Məhkəmə qərarları › İş №2(004)-1316/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1316/2023

10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1316/2023 10.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Behbudova Aysel Yasən qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1971-ci il təvəllüdlü, X1 xx.xx.2023cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qardaşı X4 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatda idi. Subay idi. xx.xx.2023-cü il tarixdə qəflətən dünyasını dəyişmişdir. Bakı şəhəri Təcili və X2 Stansiyası tərəfindən onun ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Ev şəraitində vəfat etdiyi üçün ölüm haqqında şəhadətnamənin alınması mümkün deyildir. X1 ölüm haqqında şəhadətnaməsinin alınması gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Bu səbəbdən tərəfindən xx.xx.2023-cü il tarixdə qardaşının ölümünün qeydiyyata alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə xx.xx.2023-cü il tarixli 05/76-229/15 saylı məktubla cavab verilərək şəhadətnamə təqdim edə bilmədiyi üçün xahişinin təmin edilməsi imkanları xaricində olduğunu bildirmişlər. Məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, ərizəçi onun bacısıdır, məhrum isə qardaşıdır. X7 Məmməd xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Sonuncu Bakı şəhərində Yasamal qəbirstanlığında dəfn edildi. X1 xx.xx.2023-cü il tarixdə ölməsi faktını təsdiq edir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, ərizəçi onun bacısıdır. Ərizəçinin qardaşı X4 19.01.203-cü il tarixdə Bakı şəhərində dəfn edilmişdir. Həm dəfndə, həm də yas mərasimində iştirak etmiş və X1 ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 16 nömrəli şəhər poliklinikası tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 38 saylı məktubdan görünür ki, ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün olmamışdır. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli 05/76-229/15 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X1 ölümünün qeydə alınması mümkün deyildir. Həmçinin Bakı şəhər İcra hakimiyyəti Mənzil kommunal Təsərrüfatı Departamenti tərəfindən 02 mart 2023-cü il tarixdə verilən 19 nömrəli arayışdan görünür ki, mərhum X4 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbrstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1971-ci il təvəllüdlü, X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, xx.xx.1971-ci il təvəllüdlü, X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar