Məhkəmə qərarları › İş №2(004)-1339/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1339/2023

10.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1339/2023 10.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs X4 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs X4 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” baradə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, birinci tərəf qismində Maraqlı şəxs1, ikinci tərəf Ərizəçi ilə birlikdə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdirlər. Müraciətləri əsasında mediasiya işi açılmış və baxılması üçün mediatora həvalə edilmişdir. Mediatorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı Maraqlı şəxs1 ilə müəyyən razılaşma olmuş və bu barədə aralarında barışıq sazişi imzalanmışdır. Barışıq sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuş və təşkilatın möhürü ilə möhürlənmişdir. Lakin barışıq sazişinin təsdiq olunmasına baxmayaraq Maraqlı şəxs1 sazişin şərtlərini icra etməkdən imtina etmişdir, mənzilin satılmasına maneələr yaratmışdır. Qeyd olunur ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Odur ki, xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və məhkəmə, AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında qeydiyyatda olan X5 (“Birinci tərəf”) və xx.xx.1986-cı il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi (“İkinci tərəf”) ailə mübahisəsi zəmnində yaranmış “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbi” üzrə mübahisənin həlli istiqamətində, mediasiya reyestrində M-00188 nömrəsi ilə qeydiyyatdan keçmiş, Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X2 iştirakı ilə aşağıdakı şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətiləri barədə bu Sazişi imzalamışdırlar:

1. Hər iki tərəf birgə nikah dövründə birgə vəsait hesabına əldə olunmuş, Ərizəçi adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, b. 99, 99A, 101, 101A, 103, 103A, mənzil 89 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən mənzili bərabər paylar olmaqla, hər birinə ½ hissədə payları müəyyən edilməklə bölürlər, eyni zamanda mənzilin satılmasında tərəflər bir-birinə maneə törətməyəcəklərini öz üzərilərinə öhdəlik kimi götürürlər.

2. Hər iki tərəf birgə nikah dövründə birgə vəsait hesabına əldə olunmuş, X3 adına rəsmiləşdirilmiş ünvan 3 ünvanda “ünvan 4nə görə X1 Roman Abdulla oğluna 18.000 (on səkkiz min) manat məbləğində pulun 7000 (yeddi min) manat hissəsini 5 gün müddətinə bank hesabına ödəyəcəkdir, 11000 (on bir min) manat hissəsini isə, bu Sazişin 1-ci bəndindəki əmlak satıldıqdan dərhal sonra bank hesabına ödəyəcəkdir, Ərizəçi mənzillə bağlı əlavə iddiası olmayacaqdır.

3. Hər iki tərəf birgə nikah dövründə birgə vəsait hesabına əldə olunmuş, X3 adına rəsmiləşdirilmiş “Avant Park” yaşayış kompleksində yerləşən mənzilin satışından əldə olunmuş məbləğin yarısı, yəni 7000 (yeddi min) manat məbləğində pulu X1 Roman Abdulla oğluna 5 gün müddətinə bank hesabına ödəyəcəkdir, Ərizəçi mənzillə bağlı əlavə iddiası olmayacaqdır.

4. Hər iki tərəf birgə nikah dövründə birgə vəsait hesabına əldə olunmuş, X3 adına rəsmiləşdirilmiş “Changan Universal” markalı, **-OK-*** dövlət nömrə nişanlı, “Kia Rio” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı və Ərizəçi adına rəsmiləşdirilmiş “Kia Picanto” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hər biri öz mülkiyyətçisinin istifadəsində qalacaqdır, tərəflərin qeyd edilən avtomobillərlə bağlı bir-birilərinə qarşı iddiaları olmayacaqdır. Sazişin 6-cı bəndinə görə saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 8-ci bəndinə görə sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, X5 ilə Ərizəçi arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı 6 saylı Mediasiya təşkilatında bağlanmış və mediator Ülvi Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-25, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDi:

Ərizə təmin edilsin. X5 ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:

1. Hər iki tərəf birgə nikah dövründə birgə vəsait hesabına əldə olunmuş, Ərizəçi adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, b. 99, 99A, 101, 101A, 103, 103A, mənzil 89 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən mənzili bərabər paylar olmaqla, hər birinə ½ hissədə payları müəyyən edilməklə bölürlər, eyni zamanda mənzilin satılmasında tərəflər bir-birinə maneə törətməyəcəklərini öz üzərilərinə öhdəlik kimi götürürlər.

2. Hər iki tərəf birgə nikah dövründə birgə vəsait hesabına əldə olunmuş, X3 adına rəsmiləşdirilmiş ünvan 3 ünvanda “ünvan 4nə görə X1 Roman Abdulla oğluna 18.000 (on səkkiz min) manat məbləğində pulun 7000 (yeddi min) manat hissəsini 5 gün müddətinə bank hesabına ödəyəcəkdir, 11000 (on bir min) manat hissəsini isə, bu Sazişin 1-ci bəndindəki əmlak satıldıqdan dərhal sonra bank hesabına ödəyəcəkdir, Ərizəçi mənzillə bağlı əlavə iddiası olmayacaqdır.

3. Hər iki tərəf birgə nikah dövründə birgə vəsait hesabına əldə olunmuş, X3 adına rəsmiləşdirilmiş “Avant Park” yaşayış kompleksində yerləşən mənzilin satışından əldə olunmuş məbləğin yarısı, yəni 7000 (yeddi min) manat məbləğində pulu X1 Roman Abdulla oğluna 5 gün müddətinə bank hesabına ödəyəcəkdir, Ərizəçi mənzillə bağlı əlavə iddiası olmayacaqdır.

4. Hər iki tərəf birgə nikah dövründə birgə vəsait hesabına əldə olunmuş, X3 adına rəsmiləşdirilmiş “Changan Universal” markalı, **-OK-*** dövlət nömrə nişanlı, “Kia Rio” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı və Ərizəçi adına rəsmiləşdirilmiş “Kia Picanto” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hər biri öz mülkiyyətçisinin istifadəsində qalacaqdır, tərəflərin qeyd edilən avtomobillərlə bağlı bir-birilərinə qarşı iddiaları olmayacaqdır. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar