Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1265/2022 01.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 11.08.1967-ci il təvəllüdlü mərhum atası X2 07.07.2018-ci il tarixində ünvan 1 ünvanında (qeydiyyatı: ünvan 2aşma bağları bağ evi) ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası 11.08.1967-ci il təvəllüdlü X5 07.07.2018-ci il tarixində ürək tutmasından vəfat etmişdir. Belə ki, 09.07.2018-ci il tarixli Sumqayıt şəhər Təcili və X3 Stansiyasının baş həkimi tərəfindən verilmiş arayışda qeyd olunur ki, 07.07.2018-ci il tarixdə saat 0106-da ünvan 6 (Qeydiyyatı: ünvan 3a bağları bağ evi) 1967-ci təvəllüdlü X5 adına “Ürəyi tutub” səbəbilə 122 nömrəli çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1967-ci təvəllüdlü X2 meyidini aşkar etmişdir. Vidadi İsmayılovun deməsinə görə mərhum ayaqyoluna girmiş və orada keçinmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zədə əlamətləri aşkar edilməmişdir. Hadisə barədə polisə məlumat verilmişdir.” (Arayışın təsdiq edilmiş surətini əlavə edilib) Bildirir ki, mərhum atası ilə anası boşandıqları səbəbindən onlar anası ilə yaşadığından atasının ölümünün qeydə alınmamasından xəbəri olmayıb. İşlə, təhsillə əlaqədar ailə üzvləri barədə məlumat tələb edilən zaman atasının öldüyünü qeyd etmişdir. Lakin yeni məlumat tutub ki, atasının ölümü qeydiyyata alınmamışdır. Belə ki, atası ürək tutmasından vəfat etdiyi və Xızı rayonu, Şurabad kənd qəbristanlığında dəfn olunduğu halda nədənsə ölüm barədə məlumat sistemə əlavə edilməmişdir. Atası vəfat etdiyi halda, hələ də sistemdə yaşayır kimi qalması qanunvericiliyin tələblərini kobud şəkildə pozur. O cümlədən, yuxarıda da qeyd etdiyi kimi işlə, təhsillə bağlı ailə üzvləri barədə verdiyi məlumatlar və sənədlərdə uyğunsuzluq yaranır. Odur ki, bunun aradan qaldırılması, əlavə hansısa problemlərin yaranmaması üçün atasının ölümünün qeydə alınması zəruridir. Bu səbəbdən aidiyyəti qaydada Sumqayıt Qeydiyyat Şöbəsinə getsə də, 06.01.2022-ci il tarixli imtina cavabı ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinin tələbinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003- cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasf’nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Qeyd olunan işin hallarına, qanunvericilik aktlarına əsasən bildirir ki, mərhum atası X5 07.07.2018-ci il tarixində ürək tutmasından vəfat etdiyi halda onun ölümü qeydə alınmamış və bundan da məlumatı olmamışdır. Olsaydı vaxtında müraciət edərək ölümü qeydə aldırardı. Hazırda ölümün qeydə alınmaması onun yuxarıda da qeyd etdiyi kimi işlə, təhsillə bağlı ailə üzvləri barədə verdiyi məlumatlarla elektron bazada olan məlumatlar arasında ziddiyyət yaranır ki, bu da problem yaradır. İşin hallarından da göründüyü kimi, məlumatı olan kimi dərhal aidiyyəti qaydada qeydiyyat orqanına müraciət etsə də, orqan ona yuxarıdakı şəkildə imtina vermişdir. Bu səbəbdən hüquqi əhəmiyyətli faktın tanınması üçün aidiyyəti qaydada məhkəməyə müraciət etmək məcburiyyətindədir Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 11.08.1967ci il təvəllüdlü X2 07.07.2018-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməsinin əsas məqsədi atası ilə bağlı olan sənədləşmə işlərinin aparılması ilə bağlıdır. Maraqlı şəxs Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, AZE № 17938523 saylı şəxsiyyət vəsiqəsi üzrə X5 11.08.1967-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 yanvar 2022-ci il tarixli, 05/Q-36/15 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər qeydiyyat Şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün deyil. Sumqayıt şəhər Səhiyyə şöbəsi Təcili və X3 Stansiyasının 09.07.2018-ci il tarixli Arayışından görünür ki, 07.07.2018-ci il tarixdə saat 01:06 dəqiqədə ünvan 6 ünvanına çağırış olmuşdur. Çağırış yerinə gələn briqada ünvanda həkimə qədər ölmüş kişi cinsli meyit aşkar etmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zədə əlamətləri aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 (şəxsiyyət vəsiqəsi AA № ********) ifadə verərək bildirdi ki, o mərhum X2 qardaşının oğludur. Mərhum 07.07.2018-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmiş, Xızı rayonu, Şurabad kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 (şəxsiyyət vəsiqəsi AZE № ********) ifadə verərək bildirdi ki, o mərhum X2 xalasının oğludur. Mərhum 07.07.2018-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmiş, Xızı rayonu, Şurabad kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X2 11.08.1967-ci ildə doğulduğu, 07.07.2018-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 ərizəçinin atası olmuşdur. 07.07.2018-ci il tarixdə vəfat etmişdir. X1 rayonu, Şurabad kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun atası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin atasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin atası X2 07.07.2018-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11.08.1967-ci ildə doğulmuş X2 07 iyul 2018-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1265/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1265/2022
01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver