Məhkəmə qərarları › İş №2(004)-1227/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1227/2024

04.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1227/2024 04.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının qeydə alınması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının qeydə alınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il tarixində anadan olmuş X3 xx.xx.2012-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsinin maraqlı şəxs - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayonu Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X9 onun atasıdır. O, xx.xx.2012-ci il tarixində vəfat etmişdir. Hüquqi savadsızlıq ucbatından bu günədək onun ölüm haqqında şəhadətnaməsini almaq üçün tərəfindən müraciət edilməmişdir. Atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün ilk öncə tərəfindən Bakı şəhəri Maraqlı şəxsnə müraciət edildi. Müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli, 3-165/8-15/4887/23 saylı məktubla bildirildi ki, “Sizin, X9 ilə Ermənistanın Allahverdi rayonunda 1981-ci il tarixində qeydə alınmış nikah haqqında şəhadətnamənin bərpa edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə xx.xx.2023-cü il tarixdə daxil olmuş müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Nikah haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvələr olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, Maraqlı şəxs nikah akt qeydinin bərpa edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyinizi məsləhət görür”. Qeyd etmişdir ki, tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət edilsə də imtina məktubunda bu məzmunda bir cavab verilmişdir. Yeni imtina məktubunun əldə olunması üçün cavabdeh orqana tərəfindən xx.xx.2023-cü il tarixində təkrar müraciət də edilmişdir. Hal-hazırda atası -X4 dair ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Qoşmaya əlavə edilmiş Xızı rayonu Yeni Yaşma bələdiyyəsindən verilmiş 15 saylı, xx.xx.2023 tarixli arayışdan göründüyü kimi atası - X10 Bakı şəhəri Təcili və X2 stansiya 5 saylı yardımçı stansiya tərəfindən verilmiş 86 saylı, xx.xx.2012-ci il tarixli arayışda göstərildiyi kimi 26 oktyabr 2012-ci ildə vəfat etmişdir və həqiqətən Xızı rayonu Yeni Yaşma kənd qəbirstanlığında dəfn olunmuşdur. Arayışa qoşma olaraq əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi - X4 məxsus məzarın üzərində ucaldılan abidəyə nəzər saldıqda müəyyən etmək olur ki, o, xx.xx.1960-cı ildə dünyaya gəlib və xx.xx.2012-ci il tarixində vəfat etmişdir. Həmin abidə övladları tərəfindən xatirə olaraq ucaldılmışdır. Qoşmaya əlavə edilmiş məzarlıq fotoşəkilindən də göründüyü kimi həmin məzarlıq ailə məzarlığıdır. Fotoşəkildən də göründüyü kimi atasının məzarının yanında anasının və atasının, həmçinin mərhum qardaşı - X5 məzarı var. Qoşmaya əlavə edilmiş 5 saylı Təcili tibbi yardım stansiyası tərəfindən verilmiş 86 saylı, xx.xx.2012-ci il tarixli arayışdan da göründüyü kimi X9 adına çağırış daxil olmuş, çağırışı 5 saylı KYS-nın həkimi Zeynalov Ə. yerinə yetirmiş və X3 vəfat etdiyini qeyd etmişdir. Qoşmaya əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat Miqrasiya xidmətinin MAPS üzrə məlumat şöbəsinin arayışından da göründüyü kimi X9 xx.xx.1960-cı ildə dünyaya gəlmişdir, xx.xx.1987-ci ildən ünvan 1 ünvanında qeydiyyatdadır. Qoşmaya əlavə edilmiş 462807 saylı doğum haqqında şəhadətnamədən də göründüyü kimi onun X1, anası Nümayəndədır. İşə baxılan zaman ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1960-cı il təvəllüdlü X3 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, X1 xx.xx.2012ci il tarixində vəfat etmişdir. O, hüquqi savadsızlıq ucbatından bu günədək onun ölüm haqqında şəhadətnaməsini almaq üçün heç yerə müraciət etməmişdir. Hal-hazırda atasının ölüm haqqında şəhadətnaməsini almaq zəruridir. Onu Xızı rayonunda dəfn etmişlər. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxsnə məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin məhkəməyə məktub ünvanlayaraq, nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, ərizəçi onun bacısıdır. Onun X1 içki içdiyi üçün xəstə idi və 2012-ci il tarixdə serozdan rəhmətə getmişdir. Onu Xızı rayonunda dəfn etmişlər. O, X3 26 oktyabr 2012-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etmişdir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Oktyabr rayonunun Qeydiyyat Şöbəsinin İX-ЖГ №462807 saylı, 29 dekabr 1983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası isə Nümayəndədır. - Bakı şəhəri Təcili və X2 Stansiyasının 05 saylı yardımçı stansiyasının 86 saylı, xx.xx.2012-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən X9 xx.xx.2012-ci il tarixdə saat 11:25 radələrində ünvan 1 ünvanında vəfat etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Nümayəndə ünvanladığı 3-165/8-15/4887/23 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Nikah haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvələr olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, Maraqlı şəxs nikah akt qeydinin bərpa edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. - Azərbaycan Respublikası Xızı rayonu X7 15 saylı, 21 dekabr 2023-cü il tarixli arayışına əsasən X9 xx.xx.2012-ci il tarixində vəfat etmiş və həqiqətən Xızı rayonu Yeni Yaşma kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X9 həqiqətən də xx.xx.2012-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X3 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar