Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1311/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X8 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə Cavabdeh qarşı avtomobilin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə Cavabdeh qarşı avtomobilin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmuş 2013-ci il buraxılış ili olan, “Seat İbiza” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdə Cavabdeh adından müəyyən addımları atması üçün etibarnamə vermişdir. Həmin etibarnaməni verməkdə niyyəti cavabdehlə arasında müəyyən işlərin görülməsi niyyəti ilə qarşılıqlı razılaşmalarına əsasən olmuşdur. Cavabdeh həmin etibarnamə əsasında mülkiyyətində olan “Seat İbiza” markalı, 2013-ci il buraxış ili olan **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ondan idarə etmək üçün götürmüş və bir daha geri qaytarmamışdır. Bildirmişdir ki, həmin avtomobilə o, etibarnamə verdikdən sonra cavabdehlə aralarında bir çox problemli məsələlər yaranmışdır. Belə ki, həmin nəqliyyat vasitəsi adına rəsmiləşdirilmiş, nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. Qarşılıqlı razılaşmalarına əsasən cavabdeh nəqliyyat vasitəsinin kredit borcunu ödəməli idi. Kreditor onun barəsində pul öhdəliyinin icrası ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsi çıxardığı qətnamə ilə pul tələbinin yuxarıda göstərilən avtomobilə yönəldilməsi və nəqliyyat vasitəsinin açıq hərracdan satılmasına dair qətnamə çıxarmışdır. Bundan sonra ona məlum olmuşdur ki, cavabdeh aralarında olan razılaşma üzrə öz öhdəliklərindən boyun qaçırmışdır. Onun cavabdehin adına verdiyi etibarnamənin müddəti də bitmişdir. Dəfələrlə cavabdehə avtomobili qaytarmasına dair müraciət etmiş olsa da, ondan bir məlumat gəlməmişdir. Hesab edir ki, avtomobil daşınar əmlak olduğu üçün faktiki olaraq onun qanunsuz istifadəsindən dəyən zərər ödənilməlidir. Belə ki, avtomobilin yağ, təkər, avtomobilin qanunsuz istifadə vaxtında xarab olan hissələrinin təmirinə ehtiyac olacaqdır. Avtomobilin xarici ölkə istehsalı olduğunu nəzərə alaraq həmin məbləğin xeyli miqdar tutacağı məlumdur. Onun iddia tələbi tam qanuni və əsaslıdır. Məhkəmə tərəfindən iş üzrə araşdırma aparılaraq sözügedən avtomobil aşkar edilərək cavabdehdən alınaraq ona qaytarılması zəruridir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, oğlu bankdan pul götürmüş, avtomobili bankda girov qoymuşlar. Cavabdeh onların səmimiyyətindən istifadə edib, ona "xxxx" ASC-nin işçisi kimi etibarnamə vermişlər, o da bildirmişdir ki, onların mülkiyyətindən tamamilə çıxacaq, borcları da bağlanacaq. Bu 2013-2014-cü illərdə olmuşdur. Hal-hazırda avtomobil yoxdur, cərimələrdə ünvana gəlir. Keçən aylara kimi avtomobillə bağlı Şəmkir yolundan, Qazax-Bakı yolundan radarlar gəlirdi, uşaqlar gedir kateqoriyanı dəyişməyə, minlərlə xərcə düşürlər. Onlar cavabdehə görə neçə ildir əziyyət çəkirlər. Cavabdeh 2014cü ildə onlara bildirmişdir ki, avtomobili verdiklərindən banka borcları yoxdur, əmlakı da mülkiyyətlərindən çıxardacaqlar. İcra şöbəsində icra vərəqəsi vardır. Həmin icra sənədində avtomobilə yönəltmə vardır. Lakin icra məmuru avtomobili tapa bilmir. Cavabdehdən əmlakının geri qaytarılmasını tələb edirlər. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil işə mahiyyəti üzrə baxılmasını tələb etmiş və iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, avtomobil ipoteka ilə yüklü edilmişdir. İddiaçı borcu ödəmədiyinə görə borcun avtomobilə yönəldilməsi barədə icra sənədi vardır. Cavabdeh ümumiyyətlə iddiaçını tanımır. Cavabdeh həmin vaxt bankın işçisi olub. Avtomobil bir gün də olsun cavabdehin sahibliyində və istifadəsində olmamışdır. Nümayəndəsinin dediyinə görə iddiaçıya avtomobilə yazılmış cərimələrlə məlum olmuşdur ki, avtomobil hazırda Şəmkir rayonu ərazisindədir. Hal-hazırda da avtomobil cavabdehin sahibliyində deyil. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdeh həmin vaxtı "xxxx" ASC-də işləyirdi. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh "xxxx" X5 ASC-yə xx.xx.2013-cü il tarixində Müştəri Xidmətləri Mərkəzinin İstehlak kreditləşməsi qrupunun aparıcı mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. Daha sonra öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Etibarnamə haqqında onlarda məlumat yoxdur. Avtomobillə bağlı cərimələr, radarla bağlı məlumatlar iddiaçıya yəqinki sms vasitəsilə göndərilir, iddiaçı ərizə ilə polisə müraciət edib, avtomobilin yeri barədə məlumat ala bilər. Məhkəmə gəlmiş proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - AC №076553 saylı, xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Nəqliyyat X2 surətindən görünür ki, “Seat İbiza” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı avtomaşının sahibi İddiaçıdur. - “Elektron notariat” X1 xx.xx.2016-cı il tarixli çıxarışından görünür ki, Nümayəndə xx.xx.2014-cü il tarixdə Cavabdeh ona məxsus bütün əmlak və hüquqlar barədə etibarnamə vermişdir. Etibarnamənin etibarlıq müddəti xx.xx.2019-cu il qeyd olunmuşdur. xx.xx.2015-ci il tarixdə etibarnaməyə xitam verilmişdir. Etibarnaməyə əsasən o, daşınmaz əmlak istisna olmaqla həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri, müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imdna etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə bizə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, elecə de sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, plastik kart almağı, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları, yükləri və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda mənim adımdan ərizə verməyi, ərizəni imzalamağı, işlər aparmağı, qanunlj iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında mənə aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. - “Seat İbiza” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə məlumatların kompüter çıxarışından görünür ki, həmin avtomobil xx.xx.2013-cü il tarixdə İddiaçı adına rəsmiləşdirilmiş, ipoteka müqaviləsinə əsasən "xxxx" 10 saylı filialı tərəfindən özgəninkiləşdirilmiş, xx.xx.2014-cü il tarixdə Cavabdeh etibarnamə verilmiş (xx.xx.2015-ci il tarixdə qüvvədən düşmüş), xx.xx.2014-cü il tarixdə X7 etibarnamə verilmiş (xx.xx.2019cu il tarixdə qüvvədən düşmüş, xx.xx.2015-ci il tarixdə xitam verilmiş), xx.xx.2014-cü il tarixdə X4 etibarnamə verilmişdir (xx.xx.2016-cı il tarixdə qüvvədən düşmüş, xx.xx.2015-ci il tarixdə xitam verilmişdir). Məhkəmənin soğusuna əsasən təqdim edilmiş 9609 nömrəli icra işi materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6257/2016 saylı, 22 iyul 2016cı il tarixli icra vərəqəsinə əsasən İddiaçı "xxxx" ASC-nin xeyrinə 06 dekabr 2013-cü il tarixli 22-A-1-0-652-13 saylı əsas kredit müqaviləsinə əsasən əsas kredit borcu qismində 11860 ABŞ dolları, faiz borcu qismində 988 ABŞ dolları, cərimə borcu qismində 100 ABŞ dolları, cəmi 18.948 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 28 manat məbləğində pul vəsaitinin tutulmalı, tutmanın ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus, 2013cü ildə istehsal olunmuş, ban nömrəsi VSSZZZ6JZER051940, mühərrikinin nömrəsi BİS201466 olan “Seat İbiza” markalı, az ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, “Seat İbiza” markalı, az ** SV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil açıq hərracdan satılması üçün, ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməli, “Seat İbiza” markalı, az ** SV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına İddiaçı "xxxx" ASC-yə borcu ödənilməlidir. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin 18 avqust 2016-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, borclu İddiaçı 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İcra könüllü təmin edilmədikdə: icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulması, əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbsin qoyulması qərara alınmışdır. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin 07 sentyabr 2016-cı il və 27 sentyabr 2016-cı il tarixli borclunun əmlakının axtarışı barədə qərarlardan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Bakı şəhərində anadan olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 138-də qeydiyyatda olan İddiaçı məxsus “Seat İbiza” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomaşına axtarış elan edilmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin 9609 saylı icra işində olan qəbzə əsasən, İddiaçı 03 dekabr 2024-cü il tarixdə "xxxx" ASC-yə ödəniş etmək üçün 3000 manat məbləğində pulu icra məmuru Paşa Paşazadəyə vermişdir. - "xxxx" ASC-nin məhkəməyə ünvanladığı 24 aprel 2025-ci il tarixli sorğuya cavabına əsasən Cavabdeh "xxxx" X5 ASC-yə (hazırkı adı "xxxx" ASC) xx.xx.2013-cü il tarixində Müştəri Xidmətləri Mərkəzinin İstehlak kreditləşməsi qrupunun aparıcı mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. Cavabdehla bağlanmış əmək müqaviləsi 26 yanvar 2016-cı il tarixində xitam verilmişdir. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6257/2016 saylı, 22 iyul 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən İddiaçı "xxxx" ASC-nin xeyrinə 06 dekabr 2013-cü il tarixli 22- A-1-0-652-13 saylı əsas kredit müqaviləsinə əsasən əsas kredit borcu qismində 11860 ABŞ dolları, faiz borcu qismində 988 ABŞ dolları, cərimə borcu qismində 100 ABŞ dolları, cəmi 18.948 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 28 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus, 2013cü ildə istehsal olunmuş, ban nömrəsi VSSZZZ6JZER051940, mühərrikinin nömrəsi BİS201466 olan “Seat İbiza” markalı, az ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, “Seat İbiza” markalı, az ** SV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil açıq hərracdan satılması üçün, ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməsi, “Seat İbiza” markalı, az ** SV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına İddiaçı "xxxx" ASC-yə borcun ödənilməsi qət edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdehə etibarnamə etmişdir. Hal-hazırda iddiaçı mülkiyyətində olmuş 2013-ci il buraxılış ili olan, “Seat İbiza” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin Cavabdeh alınaraq ona qaytarılmasını tələb edir, cavabdeh isə etiraz edərək, iddiaçını tanımadığını, avtomobilində onun sahibliyində ümumiyyətlə olmadığını və etibarnamənin necə verilməsindən də xəbərinin olmadığını qeyd edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan avtomobil ipoteka ilə yüklü edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə banka olan borcun əmlaka yönəldilməsi və hərrac vasitəsilə realizəsi qət edilmişdir. İddiaçının nümayəndəsi avtomobilin banka təhvil vermək üçün bankın nümayəndəsi cavabdehə verildiyini bildirsə də, bu halı təsdiq edən sübut təqdim edilmədi. Eləcə də öz izahatında avtomobilin indi başqa şəxslər tərəfindən idarə edildiyini və ona indi də etibarnamələri ləğv etməsinə baxmayaraq DYP-dən cərimələr gəldiyini bildirmişdir. AR BDYPİ-nin sorğuya cavabından da göründüyü kimi həmin illərdə bir neçə şəxsə etibanamə verilmişdir. Cavabdehin adına olan etibarnamə 2015-ci ildə ləğv edilmişdir. 10 il ərzində hər hansı iddia ilə iddiaçı məhkəməyə müraiət etməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi özü də digər şəxslər tərəfindən avtomobilin Respublikanın müxtəlif rayonlarında görüldüyünü bildirmişdir. Belə olan halda, avtomobilin hal-hazırda cavabdehin qanunsuz sahibliyində olması öz təsdiqini tapmır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə Cavabdeh qarşı mülkiyyətində olmuş 2013-cü il buraxılışlı, “Seat İbiza” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona qaytarılması tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1311/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1311/2025
24.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver