Məhkəmə qərarları › İş №2(004)-1255/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1255/2023

30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1255/2023 30.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, atası X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirir ki, atası X6 xx.xx.1956-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Mərhum xx.xx.2022ci il tarixdə yaşadığı evdə dünyasını dəyişmişdir. Atasının səhhəti pisləşdiyindən təcili tibbi yardım çağırsalar da, həkimlər gələnə kimi o artıq dünyasını dəyişmişdir. Təcili Tibbi və X2 həkimlər gələn zaman yalnız onlara aid ünvanda kişi cinsindən meyit aşkar edilməsi barədə arayış vermişdir. Onun tərəfindən X4 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhər Baş Səhiyyə İdarəsi Publik Hüquqi şəxsi 19 nömrəli şəhər Poliklinikasına ərizə ilə müraciət edilsə də, mərhumun ölümünə səbəb olacaq xəstəliklər barəsində heç bir sənəd təqdim olunmadığından və xəstəliklə bağlı poliklinikaya heç zaman müraciət edilmədiyindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması gələcəkdə yarana biləcək hüquq münasibətlərinin sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Atası 9 il müddətində cəzaçəkmə müəssisəsində olmuşdur və azadlığa çıxdıqdan sonra evə qayıtmış, bir müddət sonra evdə vəfat etmişdir. Atasının heç bir xəstəliyi barədə tibbi sənədi olmamış, ona görə də qeydiyyat şöbəsinə təqdim edilməmiş, xəstəliklə bağlı poliklinikaya heç bir zaman müraciət edilməmiş və qəflətən ölmüşdür. Mərhum ev şəraitində vəfat etmiş və hadisə vaxtı evdə ondan başqa bacısı olmuşdur. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təcili və X5 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 0884 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən müəyyən edilir ki, X3 adına Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 10 ünvanına çağırış daxil olmuş, həkimə qədər ölüm, 65 yaşlı kişi meytinin olması qeyd edilmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə Mərkəzi 19 saylı şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvan 2 ünvanında yaşamış və xx.xx.2022-ci il tarixdə vəfat etmiş xx.xx.1956-cı il təvəllüdlü X3 ölümünə səbəb ola biləcək xəstəliklər barədə heç bir tibbi sənədinin olmaması və təqdim edilməməsi, xəstəliklə bağlı poliklinikaya heç vaxt müraciət etməməsi və qəfləti ölüm baş verməsi səbəbindən poliklinika tərəfindən onun barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx/xx-5822/15 mömrəli məktuba əsasən müəyyən edilir ki, X3 ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümünün qeydiyyata alınması mümkün olmamışdır. İş materiallarında olan Yasamal rayon bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 350 nömrəli arayışa əsasən müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində bildirmişdir ki, mərhumun qızıdır. Mərhum cəzaçəkmə müəssisəsindən qısa müddətdir ki, çıxmış və demək olar ki, bütün orqanları xəstə olmuşdur. Onlar atası ilə birlikdə Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 4 ünvanında yaşamışlar. Həmin vaxt mərhumun yatmasını zənn etmişlər, daha sonra isə nəfəs almadığını gördükdə dərhal təcili yardım çağırmışlar. Həkimlər isə öldüyünü demişlər. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1956-cı il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar