Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1318/2022 28.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Şükürov Rauf Azər oğlunun katibliyi Ərizəçi Ağasəlim oğlunun iştirakı ilə Ərizəçi Ağasəlim oğlunun ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi X1 26.07.1984-cü il tarixdə Bakı şəhərində vəfat etməsi ilə əlaqədar onun ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1902-ci ildə anadan olmuş ata nənəsi X12 Tağı qızı 26 iyul 1984-cü il tarixdə 82 yaşında vəfat etmişdir. Nənəsi həmin vaxt el adətlərinə uyğun olaraq dəfn edilmişdir. Müəyyən ailəvi səbəblərdən nənəsinin ölüm haqqında sənədini ala bilməmişdir. Nənəsi Sabunçu rayonu Maştağa qəsəbəsində Məmmədbağır qəbirstanlığında dəfn olunmuşdur. Bu barədə Qafqaz Müsəlmanlar İdarəsi Maştağa qəsəbəsinin “X17” Məscidi tərəfindən 13.12.2021-ci il tarixdə arayış verilmişdir. Onun qəbir daşı üzərində də vəfat tarixi 26.07.1984-cü il qeyd olunmuşdur. Nənəsi sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Nənəsindən sonra atası X2 və ərizəçi, həmçinin ailəsi o evdə yaşamışlar. Həmin ev faktiki sahibliklərindədir. Həmin evə aid order nənəsinin adına olmuş, hazırda evi özəlləşdirmək istədikdə ölüm haqqında sənəd tələb olunmuşdur. Onun ölümü haqqında şəhadətnamə olmadığı üçün həmin evi özəlləşdirə bilməmişdir. Nənəsinin ölümünün qeydiyyata alınması barədə Yasamal Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Həmin idarədən ona verilmiş imtina məktubunda ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının qeydiyyat şöbəsinin imkanları xaricində olduğundan rəsmi qaydada yazılı surətdə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına müraciət edərək ölümü haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmişdir. Həmin poliklinikadan ona 21.01.2022-ci il tarixli məktubla bildirilmişdir ki “nənəsi X1 ölümü həmin tibb müəssisəsində qeydə alınmamışdır”. Yasamal Rayon Qeydiyyat Şöbəsinin 05.01.2022-ci il tarixli imtina məktubu ilə ölüm haqqında tibbi şəhadətnamənin olmadığı üçün ərizənin təmin edilə bilinmədiyi qeyd olunmuşdur. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 mart 1956-cı il tarixli İ-ИЕ 083176 seriyalı doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi 15 mart 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası kimi X3 göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin 27.04.2011-ci il tarixli H 14 saylı məktubundan müəyyən olunur ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən bərpa sənədlərində 1930-cu ilə dair Bakı şəhəri Oktyabr rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 17 avqust 1922-ci ildə doğulan X7 təvəllüdü qeyd olunur. Atası: Mütəllim Nəcəfalı oğlu, Anası: Durna Tağı qızı. Xİİ-ЛС 570879 saylı 03.01.1955-ci il tarixli ümumvətəndaş pasportundan görünür ki, X12 Tağı qızı 1902-ci ildə Bakı şəhərində anadan olmuşdur, milliyəti azərbaycanlıdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 21.01.2022-ci il tarixli 24 saylı məktubuna əsasən 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının müdiriyyətinin vətəndaş Ərizəçi Ağasəlim oğlunun yazılı müraciətinə cavab olaraq bildirilmişdir ki, 26 iyul 1984-cü il tarixdə vəfat etmiş nənəsi X1 ölümü həmin müəssisədə qeydiyyata alınmayıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri ünvan 2 ünvanlanmış məktubunda qeyd olunur ki: “Sizin vəfat etmiş nənəniz – X4 ölümünün qeydiyyata alınması barədə Yasamal Rayon Qeydiyyat Şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyiniz üçün xahişinizin təmin edilməsi imkan xaricindədir”. Qafqaz Müsəlmanları İdarəsi Maştağa “X17” Məscidinin 13.12.2021-ci il tarixli QA10016 saylı arayışına və ona əlavə edilmiş foto-şəkillərə (fotoşəkillər möhürlənərək təsdiq edlmişdir) əsasən X5 aid məzar daşı Sabunçu rayon Maştağa qəsəbəsində Məmmədbağır qəbirstanlığında yerləşir. Məzar daşı üzərindəki tarixlərə əsasən X8 26.07.1984-cü ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizəçinin nənəsi 1902-ci il təvəllüdlü X1 26 iyul 1984-cü il tarixdə Bakı şəhərində ölməsi faktı tədqiq olunmuş sübutlarla tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : Ərizə təmin edilsin. 1902-ci il təvəllüdlü X1 26.07.1984-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1318/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1318/2022
28.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver