqqı müqaviləsindən də görmək mümkündür ki, iddiaçı 21 noyabr 2021-ci il tarixdə cavabdeh şirkətə işə götürülmüşdür. Belə olan halda 15 noyabr 2021-ci il tarixdə necə dəvət məktubu göndərilə bilərdi və ya hər hansı razılıq əldə oluna bilərdi? Bundan əlavə, məktubda qeydiyyat nömrəsi 001 kimi göstərilmişdir. Görəsən şirkət 11 ay ərzində necə ola bilər ki, bir məktub belə, harasa ünvanlamamışdır. Bu hal isə bir daha məktubun formal və sonradan tərib olunması qənaətinə gəlinməsi üçün əsasdır. Qeyd edilməlidir ki, iddiaçıya cavabdeh tərəfindən heç bir əlavə ödəniş edilməmiş, bundan əlavə, qaldığ ı yerin xərclərini, yemək xərclərini, nəqliyyat xərclərini habelə hazırki məhkəmə qətnaməsində qeyd olunmayan uçuş üçün həmin dövrdə tələb olunan COVİD-19 testlərin pulunun hər birisi iddiaçı tərəfindən ödənilmişdir. Dəvət edən tərəf deyə olan anlayış yalnız hazırki məhkəmə mübahisəsi yarandıqdan sonra ortaya çıxmışdır. Heç bir dəvət edən tərəf olmamışdır. Azərbaycan Respublikasından ezamiyyətə gedən vətəndaşların ezamiyyə xərcləri qarşı tərəf tərəfindən ödənilməsi nəzərdə tutulubsa, bu zaman ezamiyyə əmridə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Q-01 №-li 18 yanvar 2012-ci il tarixli qərarına uyğun tənzimlənməli idi. Belə ki, işçinin ezamiyyə qaydalarının ümumi müddəlarının 2-ci hissəsində qeyd olunmuşdur ki, təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhb ərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Dəvət edən tərəf ezamiyyə xərclərinin tam və ya qismən ödənilməsini öz üzərinə götürdüyü hallarda bununla bağlı müddəalar əmrdə öz əksini tapmalıdır. Bundan əlavə, bütün otellərin adları yadda qalmasa da, “Porso” Mehmanxanasından alınmış məktubdan da göründüyü kimi ordakı bütün ödənişlər iddiaçı tərəfindən edilmişdir. Cavabdeh tərəfindən iddiaçının heç bir yataqxana xərci ödənilməmişdir. İddiaçı həmişə fərqli-fərqli otellərdə və yerlərdə yaşamış, Özbəkistan Respublikasının Miqrasiya Orqanlarında qeydiyyatları mövcud olmuşdur. Qarşı tərəf qaldığı otellərə heç bir ödəniş etməyib, habelə yemək içmək və yol xərclərini də ödəməmişlər. Hazırki vaxta kimi bu halı sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu gün cavabdeh i ddiaçının göstərilən məbləğdə əmək haqqı almadığını bildirir. Halbuki əmək haqqının bank sistemində əmək haqqı kimi qeyd olunması qəti şəkildə iddiaçının şəxsi mülahizəsi deyil, bank sistemində ödənilən ödənişin təyinatının seçilməsi üçün müvafiq xanalar vardır. Bank çıxarışından da aydın şəkildə görünür ki, əməkdaşlar İnternet Bankinq proqramı vasitəsi ilə əmək haqqını ödəyərkən aydın şəkildə əmək haqqı hissəsini seçiblər. Bu haqda məlumatların olduğu xx.xx.2022-ci ildə ABB Bank kartına köçürülən məzuniyyət pulu ilə aydın görmək olar. Həmin gün karta köçürülmüş olan məzuniyyət pulunu İnternet Bankinq proqramına “Fevral ayı üçün məzuniyyət” pulu adlandırmışlar. Elektron bankinq proqramından seçimləri aydın görsənən faylı da təqdim edirlər. Həmçinin aprel ayında olan son haqq hesabın ödəniş i zamanı da bank çıxarışında son haqq hesab sözü qeyd edilmişdir. Cavbdehin iddia etdiyi detallar tamamən əsassızdır. Yəni son haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) göstərilməli olan məlumatlardan biri Əmək Məcəlləsinin 173-cü maddəsinin 2ci hissəsində belə qeyd olunmuşdur ki,“hesablanmış əmək haqqının ümumi məbləği”. Bank hesabından çıxarışlardan da göründüyü kimi 5.000 manatın qarşısında yazılı şəkildə “əmək haqqı” qeyd olunub. Bu isə onu təsdiq edir ki, cavabdeh əmək haqqının məbləğinin 5.000 manat olması barədə iradəsini yazılı formada ifadə etmişdir. Verilmiş kassasiya şikayətində ekspertizanın keçirilməsi üçün zəruri sənədlər, eyni zamanda əmək haqqı məbləğinin 5000 manat olmasını təkzib edən əmək müqaviləsi və onun qüvvəyə minməsi və xitam edilməsi bild irişləri, ezamiyyət əmrləri, məzuniyyət əmrləri, iş vaxtının uçotu tabelləri, əmək müqaviləsinin qeydə alınması barədə çıxarış və zəruri olan digər sənədlər təqdim edildiyi bildirilmişdir. Bu halla bağlı razılşamayaraq qeyd olunmalıdır ki, işçinin əmək haqqı, məzuniyyət və ezamiyyəti ilə bağlı ödənişlərinin hesablanma və tədiyyə cədvəlləri dəfələrlə həm məhkəmə, həm də ekspertiza tərəfindən istənilsə də, bu günə qədər təqdim edilməmişdir. Belə olan halda hansı əsasla apellasiya məhkəməsi işi ekspertizaya göndərməli idi. Ekspertizanın aparılması hər dəfə cavabdeh tərəfindən süni şəkildə əngəllənmiş, sənədləri verməyərək və ya əskik verərək ekspertizanın keçirilməsinə mane olan cavabdeh mübahisənin uzadılmasından ötrü iki dəfə də apellyasiya məhkəməsinə gəlməmişdir. Göründüyü kimi əvvəlki mə hkəmələrdə olduğu kimi verilmiş kassasiya şikayəti də heç bir sübuta, dəlilə əsaslanmadan formal olaraq verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 43 (2-ci hissə, “ə” bəndi). Əmək müqaviləsində əmək haqqı göstərilir. Maddə 154 (1-ci hissə). Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 154 (2-ci hissə). Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onla ra dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 173 (1-ci hissə). İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları süb ut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apell yasiya instansiyası gəldiyi nəticəni düzgün hesab etmir.
40. İddia tələbi əmək münasibətlərindən irəli gələn pul öhdəliyinin işəgötürən tərəfindən yerinə yetirilməməsi barədədir.
41. İddia tələbindən görünür ki, iddiaçının bu münasibətlərdən irəli gələn pul tələbi 4 hissədən ibarətdir:1) 12500 manat ödənilməyən əmək haqqı; 2) 13000 manat maddi ziyan; 3) 66912 manat ezamiyyə xərcləri (bu tələb də müxtəlif dövrləri əhatə edən iki hissədən ibarətdir); 4) 2500 manat tam ödənilməmiş son haqq-hesab.
42. İddia tələbinin 1-ci hissəsi üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 25-28-ci bəndlərində əks edilən gəldiyi nəticə ilə razılaşmaq olmaz.
43. Belə ki, işdən görünür ki, iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində aylıq əmək haqqının (vəzifə maaşının) miqdarı 13 26 manat müəyyən edilib.
44. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada Əmək Məcəlləsi ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsi sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Əmək müqaviləsində digər şərtlər və məlumatlarla yanaşı, işçinin əmək şəraitinin şərtləri – iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması göstərilməlidir. (Əmək Məcəlləsi, maddələr 3(5), 42,43)
45. Apellyasiya instansiyası məhkəməsi əmək müqaviləsində əmək haqqının məbləği 1326 manat göstərilməsinə baxmayaraq, bank hesabından çıxarışlar a əsasən cavabdehin iddiaçıya ödədiyi aylıq əmək haqqı məbləğinin 5000 manatdan çox olmasına istinadən hesab edib ki, iddiaçının əmək haqqının məbləği 5000 manat olub, cavabdeh tərəfindən iddiaçıya 5000 manat əmək haqqı ödənilməsi faktı ağlabatan mühakimə əsasında belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh əmək haqqının məbləğinin 5000 manat olması barədə iradəsini ifadə edib, çünki ödəniş bir hərəkət olaraq iradənin ifadəsi sayılır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əhəmiyyət vermədən bank hesabından çıxarışlara əsasən iddiaçının aylıq əmək haqqının 5000 manat olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
47. Belə ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı — müvafiq iş v axtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
48. Göründüyü kimi, qanunvericilik əmək haqqının tərkibinə işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə əmək müqaviləsi ilə müəyyən edilmiş aylıq haqqdan başqa, həmçinin ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusunu da daxil etmişdir.
49. Birinci instansiya məhkəməsinə təqdim edilmiş əmrlərdən (İ cild, iş v.201-210) görünür ki, cavabdeh iddiaçıya 2021-ci ilin 30 noyabrından başlayaraq 2022-ci ilin avqust ayı da daxil olmaqla hər ay (10 ay ərzində) müxtəlif məbləğlərdə (4 321 manat, 4258 manat,1610 manat, 3823 manat və s.) mükafat vermişdir.
50. Apellyasiya instansiyası məhkəməsinin həmin əmrlərə qiymət vermədən, iddiaçıya ödənilən mükafatları nəzərə almadan yalnız bank hesabından çıxarışlara əsasən cavabdehin iddiaçıya ödədiyi aylıq əmək haqqının məbləğinin 5000 manatdan çox olmasını əsas götürməklə, eləcə də tərəflərin iradə ifadələrini təfsir etməklə iddiaçının aylıq əmək haqqının 5000 manat olması nəticəsinə gəlməsi bu baxımdan, səhv olmuşdur.
51. Bank çıxarışlarında ödənilən ümumi məbləğin 5000 manat göstərilməsi heç də həmin məbləğin əmək müaviləsində göstərilmiş aylıq əmək haqqı (vəzifə maaşı) olması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq qeyd edilən mükafat məbləğlə ri də nəzərə alındığı halda, iddiaçının aylıq əmək haqqının 5000 manat olması iddiaçının aylıq vəzifə maaşı anlamına gəlməyə də bilər.
52. Apellyasiya instansiyası məhkəməsinin Əmək Məcəlləsinin 173-cü maddəsinin 2ci hissəsinə istinad etməsi də hazırki işin halları baxımından iddiaçının əmək müqaviləsi üzrə əmək haqqının 5000 manat olması barədə nəticəyə gəlməyə əsas vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin normaya istinadən göstərib ki, işçilərin haqqhesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) göstərilməli olan məlumatlardan biri də hesablanmış əmək haqqının ümumi məbləğidir və bank hesabından çıxarışlarda 5.000 manatın qarşısında yazılı şəkildə “əmək haqqı” qeyd edilib.
53. Əvvəla, əmək haqqının ümumi məbləği dedikdə, Əmək Məcəlləsinin 154-cü maddəsini n 1-ci hissəsinə görə həmin məbləğə hansı ödənclərin daxil olması yuxarıda qeyd edildi.
54. İkincisi, istinad edilən Əmək Məcəlləsinin 173-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan işçilərin haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) bank çıxarışı sayılmır.
55. İşçilərin haqq-hesab sənədləri mühasib tərəfindən imzalanan və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilən sənədlərdir ki, bunun da məqsədi odur ki, həmin sənədlər vasitəsilə işçi hesablanmış əmək haqqının ümumi məbləği, əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri, əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği, faktik ödənilən məbləğ və tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği barədə məlumatlı olsun.
56. Buna görə də bank hesabından çıxarışlarda 5000 manatın qarşısında yazılı şəkildə “əmək haqqı” qeydinin olması da iddiaçının əmək müqaviləsi üzrə əmək haqqının 5000 manat olması anlamına gəlmir.
57. Bundan başqa, iddiaçı ödənilməyən əmək haqqı kimi 12500 manat pulun cavabdehdən tutulmasının xahiş etsə də, bu məbləğin hansı aylar üzrə olmasını göstərməmiş, ümumi sözlərlə yetərlənmiş, apellyasiya instansiyası məhkəməsi də buna aydınlııq gətirməmişdir. Bu səbəbdən də 12500 manat pulun hansı aylar üzrə cavabdehdən tutulması müəyyən deyil.
58. İddianın 2-ci hissəsi olan 13000 manat maddi ziyan tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində (və tələbin həcminin artırılması barədə ərizədə) 13000 manat zərər tələb etsə də, bu zərərin nədə ifadə olunmasını, ona hansı zərər dəyməsini göstərməmi ş, apellyasiya instansiyası məhkəməsi isə yalnız iddiaçının dəlillərinə əsasən aylıq əmək haqqının məbləği 5.000 manat olduğuna görə, iddiaçının daha az müavinət (6.669,07 manat) almaqla 13.000 manat məbləğində maddi zərər çəkməsini əsas götürürək həmin tələbi təmin etmiş və bu hissədə gəldiyi nəticəni də Mülki Məcəllənin 21-ci maddəsi ilə əsaslandırmışdır. (bax: 29-cu bənd)
59. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
60. Qeyd edilməlidir ki, əvvəla, Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə bağlı ümumi müddəaları özündə əks etdirir və həmin norma zərərlə bağlı tələblərin müstəqil əsası kimi çıxış etmir. Zərər müqavilədən və ya qanundan irəli gələ bilər. Hər bir zərər tələbinin ayrıca qanuni əsası olmalıdır.
61. Bundan başqa, iddiaçının hesab etdiyi kimi əmək müqaviləsi üzrə aylıq əmək haqqının 5000 manat olmasına baxmayaraq, onun daha az əmək haqqına uyğun müavinat (6.669,07 manat) alması ziyan kimi yox, onun aylıq əmək haqqına müvafiq olaraq alacağı pul vəsaiti kimi qiymətləndirilə bilərdi. Başqa sözlə, iddiaçının işəgötürəndən əmək müqaviləsinə əsasən ödənilməyən vəsait miqdarında alacağı məbləğ onun Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan zərəri kimi qiymətləndirilə bilməz. Zərər iddiaçının əmək müqaviləsi üzrə alacağı məbləğdən kənarda itirdiyi xərclərdə (real və (və ya) əldən çıxmış fayda) ifadə oluna bilər. Məsələn, həmin məbləğin vaxtında ödənilməməsinə görə faizlə borc alınması, pulun inflyasiyası və s.
62. Buna görə də iddiaçının 13000 manat maddi ziyan tələbi qeyri-müəyyən olmuş, apellyasiya instansiyası məhkəməsi də buna aydınlıq gətirmədən həmin iddianı təmin etmiş, üstəlik, həmin tələbi hansı maddi hüquq normasına əsasən təmin etdiyini qətnamədə əsaslandırmamışdır. Prosessual qanunvercilik isə tələb edir ki, qətnamə çıxarıldıqda hakim... həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu... müəyyən edir. (MPM, 218.1)
63. İddia tələbinin 3-cü hissəsi olan 66912 manat ezamiyyə xərcləri ilə bağlı gəlinən nəticə də əsaslı deyil.
64. İddiaçı ezamiyyə xərclərini də iki hissəyə bölərək, xx.xx.2021-xx.xx.2022-ci il dö vr üçün 31552 manat, xx.xx.2022-xx.xx.2022-ci il dövr üçün 35360 manat olmaqla, 66912 manat pulu tulmasını xahiş etmişdir. İddiaçının ərizəsində qeyd etdiyi ezamiyyət günləri 116 və 130 gün olmaqla, cəmi 246 gün təşkil edir.
65. Birinci instansiya məhkəməsi xarici pasporta əsasən iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün – 38 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün – 11 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün – 70 gün Özbəkistan Respublikasında ezamiyyətdə olduğunu müəyyən edərək, həmin günlərin hər birinə “Ezamiyyə xərclərinin normaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli Qərarının 1 nömrəli Əlavəsinə əsasən Özbəkistan Respublikasın a ezamiyyə xərclərinin 1 günlük norması 140-180 ABŞ dolları təşkil etdiyindən müvafiq orta məbləğ olaraq hər gün üçün 160 ABŞ dolları pul (ödəniş gününün məzənnəsi ilə manatla) tutmaqla iddianı həmin hissədə qismən təmin etmişdir.
66. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının Özbəkistan Respublikasının Daşkənd şəhərinə istehsalat işləri ilə əlaqədar hər dəfəsində 180 gün müddətinə ezam olunması barədə cavabdehin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli əmrlərinə istinadən və “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 14 nömrəli qərarının 1 nömrəli Əlavəsinə görə Özbəkistanın Daşkənd şəhərinə ezamiyyə xərcinin 1 günlük normasının 180 ABŞ dolları olmasını nəzərə alaraq ezamiyyə xərci kimi cavabdehdən 66.912 manatın alınaraq iddiaçıya v erilməsini qət etməklə həmin iddianı tam təmin etmişdir.
67. İddianın qeyd edilən hissəsi ilə bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni ona görə əsaslı saymır ki, cavabdehin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli əmrləri iddiaçının real olaraq hər dəfəsində 180 gün müddətinə Özbəkistan Respublikasına (Daşkənd şəhərinə) ezamiyyətə getməsi anlamına gəlmir.
68. İşdən görünür ki, iddiaçı ezamiyyətdə olmasının təsdiqi kimi özünün xarici pasportunu təqdim etmiş, birinci instansiya məhkəməsi də yuxarıda qeyd edildiyi kimi iddiaçının konkret hansı vaxtlarda ezamiyyətdə olmasını həmin pasportdakı sərhədburaxılış məntəqələrinin ştampına əsasən müəyyən etmişdir.
69. Həmçinin iddiaçı Daşkənd və Buxara şəhərlərində ezamiyyətdə olmasını bildirmişdir. 70. “Eza miyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 14 nömrəli qərarının 1 nömrəli Əlavəsinə görə Özbəkista Respublikasına ezamiyyə xərcinin 1 günlük norması 140 ABŞ dolları, Daşkənd şəhərinə isə ezamiyyə xərcinin 1 günlük norması 180 ABŞ dollarıdır.
71. Bu da o deməkdir ki, Daşkənd şəhəri istisna olmaqla, Özbəkistanın digər şəhərləri, o cümlədən Buxara şəhəri üzrə ezamiyyə xərcinin 1 günlük norması 140 ABŞ dolları, yalnız Daşkənd şəhəri üzrə ezamiyyə xərcinin 1 günlük norması 180 ABŞ dollarıdır. Yəni ezamiyyə xərcləri hesablanarkən ezamiyyət ünvanları nəzərə alınmalıdır və hər hansı orta rəqəm müəyyən edilə bilməz. (Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi bu tələb üzrə orta məbləğ müəyyən etməklə səhvə yol vermişdir).
72. İşdə birinci instansiya məhkəməsinə təqdim edilən “X8” MMC-nin (hüquqi ünvanı Buxara şəhəri) cavabdehə ünvanlanan 15 noyabr 2021-ci il tarixli məktubu var (İ cild, iş v.195). Həmin məktubda “X8” MMC cavabdehə müraciət edərək göstərib ki, təklif etdiyiniz əməkdaşınız İddiaçı (iddiaçını) dəvət edərək bildirirlər ki, xərclər, o cümlədən əməkdaşın texnikanın dislokasiya yerlərində yaşayış xərcləri tərəflərindən təmin ediləcəkdir.
73. Cavabdeh də iddiaçının ezamiyyə xərci tələbinə etiraz olaraq həmin məktuba istinad etmişdir.
74. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegıyasının 18 yanvar 2012-ci il tarixli, Q-01№-li qərarı ilə təsdiq edilmiş “X3”nın İİİ bölməsinin 4-cü bəndinə görə (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hall arda işçiyə ezamiyyə xərci ödənilmir. Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində, işçini yalnız yemək xərci ilə təmin etdiyi hallarda isə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizi həcmində vəsait ödənilir. Dəvət edən tərəf işçiyə yaşayış yeri və yemək xərcini nağd pulla ödədiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasından az olarsa, həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəf işçini yeməklə təmin edərək yaşayış yeri üçün nağd pul verdiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizindən az olarsa, həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəf işçini yaşayış yeri ilə t əmin edərək yemək üçün nağd pul verdiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizindən az olarsa həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.
75. Göründüyü kimi, “X3”nda ezamiyyə xərclərinin tam və ya qismən işəgötürən tərəfindən ödənilməsini istisna edən hallar müəyyən edilib.
76. İşdən görünür ki, məhkəmələr “X8” MMC-nin həmin məktubunu nə sübut kimi qəbul etmədiklərini göstərmiş, nə də qəbul ediblərsə, həmin sübutun hazırki işə aidliyi və mümkünlüyü məsələsinə aydınlıq gətirməmiş, bu səbəbdən həmin məktubun sübut kimi iş üçün hansı əhəmiyyət daşıması məsələsi açıq qalmışdır. Halbuki cavabdehin həmin məktubla bağlı dəlilləri, məktubun tarixi və iddiaçının işə qəbul tarixi də nəzərə alınmaqla qiymətləndirilməli idi.
77. Mülki Prosessual Məcəllənin 175.1-ci maddəsinə görə məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
78. Prosessual qanunvericiliyin bilavasitəlik prinsipi hər bir sübutun tədqiq edilməsini məhkəmənin vəzifəsi kimi nəzərdə tutsa da, məhkəmələr bu vəzifəni yerinə yetirməmişlər.
79. Bundan əlavə, iddiaçı ilə əmək müqaviləsinə 27 aprel 2023-cü ildə xitam verilib. İddiaçının ezamiyyə xərclərini tələb etdiyi dövrlə r isə xx.xx.2021-xx.xx.2022-ci və xx.xx.2022-xx.xx.2022-ci illəri əhatə edir. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə 27 aprel 2023-cü ildə xitam verilsə də, iddiaçı həmin vaxtdan xeyli əvvələ təsadüf edən ezamiyyə xərclərini tələb edir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi (həmçinin birinci instansiya məhkəməsi) bununla bağlı, yəni bu müddət ərzində (əmək müqaviləsinə xitam verilənə qədər) ezamiyyə xərclərini nəyə görə istəməməsi barədə iddiaçının fikrini öyrənməmişdir.
80. Həmçinin iş materiallarından görünür ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi (arvadı) Elektron ünvan e-mail ünvanına (X1 adlı şəxsə yazdığı) məktubda (İ cild, iş v.89) iddiaçıya əmək haqqının az ödənilməsini bildirsə də, ezamiyyə xərci ilə bağlı hər hansı narazılıq bildirməmişdir.
81. Buna görə də iddiaçının ezamiyyə xərcinin dəvət edən tərəfindən ödənilməsi barədə cavabdehin istinad etdiyi məktubla bağlı dəlilləri həm də bu baxımdan, yəni iddiaçının bir il ərzində ezamiyyə xərci ilə bağlı hər hansı iradının olmaması baxımından da qiymət verilməsini tələb edirdi.
82. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçının konkret olaraq hansı vaxtlarda və hansı şəhərlərdə ezamiyyətdə olmasına, ezamiyyə pulu ilə bağlı işdən çıxana qədər nəyə görə cavabdehə müraciət etməməsinə aydınlıq gətirmədən, eləcə də iddiaçının özünün təqdim etdiyi xarici pasportdakı qeydlərə qiymət vermədən iddianı həmin hissədə ən maksimum günlər və ezamiyyə xərcləri normasında təmin etməklə səhv nəticəyə gəlmişdir. Halbuki həmin hissədə iddianın düzgün həlli üçün iddiaçının konkret hansı günlər və hansı şəhərlərdə ezamiyyətdə olması ən azı onun özünün sorğu-sual edilməsi və təqdim etdiyi sübutla müəyyən edilə bilərdi.
83. İddianın 4-cü hissəsi olan son haqq-hesab kimi 2.500 manat ödənilməsi barədə tələb üzrə gəlinən nəticə də əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi həmin tələbi təmin edərkən iddiaçının son haqq hesab kimi 2.500 manat tələb etməsinə, cavabdehin isə son haqq-hesabın məbləğini və onun tam həcmdə işçiyə ödənildiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməməsinə istinad etmişdir.
84. İddianın qeyd edilən əsasla təmin edilməsi də düzgün mövqe hesab edilə bilməz. Belə ki, əmək haqqı barədə bank çıxarışında xx.xx.2023-cü il tarixdə iddiaçıya 4111,85 manat son haqq-hesab verilməsi barədə qeyd vardır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddia çının əmək haqqının 5000 manat olması barədə həmin bank çıxarışına istinad etsə də, elə həmin çıxarışdakı bu qeydə əhəmiyyət verməmiş, yalnız iddiaçının irəli sürüdüyü dəlillər və buna dair cavabdehin sübut təqdim etməməsinə əsasən iddianı 4-cü tələb üzrə də tam təmin etmişdir.
85. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürənin işçiyə münasibətdə iqtisadi baxımdan daha güclü tərəf olması, analoji iddialarda sübutetmə vasitələrinin əsasən bir qayda olaraq işəgötürəndə olması və sübutetmə yükünün daha çox işəgötürənin üzərinə düşməsi nəzərə alınmalıdır.
86. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi də iddianı təmin edərkən, məhz işin bu hallarına, yəni işəgötürənin işçiyə münasibətdə iqtisadi baxımdan daha güclü tərəf olmasına, o cümlədən cavabdehin məhkəmə instansiyalarında davra nışına və ekspertizaya müvafiq sənədləri təqdim etməməsinə istinad etmişdir.
87. Lakin cavabdehin davranışları nəzərə alınmaqla, yuxarıda şərh edilənlərdən baxmından, eləcə də işdəki mövcud sübutlar əsasında da iddiaya qanuni və əsaslı qiymət verilməsi istisna edilməmişdir.
88. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgü n tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
89. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdeh “X1 XXX” ASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-729/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.