Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1356/2025 18.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Ərizəçinin səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1964-cü ildə Laçın rayonu Seyidlər kəndində anadan olmuş və yuxarıda göstərdiyi ünvanda faktiki olaraq ailəsiylə birlikdə yaşayır. X2 xx.xx.1943-cü ildə Laçın rayonu, Kürdhacı kəndində anadan olub. xx.xx.1964-cü ildə atası X12 ilə nikaha daxil olmuş və atası X12 xx.xx.2011-ci ildə vəfat etməsi səbəbi ilə nikaha xitam verilmişdir. X2 uzun müddət diaqnozu Arterial Hipotenziya (arterial təzyiqin aşağı düşməsi sindromu) xəstəliyi və digər xəstəliklərdən Ə.D.Məlikov xəstəxanasında müalicə almışdır. Bu barədə məlumatlar xx.xx.2019-cu il tarixli Ambulator kitabçadan çıxarışda öz təsdiqini tapır. Xəstəlikdən uzun müddət əziyyət çəkdikdən sonra xx.xx.2021-ci ildə vəfat etmişdir. Abşeron rayon Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan göründüyü kimi mərhumu xx.xx.2021-ci ildə Masazır kənd qəbirsanlığında dəfn ediblər. Təcili və X9 Stansiyasının xx.xx.2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsində ölümün ilkin səbəbi kimi “Həkimə qədər ölüm, Qadın cinsli meyit” qeyd edilmişdir. 35 saylı Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli 17 nömrəli məktubu ilə “35 nömrəli Şəhər Poliklinakasında heç bir müraciəti qeydə alınmadığına görə xx.xx.2021-ci il tarixində vəfat etmiş xx.xx.1943-cü il təvəlldlü X2 ölüm haqqında arayışın verilməsi mümkün deyil” cavabı verilmişdir. Sonradan başları yas mərasiminin verilməsinə qarışdığından anasının ölüm haqqında şəhadətnaməsini almaq yadlarına düşmədi. Sonradan da anasının ölüm haqqında şəhadətnaməsi onlara lazım olmadığından həmin sənədin alınması ilə bağlı heç bir dövlət orqanına müraciət etmədi. Mərhum X2 vəfat edənə qədər ona təyin edilmiş pensiyanı fasiləsiz olaraq almışdır. Hal-hazırda da anasına məxsus olan bank kartına fasiləsiz olaraq pensiya ödənişi köçürülür və artıq xeyli məbləğ toplanmışdır. Həmin ödənişin dayandırılması üçün müvafiq orqana müraciət etsə də, anasının ölüm haqqında şəhadətnaməsini təqdim etməyi onlardan bizdən tələb etdilər. Bu səbəbdən də 7 Saylı Bakı “Asan Xidmət” X5 müraciət etdi. 7 Saylı Bakı “Asan Xidmət” X4 xx.xx.2024-cü il tarixli 3-16-5/7- 839-24 saylı məktubuna əsasən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ona məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Hal-hazırda mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, nənəsi Fireyqə Əhmədova ayrı yaşayırdır. Təzyiq xəstəliyindən əziyyət çəkirdi. Ona baxması üçün baxıcı tutmuşdular. Özləri də ona baş çəkirdilər. Nənəsi vəfat edəndən sonra atası Ərizəçi ölüm şəhadətnaməsinin qardaşı tərəfindən alındığını, əmisi isə qardaşının aldığını zənn etmişdir. Lakin sonradan məlum olmuşdur ki, heç biri ölüm şəhadətnaməsinin alınması üçün müraciət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindilirən X11 ifadəsində bildirdi ki, Ərizəçi onun həyat yoldaşı, X7 da qayınanasıdır. X1 ilə ayrı yaşamışdırlar. X1 tək yaşayırdı və ona baxılması üçün bir adam tutulmuşdu. Lakin ona mütəmadi olaraq baş çəkmişdirlər. X7 uzun müddət diaqnozu Arterial Hipotenziya (arterial təzyiqin aşağı düşməsi sindromu) xəstəliyi və digər xəstəliklərdən əziyyət çəkirdi. Vəfat etdiyi tarixdə tək olmuşdur. X7 15 dekabr 2021-ci il tarixində vəfat etmişdir və Masasız qəbirsanlığında dəfn edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olub təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 7 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X13 və X6 nikahı haqqında 24 yanvar 1964-cü il tarixdə 01 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Azərbaycan Respublikası Laçın rayon Pircahan icra nümayəndəliyi. Nikah bağlındığdan sonra ərə “Əhmədov”, arvada “Əhmədova” soyadı verilmişdir. Nikaha M.M.Əhmədovun 17 noyabr 2011-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm 22 noyabr 2011-ci ildə 1198 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. 7 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin Nümayəndə ünvanlanmış 26 sentyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, “X3 ölümünün qeydə alınması ilə bağlı 7 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi Sizin xx.xx.2024cü il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz.” BŞT və TTYS 16 saylı bölmə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Ölüm haqqında xəbərdarlıq” vərəqəsində ölümün ilkin səbəbi kimi “Həkimə qədər ölüm, Qadın cinsli meyit” qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, 01/xx-xx/1381 saylı Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X7 xx.xx.2021-ci ildə rəhmətə getmiş və Masazır kənd qəbristanlığında dəfn olunmuşdur. “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X20 “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X20 35 saylı Şəhər Poliklinikası tərəfindən Nümayəndə verilmiş 17 saylı, 20 sentyabr 2024-cü il tarixli Arayışdan görünür ki, 35 nömrəli Şəhər Poliklinikasında heç bir müraciəti qeydə alınmadığına görə xx.xx.2021 -ci il tarixində vəfat etmiş xx.xx.1943-cü il təvəllüdlü X7 barəsində tərəfindən ölüm haqqında arayışın verilməsi mümkün deyil. AZE seriyalı, 03328691 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, X7 01 iyul 1943-cü il tarixdə Laçın rayonu, Kürdhacı kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçinin anası xx.xx.1943cü il təvəllüdlü X7 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, lakin ölümü haqqında şəhadətnamə əldə edilməmişdir. Məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, 01 iyul 1943-cü il tarixdə anadan olmuş X3 xx.xx.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 iyul 1943-cü il tarixdə anadan olmuş X3 xx.xx.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1356/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1356/2025
18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver