Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1303/2023 10.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 26 oktyabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi və müvafiq şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi X5 ərizəsini onunla əsaslandırmışdır ki, Onun atası X3 26 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə Təcili və X1 PHŞ həmin tarixdə ölüm haqqında xəbərdarlıq vərəqəsi də vermişdir. Həmin 26 oktyabr 2022-ci il tarixli arayışla da müəyyən olunur ki, həkimə qədər X3 vəfat etmişdir. Ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs 05/76-516/15 saylı, xx.xx.2022-ci il tarixli məktubla cavab verərək ölüm haqqında şəhadətnaməni verməkdən imtina etmiş və məktubunda göstərmişdir ki, X2 ölümü barədə tibbi arayış təqdim edilmədiyinə görə məhkəməyə müraciət olunmalıdır. X3 26 oktyabr 2022-ci il tarixdə Yasamal rayonunda yerləşən qəbirstanlığda dəfn olunmuşdur. X2 26 oktyabr 2022-ci il tarixdə ölməsi faktı müəyyən edilməli və müvafiq şəhadətnamə verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə olunmalıdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı, 06148306 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 17 noyabr 1950-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatda alınmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X7 “Bakı Baş Səhiyyə Mərkəzi” X7 3 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli, 623 saylı məktubunun surətindən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X2 ölüm səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”-nin verilmə qaydasının 4.4.5-ci bəndinə əsasən poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün deyildir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx/xx-5161/15 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, X2 ölüm haqqında tibbi şəhadətnaməsi təqdim olunmadığı üçün ölümün qeydə alınması qeydiyyat şöbəsinin imkanı xaricindədir. Azərbaycan Respublikasi Təcili və X4 Stansiyasının 5 saylı bölməsinin 0648 nömrəli, xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx.xx.2022ci il tarixdə Bakı şəhəri, Tbilisi prospekti, ev 43, mənzil 39 ünvanına X2 adına çağırış daxil olmuş, 23:36-da xəstənin yanına gəlmə vaxtı qeyd olunmuş, çağırışı 5 saylı bölmənin həkimi Əfəndiyev Vaqif yerinə yetirmişdir. Həkimə qədər kişi cinsli meyid aşkar olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 17 noyabr 1950-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17 noyabr 1950-ci il tarixində Bakı şəhərində anadan olmuş X2 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1303/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1303/2023
10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver