Məhkəmə qərarları › İş №2(004)-1251/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1251/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1251/2021 10.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMM-yə qarşı mənzilin və qyeri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMM-yə qarşı mənzilin və qyeri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMM tərəfindən ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının İ blok, 20-ci mərtəbəsi, mansard daxil olmaqla, ümumi sahəsi 750.0 kv.m olan 6 otaqlı 73b saylı mənzilin və Yasamal rayonu, məhəllə 405, Z.Əhmədbəyov küçəsi, bina 2 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, zirzəmi mərtəbədə, ümumi sahəsi 100.0 kv.m olan qeyri-yaşayış, avtodayanacaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclası xx.xx.2021-ci il tarixə, saat 15:30-a təyin edilmişdir. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin geri qaytarılması və mülki işin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini geri götürdüyündən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMM-yə qarşı mənzilin və qyeri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair 2(004)-1251/2021 nömrəli mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar