Məhkəmə qərarları › İş №2(004)-135/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-135/2025

05.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-135/2025 05.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh, Mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X5 və X13 qarşı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ ilə onun payına düşən hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcmini azaldaraq, cavabdehlər X3 və X10 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehlərlə onun payları bərabər olmaqla (1/4) paylı mülkiyyətlərindədir. Bütün mülkiyyətçilərin payları ayrıdır. Hər birinin həyəti, giriş-çıxış qapıları ayrı-ayrılıqdadır. O, mülkiyyətindən tam istifadə etmək üçün payının natura ayrılması, ayrıca çıxarışın və ünvanın verilməsi ilə əlaqədar aidiyyatı dövlət qurumu olan MDX DƏDK və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən fərdi yaşayış evinə baxış keçirilmiş və müvafiq bölgü sxemi tərtib olunmuşdur. Ərizənin icra edilməsi üçün həmin bölgü sxeminin payçılar tərəfindən notarial qaydada təsdiq edilməsi tələb olunmuşdur. Lakin bölgü sxemi payçılar tərəfindən təsdiqlənmədiyindən ərizənin icrasından imtina edilmişdir. Payçılara həmin bölgü sxemini notarial qaydada təsdiqlədə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Cavabdehlərin bu hərəkətsizliyi səbəbindən qanunla qorunan mülkiyyət hüquqların pozulmaqdadır. Belə ki, əmlakından sərbəst şəkildə istifadə etsə də, lakin barəsində sərbəst şəkildə heç bir sərəncam verə bilmir, bu səbəbdən payının naturada ayrılması və bundan sonra ayrıca çıxarışın verilməsini istəyir. Cavabdehlərin hərəkətsizliyi onun mülkiyyət hüququnu pozulduğundan iddia tələbi təmin olunmalı, payının naturada ayrılması qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq izahatında bildirdi ki, iddia tələbinin məqsədi odur ki, iddiaçının payına uyğun hissəsinin natura ayrılması, yeni ünvanın verilməsi və ayrıca çıxarışın alınmasıdır. Yerbi baxışdan da göründü ki 3 ayrı ev mövcuddur. 4-cü payçının isə ümumiyyətlə tikilisi yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi qəbul edərək bildirdi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan paya dair ünvan dəyişikliyi edilməsinə, payının naturada ayrılmasının təsdiq edilməsinə etiraz etmir. Mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbi ilə bağlı qeyd edir ki, X15 vəfat etmişdir. ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evinin mərhum X13 məxsus ¼ hissəsində X2 və ailə üzvləri yaşayır, həmin ünvanda qeydiyyatdadırlar. Qeyd olunan yaşayış evi üzrə tərtib edilmiş bölgü sxeminin hansı qaydada həyata keçirildiyindən, kimin hansı hissədə payının müəyyən edilməsi barədə məlumatı yoxdur. İddiaçının payının naturada ayrılıb ayrıca çıxarışın alınmasına etiraz etmir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən 137.70 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə ¼ hissədə İddiaçı,1/4 hissədə X3, ¼ hissədə X10, ¼ hissədə Cavabdeh mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2007-ci il tarixindən ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6704 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçı və cavabdehlərin payına uyğun naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1.,2.2., 2,4 və 2.9 bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Cavabdeh Bakı şəhəri 5 saylı notariat ofisində verdiyi 8İ-2 reyestrli xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan paya dair ünvan dəyişikliyi edilməsinə razıdır. xx.xx.1999-cu il tarixli arayışdan müəyyən edilir ki, X7 1973-cü il tarixdə vəfat etmişdir. ƏMDk yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 11/1997 1005B invertar nömrəli **********21-10301 reyestrli texniki pasportdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin A tikilisinin 39,50 kv.m, B tikilisinin 44.50 kv.m, V tikilisinin 53.70 kv.m mövcudluğu üzrə bölgü aparılmışdır. Məhkəmə iclasında şahid qismində ekspert X11 ifadə verərək bildirdi ki, məhkəmə tərəfindən ekspert qarşısında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 137.7 kv.m olan paylı mülkiyyətdə olan fərdi yaşayış evinin payçılara münasibətdə naturada ayrıla bilibbilməməsi sualı qoyulmuşdur. Payçılara münasibətdə fərdi yaşayış evinin 4 hissəyə ayrılması mümkün deyildir. Belə ki, sözügedən fərdi yaşayış evi paylı mülkiyyətdir. Çıxarışa əsasən 4 payçı mövcuddur. Torpaq sahəsi dövlət mülkiyyətidir. Həmin fərdi yaşayış evi 3 tikili - A, B və V tikilisindən ibarətdir. Demək ki, dördüncü payçının payı digər üç payçının tikilisinə daxildir. Həmin tikililərin müvafiq ölçüləri də paylara uyğun şəkildə deyildir. Payçılara münasibətdə daşınmaz əmlakın paya uyğun 4 hissəyə ayrılması mümkün deyildir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə yerli baxış prosessual hərəkəti həyata keçirilmiş və yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evi 3 tikilidən (A,B və V) ibarətdir. A tikilisinin Cavabdeh istifadəsində, B tikilisinin X1 istifadəsində, V tikilisinin İddiaçı istifadəsində olduğu müəyyən edilmişdir. Həmin tikililərin naturada paylara uyğun olaraq 4 hissəyə ayrılmasının mümkün olmadığı görülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissəsinə İddiaçı pay hüququ vardır. Həmin fərdi yaşayış evinin digər payçıları Cavabdeh, X15 və X6r. Payçılardan Cavabdeh notariat ofislərinə ərizə təqdim edərək paylı mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus olan hissədə dəyişiklik edilməsinə razı olduğunu bildirmişdir. Lakin digər payçılar X15 və X7 vəfat etmişdir. Həmin şəxslərin hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6704 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin payçıların paylarına uyğun naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1.,2.2., 2,4 və 2.9 bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığından, həmçinin məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı qeyd olunan ünvanda 3 tikilinin A, B və V tikilisinin (fərqli ölçülərdə) olması müəyyən edildiyindən, lakin əmlakın mülkiyyət sənədinə əsasən dörd payçı olduğundan, tikililərin hər birinin texniki göstəriciləri əmlakın çıxarışı üzrə ¼ hissəyə hər paya 34.425 kv.m olmaqla ümumi 137.70 kv.m sahəyə uyğun olmadığından, həmin payçıların payının konkret müəyyən edilməsi qeyri-mümkün olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X9 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “payın naturada ayrılması” tələbinə dair iddiası rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində olan ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) hesabına köçürülməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ013601**********3944, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar