Məhkəmə qərarları › İş №2(004)-1218/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1218/2025

06.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1218/2025 06.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2017-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı il təvəllüdlü bacısı X3 xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Kürdaxanlı qəsəbəsi Ləhic bağlarında bağ evində gündüz saatlarında ölmüşdür. Həmin vaxt Bakı şəhər Təcili və X9 Stansiyasına zəng vurmuşlar. Təcilli Tibbi yardım həkimləri gəlmiş, lakin bacısı X3 həkimlər gələnədək vəfat etmişdir. Hazırda zərurət yarandığından ölüm haqqında şəhadətnamə ala bilmirlər. Bunun üçün də mərhumun adına olan əmlak barəsində vərəsəlik işi açıla bilmir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Respublika Təcilli və X7 Mərkəzi” publik Hüquqi şəxsə verdiyi sorğuya həmin qurum 22 noyabr 2024-cü il tarixli 18-1- 88/2-Ə-42-113/2024 saylı məktubunda bildirmişdir ki, çağırış vərəqələri (AZS 110/Q) üçün saxlanma müddəti 1 (bir) il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən xx.xx.1966cı il təvəllüdlü X3 adına xx.xx.2017-ci il tarixdə Bakı şəhər Təcili və X7 Stansiyasına çağırış daxil olması barədə məlumat verə bilmirlər. Bakı şəhəri Maraqlı şəxsnə ölüm haqqında Şəhadətnamənin verilməsi barədə müraciət etsə də xx.xx.2024-cü il tarixli, 3-16-5xx-xx- 3921/24 saylı məktubla imtina verilmişdir və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, bacısı X3 xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Kürdaxanı qəsəbəsi, Ləhic bağlarında bağ evində gündüz saatlarında vəfat etmişdir. Həmin gün özü də orada olmuşdur. Bacısını səsləmiş, lakin cavab verməmişdir. Ailələrində ürək-damar xəstəliyi olanlar vardır. Mərhum ailə həyatı qurub ayrılmış, lakin övladı olmamışdır. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, bacısı X1 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Respublika Təcilli və X7 Mərkəzi” publik Hüquqi şəxsin Ərizəçi ünvanladığı 22 noyabr 2024-cü il tarixli 18-1- 88/2-Ə-42-113/2024 saylı məktubunda bildirmişdir ki, çağırış vərəqələri (AZS 110/Q) üçün saxlanma müddəti 1 (bir) il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən xx.xx.1966-cı il təvəllüdlü X3 adına xx.xx.2017-ci il tarixdə Bakı şəhər Təcili və X7 Stansiyasına çağırış daxil olması barədə məlumat verə bilmirlər. İş materiallarında olan qəbirüstü abidənin fotoşəklindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZE seriyalı, 02164270 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X10 ifadəsində bildirmişdir ki, ərizəçi dostunun xalası qızıdır. Həmin gün mərhumun vəfat etməsi ilə bağlı dostu X2 zəng edilərək məlumat verilmişdir. Həmin vaxt dostunun yanında olmuşdur. Onlar gedəndə təcili tibbi yadım xidməti də orada olmuşdur. Onlar oraya gedəndə mərhum artıq vəfat etmişdi. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Mərhumun ürəyində problemlər olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, ərizəçi xalası qızıdır. Mərhum Ləhic bağlarında bağ evində vəfat etmişdir. Həmin gün mərhumun bacısı bu barədə ona zəng edib məlumat vermişdir. Dostu ilə birlikdə oraya getmişdir. Onlar gedəndə təcili tibbi yardım xidməti də orada olmuşdur. Sonradan mərhumun nəşini məscidə aparmışlar. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Mərhum xalası oğlu ilə ailə həyatı qurub ayrılmış, lakin övladı olmamışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X3 ərizəçinin bacısı olmuşdur. xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun əri olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin ərinin ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə bacısının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin bacısı xx.xx.1966-cı il təvəllüdlü X1 xx.xx.2017-ci il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahidlərin ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X1 xx.xx.2017-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar