Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1333/2020 10.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Resoublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Bakı X10, Bakı Şəhər 32 saylı Notariat ofisinə və Bakı Şəhər 14 saylı Notariat ofisinə qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Resoublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı X10, Bakı Şəhər 32 saylı Notariat ofisinə və Bakı Şəhər 14 saylı Notariat ofisinə qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh3 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin, Cavabdeh3 Güllməmməd oğlu ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı X12 tərəfindən Cavabdeh3 adına verilmiş ******* saylı, xx.xx.2017-ci il tarixli mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışın, Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair **********41 nömrəli xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışın, Cavabdeh2 adına verilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSSR EA Bakıxanov adına Tarix İnstitutu nəzdində yaradılmış “Tarixçi” B/B-nın xx xxxxxx 1989-cu il tarixli 2-ci ümumi yığıncağının 2 saylı protokolu ilə ona torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 X1 İnkişafı və İstismarı Birliyi ilə onun arasında imzalanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi onun istifadəsinə verilmişdir. Daha sonra o, həmin torpaq sahəsini AR Prezidentinin fərmanına əsasən sahəsini qanuni əsaslarla özəlləşdirmişdir. Həmin sənədlər əsasında qeyd olunan torpaq sahəsinə dair ona xx.xx.2006-cı il tarixində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********* qeydiyyat nömrəli çıxarış təqdim olunmuş, torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmışdır. Həmin bağ sahəsi 1989-cu ildən onu qanuni sahibliyində və istifadəsindədir, 2006-cı ildən onun mülkiyyətində olmuş, həmin bağ sahəsindən təyinatı üzrə istifadə etmişdir. Lakin 2019-cu ilin may ayında bağ sahəsində tanımadığı şəxsləri görmüş və onlardan kim olduğunu, onun mülkiyyətində olan bağ sahəsində nə etmək istədiyini soruşduqda həmin şəxs ona bağ sahəsini alğı-satqı müqaviləsi əsasında aldığını bildirmişdir. O, təəccüblənərək bağ sahəsinin onun mülkiyyətinə necə keçməsini soruşmuş və ona bağ sahəsinin ona Cavabdeh1 tərəfindən satıldığını bildirmişdir. Araşdırmalardan sonra məlum oldu ki, bağ sahəsini guya iddiaçı 32 saylı notariat ofisində xx.xx.2017-ci il tarixində Cavabdeh3 satmışdır. Cavabdeh3 bağ sahəsini Cavabdeh1, Cavabdeh1 isə bağ sahəsini Cavabdeh2 satmışdır. İddiaçı əslində mülkiyyətində olan bağ sahəsini heç kimə satmamış, bağ sahəsini satmaq üçün notariat ofisində olmamış və alğısatqı müqaviləsinə imza atmamışdır. Onun imzası saxtalaşdırılmış və onun xəbəri, razılığı olmadan ona məxsus bağ sahəsi Cavabdeh3 adına saxta yolla sənədləşdirilmişdir. Bakı şəhəri 32 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli İddiaçı ünvanlanmış məktubunda qeyd olunur ki, Bakı şəhəri 32 saylı Notariat ofisində xx.xx.2017-ci il tarixdə 4Ə-210 reyestr nömrə!i alğı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunur ki, Ədliyyə Nazirinin müvafiq əmri ilə xx.xx.2011-ci il tarixdən hazırki tarixədək Elgün İmanlı Bakı şəhəri 32 saylı notariat ofisinin, Şövkət Gülməmədova isə Bakı şəhəri 22 saylı notariat ofisinin notariusu vəzifələrini icra edirlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində daşınmaz əmlak barədə müqavilə Bakı şəhəri 22 saylı notariat ofisində isə ümumiyyətlə notariat hərəkəti rəsmiləşdirilməmişdir. Adıçəkilən notariat ofislərinin birincisində 4Ə-210 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə başqa şəxslər arasında bağışlama müqaviləsi təsdiqlənmiş, digər notariat ofisində isə həmin ildə sonuncu reyestr nömrəsi 4Ə-120 olmuşdur. Bununla yanaşı "Elektron notariat informasiya sistemində” İddiaçı ilə Cavabdeh3 arasında müqavilə bağlanması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, onun adından Cavabdeh1la imzalanmış xx.xx.2017-ci il tarixli müqavilənin saxta olması aşkardır. Belə ki, müqavilə guya 32 saylı notariat kontorunda notarius Gülməmmədova Şövkət tərəfindən təsdiqlənmişdir. Halbuki yuxarıda adı çəkilən məktubdan müəyyən olunur ki, Gülməmmədova Şövkət ümumiyyətlə 32 saylı notariat kontorunda notarius kimi fəaliyyət göstərməmiş, elektron notariat informasiya sistemində isə ümumiyyətlə İddiaçı ilə Cavabdeh3 arasında müqavilə bağlanması aşkar edilməmişdir. Göründüyü kimi, bağ sahəsinə dair alğı-satqı müqaviləsi bağlanarkən onun razılığı alınmamış, alğı-satqı müqaviləsi bağlanarkən imzası saxtalaşdırılmış, saxta alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 dələduzluq edərək onun mülkiyyətində olan bağ sahəsinə xx.xx.2017-ci il tarixli çıxarış almış, həmin çıxarış əsasında bağ sahəsini xx.xx.2017-ci il tarixində Cavabdeh1 satmış. xx.xx.2017-ci il tarixində Cavabdeh1 həmin torpaq sahəsinə dair çıxarış əldə etmişdir. Cavabdeh1 isə bağ sahəsini xx.xx.2018-ci il tarixində Cavabdeh2 satmışdır. İşin hallarından müəyyən olunur ki, bağ sahəsini satmaq niyyəti olmamış, müqavilə onun iradə ifadəsi olmadan qeyri-müəyyən şəxs tərəfindən qanunazidd olaraq imzası saxtalaşdırılmaqla imzalanmış, müqavilə saxtalaşdırılaraq əmlakı qanunsuz olaraq ələ keçirilmişdir. O, imzanın saxtalaşdırılması və əmlakının ələ keçirilməsi ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. Hal-hazırda araşdırma aparılır. İddiaçı ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış xx.xx.2017-ci il tarixli müqavilə, Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış xx.xx.2017-ci il tarixli müqavilə, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış xx.xx.2018-ci il tarixli müqavilə etibarsız hesab edilməli, Cavabdeh3 adına verilmiş ******* N-li xx.xx.2017-ci il tarixli çıxarış, Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Süvəlan bağ massivi 05/3 156 saylı bağ sahəsinə dair çıxarış, Cavabdeh2 adına verilmiş ******* N-li, xx.xx.2018-ci il tarixli mülkiyyət hüququ haqqında çıxarış ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək, bildirdi ki, xx xxxxxx 1989-cu il tarixdə iddiaçıya torpaq sahəsi ayrılmışdır və qeyd olunan torpaq sahəsinə dair onun tərəfindən xx.xx.2006-cı il tarixində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış əldə olunmuş və onun mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Həmin bağ sahəsi 1989-cu ildən iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Torpaq sahəsini İddiaçı birgə nikah dövründə əldə etmişdir. Həmin torpaq sahəsi iddiaçının həyat yoldaşınının razılığı olmadan saxta müqavilə əsasında Cavabdeh3 adına keçmişdir. Cavabdeh3 da onu Cavabdeh1 satmışdır. İddiaçı mülkiyyətində olan bağ sahəsini heç kimə satmamış, bağ sahəsini satmaq üçün notariat ofisində olmamış və alğı-satqı müqaviləsinə imza atmamışdır. Bundan başqa o, cavabdehləri tanımır. 2019-cu ilin may ayında qonşuları onun baş sahəsinə bir-iki nəfərin baxdığını bildirmiş və iddiaçının həyat yoldaşı həmin bağ sahəsinə getmişdir. Cavabdeh2 bağ sahəsində nə etmək istədiyini soruşduqda həmin şəxs ona bağ sahəsini alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən satıldığını bildirmişdir. Bu məsələ iddiaçını çox narahat etmiş və araşdırmalarından sonra məlum olmuşdur ki, bağ sahəsini iddiaçı guya 32 saylı notariat ofisində xx.xx.2017-ci il tarixində Cavabdeh3 satmışdır. İddiaçı belə bir alğı-satqı müqaviləsi bağlamamışdır. Belə ki, guyaCavabdeh3 ilə İddiaçı arasında alğı-satqı müqaviləsi 32 saylı notariat ofisində notarius Şövkət Gülməmədova tərəfindən təsdiqlənmişdir. Bakı şəhəri 32 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli İddiaçı ünvanlanmış məktubunda qeyd olunur ki, Bakı şəhəri 32 savlı Notariat ofisində xx xxxxxx 2017-ci il tarixdə 4Ə-210 reyestr nömrəli alğı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı ünvananlanmış xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunur ki, Ədliyyə Nazirinin müvafiq əmri ilə xx.xx.2011-ci il tarixdən hal-hazıradək Elgün İmanlı Bakı şəhəri 32 saylı notariat ofisinin, Şövkət Gülməmədova isə Bakı şəhəri 22 saylı notariat olisinin notariusu vəzifələrini icra edirlər. Yəni, Şövkət Gülməmədova heç vaxt Bakı şəhəri 32 saylı notariat ofisinin notariusu işləməmişdir. Həmçinin qeyd olunur ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində daşınmaz əmlak barədə müqavilə, Bakı şəhəri 22 saylı notariat ofisində isə ümumiyyətlə notariat hərəkəti rəsmiləşdirilməmişdir. Bakı şəhəri 32 saylı notariat ofisində 4Ə-210 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə başqa şəxslər arasında bağışlama müqaviləsi təsdiqlənmiş, digər notariat ofisində isə həmin ildə sonuncu reyestr nömrəsi 4Ə-120 olmuşdur. Bununla yanaşı “Elektron notariat informasiya sistemində” iddiaçı ilə Cavabdeh1 arasında müqavilə bağlanması barədə məlumat aşkar edilməmişdir. Sənədlərlə təsdiq olunur ki, birincisi Şövkət Gülməmədova ümumiyyətlə Bakı şəhəri 32 saylı notariat ofisində işləməmiş, Bakı şəhəri 22 saylı notariat ofisində işləmişdir. İkincisi İddiaçı ilə Cavabdeh3 arasında “Elektron notariat informasiya sistemində” müqavilə bağlanması barədə məlumat aşkar edilməmişdir, 4Ə-210 reyestr nömrəsi ilə başqa şəxslər arasında bağışlama müqaviləsi bağlanmışdır. Ümumiyyətlə müqavilə saxta müqavilədir, imza iddiaçıya aid deyil. İlkin müqavilə əhəmmiyyətsiz və yalan əqddir. İş materiallarından görünür ki, Etibar saxta müqavilə tərtib etmiş və xx xxxxxx 2017-ci il tarixdə həmin müqavilə əsasında bağ sahəsinə dair çıxarış əldə etmiş və 12 gün sonra onu Cavabdeh1 satmışdır. Həsənov Elnur xx xxxxxxxx 2017-ci il tarixdə çıxarış əldə etmış, təxminən 1 il sonra Cavabdeh2 satmışdır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bidirmişdir ki, o, torpaq sahəsini 2017-ci ildə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 almışdır. Sonradan həmin bağ sahəsinə dair çıxarış əldə etmiş və qiymətləndirilməsi üçün torpağın dövlət kadastrı aparılmışdır. Bağ sahəsini təxminən 1 il sonra elə həmin notariat ofisində bağlanmış alğısatqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır.Cavabdeh3ı əmlakçı tanışı vasitəsilə torpağı alarkən tanımışdır, onu əvvəldən tanımayıb. Torpaq sahəsini 22000 manata və ev tikmək məqsədilə almış, Cavabdeh2 28000-29000 manata satmışdır. Cavabdeh3ı notariat ofisində görmüşdür. Onları əmlakçı tanış edib. O, Niyaz adlı şəxsi Fuad vasitəsilə torpağın mülkiyyətçisi kimi tanımışdır. O, Niyazla Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı X7rşısında görüşmüşdür. Niyaz ona Cavabdeh3 əlaqə nömrəsini vermiş, o, Cavabdeh3la əlaqə saxlayaraq notariat ofisində görüşmüş və müqaviləni bağlamışlar. Fuad Niyazdan torpaq sahəsini götürməyini və pulu ona ödəməyini bildirmişdir. O, ilk olaraq 5000 manat Niyaza, sonradan isə hissə-hissə aylıq ödənişlər şəklində 8 ay müddətində pulu Fuada vermişdir. Ümumilikdə torpaq səhəsi üçün 22000 manat ödəniş etmişdir. Çıxarış əldə etdikdən bir il sonra Şüvəlan qəsəbəsində əmlakçıya torpaq sahəsini satmaq üçün müraciət etmiş, əmlakçı ona torpağın şəklini çəkməyini tapşırmışdır. O, torpaq sahəsinin şəklini çəkərkən mühafizəçi ona yaxınlaşaraq nə etdini soruşmüş və o mühafizəçiyə torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Mühafizəçi ona burada olan qonşunun torpaq sahəsi almaq istədiyini bildirmişdir. O mühafizəçiyə əlaqə nömrəsini vermiş və Cavabdeh2la görüşmüş, onunla razılaşaraq torpaq sahəsini ona satmışdır. Bir müddət sonra Cavabdeh2 ona zəng edərək, bir nəfər şəxsin gələrək torpaq sahəsinin mülkiyyətçisi olduğunu bildirdiyini demişdir. Bundan əlavə Cavabdeh3 ümumiyyətlə notariat ofisində pul vermədiyini bildirmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə4 izahatında bildirmişdir ki, İddiaçı əqdin etibarsızlığına dair (alğı-satqı müqavilələri və mülkiyyətdən çıxarış) iddia irəli sürərkən mülki qanunvericiliyin 354.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, əqdin etibarsızlığı ilə bağlı iddia müddəti onun icrasının başlandığı və əqdin etibarsızlığının tərəfə məlum olduğu gündən 1 il müddətinə müəyyən edilmişdir. Yəni, tərəf əqdi mübahisələndirmək üçün qanunun ona tanıdığı 1 il iddia müddəti hüququnu itirmişdir. İddiaçı öz iddia ərizəsində Cavabdeh3 ona qarşı dələduzluq edərək saxta alğı-satqı həyata keçirdiyini və bunun əsasında ona məxsus bağ sahəsinə dair mülkiyyətdən çıxarışı əldə etdiyini qeyd etmişdir. Bundan başqa iddiaçı sözügedən məsələyə dair hüquq mühafizə orqanında araşdırmanın aparıldığı qeyd edilmişdir. Əgər hüquq mühafizə orqanında sözügedən məsələyə dair Cavabdeh3 barəsində iddiaçının şikayəti əsasında araşdırma aparılırsa bunun nəticəsi olan müvafiq sənədin, yəni Cavabdeh3 tərəfindən İddiaçı qarşı dələduzluq və imzanı saxtalaşdırmaq, saxta sənədləşdirmə faktı öz təsdiqini tapdığı halda şəxsin barəsində cinayət işinin başlanması, məhkəmə istintaqında araşdırılması və Cavabdeh3 barəsində ittiham hökmünün elan edilməsi və qüvvəyə minməsi mütləqdir. İddiaçının dediyi kimi, Cavabdeh3 tərəfindən həqiqətən də dələduzluq və saxta sənədləşdirmə əməli edilmişdisə, iddiaçı tərəfindən bunu sübuta yetirən müvafiq sənədin (məhkəmə istintaqında araşdırılması və Cavabdeh3 barəsində ittiham hökmü) məhkəməyə təqdim edilməsi mütləqdir. Göründüyü kimi, iddiaçı tərəfindən həqiqətən də Cavabdeh3Gülməmməd oğlunun ona qarşı həqiqətən də dələduzluq və saxta sənədləşdirmə əməlinin törədilməsinə dair heç bir sübut və ya buna dair araşdırma aparmış Binəqədi rayon Prokurorluğunun ittiham aktı və bunun əsasında qəbul edilmiş hər hansı bir məhkəmə hökmü mövcud olmadığı üçün məhkəməyə təqdim edilməmişdir. Bu da onu sübut edir ki, iddiaçının dələduzluq və saxta sənədləşməyə dair ittihamları əsassızdır. Məhkəmə tərəfindən cavabdehlər arasında (Cavabdeh3 ilə Cavabdeh1 arasında və Cavabdeh1 ilə X4 arasında) baş vermiş bütün notariat hərəkətlərə dair sorğuların nəticəsi olaraq məhkəməyə təqdim edilmiş bütün hüquq müəyyən edici sənədlərdən görünür ki, tərəflər vicdanlı alıcıdır və aralarında baş vermiş bütün alğı-satqı müqavilələri mülki qanunvericiliyin və “Notariat haqqında” qanunun tələblərinə uyğun şəkildə aparılmışdır. İstər Cavabdeh1, istərsə Cavabdeh2 İddiaçı ilə Cavabdeh3 arasında baş vermiş hər hansı bir neqativ məsələlərdən (iddiaçının dediklərinə görə) xəbərdar olmamışdır. Qanunun tələbi və konstitusiya məhkəməsinin tələbinə uyğun olaraq əgər alıcı tərəfindən hər hansı bir əmlak alınarkən “vicdanlı alıcı” olmaq prinsipinə əməl edilmişsə, ən əsası “vicdanlı alıcı” olması tam sübuta yetirilmişsə o, aldığı əmlakdan məhrum edilə bilməz. Göründüyü kimi cavabdehlər arasında aparılmış alğı-satqı müqavilələrinin aparılması prosesinə dair bütün qanuni tələblər həyata keçirilmiş və mübahisə predmeti olan əmlak bir cavabdehdən digər cavabdehin mülkiyyətinə özgəninkiləşdiriİmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq o, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 izahatında bildirmişdir ki, Cavabdeh2 torpaq sahəsinin üçüncü alıcısı olmuşdur. O, torpaq sahəsini alarkən bütün sənədlər qaydasında olmuşdur. Cavabdeh2 vicdanlı alıcıdır. Ona görə də o, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini, ümumiyyətlə nə Cavabdeh3ı nə də ki İddiaçı tanımamış və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. O, onunla eyni qəsəbədə yaşayan Niyaz adlı şəxsdən qəsəbədə yerləşən məktəbin yanında 3 sot torpaq sahəsi almaq istəyirdi. O, torpaq sahəsi üçün Niyaza ümumilikdə 3700 manat ödəmişdir. Niyazla o, Çingiz adlı şəxsin avtomobili ilə Nərimanovda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı X10 getmiş, avtomobilin içərisində Niyaz ona boş kağıza imza atdırmış və sonra o, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı X10 getmiş, onlar avtomobildə onu təxminən 4-5 saat gözləmişlər. Sonra Niyaz ona Reyestr Xidmətinə təqdim etməyi üçün sənəd vermişdir. Həmin sənədi təqdim etmiş və ona sənədi götürməyi üçün vaxt bildirmişlər. Səhəri gün yenə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı X10 getmiş və torpağın sənədini almışdır. Bunun üçün o, ödənişi Niyaza etmişdir. Bir neçə gün sonra Niyaz ona yenə zəng edərək, alğı-satqı müqaviləsi bağlanması üçün notariat ofisinə getməli olduğunu, ondan başqa bir nəfərin də torpağın alğı-satqı müqaviləsini bağlayacağını bildirmişdir. Onun bildirdiyinə görə torpaq sahəsi bir neçə şəxsə birlikdə satılaraq, sonradan torpaq sahəsi onların arasında bölünəcəkdi. O, notariat ofisinə getmiş, Cavabdeh1 və o müqaviləni imzalamışlar. Niyaz ona evə getməyini, işlərini həll edəndən sonra ona torpaq sahəsini verəcəyini bildirmişdir. O, 10-15 gün Niyazı görməmiş, həmin müddətdə Niyaz onun telefon zənglərinə də cavab verməmişdir. Sonradan isə Niyazın saxtakarlığa görə polis tərəfindən tutulduğunu eşitmişdir. Bundan əlavə müqaviləni imzalayarkən Cavabdeh1 pul almadığını və notariat ofisində yanında Niyaz və başqa tanımadığı 2 nəfər şəxs olduğunu bildirmişdir. Digər cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı X12, Bakı Şəhər 32 saylı Notariat ofisinə və Bakı Şəhər 14 saylı Notariat ofisinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan SSSR EA Bakıxanov adına Tarix İnstitutu nəzdində yaradılmış “Tarixçi” B/B-nın xx xxxxxx 1989-cu il tarixli 11 ümumi yığıncağının 2 saylı protokolunda görünür ki, İddiaçı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 X1 İnkişafı və İstismarı Birliyi ilə onun arasında imzalanmış xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixində verilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ********* qeydiyyat nömrəli çıxarışından görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmışdır. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli 32 saylı Notariat Kontorunun xüsusi notariusu Gülməmmədova Şövkət Firudin qızı tərəfindən təsdiqlənmiş Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı tərəfindən Cavabdeh3 40000 manata satılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, ******* saylı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmışdır. İş materiallarında olan AN-İ 06266368 saylı, xx.xx.2017-ci il tarixli 14 saylı Notariat Kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiqlənmiş Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh3 tərəfindən Cavabdeh1 15000 manata satılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, ******* saylı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmışdır. İş materiallarında olan AN-İ 07177333 saylı, xx.xx.2018-ci il tarixli 14 saylı Notariat Kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiqlənmiş Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 30000 manata satılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* saylı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Ədliyyə nazirinin müvafiq əmri ilə xx.xx.2011-ci il tarixdən hazıradək Elgün İmanlı Bakı şəhəri 32 saylı notariat ofisinin, Şövkət Gülməmmədova isə Bakı şəhəri 22 saylı notariat ofisinin notariusu vəzifələrini icra edirlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində daşınmaz əmlak barədə müqavilə, Bakı şəhəri 22 saylı notariat ofisində isə ümumiyyətlə notariat hərəkəti rəsmiləşdirilməmişdir. Adıçəkilən notariat ofislərinin birincisində 4Ə-210 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə başqa şəxslər arasında bağışlama müqaviləsi təsdiqlənmiş, digər notariat ofisində isə həmin ildə sonuncu reyestr nömrəsi 4Ə-120 olmuşdur. Bununla yanaşı “Elektron notariat informasiya sistemində Sizinlə Cavabdeh1 arasında müqavilə bağlanması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 05/3156 nömrəli bağ sahəsi X3 və İstismarı Birliyinin xx xxxxxx 2006-cı il tarixli, 37201 nömrəli müqaviləsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx xxxx 2006-cı il tarixli Torpaq sahəsinin Kadastr Planı əsasında 0.06 ha torpaq sahəsi olan 05/3156 nömrəli bağ sahəsi xx.xx.2006-cı il tarixdə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, 32 saylı notariat kontorunda qeydə alınmış 4Ə-210 reyestr nömrəli, xx xxxxxx 2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh3 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi 14 saylı notariat kontorunda qeydə alınmış 4Ə-619 reyestr nömrəli, xx xxxxxx 2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.06 hektar torpaq sahəsi olan 05/3156 nömrəli bağ sahəsi 14 saylı notariat kontorunda qeydə alınmış 4Ə-737 reyestr nömrəli, xx xxxxxx 2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh3 hərəkətlərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 05/3156 nömrəli bağ sahəsi X3 və İstismarı Birliyinin xx xxxxxx 2006-cı il tarixli, 37201 nömrəli müqaviləsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx xxxx 2006-cı il tarixli Torpaq sahəsinin Kadastr Planı əsasında 0.06 ha torpaq sahəsi olan 05/3156 nömrəli bağ sahəsi xx.xx.2006-cı il tarixdə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 32 saylı notariat kontorunda qeydə alınmış 4Ə-210 reyestr nömrəli, xx xxxxxx 2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh3 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi 14 saylı notariat kontorunda qeydə alınmış 4Ə-619 reyestr nömrəli, xx xxxxxx 2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.06 hektar torpaq sahəsi olan 05/3156 nömrəli bağ sahəsi 14 saylı notariat kontorunda qeydə alınmış 4Ə-737 reyestr nömrəli, xx xxxxxx 2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Hazırda İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.06 hektar torpaq sahəsi olan 05/3156 nömrəli bağ sahəsinin “alğı-satqı müqavilələrinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəmə iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qeyd edir ki, bu alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, iş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli 32 saylı Notariat Kontorunun xüsusi notariusu Gülməmmədova Şövkət Firudin qızı tərəfindən təsdiqlənmiş Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı tərəfindən Cavabdeh3 40000 manata satılmışdır. Lakin İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Ədliyyə nazirinin müvafiq əmri ilə xx.xx.2011-ci il tarixdən hazıradək Elgün İmanlı Bakı şəhəri 32 saylı notariat ofisinin, Şövkət Gülməmmədova isə Bakı şəhəri 22 saylı notariat ofisinin notariusu vəzifələrini icra edirlər. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində daşınmaz əmlak barədə müqavilə, Bakı şəhəri 22 saylı notariat ofisində isə ümumiyyətlə notariat hərəkəti rəsmiləşdirilməmişdir. Adıçəkilən notariat ofislərinin birincisində 4Ə-210 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə başqa şəxslər arasında bağışlama müqaviləsi təsdiqlənmiş, digər notariat ofisində isə həmin ildə sonuncu reyestr nömrəsi 4Ə-120 olmuşdur. Bununla yanaşı Elektron notariat informasiya sistemində İddiaçı ilə Cavabdeh3 arasında müqavilə bağlanması barədə məlumat aşkar edilməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Bundan əlavə həmin Məcəllənin 144.3-cü maddəsinə əsasən Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qeyd edir ki, bu alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Həmin Məcəlləsinin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Yuxarıda göstərilən qanunvericlik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 vicdanlı əldə edən sayıla bilməz. Belə ki, onun məhkəmə iclasında verdiyi izahatından da görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinin alınması üçün Cavabdeh3 ilə müqavilə bağlasa da ödənişi Niyaz və Fuad adlı şəxslərə etmişdir. O, 5000 manat Niyaza, sonradan isə hissəhissə aylıq ödənişlər şəklində 8 ay müddətində pulu Fuad adlı şəxsə vermişdir. Ümumilikdə torpaq səhəsi üçün 22000 manat ödəniş etmişdir. Həmçinin notariat ofisində müqavilə bağladığı Cavabdeh3 ümumiyyətlə pul vermədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivində yerləşən bağ sahəsini əldə edən zaman həmin əmlakı özgəninkiləşdirən Cavabdeh3 həmin əmlakın həqiqətən də mülkiyyətçisi olmaması şübhəsi yaranmalı idi. Məhkəmə Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qeyd edir ki, iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Belə ki, Cavabdeh2 mübahisəli bağ sahəsini birbaşa Cavabdeh1 30000 manata almış və onunla alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdeh2 məhkəmə iclasında verdiyi ifadəsindən də görünür ki, ümumiyyətlə nə Cavabdeh3ı Gülməmməd oğlunu nə də ki İddiaçı tanımamışdır. Bununla da məhkəmə hesab edir ki, Cavabdeh2 vicdanlı alıcıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair mübahisələndirilən əqd notariat kontorunda təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı X12 tərəfindən Cavabdeh3 adına verilmiş ******* saylı, xx.xx.2017-ci il tarixli mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışın, Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair **********41 nömrəli xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışın, Cavabdeh2 adına verilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* saylı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmışdır. Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi öz təsdiqini tapmadığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı X12 tərəfindən Cavabdeh3 adına verilmiş ******* saylı, xx.xx.2017-ci il tarixli mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışın və Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair **********41 nömrəli xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışın artıq mövcud olmadığından onların ləğv edilməsi də qeyrimümkündür. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İş materiallarından görünür ki, məhkəmənin xx xxxx 2020-ci il tarixli iclasında İddiaçı 2019-cu ilin mart ayında torpaq sahəsinə baxmaq üçün getdiyi və bundan sonra torpağın onun xəbəri olmadan satılmasını bildiyi barədə ifadə vermişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mövcüd iddia tələbi üzrə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisə tərəfi olan cavabdehin nümayəndəsi iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia tələbinin məhz bu əsasla rədd edilməsi üçün əsas yoxdur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi və Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməmlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin sədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi və Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1333/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1333/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver