Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2706/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:əmək haqqının, son haqq-hesabın və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2025-ci il tarixli, 2(104)316/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 1 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh 01 dekabr 2021-ci il tarixli, 64 saylı əmri ilə İddiaçı 3 ay müddətinə müvəqqəti olaraq məsləhətçi (məhkəmə iclas katibi) vəzifəsinə təyin edilmiş və işəgötürənin 04 may 2023-cü il tarixli, 15 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 04 may 2023-cü il tarixdən xitam verilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X3 tərəfindən İddiaçı ünvanlanmış 19 avqust 2023-cü il tarixli məktuba əsasən, zəruri sənədlərin surətlərini və müraciətdə qeyd edilən məsələ ilə bağlı (əmək kitabçasının İddiaçı vaxtında təqdim edilməməsinin səbəbi barədə) cavab məktubun u şöbəyə təqdim edilməsi məqsədilə, Cavabdehnə 22 avqust 2023-cü il və 01 sentyabr 2023-cü il tarixli məktublar ünvanlanmış, ***-***-**-** telefon nömrəsi ilə əlaqə yaradılmış və nəticədə Məhkəmə tərəfindən Şöbəyə 29 avqust 2023-cü il tarixli məktub göndərilərək, İddiaçı öz xahişi ilə işdən çıxmasına dair 18 aprel 2023-cü il tarixli ərizəsinin surəti, 04 may 2023-cü il tarixli, 15 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi barədə əmrin surəti təqdim edilmiş, məktubda əmək kitabçasının gec verilməsinin səbəbi barədə heç bir məlumat qeyd edilməmişdir. X2 Alt Sistemindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 04 may 2023-cü il tarixdən xitam verilməsi m əlum olmuşdur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəssisə tərəfindən işçinin işdən çıxması ilə əlaqədar, Əmək kitabçasının işçiyə gec verilməsi ilə bağlı inzibati tənbeh növü nəzərdə tutulmamışdır. Müraciətlə bağlı məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilmişdir.
3. Cavabdeh tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli məktuba əsasən, 25 sentyabr 2023-cü il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdehndə işə davamiyyət jurnalı olmadığından 2023-cü ilin may və iyun aylarına aid vərəqələrin verilməsi mümkün deyil.
4. Məhkəmə-Hüquq Şurasının 24 aprel 2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh hakimi tərəfindən işlərə baxılması ilə əlaqədar qanunsuz hərəkətlərə yol verilməsi, əmək hüquqlarınız ın pozulması və digər xüsusatları ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və Ədliyyə Nazirliyindən Məhkəmə-Hüquq Şurasına daxil olmuş təkrar müraciətlərinə baxılmışdır. Bir daha bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bununla əlaqədar izah edirik ki, pozulmuş hüquqların bərpası ilə bağlı aidiyyəti məhkəməyə müraciət edilə bilər. Həmçinin, qeyd etdiyi işlərə baxılması ilə əlaqədar hakim tərəfindən qanunsuz hərəkətlərə yol verilməsinə dair müraciətində göstərilən xüsusatlara dair konkret təsdiqedici dəlillərini Məhkəmə-X6 təqdim edə, digər xüsusatlarla bağlı isə aidiyyəti hüquqmühafizə orqanlarına müraciət edə bilər. İş üzrə qəbul edilmiş məhkəmə a ktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 may 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək hesablanmaqla ödənilməmiş əmək haqqının, son haqq-hesabın və ona dəymiş mənəvi ziyana görə 50.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı, işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, o, rəsmi olaraq 01 dekabr 2021-ci il tarixdən 12 iyun 2023-cü il tarixədək Cavabdehndə (X12un yanında) məhkəmə iclas katibi vəzifəsində işləmişdir. Üzərinə düşən vəzifələri qanunvericiliyə və əmək funksiyalarına uyğun olaraq, ona verilən hüquqları və üzərinə qoyulan vəzifələr i vicdanla, var gücü ilə vətənin mənafeyi naminə həyata keçirmişdir. Dövlət qulluqçuları və müqavilə əsasında çalışan əməkdaşların işlərini çətinləşdirən, yaxud məhkəmənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmiş, lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görmüş və etik davranış qaydalarına əməl etmişdir. Bütün işlədiyi müddətdə üzərinə qoyulan iş vəzifələrini yerinə yetirmişdir. Onunla birlikdə çalışan iclas katibi Zaur Hüseynov işə laqeyd və biganə yanaşmışdır. Həmin iclas katibi ona qeyri-prosessual hərəkətlər etməyini təklif etsə də, o, hər dəfə ona öz statusundan, təmsil etdikləri orqanın statusundan istifadə etməklə qeyriprosessual hərəkətlər etməklərinin qanuna zidd olduğunu bildirmişdir. İcraatda olan cinayət işi daxil olan andan təyinatını ed ib, baxışa təyin qərarını hazırlayıb məhkəmə cildini açıb, icraatda olan işlərin 80-90 faizini öz üzərinə götürərək çalışmışdır. Buna baxmayaraq X12 onun işə ciddi və düzgün yanaşmağına görə 15-20 təqvim günündən bir Cavabdeh sədrinə müxtəlif bəhanələrlə ondan şikayət edir, lakin məhkəmənin sədri X12un xasiyyətinə bələd olduğundan onun barəsində olan şikayətini ciddi qəbul etməmişdir. X11 münasibətdə əsəbi, qərəzli, kobud və qəzəbli davrandığını bildirmişdir. O, 01 dekabr 2022ci il tarixdən əmək məzuniyyətinə çıxmış və məzuniyyətdən 05 yanvar 2023-cü il tarixdə işə çıxdıqda icraatda olan işlərə baxdıqda görmüşdür ki, işlərin heç birinin protokolu yazılmayıb və daxil olan sənədlər əlavə edilməyib. Bundan əlavə, hətta tərəflərə bildirişlər tam və düzgün göndərilməyib. İcraatda olan cinayət i şlərini qaydasına salmaq üçün icraatda olan cinayət işlərinin çoxluğu və mürəkkəbliyini nəzərə alıb şənbə, bazar və bayram günləri işə gəlib işləmişdir. 2023-cü ilin mart ayında X12 işlərin tez bir zamanda qaydasına qoymağını tələb etsə də, Zaur Hüseynov işləmək istəmədiyini bildirmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində X12 işlərin tamamlanması barədə soruşduqda, o bildirmişdir ki, “Zaur Hüseynov işləmədiyinə görə icraatda olan 55 (təxminən) cinayət işi tam hazır deyil”. X12 2023-cü ilin aprel ayının əvvəlindən başlayaraq hər gün, hətta gün ərzində bir neçə dəfə Cavabdeh sədrinə onun işlərin öhdəsindən gələ bilmədiyi barədə şikayət etmişdir. O, iş şəraitinin dözülməz hala gəldiyini görüb ona qarşı olan haqsızlığa son qoymaq üçün 18 aprel 2023-cü il tarixdə işdən azad olunması barədə Cavabdeh sədrinə ərizə ilə müraciət etmiş, sədr isə ona “işlərini yekunlaşdır baxacam” demişdir. 12 aprel 2023-cü il tarixədək ona aidiyyəti olan cinayət işlərini nəzərdən keçirib tamamlamışdır. İşləri tamamladıqdan sonra Cavabdeh sədrinə müraciət edərək, onun tərəfindən işlərin tamamlandığını və işdən azad olunma ərizəsinə münasibət bildirməsini xahiş etmişdir. Cavabdeh sədri ona “sən narahat olma, mən sənə otaq ayırmışam, otaqda otur işdən azad olunanadək gözlə” demişdir. 12 iyun 2023-cü il tarixdə Cavabdeh sədri iclas zamanı onun işdən azad olduğunu bildirmişdir. O, işdən azad olunduğunu iclasda eşitdikdən sonra, Cavabdeh sədrinin qəbulunda olmuş və o, “sən gedə bilərsən” dedikdən sonra Cavabdeh tərk etmişdir. O, Cavabdehndən dəfələrlə əmək kitabçasını və işdən çıxarılmağı barədə əmri istəsə də, ona etiraz olunmuşdur. Cavabdeh tərəfindən hüquqlarının pozulması və məhdudlaşdırılması ilə əlaqədar Məhkəmə-Hüquq Şurasının rəhbərinə müraciət etmişdir. Məhkəmə-Hüquq Şurasına müraciət etdikdən sonra ona məxsus əmək kitabçasını Cavabdehndən 20 iyul 2023-cü il tarixdə almışdır. 2 ay 17 gündən sonra əmək kitabçasının verilməsi, işçinin öz ərizəsi əsasında 57 gündən sonra işçiyə işdən azad olunmasını bildirmək şəxsin hüquqlarının kobud pozulmasıdır. İşdən azad olunmağı barədə 18 aprel 2023-cü il tarixdə ərizə versə də, məhkəmənin sədri ərizəni imzalaması barədə ona heç bir məlumat verməmişdir. Onun 18 aprel 2023-cü il tarixdə işdən azad olunması barədə ərizəsinə 12 iyun 2023-cü il tarixdə münasibət bildirmişdir. O, 20 iyul 2023-cü il tarixdə əmək kitabçanı Cavabdehndən təhvil alan dan sonra görmüşdür ki, Cavabdeh sədri onu 04 may 2023-cü il tarixdə, 15 nömrəli əmr ilə işdən azad etmişdir. Bu cür hüquq pozuntularına görə X8 Xidmətinin X1 ərizə ilə müraciət etdi, orada araşdırma aparılmışdır, lakin həmin Şöbədən bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyi barədə hüququ olması barədə ona məktub ünvanlamışlar. Bu məsələ ilə bağlı məhkəməyə qədər X7 2 saylı Mediasiya Təşkilatına müraciət etmiş, Mediasiya sessiyaları 09 sentyabr 2023-cü il və 18 sentyabr 2023-cü il tarixlərə təyin olundu, lakin Cavabdehnə mediasiya sessiyasının keçirilməsi vaxtı və tarixi barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq mediasiya sessiyalarında Cavabdeh təmsil edəcək şəxs iştirak etməmişdir. Bundan əlavə, onun xahişi ilə Gəncə şəhəri, 1 Saylı Vəkil Bürosunun vəkili Nüşabə Cəbrayılova Cavabdehnə işçilərin işə davamiyyət jurnalının 2023-cü ilin may-iyun ayları olan vərəqələrin təsdiq olunmuş surətini vəkil sorğusu göndərərək istəmişdir. Lakin sorğuya cavab olaraq işə davamiyyət jurnalının Cavabdehndə olmadığını bildirmişlər. O, Cavabdehnə 12 iyun 2023-cü il tarixədək işə gəlmiş, hər gəldiyi iş günü “işçilərin davamiyyət jurnalı”na işə gəlməsi barədə imza etmişdir. Cavabdeh tərəfindən bu cür cavab verilməsinin sənədlərdə saxtalaşdırma hərəkətlərinin olması deməkdir.
7. Gəncə Şəhər Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli, 2(125)-4047/2024 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddiası rədd edilmişdir.
8. Məhkəmə, qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı onunla bağlanmış əmək mü qaviləsinə xitam verilməsinə baxmayaraq, əmək funksiyasını yerinə yetirməyə cəlb olunduğuna əsaslanmaqla həmin dövr üzrə əmək haqqının, son haqq-hesabın, habelə cavabdehin əməli nəticəsində ona vurulduğunu bildirdiyi mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. Lakin, sübutetmə yükü daşıyan iddiaçı cavabdeh tərəfindən əmək qanunvericiliyi pozulmaqla işlərin yerinə yetirilməsinə cəlb olunmasını təsdiqləyən sübut(lar)ı məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, mülki işin məhkəmə araşdırması nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması müəyyən olunmamışdır.
9. Məhkəmə, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarlarına, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı, apellyasiya şikayətini onunla əsaslandırmış ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, o, 12 iyun 2023-cü il tarixədək Cavab dehndə məhkəmə iclas katibi vəzifəsində işləmişdir. Üzərinə düşən vəzifələri qanunvericiliyə və əmək funksiyalarına uyğun olaraq, ona verilən hüquqları və üzərinə qoyulan vəzifələri vicdanla, var gücü ilə və vətənin mənafeyi naminə həyata keçirmişdir. Dövlət qulluqçuları və müqavilə əsasında çalışan əməkdaşların işlərini çətinləşdirən, yaxud məhkəmənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmişdir, lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görürdü və etik davranış qaydalarına əməl etmişdir. Bütün işlədiyi müddətdə öz bilik səviyyəsini artırmağa və tapşırılan işi yüksək keyfiyyətlə vaxtında yerinə yetirməyə çalışan məsuliyyətli, icraçı və intizamlı bir işçi kimi göstərmişdir. Məhkəmədə işləyən zaman daim nizam-intizamlı və gündəlik iş rejiminə riayət edə n işçi olmuşdur. Bütün işlədiyi müddətdə üzərinə qoyulan iş vəzifələrini tez bir zamanda yerinə yetirən və qısa müddətdə böyük bir işin öhdəsindən gələ bilən vicdanlı bir işçi kimi göstərmişdir. Məhkəmənin bütün hakimləri və işçiləri ilə nəzakətlə ünsiyyət qurmuşdur. Çalışqan, dürüst və dəqiq olmuşdur. Sənədlərlə çox məsuliyyətlə işləmişdir. Onunla birlikdə çalışan iclas katibi Zaur Hüseynov işə laqeyd və biganə yanaşırdı. Həmin iclas katibi ona qeyriprosessual hərəkətlər etməyi təklif edirdi. Lakin o hər dəfə ona öz statusundan, təmsil etdiyi orqanın statusundan istifadə etməklə qeyri-prosessual hərəkətlər etməməyi qanuna zidd olduğunu bildirmişdir. İcraatda olan cinayət işi daxil olan andan təyinatını edib, baxışa təyin qərarını hazırlayıb məhkəmə cildini açmışdır. İcraatda olan işləri n 80-90 faizini öz üzərinə götürərək çalışmışdır. Buna baxmayaraq, X12 onun işə ciddi və düzgün yanaşmamağına görə 15-20 təqvim günündən bir Cavabdeh sədrinə müxtəlif bəhanələrlə ondan şikayət etmişdir. Lakin, məhkəmənin sədri X12un xasiyyətinə bələd olduğundan onun barəsində olan şikayətini ciddi qəbul etməmişdir. X11 münasibətdə əsəbi, qərəzli, kobud və qəzəbli davranmışdır. Bu səbəbdən də yuxarıda qeyd etdiyi kimi, qanunsuz hərəkətlərə qoşulmadığına, qeyri-prosessual hərəkətlər etməyinə göstəriş versə də belə imtina etdiyi üçün 2023-cü ilin mart ayında X12 işlərin tez bir zamanda qaydasına qoymağı tələb etmişdir, Zaur Hüseynov işləmək istəmədiyini bildirmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində X12 işlərin tamamlanması barədə soruşduqda o, demişdir ki, “Zaur Hüseynov işləmədiyinə g örə icraatda olan 55 (təxminən) cinayət işi tam hazır deyil”. X12 2023-cü ilin aprel ayının əvvəlindən başlayaraq hər gün, hətta gün ərzində bir neçə dəfə Cavabdeh sədrinə onun işlərin öhdəsindən gələ bilmədiyi barədə şikayət etmişdir. O, X12a onun barəsində yalan məlumat söyləməsini bildirdikdə o, ona “mən yaxşı bilirəm nə deyirəm!” cavabı vermişdir. Baxmayaraq ki, o, öz üzərinə düşən işləri məsuliyyətlə vaxtında icra etmişdir, digər məhkəmə iclas katibi Zaur Hüseynov işləri vaxtında icra etməz, işləmək istəmirdi. X12 Zaur Hüseynovu irad bildirmişdir, ancaq ondan məhkəmə sədrinə şikayət etmişdir. Bu münasibətlər ondan irəli gəlmişdir ki, o, qeyri-prosessual işlərlə məşğul olmağa razı deyildir. Bu səbəbdən də, onu rəhbərlik qarşısında nüfuzdan salmaq, “tənbeh” etməklə özlərinin qanunsuz hə rəkətlərinə dəstək verməyə razılaşdırmaq, əks halda “pis işçi” kimi kənarlaşdırmaq məqsədi daşımışdır. O, iş şəraitinin dözülməz hala gəldiyini görüb ona qarşı olan haqsızlığa son qoymaq üçün 18 aprel 2023-cü il tarixdə işdən azad olunmağı barədə Cavabdeh sədrinə ərizə ilə müraciət etmişdir. Məhkəmənin sədri isə ona “işlərini yekunlaşdır baxacam” demişdir. O da, 12 aprel 2023-cü il tarixədək ona aidiyyəti olan cinayət işlərini nəzərdən keçirib tamamlamışdır. İşləri tamamladıqdan sonra Cavabdeh sədrinə müraciət edərək, onun tərəfindən işlərin tamamlandığını və işdən azad olunma ərizəsinə münasibət bildirməsini xahiş etmişdir. Cavabdeh sədri ona “sən narahat olma, mən sənə otaq ayırmışam, otaqda otur işdən azad olunanadək gözlə” demişdir. 12 iyun 2023-cü il tarixdə Cavabdeh sədri iclas zaman ı onun işdən azad olduğunu bildirmişdir. O, işdən azad olunduğunu iclasda eşitdikdən sonra, Cavabdeh sədrinin qəbulunda olmuş və o, “sən gedə bilərsən” dedikdən sonra o, Cavabdeh tərk etmişdir. O, Cavabdehndən dəfələrlə əmək kitabçasını və işdən çıxarılmağı barədə əmri istəsə də, oradan ona etiraz olunmuş, etiraz barədə səbəb gətirilərək “sən işləri təhvil verməmisən, X12un icraatında olan bütün işləri yekunlaşdırmalısan!” deyilmişdir. Cavab olaraq “mənim tərəfimdən cinayət işlərinin hamısını yekunlaşdırılmışdır, yekunlaşmayan cinayət işləri digər məhkəmə iclas katibinə aiddir” demişdir, cavab olaraq ona “bilmirik, sən işləri tamamlamalısan göstərişi verilib!”. O, Cavabdeh tərəfindən hüquqlarının pozulması və məhdudlaşdırılmağı ilə əlaqədar Məhkəmə-Hüquq Şurasının rəhbərinə müraciət etmişd ir. Məhkəmə-Hüquq Şurasına müraciət etdikdən sonra ona məxsus əmək kitabçasını Cavabdehndən 20 iyul 2023-cü il tarixdə almışdır. 2 ay 17 gündən sonra əmək kitabçasının verilməsi, işçinin öz ərizəsi əsasında 56 gündən sonra işçiyə işdən azad olunmasını bildirmək şəxsin əmək hüquqlarının kobud pozulmasıdır. X12 qəsdən ona məxsus əmək kitabçasının verilməməsini icraatında olan cinayət işlərinin onun tərəfindən qaydasına salmaq üçün artıq işləməyini tapşırmışdır. Cavabdeh dəftərxana müdirindən şəxsi işini istədikdə ona məxsus əmək kitabçasının Cavabdeh sədrində olduğunu bildirmişdir. Onun hüquqlarını qəsdən 2 aydan cox məhdudlaşdırmışlar. İşdən azad olunması barədə 18 aprel 2023-cü il tarixdə ərizə versə də, məhkəmənin sədri ərizəsini imzalaması barədə ona heç bir məlumat verməmişdir. Onun 18 aprel 2023-cü il tarixdən işdən azad olunması barədə ərizəsinə 12 iyun 2023-cü il tarixdə şifahi olaraq münasibət bildirmişdir. O, 20 iyul 2023-cü il tarixdə əmək kitabçasını Cavabdehndən təhvil alandan sonra əmək kitabçasına baxıb görmüşdür ki, Cavabdeh sədri onu 04 may 2023-cü il tarixdə 15 saylı əmrlə işdən azad etmişdir. O, Cavabdehnə 12 iyun 2023-cü il tarixədək işə gəlmiş, hər gəldiyi iş günü “işçilərin davamiyyət jurnalı”na işə gəlməyi barədə imza etmişdir. Əmək hüquqlarının pozulması, onun xəbəri olmadan 17 gündən sonra işdən azad olunmağı barədə əmr verilsə də, 12 iyun 2023-cü il tarixədək qanunsuz işə cəlb edilmişdir. Bundan əlavə vəkil sorğusu ilə Cavabdehnə işçilərin işə davamiyyət jurnalının 2023-cü il may-iyun ayları olan vərəqlərin təsdiq olunmuş surətini “vəkil sorğusu” g öndərərək istəmişdir. Lakin, sorğuya cavab olaraq işə davamiyyət jurnalının Cavabdehndə olmadığını bildirmişlər. Qeyd etmişdir ki, Cavabdehndən bu cür cavab verilməsinin sənədlərdə saxtalaşma hərəkətlərinin aparılması deməkdir. İşçilərin işə davamiyyət jurnalını əldə edə bilmədiyi üçün, yəni Cavabdeh tərəfindən “işçilərin işə davamiyyət” jurnalı təqdim edilmədiyinə görə Gəncə Şəhər Məhkəməsinə vəsatətlə müraciət etmişdir ki, davamiyyət jurnalından onun 12 iyun 2023-cü il tarixədək qanunsuz işə cəlb edilməyi sübuta yetirilsin. Lakin, Gəncə Şəhər Məhkəməsi vəsatətini təmin etməmiş və Cavabdehndə “işçilərin işə davamiyyət” jurnalının mövcud olmadığını bildirmişdir.
12. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 16 aprel 2025-ci il tarixdə imzalanmış məktubundan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, son haqq-hesab ödənilməmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2025-ci il tarixli, 2(104)-316/2025 saylı qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən, məruzəçi), Fikrət Mehtiyev və Rəhman Muradov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni “son haqqhesabın ödənilməsinin təmin edilməməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə qismən təmin edilmiş və iddiaçıya əmək müqaviləsinə xitam verildiyi günə, yəni 04 may 2023-cü il tarixədək ödənilməmiş son haqq-hesabın hesablanaraq ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda iddiaçı, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə görə hazırkı vaxtadək əmək haqqının və son haqq-hesabın verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyini göstərmişdir. İddiaçı ilə 01 dekabr 2021-ci il tarixli, 64 saylı əmrlə əmək müqaviləsi bağlanmış və 04 may 2023-cü il tarixli, 15 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı, 18 aprel 2023cü il tarixdə işdən azad olunması barədə Cavabdeh sədrinə ərizə ilə müraciət etmiş və məhkəmə sədrinin 12 iyun 2023-cü il tarixdə onun işdən azad olduğunu bildirmişdir. Lakin ona məxsus əmək kitabçasını ala bilmədiyini, ancaq 20 iyul 2023-cü il tarixdə 2 ay 17 gündən sonra əmək kitabçasını aldıqdan sonra 04 may 2023-cü il tarixdə, əmək müqaviləsinə xitam verildiyini bilmişdir. Halbuki o, 12 iyun 2023-cü il tarixədək işdə olmuşdur.
15. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə ayd a bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri). Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
16. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmi ş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüquq unun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. Birincisi, əmək haqqının verilməsi gecikdirilməli; ikincisi, bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.
17. Göründüyü kimi, normanın tətbiqində qeyri-müəyyənlik yaradan məsələ əmək haqqının gecikdirilməsinin fərdi əmək mübahisəsinə səbəb olduğu halda ödəncin verilibverilməməsi ilə bağlıdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 16-cı hissəsində və 287-c i maddəsində fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığı kimi müəyyən edilmişdir.
19. Əvvəla, Əmək Məcəlləsinin 288-ci maddəsinin d) bəndinə görə, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisəsinin predmetinə daxildir. Qeyd edildiyi kimi, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq o lunan təsir tədbiri kimi çıxış edir.
20. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hü quqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əmək haqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əmək haqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də, mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir. Halbuki, qanunverici Əmək Məcəlləsinin 178-ci maddəsinin 1ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəmə yə borclu olduğunu təsbit etmişdir. Nəzərə alınmalıdır ki, fərdi əmək mübahisəsi olduğu halda ödəncin verilməməsi işçilər arasında qeyri-bərabər vəziyyət yarada bilər.
22. Ona görə də məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hallarından göründüyü kimi tərəflər arasında mübahisə məhz cavabdehin iddiaçıya ödənilməmiş əmək haqqı və son haqq-hesab və vurulmuş mənəvi zərərin ödənilməsi iddiası əsasında yaranmışdır.
23. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin 04 may 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək hesablanmaqla ödənilməmiş əmək haqqı tələbi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin tarixlərdə işlədiyini, lakin həmin dövr üçün əmək haqqının ödənilməməsini qeyd etsə də, həmin tarixlərdə işləməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. 2
4. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, qanunvericiliyə görə, işçiyə vurulmuş mənəvi ziyan dedikdə- işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
26. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə də ymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə- işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. 28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbay can Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “mənəvi zərər” anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsi ndə fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Hazırkı iş üzrə iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, əmək funksiyasını yerinə yetirməyə cəlb olunduğuna əsaslanmaqla həmin dövr üzrə əmək haqqının, son haqq-hesabın, habelə cavabdehin əməli nəticəsində ona vurulduğunu bildirdiyi mənəvi ziyanın əvəzi nin ödənilməsini xahiş etmişdir. Lakin iddiaçı yuxarıda qeyd olunan halları təsdiq edən heç bir mötəbər sübut məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.
29. Məhkəmə kollegiyası bununla bərabər qeyd etmişdir ki, iddiaçı 04 may 2023-cü il tarixdən işdən çıxarılsa da, həmin tarixədək ona son haqq-hesab ödənilməmişdir.
30. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1, 69.2, 83.2, 172.6, 254.1, 290.2, 290.3, 300-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına, habelə MPM-in 4.1, 77.1, 81, 88, 217.3, 384.0.3 və 385.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsind ə icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində qismən ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
32. İddiaçı kassasiya şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, Əmək Məcəlləsinin 83, 172-ci, habelə MPM-in 9.3 və 217-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqlarının müdafiəsi tam təmin edilməmiş, əmək hüquqlarının pozulması müəyyən edilsə də aşkar edilmiş pozuntuların ona mənfi təsirləri, sarsıntı və iztirab verməsi nəzərə alınmamış, son haqq-hesabın sonuncu iş günü verilməməsilə bağlı cavabdehin hərəkətlərinə iddiaçının məhkəmədə iddia etdiyi, işdən çıxarılmağı barədə gec məlumat verilməsi xüsusatı ilə əlaqəli şəkildə təhlil etməmişdir. Belə ki, cavabdehin onun son haqq hesabımın verilməsinin son iş günündə həyata keçirilməli olmağını, ixtisasca hüquqşünas olan məhkəmə sədri vəzifəsində işləyən hakimin Əmək Məcəlləsinin tələblərini bilməməsi inandırıcı deyil. Belə olan halda son haqq-hesabın axırıncı iş günü işçiyə təqdim edilməli olması tələbi nədən yerinə yetirilməmişdir? Bu dediyi kimi onu işdə daha çox saxlamaq, digər məhkəmə iclas katibinin icra etmədiyi işləri ona icra etdirmək kimi məqsədlər daşımışdır. Əgər son haqq-hesabı işdən azad edildiyi gündən onu icra edilməmiş işlərə cəlb etmək mümkün olmayacaqdı. Məhz bu səbəbdən də o, Cavabdeh sədri tərəfindən məqsədli şəkildə aldadılmış və əlavə işlərə cəlb edilmişdir. Əks halda son haqq-hesabı vaxtında ödənilərdi. Ancaq məhkəmə kollegiyası göstərilən işin faktiki hallarını əlaqəli şəkildə şərh etməmişdir. Qətnamənin məzmunundan görünmüşdür ki, ona verilən əmək haqqı hesab olunan son haqq-hesabla hesablanmalı olan məbləğin ödənilməsi qeyd edilsə də əmək haqqının təminatı rolunu oynayan gecikdirilmiş hər gün üçün bir faiz ödənişin də tutularaq ödənilməsi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız məhkəmənin özünün irəli sürdüyü hüquqi dəlillərdən mülahizələrdən ibarətdir. Məhkəmə kollegiyası əmək məcəlləsinin tələblərini düzgün tətbiq etməməklə iddianın rədd edil miş hissəsində əsassız və qanunsuz qətnamə çıxarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
34. Maddə
68. Hissə
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
35. Maddə
68. Hissə
2. Bənd a) Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridə tərəflərdən birinin təşəbbüsüdür.
36. Maddə
69. Hissə
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
37. Maddə
69. Hissə
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
38. Maddə
69. Hissə
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
39. Maddə
83. Hissə
3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
40. Maddə
83. Hissə
4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü öd ənilməlidir.
41. Maddə
110. Hissə
1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
42. Maddə
110. Hissə
3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qayaları məhdudlaşdırıla bilməz.
43. Maddə
135. Hissə
1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.
44. Maddə
135. Hissə
2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş qaydada və məbləğdə kompensasiya ödənilir.
45. Maddə
154. Hissə
1. Əmək haqqı- müvafiq iş vaxtı ərzində əmək funksiyası nı yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
46. Maddə
172. Hissə
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir.
47. Maddə
172. Hissə
6. İşçinin əmək kitabçasının bu Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
48. Maddə
173. Hissə
1. İşəgötürən əmək haqqının he sablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işsçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.
49. Maddə
173. Hissə
2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər- tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.
50. Maddə
173. Hissə
3. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir.
51. Maddə
290. Hissə
2. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.
52. Maddə
290. Hissə
3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
53. Maddə
300. Bənd
1. Əgər, işəgötü rən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanu nvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı
54. Bənd 1. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərər” anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istin ad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunu b-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsində mübahisələndirilsə də, qətnamə prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
66. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 04 may 2023-cü ildən 20 iyul 20 23-cü il tarixədək ödənilməmiş əmək haqqı və son haqq-hesabın tutulması tələbinə aid hissədə gəldiyi nəticəni tam, hərtərəfli və obyektiv araşdırmayıb.
67. Belə ki, işdən görünür ki, iddiaçı, 01 dekabr 2021-ci ildə işəgötürənin adına ərizə yazaraq, işlə təmin edilməsini xahiş edib və işəgötürənin 01 dekabr 2021-ci il tarixli, 64 saylı əmrinə və tərəflər arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli əmək müqaviləsinə (kontrakta) əsasən iddiaçı, 3 ay sınaq müddətinə, hər ay 730 manat əmək haqqı ödənilməklə cavabdehdə “məsləhətçi (məhkəmə iclas katibi) vəzifəsinə işə qəbul edilib. 18 aprel 2023-cü il tarixdə iddiaçı, işəgötürənin adına ərizə yazaraq, onun tutduğu vəzifəsindən azad edilməsini xahiş edib. 23 may 2023-cü il tarixdə iddiaçının ərizəsi cavabdeh tərəfindən daxil olma nömrəsi veri lməklə və onun üzərinə ştamp vurulmaqla qəbul edilib. 04 may 2023-cü il tarixdə isə işəgötürən ərizənin üzərinə dərkənar qoyaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və onun işdən azad olunması barədə əmr hazırlanmasını xahiş edib. 04 may 2023-cü il tarixdə işəgötürənin 15 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 04 may 2023-cü il tarixdən xitam verilib.
68. Daha sonra, işdən görünür ki, 20 iyul 2023-cü il tarixdə iddiaçı yazılı qəbz verməklə cavabdehdə saxlanılan əmək kitabçasını təhvil alıb. 25 fevral 2025-ci il tarixdə isə cavabdehin nümayəndəsi məhkəməyə yazılı ərizə verərək, iddiaçının işdən azad olunduğu 04 may 2023-cü il tarixədək istifadə etmədiyi məzuniyyət günlərinə görə son ha qq-hesabın ödənilməsi hissəsində iddianın təmin olunmasına etiraz etmədiyini bildirib.
69. Əvvəla, iddia ərizəsindən görünür ki, iddiaçının cavabdehə qarşı tələbi- 04 may 2023-cü ildən 20 iyul 2023-cü il tarixədək ödənilməmiş əmək haqqı; son haqq-hesabın və mənəvi ziyana görə 50.000 manatın ödənilməsindən ibarət olduğu və onun cavabdehə qarşı əmək müqaviləsinə xitam verildiyi, yəni 04 may 2023-cü il tarixədək son haqqhesabın hesablanaraq ödənilməsi barədə hər hansı tələbi olmadığı halda, apellyasiya instansiyası məhkəməsi MPM-in 218.3-cü maddəsinin tələbini pozaraq iddia tələbindən kənara çıxıb və iddiaçının vermədiyi tələb üzrə qətnamə çıxardıb. Halbuki, sözügedən normanın mənasına görə, işə baxan məhkəmə qanunda göstərilən müstəsna hallar olmadıqda iddia tələbindən kənara çıxa bilməz.
70. Bu normanın mahiyyəti ondan ibarətdir ki, məhkəmə iddia tələbini əsaslı hesab etdikdə onu məhz iddiaçının iddia ərizəsində göstərdiyi həcmdə, yəni ondan kənara çıxmamaqla təmin etməlidir.
71. Şərh olunan maddənin tətbiqində praktiki əhəmiyyət və çətinlik törədən məsələlərdən biri də maddənin mətnindəki “iddia tələbindən kənara çıxmaq” ifadəsinin özündə ehtiva etdiyi məna ilə bağlıdır.
72. Belə ki, hər bir iddia tələbi müəyyən predmet üzrə, müəyyən əsaslarla və müəyyən həcmdə irəli sürülür ki, bunların dəyişdirilməsi səlahiyyəti isə MPM-in 53-cü maddəsinə əsasən, yalnız iddiaçıya məxsusdur.
73. Göründüyü kimi, mülki prosessual qanunvercilikdə məhkəmənin öz təşəbbüsü və ya öz mülahizəsi ilə iddianın predmetini, əsasını və həcmini dəyişdirmək səlahiyyəti nəzərdə tutulmayıb. Bu mənada iddi a tələbindən kənara çıxma faktiki olaraq iddianın həm predmetindən, həm əsasından və həm də həcmindən kənara çıxmaqda ifadə oluna bilər.
74. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə baxan məhkəmə iddia tələbindən yalnız o, halda kənara çıxa bilər ki, bu, müstəsna hal kimi qanunda birbaşa nəzərdə tutulmuş olsun. Burada müstəsna hal dedikdə isə, işə baxan məhkəmənin mülahizəsinə görə müstəsna hesab edilən hal deyil, məhz qanunda göstərilən müstəsna hal başa düşülür.
75. Hazırkı halda, apellyasiya instansiyası məhkəməsi, qeyd olunan hallara diqqət yetirmədən, habelə iddiaçının vermədiyi tələb üzrə qətnamə çıxarmaqla və onun verdiyi tələb üzrə isə iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamaqla, yuxarıda sadalanan maddi və prosessual hüquq nor malarının tələblərini pozub.
76. Digər tərəfdən, işdən görünür ki, iddiaçı, 18 aprel 2023-cü il tarixli ərizəsində əmək münasibətini dayandırmaq istədiyi günü göstərmədən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş edib və 1 ay 5 gündən sonra həmin ərizənin üzərinə cavabdehin 23 may 2023-cü il daxil olma ştampı vurulmaqla, daxil olma nömrəsi verilib, işəgötürən isə 04 may 2023-cü il tarixdə ərizənin üzərinə əmək müqaviləsinə xitam verib işdən azad olunması barədə əmr hazırlanmasına dair 19 gün geri tarixlə dərkənar qoyub.
77. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə qeyd olunan hallar, habelə iddiaçının “04 may 2023-cü ildən 20 iyul 2023-cü il tarixədək işəgötürən tərəfindən əmək haqqı ödənilmədən işlədilməsinə və ona həmin tarixədək son haqq-hesabın ödənilməməsinə” d air tələbləri üzrə heç bir araşdırma aparmadan, iddiaçının 18 aprel 2023-cü il tarixli ərizəsində əmək münasibətini dayandırmaq istədiyi günü göstərməməsini, 1 ay 5 gündən sonra həmin ərizənin üzərinə cavabdehin 23 may 2023-cü il daxil olma ştampı vurulmaqla, daxil olma nömrəsi verilməsini, işəgötürənin ərizənin üzərinə əmək müqaviləsinə xitam verib işdən azad olunması barədə əmr hazırlanmasına dair 19 gün geri tarixlə, yəni 04 may 2023-cü il dərkənarı qoymasını nəzərə almadan, ərizənin verilməsi, onun qeydə alınması və əmrin hazırlanması tarixləri arasındakı açıq-aşkar ziddiyyətlərə aydınlıq gətirmədən, iddiaçının iddia etdiyi tarixlərdə cavabdehdə faktiki işləməməsinə dair işin halları barədə səhv nəticəyə gəlib.
78. Halbuki, cavabdehin özünün məhkəməyə təqdim etdiyi qeyd olunan sənədlər lə də iddiaçının ən azından 23 may 2023-cü il tarixədək işdə olduğu və onunla bağlanmış əmək müqaviləsinə əslində faktiki olaraq 23 may 2023-cü il tarixdən sonra xitam verildiyi təsdiq olunur. Bu fakt cavabdeh tərəfindən əmək kitabçasının iddiaçıya 20 iyul 2023-cü il tarixli yazılı qəbzlə verilməsi ilə də sübut olunur.
79. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin a) bəndində göstərilir ki, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür.
80. Həmin Məcəllənin 69-cu məddəsinin 1, 2-ci hissələrinin tələblərinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazalı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabın aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
81. Normanın adından da göründüyü kimi bu norma əmək müqaviləsinin işəgötürən tərəfindən deyil, məhz işçi tərəfindən ləğv edilməsinin qaydasını tənzimləyir.
82. Hazırkı halda da tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin təşəbbüskarı qismində də Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən, məhz iddiaçı özü çıxış etmişdir. Başqa sözlə, sözügedən norma işçinin əmək müqaviləsini ləğv etmək hüququnu, Əmək Məcəlləsinin 69-cu maddəsi isə həmin hüququn necə realizə olunması qaydasını tənzimləyir.
83. Nəzərə alınmalıdı r ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi vardır- işçi və işəgötürən. Əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir. İşəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir.
84. Hazırkı halda iddiaçı, 18 aprel 2023-cü il tarixli ərizəsində cavabdehlə əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyi üçün, işəgötürənin ən azından bir aylıq xəbərdarlıq müddətini gözləmədən 23 may 2023-cü il tarixdə rəsmi qeydə alınmış ərizəsinin üzərinə 19 gün geri tarixlə, yəni 04 may 2023-cü il tarixdə dərkənar qoyub, 23 may 2023-cü il tarixədək iddiaçıya əmək haqqı, son haqq-hesab ödəmədən, onunla bağlanmış əmək müqaviləsinə geri tarixlə, yəni 04 may 2023-cü il tarixdən xitam verməklə Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinin tələblərini nəzərə almayıb. Halbuki, həmin normanın mənasına görə, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
85. Daha sonra, cavabdehin nümayəndəsinin izahatı ilə müəyyən olunur ki, iddiaçıya nəinki 23 may 2023-cü il tarixədək, hətta onunla bağlanmış əmək müqaviləsinə xitam veridiyi 04 may 2023-cü il tarixədək belə ona istifadə etmədiyi məzuniyyət günlərinə görə son haqq-hesab ödənilməyib.
86. Məlum olduğu kimi əmək qanunverciliyinə görə, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri ilə rəsmiləşdirilir. Əmrdə müqavilənin ləğv edilməsinin hüquqi əsasları, xitamın tarixi, işçiyə ödənilməli olan ödənişlər və.s göstərilməlidir. İşəgötürən son iş günü əmrin surətini, əmək kitabçasını, hesablanmış son haqq-hesabı və.s işçiyə təqdim etməlidir. Əmək müqaviləsinə xitam verildiyi gün işçinin son iş günü hesab olunur. İşdən çıxarılma ilə əlaqədar işçiyə ödənilməli olan bütün məbləğlər işdən çıxarıldığı gün ödənilməlidir. “Bütün ödənişlər” dedikdə isə əmək müqaviləsinə xitam verilməsi tarixinədək fakt iki işlənmiş günlər üçün əmək haqqı; istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyası; qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş işdənçıxarma müavinətləri nəzərdə tutulur.
87. Əmək müqaviləsinə xitam verildiyi tarixədək faktiki işlənmiş günlər üçün əmək haqqı müqavilənin ləğv edilmə əsaslarından asılı olmayaraq ödənilir. Həmçinin əmək müqaviləsinə xitam verilmə səbəbindən asılı olmayaraq işçiyə müvafiq iş ilində istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, yəni kompensasiya ödənilir. İşdən çıxarılma müavinətinin ödənilməsi isə həm qanunla, həm tərəflərin razılığı ilə, həm də təşkilatın özünün normativ hüquqi aktı ilə təmin edilə bilər.
88. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi- iddianın 04 may 2023-cü ildən 20 iyul 2023-cü il tarixədək ödən ilməmiş əmək haqqı və son haqqhesabın tutulması tələbinin rədd olunması hissəsində qanunilik və əsaslılıq baxımından MPM-in 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Halbuki, həmin normanın mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
89. İddia tələbinin mənəvi ziyana görə 50.000 manat pul tələbinin təmin olunmaması hissəsinə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbini bu hissədə təmin etməməklə işə baxan məhkəmələr düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- iddianın 04 may 2023-cü ildən 20 iyul 2023-cü il tar ixədək əmək haqqı və son haqq-hesabın hesablanaraq ödənilməsi tələblərinin təmin olunmaması hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
90. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2025-ci il tarixli, 2(104)-316/2025 saylı qətnaməsi qismən - iddianın 4 may 2023-cü ildən 20 iyul 2023-cü il tarixədək əmək haqqı və son haqq-hesabın hesablanaraq ödənilməsi tələblərinin təmin olunmaması hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.